Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-439/2022 10.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və s. tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və s. tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(016)-195/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 749-AZN saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 20 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh3 özünə və Cavabdeh2 məxsus Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 04 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır, (qeydiyyat tarixi: xx.xx.2014; qeydiyyat nömrəsi: **********). Birinci instansiya məhkəməsində icraat: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 37.926,05 manat məbləğində əsas borc, 27.088,57 manat məbləğində faiz borcu, 11.493,87 manat məbləğində cərimə borcu, 695,64 manat məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunda sonra mətndə - MM) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 77.204,13 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, tutmanın Cavabdeh3 və Cavabdeh2 məxsus olan Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsini, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) istifadə hüququnun itirilmiş hesab edilməsini, həmin yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 749-AZN saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 20 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh3 özünə və Cavabdeh2 məxsus Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 04 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır, (qeydiyyat tarixi: xx.xx.2014; qeydiyyat nömrəsi: **********). 15 mart 2020-ci il tarixinədək Heydərov X4 04.112014-cü il tarixli kredit müqaviləsi üzrə banka 37.926,05 manat məbləğində əsas borc, 27.088,57 manat məbləğində faiz borcu, 11.493,87 manat məbləğində cərimə borcu, 695,64 manat məbləğində MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 77.204,13 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 və Cavabdeh1 oğlu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi krediti və kreditlərə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehlərdən əsas borc və faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4595 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh3 müqavilə bitən müddətə, yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 37,925 manat, faiz borcu üzrə 22.781,63 manat; müqavilə müddətindən sonra illik 5 %-lə maliyyə arayışı tarixinədək xx.xx.2020-ci ilə əsas borc üzrə 37.925,02 manat, faiz borcu üzrə 22.687,45 manat borcu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehlərdən qeyd edilən kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 37.925,02 manat, faiz borcu üzrə 22.687,45 manat (MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz də daxil olmaqla) tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 56.000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi evin mülkiyyətçiləri tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iddianın “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(016)-195/2021 saylı qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin olunmuş, 37.925,02 manat əsas borc, 22.687,45 manat faiz borcu (MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz də daxil olmaqla), 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 60.712,47 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tələbin Cavabdeh3 və Cavabdeh2 məxsus olan Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti əmlakın likvid dəyəri 56.000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan "xxxx" ASC-yə olan borcun ödənilməsi, Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi, iddianın tələbi qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319, 385, 442, 443, 448, 462 və 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39 və 59-cu maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 749-AZN saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 20 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan iddiaçı ilə ipoteka verən Cavabdeh3 özünə və Cavabdeh2 məxsus Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 04 noyabr 2014-cü il tarixli, İP- 749 AZN ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh3 özünə və Cavabdeh2 mülkiyyətində olan Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin “Ağsu” filialının xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2017-ci və xx.xx.2020-ci il tarixlərdə cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, ipoteka bildirişinin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə 37.926,05 manat məbləğində əsas borcu, 27.088,57 manat məbləğində faiz borcu, 11.493,87 manat məbləğində cərimə borcu, 695,64 manat məbləğində MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 77.204,13 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/2017 nömrəli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 9/4595 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh3 müqavilə bitən müddətə, yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 37.925 manat, faiz borcu üzrə 22.781,63 manat; müqavilə müddətindən sonra illik 5 %-lə maliyyə arayışı tarixinədək xx.xx.2020-ci ilə əsas borc üzrə 37.925,02 manat, faiz borcu üzrə 22.687,45 manat borcu müəyyən olunur. İş materiallarında olan ipoteka predmeti olan daşınmaz əmlakın likvid və bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin Ağsu şəhəri, Mikayıl Mirzə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/A 12-778/21 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 61.000 manat, likvid dəyəri 56.000 manat məbləğində müəyyən edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. 2017-ci ilin iyul ayında "xxxx" ASC ilə cavabdeh arasında razılaşma əldə edilmiş, həmin razılaşma uyğun güzəşt protokoluna əsasən iddiaçı Bankla aylıq ödəniş 500 manat olmaqla razılaşdırılmışdır. xx.xx.2017-ci ildə "xxxx" ASC ləğv edildiyi üçün cavabdehdən aylıq ödənişlər qəbul edilməmiş, hesabların və sistemin bağlı olduğu əsas gətirilərək gözləmək lazım olduğu bildirilmişdir. Sonradan cavabdehə məktub göndərilərək bütün ödənişlərin geri qaytarılması tələb edilmişdir. Kredit müqaviləsinin müddətinin bitməsinə 2 ilə yaxın vaxt qaldığı halda ümumi müqavilə üzrə bütün pulun tələb edilməsinin əsassız olması barədə Banka etiraz edilmişdir. Cavabdeh tərəfindən indiyədək Banka 32.000 manata yaxın pul ödənilmişdir. Buna baxmayaraq iddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 37.926.05 manat əsas, 27.088,57 manat faiz, 11.493,87 manat cərimə və 695,64 manat gecikdirilmiş əlavə faiz ümumilikdə 77.204,13 manat pul tələb edir. Banka ödənilmiş pullar da nəzərə alınsa, belə çıxır ki. cavabdeh aldığı 50000 manata görə 100000 manat ödəməlidir. Yəni aldığı məbləğin 2 misli. İndiyədək müqavilə üzrə 32.000 manata yaxın pul ödənməsinə baxmayaraq, iddia tələbində göstərilən şişirdilmiş 37 925,02 manat əsas borc, 22 687,45 manat faiz borcu demək olar ki. olduğu kimi qalmışdır. Məhkəmənin gəldiyi nəticə, işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Belə ki. cavabdeh kredit borcunun qaytarılması ilə bağlı uzun müddət ödənişlər etmiş, lakin cavabdehdən götürdüyü məbləğin 2 misli pul tutulur. Bu tamamilə əsassızdır. Sual olunur ödənilən pulların çox hissəsi hansı əsasla faizə silinmişdir? Necə olur ki, bu gün faiz borcu, əsas borcun 60%-ni təşkil edir? Bütün bu sualla məhkəmə mühasibatlıq ekspertizası tərəfindən ətraflı tədqiq edilməli idi. Məhkəmə tərəfindən qeyd edilən ziddiyyətlərlə bağlı ekspert qarşısında suallar qoyulmamış və ekspert bankın təqdim etdiyi sənədlər əsasında sadə hesablama apararaq rəy vermişdir. Hesab edirik ki, bu ziddiyyətli məqamların araşdırılması və sübutların dərindən təhlil edilməsi üçün təkrar ekspertiza təyin edilməli idi. Məhkəmə tərəfindən qeyd edilən hallara olduqca səthi yanaşılmış və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(016)- 195/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(016)-195/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(016)-195/2021 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən faiz borcunun və cəmi borcun məbləğinə dair hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3 mart 2022-ci il tarixli 2(107)-439/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmiş və həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/2090 saylı rəydə göstərilmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 və Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 04.11,2014-cü il tarixli, 749- AZN saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə müddətində illik 20%lə müqavilə müddətindən sonra illik 5%-lə faiz borcunun hesablanması ilə Cavabdeh3 və Cavabdeh1 xx.xx.2017-ci il tarixə (bankın ləğv olunan tarixinə) banka olan əsas və faiz borcu 47.289,57 manat məbləğində, xx.xx.2020-ci il tarixə (İddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 59.915,08 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2017-ci il tarixə: əsas borc üzrə------------------39.810,35 manat, faiz borcu üzrə------------------7.479,,22 manat (illik 20%-lə). xx.xx.2020-ci il tarixə: əsas borc üzrə------------------ 39.810,35 manat, faiz borcu üzrə------------------ 19.363,82 manat (illik 20%-lə). faiz borcu üzrə------------------ 740,91 manat (illik 5%-lə) İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 749-AZN saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən cərimə müəyyən edilmədi. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 749-AZN saylı kredit müqaviləsi üzrə hesablanmış borc qalığı İddiaçı ASC nə ödənilən kredit məbləğləri nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə kollegiyası hazırki ekspert rəyini sübut kimi qəbul edir. Eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4595 saylı, xx.xx.2021-ci il tarixli rəyində əsas borcun məbləği 37.925,02 manat göstərildiyi, birinci instansiya məhkəməsi tərəfindən iddia əsas borca münasibətdə həmin məbləğdə təmin edildiyi və iddiaçının həmin məbləği mübahisələndirmədiyi halda, apellyasiya baxışında təyin edilmiş ekspertiza üzrə verilmiş hazırki - xx.xx.2022-ci il tarixli 9/2090 saylı rəydə əsas borcun məbləği 39.810,35 manat müəyyən edilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci ekspertiza rəyində göstərilmiş məbləğin az olması və iddianın həmin məbləğdə təmin olunması iddiaçı bank tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası əsas borcun məbləğinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza nəticəsində verilmiş 9/4595 saylı, xx.xx.2021-ci il tarixli rəydə müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu ilə faiz borcunun məbləği 22,781.63 manat, maliyyə arayışının verildiyi 15 mart 2020-ci il tarixədək olan cəmi faiz borclarının məbləği 22,687.45 manat müəyyən edildiyi və iddia tələbi faiz borclarına münasibətdə 22,687.45 manat məbləğində təmin edildiyi halda, hazırki - xx.xx.2022-ci il tarixli 9/2090 saylı rəydə müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu ilə faiz borcunun məbləği 20,164.81 manat, maliyyə arayışının verildiyi 15 mart 2020-ci il tarixədək olan cəmi faiz borclarının məbləği 20,104.73 manatdır ki, onun da 19,363.82 manat hissəsi illik 20%-lə hesablanan faiz borcuna, 740.91 manatı isə illik 5%lə hesablanan faiz borcuna aiddir. Göründüyü kimi, faiz borclarının cəmi məbləği 20,104.73 manat hesablanmalıdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə faiz borclarının və cəmi borcun məbləğinə dair hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(016)-195/2021 saylı qətnaməsi faiz borclarının məbləği 20,104.73 manat və cəmi borcun məbləği 58,129.75 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın 100 manatı iddiaçı LPO İddiaçı ASC-dən, 100 manatı isə Cavabdeh3 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(016)-195/2021 saylı qətnaməsi faiz borclarının məbləği 20,104.73 manat və cəmi borcun məbləği 58,129.75 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın 100 manatı iddiaçı LPO İddiaçı ASC-dən, 100 manatı isə Cavabdeh3 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-439/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-439/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver