Məhkəmə qərarları › İş №2(107)-435/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-435/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-435/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Pаşаyev Şаhin Əlisurət oğlunun cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu və qeyrilərinə qarşı “dəymiş maddi ziyan və mənəvi ziyanla bağlı 8000 manat pul tələbinə dair (Açar sözlər: Maddi və mənəvi ziyan, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı Pаşаyev Şаhin Əlisurət oğlunun, Cavabdehlər Əhmədxаnzаdə Fuаd Mehmаn оğlunun, Əhədоv Xаləddin Ələkbər оğlunun və Nemаnоv Əflаn Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı Pаşаyev Şаhin Əlisurət oğlunun cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu və qeyrilərinə qarşı “dəymiş maddi ziyan və mənəvi ziyanla bağlı 8000 manat pul tələbinə dair Zərdab Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(035)-230/2022 saylı qətnaməsindən cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Pаşаyev Şаhin Əlisurət oğlu cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, İsаyev Vurğun Yаqub оğlu, İsаyev Rasul Yаqub оğlu, İsаyev Məhаrət Rasul оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əhədоv Xаləddin Ələkbər оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu və Nemаnоv Əflаn Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cаvаbdehlər tərəfindən Zərdаb rаyоnu Gödəkqоbu kəndi ərаzisində оlаn və Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı və Gödəkqobu bələdiyyəsi ilə aralarında bağlanmış eyni tarixli icarə müqaviləsinə əsаsən icаrəsində оlаn 2,6 hа tоrpаq sаhəsində əkdiyi yоncа bitkisini şəxsi təsərrüfаtlаrındа оlаn heyvаnlаrınа оtаrdılаrаq sаhədə оlаn yоncа bitkisinin məhv edilməsi nəticəsində vurduqlаrı ziyаnа görə 650 mаnаt ziyаnın, səhhətində və sаir səbəblərdən yаrаnmış 1580 mаnаt xərcin, vurulmuş mənəvi ziyаnа görə 5770 mаnаtın və dövlət rüsumu оlаrаq ödənilmiş 100 mаnаt, cəmi 8000 mаnаt pulun cаvаbdehlərdən müştərək qаydаdа аlınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Gödəkqobu bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli, 16 saylı icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 2.6 ha torpaq sahəsi 25 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ona icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 2.6 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü işlənib hazırlanmış bu barədə X4 kitabında 07 dekabr 2011-ci il tarixdə, 300-cü nömrə ilə qeydə аlınmış və ona Torpaq sahəsinin planı və ölçüsü А №-378812 saylı sənəd verilmişdir. Həmin torpaq sahəsində növbəli olaraq yonca və taxıl əkib becərmişdir. 2022-ci ildə isə həmin 2.6 ha torpaq sahəsinin hamısında yonca əkmişdir. Lakin, cari ilin yanvar ayından başlayaraq hazırkı cavabdehlər özlərinə məxsus mal-qaranı ona məxsus yonca sahəsinə salaraq otarmış və nəticədə ona maddi ziyan vurmuşlar. Bu barədə kənd İcra nümayəndəsinə və kənd bələdiyyəsinin sədrinə müraciət etsə də, cavabdehlərin etdiyi qanunsuz hərəkətin qarşısını alan olmamışdır. O, yаrаnmış vəziyyətlə bаğlı 24 yаnvаr 2022-ci il tаrixdə ərizə ilə Аzərbаycаn Respublikаsının Kənd Təsərrüfаtı Nаziyrliyi Zərdаb Dövlət Аqrаr İnkişаf Mərkəzinə mürаciət edərək sаhəyə dəymiş ziyаnlığın müəyyən оlunmаsını xаhiş etmişdir. Zərdab DAİM-nin əməkdaşlarından ibarət aqronom heyəti həmin sahəyə baxış keçirmiş, baxış zamanı mal-qaranın ziyanlıq vurması müəyyən olunmuşdur. Lakin, Mərkəzin ona ünvаnlаmış оlduğu xx.xx.2022-ci il tаrixli 14-R №-li məktubundа maddi ziyanlığın hesablanması DAİM-nin səlahiyyətləri daxilində оlmаmаsı qeyd оlunmuşdur. Bundаn sоnrа, o, cаvаbdehlər tərəfindən onun yonca sahəsinə heyvаnlаrını оtаrmаlаrı nəticəsində vurduqlаrı ziyаnın müəyyən оlunmаsı və qiymətləndirilməsi məqsədi ilə xx.xx.2022-ci il tаrixdə ərizə ilə Beyləqаn şəhərində yerləşən "xxxx" MMC-yə mürаciət etmiş və həmin tаrixdə Cəmiyyətlə аrаlarındа «Əldən çıxmış fаydаnın qiymətləndirilməsinə dаir» Müqаvilə bаğlаnmış və Qiymətləndirmə xidmətinin dəyəri qаrşılıqlı rаzılаşmаyа əsаsən 250 manat təşkil etmiş və həmin məbləğ onun tərəfindən "xxxx"MMC-nin kаssаsınа ödənilmiş və bu bаrədə xx.xx.2022-ci il tarixli, 059172 №-li Kаssа Mədаxil Оrderi Qəbzi verilmişdir. Bundаn bаşqа xx.xx.2022-ci il tаrixdə «Qiymətləndirmə fəаliyyəti hаqqındа» Qаnunun 9-cu mаddəsinə uyğun оlаrаq kənd təsərrüfаtı sаhəsində dəymiş ziyаnın müəyyən edilməsi üçün sаhə mütəxəssisinin cəlb оlunmаsınа dаir» Müqаvilə bаğlаnılmış və işin icrаsının dəyəri qаrşılıqlı rаzılаşmаyа əsаsən 50 mаnаt təşkil etmiş və onun tərəfindən həmin məbləğ də "xxxx" MMC-nin kаssаsınа ödənilmiş və bununlа bаğlı xx.xx.2022-ci il tarixli, 01 №-li Məxаric Xəzinə Оrderi verilmişdir. "xxxx" MMC tərəfindən icаrəsində оlаn 2,6 hа tоrpаq sаhəsində əkdiyi yоncа bitkisini cavabdehlərin şəxsi təsərrüfаtlаrındа оlаn heyvаnlаrınа оtаrdılаrаq sаhədə оlаn yоncа bitkisinin məhv edilməsi nəticəsində vurduqlаrı ziyаnа görə (2.6 ha x 250.00)= 650 mаnаt ziyаnın hesablanmışdır. "xxxx"MMC tərəfindən аpаrılmış аrаşdırmаyа dаir tərtib оlunmuş xx.xx.2022-ci il tаrixli Qiymətləndirmə Rəyini ərizəyə əlаvə etmişdir. Bununlа bərаbər, o, sаhəyə dəyimiş ziyanın qiymətləndirməsinin аpаrılmаsı ilə bаğlı mütəxəssislərlə görüşmək, оnlаrın Gödəkqоbu kəndinə gediş-gəlişlərini təşkil etmək üçün iki dəfə Beyləqаn rаyоnunа maşınla gediş-gəliş оlmuşdur ki, bunun nəticəsində isə 50 mаnаt benzin xərci çıxmışdır. Bundаn bаşqа оnudа bildirmək istəyir ki, cаvаbdehlər iki ildən çоxdur ki, icаrəsində оlаn tоrpаq sаhəsinə mütəmаdi оlаrаq mаddi ziyаn vurmаlаrı nəticəsində səhhətində ciddi prоblemlər yаrаnmışdır. Keçirdiyi həyəcаnlаr, streslər nəticəsində gözlərində ciddi prоblemlər yаrаnmış, görmə qаbiliyyəti аzаlmış və o, bununlа bаğlı Bаkı şəhərində yerləşən Bоnum Medicаl xəstəxаnаsındа əməliyyаt оlunduğu üçün 750 mаnаt məbləğində vəsаit ödəmişdir. Əməliyyаtdаn sоnrа isə yenidən müəyyən tibbi prоsedurlаr üçün əlаvə 80 mаnаt xərci çıxmışdır. Bundаn bаşqа cаvаbdehlərə keçirdiyi streslər səbəbindən 12 bаrmаq bаğırsаğımdа xоrа yаrаnmış və bununlа dа bаğlı o, Zərdаb RMX-dа müаlicələr аlmаq məcburiyyətində qаlmışdır. Keçirdiyi bu xəstəlik səbəbindən, eləcə də sаhəsinə dəyən ziyаnlıqlа bаğlı isə ümumilikdə gediş-gəliş və bu işlərlə bаğlı оrtаyа çıxаn sаir səbəblərdən 300 mаnаt, dövlət rüsumu оlаrаq ödənilmiş 100 mаnаt оlmаqlа xərci çıxmışdır. Hesab edr ki, cavabdehlər tərəfindən icаrəsində оlаn 2,6 hа tоrpаq sаhəsində əkdiyi yоncа bitkisini şəxsi təsərrüfаtlаrındа оlаn heyvаnlаrınа оtаrdılаrаq sаhədə оlаn yоncа bitkisinin məhv edilməsi nəticəsində vurduqlаrı ziyаnа görə 650 mаnаt ziyаnın, səhhətinə və sаir səbəblərdən yаrаnmış 1580 mаnаt xərcin, vurulmuş mənəvi ziyаnа görə 5770 mаnаt və dövlət rüsumu оlаrаq ödənilmiş 100 mаnаt,–cəmi 8000 mаnаt pulun cаvаbdehlərdən müştərək qаydаdа аlınaraq ona verilməsinə dаir qətnаmə qəbul edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Pаşаyev Şаhin Əlisurət oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh Cаvаdоv Nicаd Mətləb oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Zərdab rayonunun Gödəkqobu kəndində yaşayır. Cari ilin əvvəlində kənd sakinləri, o, cümlədən hazırkı iş üzrə iddaçıdan və digər icarədarlardan torpaq sahəsini boşaltmağı tələb etmişlər. Bir-çox icarədar, özü icarəyə götürdüyü torpaq sahəsini boşaltmağa razı olduğunu bildirmiş və camaatdan vaxt verilməsini xahiş etmişlər. Kənd camaatı da icarədarlarla razılaşaraq müvəqqəti olaraq onların yerini otarmamışlar. Lakin, hazırkı iddiaçı camaatla, o cümlədən onlarla razılaşmamışdır. Ona görə də iddiaçının əkin yeri cari ilin yanvar ayının ortalarından başlayaraq otarılmışlar. Bu səbəbdən də hazırkı iş üzrə digər cavabdehlər kimi, o, da cari ilin yanvar ayının ortalarında heyvanlarını iddiaçının icarəyə götürdüyü 2.6 ha sahəyə apararaq otarmışlar. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehlər Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əhədоv Xаləddin Ələkbər оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu və Nemаnоv Əflаn Məhəmməd oğlu cavabdeh Cаvаdоv Nicаd Mətləb oğlunun izahatına uyğun izahat vermişlər.

6. Zərdab Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(035)-230/2022 saylı qətnaməsi ilə (T.Qubadov), iddianın qismən təmin edilməsi, cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu və Əhədоv Xаləddin Ələkbər oğlundan maddi ziyana görə 650 manat, mənəvi zərərə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kassa məxaris orderlərinə əsasən "xxxx" MMC-nin hesabına ödənilmiş 250 +50 = 300 manat, cəmi 1550 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı Pаşаyev Şаhin Əlisurət oğluna verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Azərbaycan Respublikası MPM-nin 124.1ci maddəsinə əsasən cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu və Əhədоv Xаləddin Ələkbər oğlundan müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın cavabdehlər İsаyev Vurğun Yаqub оğlu, İsаyev Rasul Yаqub оğlu və İsаyev Məhаrət Rasul oğluna münasibətdə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, Zərdab rayon Gödəkqobu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı icarə müqaviləsinə əsasən əsasən Zərdab rayon Gödəkqobu Bələdiyyəsi ilə Pаşаyev Şаhin Əlisurət oğlu arasında bağlanmış xx.xx.2006-cı il tarixli 16 saylı icarə müqaviləsinə əsasən 2.6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 il müddətinə Pаşаyev Şаhin Əlisurət oğluna icarəyə verilmişdir. İddiaçı həmin vaxtdan, yəni ötən 16 il müddətində hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirərək, istifadə etmiş və 2.6 ha sahənin hamısına yonca əkmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin əvvəllərindən cavabdehlər sözügedən yerdə iddiaçıya məxsus əkini sonuncunun iradəsinə zidd olaraq özbaşına xırdabuynuzlu heyvanlara otarmaqla iddiaçıya maddi ziyan vurmuşlar. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əhədоv Xаləddin Ələkbər оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu və Nemаnоv Əflаn Məhəmməd oğlu məhkəmə iclasında sözügedən torpaq sahəsinin iddiaçıya qanunsuz verildiyini bildirərək iddiaçının əkin sahəsini xırda buynuzlu heyvanlara otazdırdıqlarını inkar etməyərək, özlərini haqlı bilmişlər.

8. Həmçinin məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 94547 saylı rəyinə əsasən iddiaçıya dəyən maddi zərərin 650 manat olduğu müəyyənləşdirilmişdir.

9. Məhkəmə araşdırması zamanı Cavabdeh3, Cavabdeh4 və onun oğlu Cavabdeh12 Rasul oğlunun iddiaçıya məxsus yonca sahəsində xırdabuynuzlu heyvan otarmaları müəyyən olunmamışdır.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi Zərdab rayon Gödəkqobu Bələdiyyəsinin mülkiyyəti olduğundan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adı çəkilən normalarının tələbləri baxımından bələdiyyə həmin torpaq sahəsini başqasına icarəyə verməkdə, iddiaçı isə bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirtməkdə haqlı olmuşdur.

11. Məhkəmə cavabdehlərin hərəkətlərinin qanuni olub-olmamasına dair hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, sözügedən icarə müqaviləsi məhkəmə qaydasında ləğv olunmadığı halda cavabdehlərin iddiaçının icarəsində olmaqla əkin altında olan torpaq sahəsinə birbaşa müdaxilə etmələri qanunla qadağan olunan özbaşnalıqdır.

12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əhədоv Xаləddin Ələkbər оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu və Nemаnоv Əflаn Məhəmməd oğlu iddianın rədd edilməsini xahiş etsələrdə də, iddiaçının icarə və əmlak hüququna etdikləri müdaxilənin qanuni olmasını məhkəmə iclasında əsaslandıra bilməmişlər. Ona görə də məhkəmə həmin cavabdehlərin yuxarıda qeyd olunan hərəkətlərini başqasına ziyan vurmağa yönəlmiş qanunla qadağan olunan özbaşnalıq kimi qiymətləndirmişdir.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehlər İsаyev Vurğun Yаqub оğlu, İsаyev Rasul Yаqub оğlu və İsаyev Məhаrət Rasul oğlunun iddiaçıya məxsus əkin sahəsinin otarılmasına aidiyyəti sübut olunmadığı üçün, o, iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımamalı, digər cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu və Əhədоv Xаləddin Ələkbər oğlunun isə iddiaçıya məxsus əkin sahəsinin otarılmasına aidiyyətləri məhkəmə iclasında sübut olunduğu üçün onlar iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımalıdırlar.

14. Məhkəmə hesab etmişdir ki, hazırkı iddiaçı Namət İsmayılovun icarə hüququ əsasında ona məxsus torpaq sahəsində əkmiş olduğu əkin onun mülkiyyəti olmuş, həmçinin həmin əkindən gözlənilən fayda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən onun üçün mülkiyyətin ədə edilməsinin “qanuni gözləntisi”ni təşkil edir.

15. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kassa məxaric orderlərinə əsasən "xxxx" MMC-nin hesabına 250 +50 = 300 manat pul cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu və Əhədоv Xаləddin Ələkbər oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının min-bir əziyyət və xərc hesabına əkib yetişdirdiyi, özünün və ailəsinin dolanışıq mənbəyi hesab etdiyi əkinin onun gözü qarşısında və ona sayğısızlıq göstərməklə, habelə qanunsuz olsa da özlərinin üstünlüklərini nümayiş etdirilməklə cavabdehlər tərəfindən heyvanlara otazdırılaraq məhv edilməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya, yəni həm özünün, həm ailəsinin, həm də kənd sakinlərinin nəzərində aciz duruma düşməsinə səbəb olmuşdur ki, nəticə etibarı ilə cavabdehlərin həmin qanunsuz hərəkətləri ilə həm də iddiaçıya mənəvi zərər vurulmuşdur.

17. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia mənəvi ziyan tələbinə dair hissədə qanunidir və cavabdehlərin geniş maddi imkna malik olmamaları (hər bir halda iddiaçı cavabdehlərin geniş maddi imkana malik olmaları barədə məhkəməyə sübut təqdim etməmişdir) nəzərə alınmaqla qismən təmin edilməli və qət edilən məbləğ cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu və Əhədоv Xаləddin Ələkbər oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 17.1, 18, 152.1, 164.1, 560.1, 1096.1, 1097.1-ci maddələri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4.0.2, 5.1-ci maddələri, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi, 84-cü maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,4.1, 76.1, 76.2, 101.3, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən narazı qalan cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlu apellyasiya şikayəti vermişlər.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunan zaman maddi hüquq normaları düzgün tədbiq olunmamışdır. İlk öncə onu qeyd edirlər ki, proses zamanı 5 nəfər cavabdeh məhkəmə prosesində ümumiyyətlə iştirak etməmiş və buna əsasən iddiaçının iddiasına münasibət bildirməmişdir. Cavabdehlərdən bir qismi məhkəmə prosesində iştirak etməsə də məhkəmə nədənsə həmin şəxsləri dinləmədən iddiaçının iddiası əsasında qətnamə qət etmişdir. Təbii ki, buda prosesdə iştirak etməyən şəxslərin hüquqlarını kobud şəkildə pozur.

22. Bundan əlavə onu da qeyd edirlər ki, iddiaçı iddiasında dəymiş maddi ziyanla yanaşı mənəvi ziyanla bağlı da pul tələb etmişdir. Lakin iddia ərizəsində və məhkəməyə verdiyi izahatında mənəvi ziyanın nədən ibarət olması hissəsinə aydınlıq gətirə bilməmişdir. Lakin Zərdab Rayon Məhkəməsi hansısa səbəblərdən özünün mülahizələri əsasında mənəvi ziyana görə 500 manat pulu iddiaçının xeyrinə təmin etmişdir. Lakin birmənalı şəkildə demək olar ki, iddiaçının məqsədi hansısa yollarla pul əldə etməkdir. Əks halda müalicə xərclərini cavabdehlərdən tələb etməzdir.

23. Konstitusiyanın 25.2-ci bəndinə əsasən “Hamı qanun və məhkəmə qarşısında bərabərdir” Lakin nədənsə qətnamə qəbul olunan zaman Konstitusiyanın tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsi formal xarakter daşımış və cavabdehin izahatı əsasında tərtib olunmuşdur.

24. Azərbaycan Respublikasının Konstitusiyası 127-ci maddəsinə əsasən “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar” məhkəmə prosesi zamanı dindirilən şahidlər tərəfindən iddiasına uyğun izahat verilsədə lakin qətnamə qəbul olunan zaman şahid ifadələrinə istinad olunmamışdır.

25. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsa da məhkəmənin çəkişmə prinsipi əsasında həyata keçirilməsi təmin olunmamışdır.

26. Məhkəmə prosesi yalnız iddiaçının yalan izahatları üzərində qurulmuşdur. məhkəmə işə mahiyyəti üzrə baxmamış düzgün araşdırma etməmiş və cavabdehlərin iştirakı olmadan qətnamə qəbul etmişdir.

27. Bundan əlavə iddiaçı iddiasında mənəvi ziya qeyd etsə də, iddiasını əsaslandıran səbəbləri və faktları məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq Zərdab Rayon Məhkəməsi iddianı bu hissədə qismən təmin etmişdir. Zərdab Rayon Məhkəməsidə qətnamə qəbul edən zaman mənəvi ziyanın iddiaçıya hansı hissədə toxunduğunu sübut edə bilməmişdir.

28. Hesab edir ki, hakim maddi hüquq normalarını kobud şəkildə pozaraq səhv nəticəyə gəlmişdir.

29. Odur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-230/2022 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətlərinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş edirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlu və Nemаnоv Əflаn Məhəmməd oğlu ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

32. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Pаşаyev Şаhin Əlisurət oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.

33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, İsаyev Vurğun Yаqub оğlu, İsаyev Rasul Yаqub оğlu, İsаyev Məhаrət Rasul оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Kostitusiyasının;

24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin;

21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarın 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Apellyatorlar apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(035)-230/2022 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

40. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(035)-230/2022 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilən hissəsi üzrə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi qaydada təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(035)-230/2022 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilməlidir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Kollegiya qeyd edir ki, mülki hüquq məsuliyyət əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə, həmçinin iddiaçıya mənəvi zərər vurulmaqla cavabdehlərin onun qarşısında “deliktmüqavilədənkənar” məsuliyyətlərinin yarandığı qənaətinə gəlmişdir.

44. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

45. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşımaları müəyyən edilməlidir.

46. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

48. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehlərin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən Konstitusiyanın 25.2-ci bəndinin hamının qanun və məhkəmə qarşısında bərabər olması, lakin nədənsə qətnamə qəbul olunan zaman Konstitusiyanın tələblərinin pozulması, məhkəmə qətnaməsinin formal xarakter daşıması, cavabdehin izahatı əsasında tərtib olunması, proses zamanı 5 nəfər cavabdehin məhkəmə prosesində iştirak etməmələri, iddiaçının iddiasına münasibət bildirməmələri, məhkəmə prosesində iştirak etməyən cavabdehləri dinləmədən iddiaçının iddiası əsasında qətnamə qət etməsi, prosesdə iştirak etməyən şəxslərin hüquqlarını kobud şəkildə pozmasına, məhkəmənin çəkişmə prinsipi əsasında həyata keçirilməsinin təmin olunmamasına dair apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyatorların həmin dəlilləri əsassızdır.

50. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişlərindən və xəbərnamələrdən məlum olur ki, iş üzrə tərəflərə rəsmi qaydada məhkəmə iclasına dəvət olunmalarına dair bildirişlər poçt vasitəsi ilə onların faktiki yaşadıqları ünvana göndərilmişdir, eyni zamanda tərəflər xərnamələrdə imzalarını qeyd etməklə, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırıldıqlarını təsdiq etmişlər. Bu isə onu deməyə əsas verir ki, mülki proses tərəflərindən hər biri üçün çəkişmə prinsipinin həyata keçirilməsi, müdafiə hüququndan istifadə etmələri üçün yetərli şərait yaradılmış, tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin tələbləri pozulmamışdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin qeyd edilən tələblərini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində tərəfin məhkəmə iclasına məcburi qaydada gətirilməsi imkanının nəzərdə tutulmaması, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəfin məhkəmə iclasına gəlmək, izahat vermək, iddia tələbinə dair etiraz göndərmək və sair kimi hüquqlarının olmasına, bunların tərəfə göndərilmiş bildirişlərdə izah edilməsinə baxmayaraq, tərəfin bu hüquqlarından istifadə etməməsi məhkəmənin işə baxarkən prosessual pozuntulara yol verilməsi kimi şərh edilə bilməz.

53. Kollegiya apellyasiya şikayətində göstərilən qətnamə qəbul olunan zaman maddi hüquq normalarının düzgün tədbiq olunmaması, məhkəmə qətnaməsinin formal xarakter daşıması, cavabdehin izahatı əsasında tərtib olunması, məhkəmə prosesi zamanı dindirilən şahidlər iddiasına uyğun izahat verilsə də qətnamə qəbul olunan zaman şahid ifadələrinə istinad olunmamasına dair dəlillərə münasibət bildirərək hesab edir ki, apellyatorların həmin dəlilləri də əsaslı deyildir.

54. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhz mübahisəyə aid olan maddi hüquq normalarına istinad edilmiş, bunlar məhkəmə qətnaməsinin məzmununda sadalanmışdır. Həmçinin məhkəmə qətnaməsindən və məhkəmə iclas protokollarından da göründüyü kimi iş üzrə cavabdehlərlə yanaşı iddiaçı tərəf də iddia tələbi üzrə izahatını vermiş və bu məhkəmə iclas protokolları ilə yanaşı qətnamənin də məzmununda əksini tapmışdır. Şahid ifadələrinə istinad edilməməsinə gəlincə şahid ifadəsi sübut növlərindən biri olmaqla şahidin məhkəməyə təqdim edilməsi tərəfin hüququdur, vəzifəsi deyildir. Tərəfin məhkəməyə şahid təqdim etdiyi, məhkəmənin isə onu dindirməyi zəruri hesab etdiyi halda şahidin ifadəsi məhkəmə iclas protokolunun və məhkəmə qətnaməsinin məzmununda əksini tapır. Hazırkı iş materialından isə tərəflərin məhkəməyə şahid təqdim etmək təşəbbüsündə olmaları, təqdim edilmişdirsə belə ifadəsinin məhkəmə iclas protokolunda əksini tapmaması səbəbli protokola dair qeyd verilməsi halları müəyyən edilməmişdir.

55. Kollegiya apellyasiya şikayətində göstərilən Zərdab Rayon Məhkəməsinin mənəvi ziyana görə 500 manat pulun iddiaçının xeyrinə təmin etməsinə dair dəlillərinə münasibət bildirərək hesab edir ki, apellyatorların həmin dəlilləri əsaslıdır.

56. Belə ki, məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur.

57. Hazırkı halda isə iddiaçı tərəf belə bir sübut növü təqdim etməmişdir.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

59. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

60. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

61. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

62. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin iddiaçıya vurmuş olduğu mənəvi ziyanın sübut edilməsidir. İddiaçı tərəfindən belə bir sübut məhkəmələrə təqdim edilməmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlunun apellyasiya şikayətləri qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(035)-230/2022 saylı qətnaməsi qismən, cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu və Əhədоv Xаləddin Ələkbər oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərə görə 500 manatın alınıb iddiaçı Pаşаyev Şаhin Əlisurət oğluna verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlundan mənəvi zərərə görə 500 manatın müştərək qaydada alınaraq iddiaçı Pаşаyev Şаhin Əlisurət oğluna verilməsi hissəsində təmin edilməməlidir.

64. Qətnamə mübahisələndirilən qalan hissələrdə cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlunun apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlunun apellyasiya şikayətləri qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(035)-230/2022 saylı qətnaməsi qismən, cavabdehlər Cаvаdоv Nicаd Mətləb оğlu, Sоltаnоv Аllаhyаr Аslаn оğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, İbаdоv Nihаt Ülvi оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Аğаməmmədоv Nurlаn Sаhim оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu və Əhədоv Xаləddin Ələkbər oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərə görə 500 manatın alınıb iddiaçı Pаşаyev Şаhin Əlisurət oğluna verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlundan mənəvi zərərə görə 500 manatın müştərək qaydada alınaraq iddiaçı Pаşаyev Şаhin Əlisurət oğluna verilməsi hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə cavabdehlər Cаvаdоv Nicаd Mətləb oğlu, Rüstəmоv Müslət Məhəmməd оğlu, Dаdаşоv Ülvi Dаşqın оğlu, Eyvаzоv Nuru Sərdаr оğlu, Məhəmmədli Zəkа Sədrəddin оğlu, Eminоv Eşqin İsrаil оğlu, Əliyev Semrаn Аğаbаbа оğlu, Nemаnоv Əflаn Məhəmməd oğlu, Əhmədxаnzаdə Fuаd Mehmаn оğlu, Əhədоv Xаləddin Ələkbər оğlunun apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar