Məhkəmə qərarları › İş №2(107)-423/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-423/2025

17.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-423/2025 17.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması və qərəzli hərəkətlərə son qoyulması, qüvvə) X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(033)-31/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hasara alaraq istifadə etmək istəyir. Lakin Cavabdeh torpaq sahəsini hasara almaq üçün işlər aparan zaman polis əməkdaşlarını çağırır, ailəsini təhqir edir. İddiaçı münaqişənin böyüməməsi üçün geri çəkilir. Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə giriş-çıxışına mane törədir. Həmin torpaq sahəsindən istifadə edə bilmir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu, Mazıx kəndində yerləşən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə yönəlmiş (giriş-çıxışına) Cavabdeh qərəzli hərəkətlərinə son qoyulması və Zaqatala rayonu, Mazıx kəndində yerləşən olan 0,1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hasara alınmasına qarşı Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********25 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə və 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********08 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyata alınaraq xüsusi mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hasara alaraq istifadə etmək istəyir. Lakin Cavabdeh torpaq sahəsini hasara almaq üçün işlər aparan zaman polis əməkdaşlarını çağırır, ailəsini təhqir edir. O da münaqişənin böyüməməsi üçün geri çəkilir. Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə giriş-çıxışına mane törədir. Həmin torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlə uzun müddət, torpaq mübahisələri olmuşdur. Cavabdeh tərəfindən verilən şikayətlər Ali Məhkəmədə baxılaraq təmin edilməmişdir. Cavabdehə bu hərəkərlərinin qanunsuz olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin özbaşınalığının həddi-hüdudu yoxdur. Bununla da onun mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 0,3794 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə, 0,1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə iddiaçı ilə ailə üzvlərinə məxsusdur. Cavabdeh iddiaya etirazını iddiaçının torpaq hissəsindən qardaşı Hacımurad Quniyevin istifadə etməsi, iddiaçının valideynlərindən ona qalan miras payını zəbt etmək istəməsi, iddiaçının sənəd üzrə normadan artıq torpaq sahəsinin olması, yolu ola-ola şəxsi mal qarasını aparmaq üçün yol adı altında onun torpağını zəbt etmək istəməsi, həmin bağın heç vaxt iddiaçının istifadəsində olmaması, 75 ildir ki, əvvəl valideynlərinin istifadəsində, hazırda isə onun istifadəsində olmasi, iddiaçıya sənəd üzrə verilən torpaq sahəsinin artıqlaması ilə yerində olması, iddiaçının onların yolunu zəbt edərək şumlaması, orada qarğıdalı əkməsi, onların bağına gedən başqa gediş-gəliş yollarının olmaması, iddiaçının 0.1348 ha torpaq sahəsinin 1948-ci ildən mərhum atası tərəfindən 4 tərəfli hasarlanması və hasarın içində olması, iddiaçının özünün sonradan həmin hasar üzərində təmir işləri aparması, iddiaçının mübahisələndirdiyi yoldan heç vaxt istifadə etməməsi, başqa yolunun olması, heç bir zaman iddiaçıya torpaqlardan istifadə etmək imkanını verməyəcəyi ilə əsaslandırsa da, yanaşı yoxlanılmış xx.xx.2024-cü il tarixli mütəxəssis və 10/4400 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə iddiaçı və ailə üzvlərinə məxsus 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(033)-31/2025 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia təmin edilmiş, İddiaçı Zaqatala rayonu, Mazıx kəndində yerləşən, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə giriş-çıxışına və Zaqatala rayonu, Mazıx kəndində yerləşən onun və ailə üzvlərinin paylı mülkiyyətində olan 0,1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hasara almasına Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçının özünə aid edilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X12, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi qət edilmişdir

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 213.1, 213.2 və 240.1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36 və 71.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01 mart 2023-cü il olan Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı Əzixanoviç, X22 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində 339 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 02 mart 2023-cü il olan Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 0,03447 ha olmaqla İddiaçı, payı 0,05017 ha olmaqla Quniyeva Arzu qızının və payı 0,5017 ha olmaqla X16 adına daşınmaz əmlakın dövlət reyestrində 340 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(116)-1173/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında İddiaçı Əzizxan oğluna verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində anası X7 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2- 1(107)-93/2021 saylı qərardadından görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(116)-1173/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Ali Məhkəmənin İnzibati Kollegiyasının 09 iyun 2021-ci il tarixli 2-1(102)-878/221 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2-1(107)- 93/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. X13 və X23 tərəfindən 26 dekabr 2023-cü il tarixdə verilmiş izahatlardan görünür ki, ataları X17 1980-ci ildə vəfat etmişdir. Ölümdən əvvəl övladları arasında vəsiyyət tapşırığı ilə miras bölgüsü aparmışdır. Bütün övladlar vəsiyyət tapşırığı ilə verilən mirasdan istifadə edirlər. X1 vəsiyyət tapşırığı ilə düşən miras paydan istifadə edir. Bacıları daim İddiaçı tərəfindən haqsız münaqişələrə, şərəf və ləyaqətini alçaldan söyüşlərə məruz qalır. İddiaçı hasarlamaq istədiyi torpaq sahəsi bacısına valideynləri tərəfindən miras tapşırığı ilə verilmişdir. Həmin torpaq sahəsi 0,20 ha həyətyanı torpaq sahəsinə bitişikdir, əmlak payı kimi anaları X10 verilmiş 1,26 ha torpaq sahəsindən 0.67 ha olan torpaq sahəsidir. Miras tapşırığı ilə bacıları Cavabdeh Umraxa qızına verilən torpaq sahəsinin İddiaçı tərəfindən hasarlanaraq öz torpağına birləşdirilməsinə icazə verilməməsini xahiş edirlər. Hal-hazırda aralarında keçmişdə çəkilən çəpər vardır. İddiaçı tərəfindən zəbt olunmuş, dövlət tərəfindən ayrılan, bağlarına gedən yolun açılaraq onların istifadəsinə verilməsinə kömək edilməsini xahiş edirlər.

13. 04 may 2011-ci il tarixli 2V-46 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 30 dekabr 2005-ci il tarixdə vəfat etmiş X2 vərəsələri oğlu X13 və qızı Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Zaqatala rayon AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş Dövlət Kadastrı kitabında 12 fevral 2009-cu il tarixdə 327 nömrə ilə uçota alınmış A N 116003 nömrəli torpaq sahəsinin planı və ölçüsünə və ƏMDK-in yanında DƏDRX-in Zaqatala rayon ərazi idarəsi tərəfindən 29 aprel 2011-ci il tarixdə verilmiş 335 nömrəli arayışa əsasən ünvan 1i ünvanında 1951,36 kvm həyətyanı torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş ümumi sahəsi 68,4 kvm, yaşayış sahəsi 41,1 kvm olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarətdir.

14. Mart 1986-cı il tarixli aktın surətindən görünür ki, İddiaçı Əzizxan oğluna fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi verilmişdir.

15. Zaqatala RİHB-ın Mazıx kənd icra nümayəndəliyinin 17 may 2004-cü il tarixli arayışından görünür ki, İddiaçı Əzizxan oğlunun 1995-2000-ci illərin 7 nömrəli təsərrüfatbaşına kitabının 483 şəxsi hesbaına görə ailə tərkibi arvadı Arzu Abduləziz qızı, oğlu X27 və qızı X8 ibarətdir. 1997-ci ildə tikilmiş evi, evin ümumi sahəsi 80 kvm, yaşayış sahəsi 40 kvm-dir. Cəmi torpaq sahəsi 1,14 ha, bağ torpaq shaəsi 0,21 ha, əkin altı 0,81 ha və həyətyanı torpaq sahəsi 12 ha-dır.

16. Azərbaycan Respublikası DT və XK-in Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayon AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonunun Mazıx kəndində X3 mülkiyyətinə 1951,36 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

17. Zaqatala rayon Dövlət Arxivinin 08 aprel 2024-cü il tarixli arxiv arayışından görünür ki, Cavabdeh 2001-2005-ci illərdə Mazıx kənd İƏVN-in təsərrüfatbaşına kitablarında ailə tərkibi X18, X13, X19, X20, X15 və X4 ibarət olmuşdur.

18. JN-468 KOD 40213018 olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Zaqatala rayon AİK-ın 20 iyun 1996-cı il tarixli 36 saylı qərarına əsasən Zaqatala rayonunun Mazıx kəndində İddiaçı Əzizxan oğlu, X44 və X16 mülkiyyətinə 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

19. JN-468 KOD 40213018 olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Zaqatala rayon AİK-ın 20 iyun 1996-cı il tarixli 36 saylı qərarına əsasən Zaqatala rayonunun Mazıx kəndində X21, X13 və X9 mülkiyyətinə 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

20. Zaqatala rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(033)-90/2019 saylı qətnaməsindən görünür ki, X9 cavabdeh X28 və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi idarəsinə və Zaqatala rayonu İcra Hakimiyyətinə qarşı Zaqatala rayon AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının İddiaçı Əzizxan oğluna torpaq verilməsi hissəsində, yəni ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında İddiaçı Əzizxan oğluna verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması tələbinə dair iddiası rədd edilmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2(107)-1490/2019 saylı qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(033)-90/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Azərbaycan Respublikası DT və XK-in AN 460917 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayon AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonunun Mazıx kəndində İddiaçı Əzizxan oğluna 1505 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 20 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi öz həyətyanı torpaq sahəsinə bitişik ərazi olduğu üçün həmin torpaq sahəsinə gediş-gəliş yolu həyətyanı sahədən mövcuddur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi öz həyətyanı torpaq sahəsinə bitişik ərazi olduğu üçün torpaq sahəsinə gediş-gəliş yolu həyətyanı sahədən mövcuddur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Nəzərdə tutulan həmin yolun ölçüləri 72 kv.m-dir və tərtib edilmiş yerquruluşu planında göründüyü kimi 1dən 2-yə uzunluğu 16.3 m, 2-dən 3-ə eni 4.6 m, 3-dən 4-ə uzunluğu 13.8 m, 4-dən 5-ə uzunluğu 2.5 m, 5-dən 1-ə eni 4.6 metrdir. Yolun yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 01,03.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və həmin yol cavabdeh tərəfindən istifadə olunur. Həmin yolun ölçüləri 72 kv.m-dir və yolun yerləşmə vəziyyəti, koordinatları, tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4400 saylı 16 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi öz həyətyanı torpaq sahəsinə bitişik ərazi olduğu üçün həmin torpaq sahəsinə gediş-gəliş yolu həyətyanı sahədən mövcuddur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Nəzərdə tutulan həmin yolun ölçüləri 72 kv.m-dir və tərtib edilmiş yerquruluşu planında göründüyü kimi 1-dən 2-yə uzunluğu 16.3 m, 2-dən 3-ə eni 4.6 m, 3-dən 4-ə uzunluğu 13.8 m, 4-dən 5-ə uzunluğu 2.5 m, 5-dən 1-ə eni 4.6 metrdir. Yolun yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və həmin yol cavabdeh tərəfindən istifadə olunur. Həmin yolun ölçüləri 72 kv.m-dir və yolun yerləşmə vəziyyəti, koordinatları, tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır.

Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh nümayəndəsi və Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ayrılmış torpaq sahələrinə dair ilkin plan və ölçülərdə müəyyən edilir ki, iddiaçının iddia etdiyi, yəni yol kimi cavabdehdən tələb etdiyi sahə heç zaman iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinə şamil edilməyib. Belə olan halda məhkəmə arxiv arayışların tələb etməli və müqayisəli şəkildə işin hallarını tam və hərtərəfli araşdırmali idi.

26. Bundan başqa, mütəxəssis rəyi ilə ekspert rəyi uyğunsuzluq təşkil edir. Ekspert rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun olması qeyd edilir, amma həmin yolun haradan mövcud olması müəyyən edilməyib və ilkin ölçü və planlarda, hansı hüdudlarda olması aydınlaşdırılmayıb.

27. Məhkəmə tərəfindən yerli baxış keçirilərək işin faktiki halları tam araşdırılmayıb. Belə ki, iddiaçının tələb etdiyi sahə həmişə cavabdehin və onun ailə üzvərinin istifadəsində olub və indi də istifadəsindədir. Halbuki, iddiaçı həmişə öz həyətindən, istifadəsində olan torpaqdan mübahisələndirdiyi sahəyə gedib-gəlmək imkanına malkdir. İddiaçı sadəcə olaraq cavabdehin valideyinlərindən ona miras qalmış torpaq sahəsini cavabdehdən qoparmaq üçün hərcürə təsir etmək istəyir.

28. Birinci instansiya məhkəməsində cavabdeh ekspert rəyi kifayət qədər əsaslandırılmadığı üçün rəylə razılaşmayb. Belə olan halda iş üzrə təkrar, əlavə ekspertiza təyin edilməli idi. Bu qeyd edilən xüsusatların araşdırılması üçün tərəflərin apellyasiya instansiyası məhkəməsində iştirakı təmin edilməklə araşdırma aparılması və iş üzrə əlavə ekspertiza keçirilməsi zəruridir.

29. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(033)- 31/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(033)-31/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(033)-31/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasınıt məhkəmə vasitəsilə tələb edə bilər.

34. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 3.0.36-cı maddəsinə əsasən iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar ortaq divar sayılır. 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.

35. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

40. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Cavabdeh nümayəndəsi və vəkil Məmmədov X29 Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(033)-31/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

44. Cavabdeh nümayəndəsi və Vəkil2 apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

45. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4400 saylı 16 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi öz həyətyanı torpaq sahəsinə bitişik ərazi olduğu üçün həmin torpaq sahəsinə gediş-gəliş yolu həyətyanı sahədən mövcuddur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023- cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Nəzərdə tutulan həmin yolun ölçüləri 72 kv.m-dir və tərtib edilmiş yerquruluşu planında göründüyü kimi 1dən 2-yə uzunluğu 16.3 m, 2-dən 3-ə eni 4.6 m, 3-dən 4-ə uzunluğu 13.8 m, 4-dən 5-ə uzunluğu 2.5 m, 5-dən 1-ə eni 4.6 metrdir. Yolun yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı, X11 və X16 adına qeydiyyata alınmış 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və həmin yol cavabdeh tərəfindən istifadə olunur. Həmin yolun ölçüləri 72 kv.m-dir və yolun yerləşmə vəziyyəti, koordinatları, tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır.

46. İddiaçının Zaqatala rayonu, Mazıx kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 0.3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, cavabdehin iddiaçının həmin torpaq sahəsindən istifadəsinə (giriş-çıxışına) yönəlmiş hərəkətlər etməsi (maneələr törətməsi), (bu torpaqdan istifadə etmək və ondan bəhər götürməklə əlaqədar olan hər hansı hərəkətləri etməsinə maneələr törətməsi) qanunsuz olmuşdur

47. Bundan başqa iddiaçının Zaqatala rayonu, Mazıx kəndində yerləşən paylı mülkiyyətində olan 0,1348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kənarlarına hasar tikmək hüququ olduğundan, həmin torpaq sahəsinin hasara alınmasına qarşı cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır.

48. Məhkəmə kollegiyası qeyd etdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

49. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X24 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

51. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

52. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(033)-31/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(033)-31/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar