Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-434/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlaka vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- əmlakın dəyərinin ödənilməsi, əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(037)-678/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən küçəyə atılmaqla məhv edilmiş cehiz əmlaklarının 3810 manat məbləğində dəyərinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R. Şirinov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlaka vurulmuş zərərin ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli 2(037)-624/2019 nömrəli qətnaməsinə əsasən, Bahar X1rşı iddia tələbi qismən təmin edilərək Kamil Mehdiyevdən 1090 manat dəyərində “Lima” yataq dəsti və “Qorka Aqat” qonaq dəsti, 110 manat dəyərində bir ədəd stol, 110 manat dəyərində altı ədəd stul, 320 manat dəyərində divan-kreslo dəsti, 60 manat dəyərində jurnalnı stol, 60 manat dəyərində pakrıval dəsti, 240 manat dəyərində üç ədəd döşək, 210 manat dəyərində üç ədəd yorğan, 120 manat dəyərində altı ədəd döşəkcə,150 manat dəyərində bir ədəd xalça, 50 manat dəyərində bir ədəd ayaqaltı daroşqa, 25 manat dəyərində çaynik dəsti, 40 manat dəyərində qaşıq dəsti, 40 manat dəyərində iri boşqab dəsti, 32 manat dəyərində xırda boşqab dəsti, 8 manat dəyərində dörd ədəd bulud boşqab dəsti,15 manat dəyərində dörd ədəd kuruşka dəsti, 40 manat dəyərində bir dəst çay servisi, 115 manat dəyərində bir dəst nahar servisi, 50 manat dəyərində bir ədəd çılçıraq dəsti, 30 manat dəyərində bir ədəd ütü, 20 manat dəyərində bir ədəd gecə lampası, 50 manat dəyərində suvenir, 18 manat dəyərində bir ədəd çuğun teşt, 60 manat dəyərində bir dəst qazan,50 manat dəyərində bir ədəd elektirik samovar, 12 manat dəyərində on iki ədəd xırda dəsmal, 24 manat dəyərində üç ədəd iri dəsmal, 150 manat dəyərində altı ədəd dəsmal dəsti, 60 manat dəyərində bir ədəd taxt üstlüyü, 40 manat dəyərində bir ədəd yun ədyal, 40 manat dəyərində iki ədəd kreslo üstlüyü, 20 manat dəyərində bir ədəd su bakı, 15 manat dəyərindəı bir ədəd su vannası,12 manat dəyərində bir ədəd qazan, 6 manat dəyərində bir ədəd tava, 5 manat dəyərində bir ədəd üç mərtəbəli boşqab, 18 manat dəyərində bir ədəd qazan, 18 manat dəyərində bir ədəd meyvə qabı, 5 manat dəyərində bir ədəd tort qabı, 31 manat dəyərində bir ədəd bıçaq dəsti, 25 manat dəyərində bir ədəd qazan, 16 manat dəyərində bir ədəd teşt, 29 manat dəyərində bir ədəd ətçəkən maşın, 43 manat dəyərində bir ədəd tozsoran, 6 manat dəyərində iki ədəd “lotka” qab,5 manat dəyərində bir ədəd sok qabı, 6 manat dəyərində iki dəst stəkan-nəlbəki, 4 manat dəyərində bir ədəd ləpə qabı,10 manat dəyərində iki ədəd konfet qabı, 9 manat dəyərində bir ədəd çaydan, 10 manat dəyərində bir ədəd tava, 2 manat dəyərində bir ədəd kəfkir, 4 manat dəyərində bir ədəd kasa, 3 manat dəyərində bir ədəd ləyən, 4 manat dəyərində iki ədəd çörək qabı, 8 manat dəyərində dörd ədəd podnos, 4 manat dəyərində bir ədəd aşsüzən, 7 manat dəyərində bir ədəd xurustal rumka, 23 manat dəyərində bir ədəd sadə rumka, 8 manat dəyərində bir ədəd xurustal konfet qabı, 3 manat dəyərində iki ədəd razetka, 7 manat dəyərində bir ədəd bıçaq və 5 manat dəyərində bir ədəd güldan olmaqla cəmi 3810 manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri olan 3810 manat məbləğinin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(107)-157/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tаrixli, 2(037)-624/2019 saylı qətnaməsi qismən, 300 manat dəyərində beş qram çəkidə bir ədəd 583 əyyarlı nişan üzüyü, 220 manat dəyərində dörd qram çəkidə bir ədəd 583 əyyarlı qaşlı üzük, 360 manat dəyərində altı qram çəkidə bir ədəd 583 əyyarlı bilərzik, 450 manat dəyərində yeddi qram çəkidə bir cüt 583 əyyarlı sırğa olmaqla, qızıl-zinyət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri olan 1330 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi, 300 manat dəyərində beş qram çəkidə bir ədəd 583 əyyarlı nişan üzüyü, 220 manat dəyərində dörd qram çəkidə bir ədəd 583 əyyarlı qaşlı üzük, 360 manat dəyərində altı qram çəkidə bir ədəd 583 əyyarlı bilərzik, 450 manat dəyərində yeddi qram çəkidə bir cüt 583 əyyarlı sırğa olmaqla qızılzinyət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri olan 1330 manatın Kamil Mehdiyevdən alınaraq İddiaçı verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi daha sonra müəyyən etmişdir ki, 8 iyun 2020-ci il tarixli aktla İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı X2 Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(107)-157 saylı icra sənədinə əsasən, tələbkar İddiaçı məxsus əmlakların borclu Kamil Mehdiyevdən alınıb tələbkara təhvil verilməsini təmin etmək məqsədi ilə borclu Kamil Mehdiyevin yaşadığı ünvana getmiş və icra sənədində qeyd edilən əmlakların götürülməsini tələbkar İddiaçı təklif etsə də, tələbkar İddiaçı həmin əmlakları götürməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İsmayıllı rayon Məhkəməsinin 23 avqust 2019cu il tarixli 2(037)-624/2019 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(107)-157/2020 nömrəli qətnamələri ilə Kamil Mehdiyevdən 3810 manat dəyərində cehiz əmlakları və 1330 manat dəyərində qızıl-zinyət əşyaları olmaqla, ümumilikdə 5140 manat dəyərində əmlaklar, həmin əmlaklar olmadıqda onların dəyəri olan 5140 manat məbləğinin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(107)-157 saylı icra sənədinə əsasən tələbkar İddiaçı məxsus əmlakların borclu Kamil Mehdiyevdən alınıb tələbkara təhvil verilməsini təmin etmək məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları borclu Kamil Mehdiyevin yaşadığı ünvana gedərək icra sənədində qeyd edilən əmlakların götürülməsini tələbkar İddiaçı təklif etsələr də, sonuncu əmlakların yararsız olmasını əsas göstərərək götürməkdən imtina etmişdir. İddiaçının vurulmuş zərərə görə cavabdehlərdən tələb etdiyi əmlaklara dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olduğundan, iddiaçı ilə cavabdehlər arasında olan münasibətlər məhkəmə qaydasında deyil, icra icraatı qaydasında həll edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq mübasibətinə heç bir maddi hüquq norması tətbiq etməmiş, gəldiyi nəticəni maddi hüquq normaları baxımından əsaslandırmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqsız, ədalətsiz, qanunsuz və birtərəfli qətnamə qəbul etmişdir. Belə ki, apelyator qeyd etmişdir ki, ona məxsus cehizlər cavabdeh və valideynləri tərəfindən açıq havaya atılmış və qəsdən yararsız vəziyyətə salınmışdır. Məhkəmə tərəfindən onun təqdim etdiyi şahidlər dindirilməmiş, onun atası şahid kimi dindirəcəyi üçün məhkəmə zalına buraxılmamış, lakin şahid kimi dindirilməmişdir. Apelyator bildirmişdir ki, məhkəmə qərəzli və birtərəfli mövqe tutaraq, onun haqlı tələblərini təmin etməmiş və bu səbəblə də onun əmlakının bir hissəsi məhv olmuşdur. Məhkəmə onun təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, əmlaka yerində baxış keçirməmiş, yerində araşdırılmalı halları araşdırmamış, işin faktiki hallarını nəzərə almamış, yalnız cavabdehin mülki məsuliyyətdən yayınmaq məqsədi ilə verdiyi yalan izahatına, habelə cavabdehin qardaşının birtərəfli yalan ifadəsinə əsaslanaraq və işə birtərəfli mövqedən yanaşaraq ədalətsiz qərar qəbul etmişdir. Beləliklə də məhkəmə tərəfindən MPM-nin 385, 388 və 390-cı maddələrinin tələbləri pozulmuşdur. Ona görə də İsmayıllı rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı izahatında göstərmişdir ki, işə baxarkən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, İsmayıllı rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq mübasibətinə heç bir maddi hüquq norması tətbiq etməmiş, gəldiyi nəticəni maddi hüquq normaları baxımından əsaslandırmamışdır. Eyni zamanda mülki işə 12.10.2020-ci il tarixdə baxılsa da, qətnamənin tarixi 13.10.2020ci il kimi göstərilməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(037)-678/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli 2(037)-624/2019 nömrəli qətnaməsindən müəyyən edilir ki, Bahar X1rşı iddia tələbi qismən təmin edilərək Kamil Mehdiyevdən 1090 manat dəyərində “Lima” yataq dəsti və “Qorka Aqat” qonaq dəsti, 110 manat dəyərində bir ədəd stol, 110 manat dəyərində altı ədəd stul, 320 manat dəyərində divan-kreslo dəsti, 60 manat dəyərində jurnalnı stol, 60 manat dəyərində pakrıval dəsti, 240 manat dəyərində üç ədəd döşək, 210 manat dəyərində üç ədəd yorğan, 120 manat dəyərində altı ədəd döşəkcə,150 manat dəyərində bir ədəd xalça, 50 manat dəyərində bir ədəd ayaqaltı daroşqa, 25 manat dəyərində çaynik dəsti, 40 manat dəyərində qaşıq dəsti, 40 manat dəyərində iri boşqab dəsti, 32 manat dəyərində xırda boşqab dəsti, 8 manat dəyərində dörd ədəd bulud boşqab dəsti,15 manat dəyərində dörd ədəd kuruşka dəsti, 40 manat dəyərində bir dəst çay servisi, 115 manat dəyərində bir dəst nahar servisi, 50 manat dəyərində bir ədəd çılçıraq dəsti, 30 manat dəyərində bir ədəd ütü, 20 manat dəyərində bir ədəd gecə lampası, 50 manat dəyərində suvenir, 18 manat dəyərində bir ədəd çuğun teşt, 60 manat dəyərində bir dəst qazan, 50 manat dəyərində bir ədəd elektirik samovar, 12 manat dəyərində on iki ədəd xırda dəsmal, 24 manat dəyərində üç ədəd iri dəsmal, 150 manat dəyərində altı ədəd dəsmal dəsti, 60 manat dəyərində bir ədəd taxt üstlüyü, 40 manat dəyərində bir ədəd yun ədyal, 40 manat dəyərində iki ədəd kreslo üstlüyü, 20 manat dəyərində bir ədəd su bakı, 15 manat dəyərindəı bir ədəd su vannası,12 manat dəyərində bir ədəd qazan,6 manat dəyərində bir ədəd tava, 5 manat dəyərində bir ədəd üç mərtəbəli boşqab, 18 manat dəyərində bir ədəd qazan, 18 manat dəyərində bir ədəd meyvə qabı, 5 manat dəyərində bir ədəd tort qabı, 31 manat dəyərində bir ədəd bıçaq dəsti, 25 manat dəyərində bir ədəd qazan, 16 manat dəyərində bir ədəd teşt, 29 manat dəyərində bir ədəd ətçəkən maşın, 43 manat dəyərində bir ədəd tozsoran, 6 manat dəyərində iki ədəd “lotka” qab,5 manat dəyərində bir ədəd sok qabı, 6 manat dəyərində iki dəst stəkan-nəlbəki, 4 manat dəyərində bir ədəd ləpə qabı,10 manat dəyərində iki ədəd konfet qabı,9 manat dəyərində bir ədəd çaydan,10 manat dəyərində bir ədəd tava, 2 manat dəyərində bir ədəd kəfkir, 4 manat dəyərində bir ədəd kasa, 3 manat dəyərində bir ədəd ləyən, 4 manat dəyərində iki ədəd çörək qabı, 8 manat dəyərində dörd ədəd podnos, 4 manat dəyərində bir ədəd aşsüzən, 7 manat dəyərində bir ədəd xurustal rumka, 23 manat dəyərində bir ədəd sadə rumka, 8 manat dəyərində bir ədəd xurustal konfet qabı, 3 manat dəyərində iki ədəd razetka, 7 manat dəyərində bir ədəd bıçaq və 5 manat dəyərində bir ədəd güldan olmaqla cəmi 3810 manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri olan 3810 manat məbləğinin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(107)-157/2020 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tаrixli, 2(037)-624/2019 saylı qətnaməsi qismən, 300 manat dəyərində beş qram çəkidə bir ədəd 583 əyyarlı nişan üzüyü, 220 manat dəyərində dörd qram çəkidə bir ədəd 583 əyyarlı qaşlı üzük, 360 manat dəyərində altı qram çəkidə bir ədəd 583 əyyarlı bilərzik, 450 manat dəyərində yeddi qram çəkidə bir cüt 583 əyyarlı sırğa olmaqla, qızıl-zinyət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri olan 1330 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi, 300 manat dəyərində beş qram çəkidə bir ədəd 583 əyyarlı nişan üzüyü, 220 manat dəyərində dörd qram çəkidə birədəd 583 əyyarlı qaşlı üzük, 360 manat dəyərində altı qram çəkidə bir ədəd 583 əyyarlı bilərzik, 450 manat dəyərində yeddi qram çəkidə bir cüt 583 əyyarlı sırğa olmaqla qızılzinyət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri olan 1330 manatın Kamil Mehdiyevdən alınaraq İddiaçı verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 18 iyun 2020-ci il tarixli aktın surətindən görünür ki, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı X2 Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(107)-157 saylı icra sənədinə əsasən tələbkar İddiaçı məxsus əmlakların borclu Kamil Mehdiyevdən alınıb tələbkara təhvil verilməsini təmin etmək məqsədi ilə borclu Kamil Mehdiyevin yaşadığı ünvana getmiş və icra sənədində qeyd edilən əmlakların götürülməsini tələbkar İddiaçı təklif etsə də, tələbkar İddiaçı həmin əmlakları götürməkdən imtina etmişdir. Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin 23 avqust 2019cu il tarixli 2(037)-624/2019 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(107)-157/2020 nömrəli qətnamələri ilə Kamil Mehdiyevdən 3810 manat dəyərində cehiz əmlakları və 1330 manat dəyərində qızıl-zinyət əşyaları olmaqla, ümumilikdə 5140 manat dəyərində əmlaklar, həmin əmlaklar olmadıqda onların dəyəri olan 5140 manat məbləğinin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(107)-157 saylı icra sənədinə əsasən tələbkar İddiaçı məxsus əmlakların borclu Kamil Mehdiyevdən alınıb tələbkara təhvil verilməsini təmin etmək məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları borclu Kamil Mehdiyevin yaşadığı ünvana gedərək icra sənədində qeyd edilən əmlakların götürülməsini tələbkar İddiaçı təklif etsələr də, sonuncu əmlakların yararsız olmasını əsas göstərərək götürməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Cavabdehlər əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlərin onun əmlakına vurmuş olduqları zərərdir. İddiaçı tərəfindən belə bir sübut məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslı olsa da, iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, İsmayıllı rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(037)-624/2019 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(107)-157/2020 nömrəli qətnamələrindən görünür ki, Kamil Mehdiyevdən 3810 manat dəyərində cehiz əmlakları və 1330 manat dəyərində qızıl-zinyət əşyaları olmaqla, ümumilikdə 5140 manat dəyərində əmlaklar, həmin əmlaklar olmadıqda onların dəyəri olan 5140 manat məbləğinin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(107)-157 saylı icra sənədinə əsasən tələbkar İddiaçı məxsus əmlakların borclu Kamil Mehdiyevdən alınıb tələbkara təhvil verilməsini təmin etmək məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları borclu Kamil Mehdiyevin yaşadığı ünvana gedərək icra sənədində qeyd edilən əmlakların götürülməsini tələbkar İddiaçı təklif etsələr də, sonuncu əmlakların yararsız olmasını əsas göstərərək götürməkdən imtina etmişdir. Kollegiya şikayətin digər dəlilinə qiymət verərək qeyd edir ki, apelyator şikayətində birinci instansiya məhkəməsi tərəfindən əmlaklara baxış keçirmədiyini bildirmişdir. Halbu ki, həmin əmlaklara baxış keçirilməsinə lüzum yoxdur. Belə ki, yuxarıda qeyd edilən həmin qətnamələrlə müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlaklar naturada olmadıqda onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yəni iddiaçının əmlakları tələf olubsa və yararsız hala düşübsə, iddiaçı icra qaydasında cavabdehdən həmin əşyaların dəyərini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vurulmuş zərərə görə cavabdehlərdən pul tələb etməkdə haqlı olmamışdır. Yəni hazırkı mübahisə məhkəmə qaydasında deyil, icra icraatı qaydasında həll edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(037)-678/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(037)-678/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-434/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-434/2021
26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver