Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-430/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1176/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1418,15 ABŞ dolları əsas borc, 147,57 ABŞ dolları faiz borcu və 50 , 96 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1616,68 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəyə xx xxxxxxx 2016-cı il tarixdə baxılaraq ərizənin təmin edilməsi barədə 2(075)-10904/2016 saylı məhkəmə əmri çıxarılmış, Cavabdeh1 etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1176/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 1287,34 manat borc tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı “xxxx” ASC-nin ərizəsi ilə bağlı ödədiyi 20 manat dövlət rüsumunun özünə aid edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi həmin qətnaməni çıxararkən işin hallarını obyektiv olaraq hərtərəfli araşdırmamış və sonda əsassız, ədalətsiz və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərini həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və hesablanmış kompensasiya məbləği cavabdehin “xxxx” ASC-də olan əsas kredit borcundan silinmişdir. Müvafiq silinmə tətbiq edildikdən sonra Cavabdeh1 757.26 ABŞ Dolları (1287.34 AZN) məbləğində əsas borcu qalmışdır. Lakin Cavabdeh1 sonradan əsas kredit borcunun tam olaraq bağlanması üçün heç bir ödəniş etməmiş, eyni zamanda əsas kredit borcunun restruktruzasiyası üçündə bugünədək Banka müraciət etməmişdir. Belə olan halda xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc tam olaraq bağlanmadığından faiz və cərimə hissəsinin silinməsində cavabdehə güzəşt tətbiq olunmamışdır. Qeyd olunan Fərman əsasında Maliyyə X3 tərəfindən müəyyən olunmuş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 5.2.1 -ci bəndinə əsasən restruktruzasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə -hesablanmış faizlər və dəbbə pulları tam şəkildə bağlanılır. Digər tərəfdən qeyd edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə kredit xarici valyutada (ABŞ Dolları ilə) verilmiş və iddiaçı Bank tərəfindən “kredit borcunun tutulması” tələbi ilə məhkəməyə müraciət edilərkən borcun ABŞ Dolları ilə Cavabdeh1 alınaraq xeyrinə ödənilməsi tələb edilmişdir. Lakin qətnamə ilə borcun manatla alınaraq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndində qeyd olunur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmamlıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X1 xx xxxxxx 2017-ci il tarixli 49 saylı qərarı ilə “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1(103)- 3194/2017 saylı qərarı ilə “xxxx” ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1176/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən cavabdehlərin izahatını dinləyib işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1176/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, sözügedən müqavilə əsasında iddiaçı “xxxx” ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik faiz dərəcəsi 20,5 faiz olmaqla 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 “xxxx” ASC-dən həmin tarixdə kassa məxaric orderinə imza etməklə 2000 ABŞ dolları kredit almışdır. Cavabdeh1 götürdüyü 2000 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 18 ay müddətində qaytarmalı olmuşdur. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Həmçinin işdə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 16- 04239-2020 nömrəli məktubdan göstərilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh1 (FİN: xxxxxxx) ilə ləğv prosesində olan “xxxx” ASC arasında bağlanmış xx.xx.2015ci il tarixli (2.000 ABŞ dolları məbləğində) kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə 1.447,44 ABŞ dolları (2.460,64 manat) vaxtı keçmiş kredit borcu qalmışdır. Bundan başqa, qeyd edilən kredit müqaviləsi üzrə Fərmanın tələbləri çərçivəsində cəmi 1.015,96 manat kompensasiya hesablanmış və bu məbləğ Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə borclunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcuna yönəldilmiş və qalıq qalan əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditоrun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditоr оnun ödənilməsini tələb edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditоrun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan problemli kreditlər məlumatlarının sorğulanmasına dair “https://pk.cbar.az/az/kompensasiya” elektron informasiya sistemindən çıxarılmış portaldan çıxarışdan görünür ki, Cavabdeh1 “xxxx” ASC ilə aralarında bağlanmış kredit müqavilələri üzrə onun “xxxx” ASC-nə xx xxxx 2019-cu il tarixə 136,79 manat və 2460,65 manat borcu olmuş, həmin məbləğlərdən 136,79 manat borcu 65,23 manat azaldılaraq 71,56 manat, 2460,65 manat borcu isə 1173,31 manat azaldılaraq 1287,34 manat saxlanılmışdır. Göründüyü kimi İddiaçı «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən restrukturizasiya edilərək azaldılmışdır. Yəni, Cavabdeh1 “xxxx” ASC ilə aralarında bağlanmış kredit müqavilələri üzrə onun “xxxx” ASC-nə xx xxxx 2019-cu il tarixə 2460,65 manat borcu olmuş və həmin borc məbləği 1173,31 manat azaldılaraq 1287,34 manat saxlanılmışdır. Lakin iddiaçı “xxxx” ASC iddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanlarını araşdırmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Halbuki, digər banklarla yanaşı iddiaçı “xxxx” ASC-nə də qeyd edilən Fərmanın 6-cı bəndinə əsasən banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirləri görmələri, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyyə edilmişdir. Lakin, iddiaçı “xxxx” ASC qeyd edilən Fərmanın 6-cı bəndində göstərilənlərə riayət etməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki,Azərbaycan Respublikasının Maliyyə X3 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, banklara tövsiyyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikası Maliyyə X1 fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında xx xxxx 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra-Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini ( qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin qaydaların 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Bundan əlavə apellyator iddianın təmin edilmiş hissəsinin ABŞ dolları ilə deyil Azərbaycan Manatı ilə müəyyən edilməsinə etiraz etsə də, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi də əsaslı olmuşdur. Belə ki, “https://pk.cbar.az/az/kompensasiya” elektron informasiya sistemindən çıxarılmış portaldan çıxarışdan görünür ki, Cavabdeh1 “xxxx” ASC ilə aralarında bağlanmış kredit müqavilələri üzrə onun “xxxx” ASC-nə xx xxxx 2019-cu il tarixə 136,79 manat və 2460,65 manat borcu olmuş, həmin məbləğlərdən 136,79 manat borcu 65,23 manat azaldılaraq 71,56 manat, 2460,65 manat borcu isə 1173,31 manat azaldılaraq 1287,34 manat saxlanılmışdır. Göründüyü kimi məhkəmə mübahisəsindən əvvəl də məbləğlər ABŞ dolları ilə deyil, manat hesablanmışdır. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq qətnaməni əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən səhvə yol verilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1176/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1176/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1176/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-430/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-430/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver