Məhkəmə qərarları › İş №2(107)-425/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-425/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-425/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı LPO İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli 2(024)-78/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X7 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 12111.20 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 5074.46 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 05.11.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1745.52 manat borc, 6348.54 manat cərimə, cəmi 25279.72 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun, 30 manat xidmət haqqının və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.0613 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv.m yaşayış, 41.219 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.0613 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv.m yaşayış, 41.219 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 0.0613 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv.m yaşayış, 41.219 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASCyə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli 2(024)-78/2020 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, X1 12111.20 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 5074.46 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 05.11.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1745.52 manat borc, 30 manat cərimə, cəmi 18961.18 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun, 30 manat xidmət haqqının və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.0613 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv.m yaşayış, 41.219 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh4 “xxxx” ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penya və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissəsinin əsassız hesab edilərək rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X7 və Cavabdeh4 apellyasiya şikayətləri vermişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru X9 məhkəmə kollegiyasına iddiadan imtinaya dair ərizə göndərmişdir. Həmin ərizədə göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdeh yeni müqavilənin bağlanması üçün ərizə ilə banka müraciət etmiş və yeni bağlanmış kredit müqaviləsi üzrə ödənişləri müəyyən edilmiş cədvəl üzrə ödəməyi üzərinə götürmüşdür. Ona görə də, İddiaçı LPO İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiadan imtinanı qəbul edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 və Cavabdeh4 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru X9 tərəfindən imzalanmış iddiadan imtinaya dair ərizənin nəzərə alınmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 384.0.4-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni tаmаmilə və yа qismən ləğv edə bilər, iş üzrə icrааtа xitаm verə və yаxud ərizəni bаxılmаmış sаxlаyа bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, iddiaçı LPO İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru X4 iddiadan imtinası iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də hazırki iş üzrə Qax Rayon Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli 2(024)-78/2020 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı LPO İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 391, 400, 402-404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru X4 iddiadan imtinası təsdiq edilsin. Qax Rayon Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli 2(024)-78/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı LPO İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar