Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-425/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı kreditin və kredit faizlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kreditin və kredit faizlərinin ödənilməsi, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı kreditin və kredit faizlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(033)-1016/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada 5736 manat əsas, 1192.49 manat faiz və 32.11 manat cərimə faizi olmaqla, cəmi 6960.60 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 90.01 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 100000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 24% ödəmək şərtilə 5736 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin2 və Zamin1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Belə ki, əsas kredit müqaviləsinin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan”ın bu müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2022-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 5736 manat əsas, 1192.49 manat faiz və 32.11 manat cərimə faizi olmaqla, cəmi 6960.60 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(033)-1016/2022 saylı qətnaməsi (hakim T.Həsənov) ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada 5736 (beş min yeddi yüz otuz altı) manat məbləğində əsas borc, 1192,49 (bir min bir yüz doxsan iki manat qırx doqquz qəpik) manat ona hesablanmış faiz borcu, 32,11 (otuz iki manat on bir qəpik) manat cərimə borcu, cəmi 6960,60 (altı min doqquz yüz altmış manat altmış qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada 90,01 (doxsan manat bir qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 752micBKX/21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5736 manat məbləğdə kredit verir, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 752micBKX/21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5736 manat məbləğdə kredit verir, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2021-cu il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli 752micBKX/21 nömrəli kredit müqaviləsinə əsasən 5736 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli 752micBKX/21 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, krediti 48 ay müddətinə, illik 24 faizədək olmaq şərti ilə verilir. Məhkəmə hesab etmişdir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh xx.xx.2021ci il tarixli 752micBKX/21 nömrəli kredit müqaviləsinə əsasən 1192,49 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən məhkəmə, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 32,11 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini də qanuni və əsaslı hesab edir və ona görə də, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Çünki, kredit borcu üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi yalnız cavabdehin təqsiri üzündən baş vermişdir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli 752micBKX/21 nömrəli zaminlik müqaviləsinin şərtlərinə görə cavabdeh-zaminlər Zamin2 və Zamin1 iddiaçı "xxxx" KB ASC qarşısında cavabdeh borcalan Cavabdeh ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 5736 manat əsas kredit borcu, 1192,49 manat ona hesablanmış faiz borcu və 32,11 manat cərimə borcu olmaqla cəmi isə 6960,60 manat kredit borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-in xeyrinə 5736 manat məbləğində əsas borc, 1192,49 manat ona hesablanmış faiz borcu, 32,11 manat cərimə borcu, cəmi 6960,60 manat məbləğində vəsait və ödənilmiş 90,01 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 448.2, 458.1, 462.1, 462.3, 465.2, 472.1-472.2, 739 və 471-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR Mülki Məcəllənin 152, 225, AR Ailə Məcəlləsinin 32 və 34-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqlarım pozulmuşdur. Məhkəmə işə baxarkən işi dərindən araşdırmamışdır və maddi və prosessual hüquq normalarını tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Onunla "xxxx" KB ASC arasında xx.xx.2021-ci il tarixli 752micBKX/21-EM nömrəli əsas kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 100000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək müddət ərzində əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq onunla bağlanmış xx.xx.2021-ci il tarixli 752micBKX/21 nömrəli Əlavə kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 48 ay müddətinə illik 24% ödəmək şərtilə 5736 manat məbləğində kredit verilmişdir. Qeyd edir ki, o kredit götürərəkən istehlak fəaliyyəti meyvə-tərəvəz satışından ibarət idi. Belə ki, sonradan Respublika ərazisində yaranmış pandemiya şəraiti ilə əlaqədar bəzi iş fəaliyyətlərində məhdudiyyətlər yaranmışdır. Həmin bu şərait onun istehlakına da öz mənfi təsirini göstərmişdir. Ciddi maddi sıxıntıları olduğu üçün ödənişlərində müəyyən gecikmələri olmuşdur. Bununla belə iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu üzrə məbləğlər şişirdilməklə hesablanmışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə məhkəmə ekspertiza təyin etmədən qətnamə çıxartmışdır. Çıxarılan məhkəmənin qətnaməsindən görünür ki, məhkəmə iş materialları əsasında bu qənaətə gəlib ki, onunla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 24 faiz ödənilməsi şərti ilə 120 ay müddətinə nəğd pul krediti verilmişdir. Həmçinin işin halları məhkəmə qətnaməsində ətraflı qeyd olunmuşdur. Əvvəla, məhkəmə qanunvericiliyin formal tələblərinə istinad edərək nəzərə almayıb ki, o nə üçün kreditini ödəyə bilməmişdir. O dəfələrlə banka müraciət edərək, hazırkı şərtlərlə kredit ödəyə bilmədiyini, ona güzəştlər edilməsini xahiş etsə də bank buna əhəmiyyət verməyibdir. Nəzərə çatdırmaq istəyir ki, onun maddi imkanı çox aşağıdır və başqa banka da kredit borcu var. Bundan əlavə olaraq qeyd edir ki, onun banka olan borcundan imtina etmir. Sadəcə şişirdilən faiz və cərimələrdən narazıdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1016/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini qismən ləğv edərək, əsassız hesablanmış faiz və cərimələrin silinməsinə dair yeni qətnamə çıxarılamsını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini Zaqatala Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(033)-1016/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, cavabdeh Zaqatala Rayon Məhkəməsinin 2(033)-1016/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini qismən ləğv edərək, əsassız hesablanmış faiz və cərimələrin silinməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni tələbin faiz və dəbbə puluna aid hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin materiallarından görünür ki, hazırlıq iclası 16 noyabr 2022-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(033)-1016/2022 saylı qərardadı ilə baxış iclası 20 dekabr 2022-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Zaqatala Rayon Məhkəməsi 16 noyabr 2022-ci il tarixdə cavabdehlərə məhkəmə bildirişi göndərilsə də lakin cavabdəhlərin alması barədə hər hasnı bir sənəd mövcud olmamışdır. Nəticədə 20 dekabr 2022-ci ildə yekun məhkəmə baxışı keçirilmiş və cаvаbdehlərin məhkəmə prosesində iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(033)-1016/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 752micBKX/21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5736 manat məbləğdə kredit verir, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR Mülki Məcəllənin 152 maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqlarım pozulmuşdur. Məhkəmə işə baxarkən işi dərindən araşdırmamışdır və maddi və prosessual hüquq normalarını tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Kollegiya şikayətin bu dəlili ilə qismən razılaşır. İşin materiallarından görünür ki, hazırlıq iclası 16 noyabr 2022-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(033)-1016/2022 saylı qərardadı ilə baxış iclası 20 dekabr 2022-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Zaqatala Rayon Məhkəməsi 16 noyabr 2022-ci il tarixdə cavabdehlərə məhkəmə bildirişi göndərsə də lakin cavabdəhlərin alması barədə hər hasnı bir sənə mövcud olmamışdır. Nəticədə 20 dekabr 2022-ci ildə yekun məhkəmə baxışı keçirilmiş və cаvаbdehlərin məhkəmə prosesində iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu üzrə məbləğlər şişirdilməklə hesablanmışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə məhkəmə ekspertiza təyin etmədən qətnamə çıxartmışdır. Çıxarılan məhkəmənin qətnaməsindən görünür ki, məhkəmə iş materialları əsasında bu qənaətə gəlib ki, onunla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 24 faiz ödənilməsi şərti ilə 120 ay müddətinə nəğd pul krediti verilmişdir. Həmçinin işin halları məhkəmə qətnaməsində ətraflı qeyd olunmuşdur. Əvvəla, məhkəmə qanunvericiliyin formal tələblərinə istinad edərək nəzərə almayıb ki, o nə üçün kreditini ödəyə bilməmişdir. O dəfələrlə banka müraciət edərək, hazırkı şərtlərlə kredit ödəyə bilmədiyini, ona güzəştlər edilməsini xahiş etsə də bank buna əhəmiyyət verməyibdir. Kollegiyas şikayətin bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2021-cu il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2021ci il tarixli 752micBKX/21 nömrəli kredit müqaviləsinə əsasən 1192,49 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən məhkəmə, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 32,11 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini də qanuni və əsaslı hesab edir və ona görə də, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Çünki, kredit borcu üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi yalnız cavabdehin təqsiri üzündən baş vermişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin dəbbə pulu məbləğinə dair gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Faizlərin və dəbbə pulunun artıq hesablanmasına dair apelyator şikayətinə hər hansı bir sübut növü əlavə etməmişdir. Ona görə də şikayət bu hissədə də əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, sonradan Respublika ərazisində yaranmış pandemiya şəraiti ilə əlaqədar bəzi iş fəaliyyətlərində məhdudiyyətlər yaranmışdır. Həmin bu şərait onun istehlakına da öz mənfi təsirini göstərmişdir. Ciddi maddi sıxıntıları olduğu üçün ödənişlərində müəyyən gecikmələri olmuşdur. Maddi imkanı aşağı olmadığından ödəyə bilməmişdir. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər bağlamış olduqlar müqavilədə faizlərin ödənilmə qaydasını razılaşdırmış və həmin şərtlərə uyğun cavabdeh öhdəliklərini yerinə yetirmişdir. Cavadehin dəlilləri faktiki olaraq müqavilənin şərtlərinin dəyişdirilməsinə yönəlmişdir ki, belə dəyişməyə isə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yol verilə bilər. Digər tərəfdən cavabdehin müqavilənin şərtlərinin dəyişilməsinə dair iddiası mövcud deyildir. Faiz borcunun ödənilməsi tərəflərin bağlamış olduqları müqavilənin şərtlərinə və qanuna uyğun olmuşdur. Maddi imkanın olmamasına görə öhdəliyini icra edə bilməməsinə münasibətdə isə qeyd edilməlidir ki, kredit götürərkən cavabdehə öz maddi imkanları məlum idi, həmin vaxtdan sonra maliyyə vəziyyətinin daha da ağırlaşması onu müqavilə üzrə yaranmış öhdəliyin icrasından azad etmir. Apellyasiya şikayətində göstərilən digər dəlilə baş vermiş devalivasiya ilə əlaqədar ödəniş qabiliyyətinin olmamasına dair qeyd ediməlidir ki, tərəflər müqavilədə devalivasiya baş verərkən öhdəlikdən azad olunma ilə bağlı hər hansı razılıq əldə etməmişlər. Digər tərəfdən devalivasiyanın baş verməsi cavabdehi öhdəlikdən azad etmir və müqavilə şərtlərinə hər hansı dəyişiklik edilməsinə əsas yaratmır. Tərəflər müqavilə ilə kredit məbləğini, faizləri, öhdəliyin icra müddətini və bununla qarşılıqlı bağlı olan digər şərtləri razılaşdırmışlar. Müqavilənin şərtlərinə əməl edilməməsi isə cavabdehin öhdəliyi pozması və lazımınca icra edilməməsi kimi qəbul olunur. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(033)-1016/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(033)-1016/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada 5736 (beş min yeddi yüz otuz altı) manat məbləğində əsas borc, 1192,49 (bir min bir yüz doxsan iki manat qırx doqquz qəpik) manat ona hesablanmış faiz borcu, 32,11 (otuz iki manat on bir qəpik) manat cərimə borcu, cəmi 6960,60 (altı min doqquz yüz altmış manat altmış qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada 90,01 (doxsan manat bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-425/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-425/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver