Məhkəmə qərarları › İş №2(107)-439/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-439/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-439/2024 27.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(046)-1560/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi «Vaz 21154» minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə idarə etdiyi avtomobillə ilk öncə əks istiqamətdə hərəkətdə olan sürücü X3 idarə etdiyi «Vaz 2106» minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili, daha sonra sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X2 idarə etdiyi «Mersedes Benz» markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili və eyni zamanda sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü Nümayəndə1 idarə etdiyi «Vaz 21154» minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2059 manat məbləğində dəymiş maddi zərərin, dövlət rüsumu kimi ödənilmiş 40 manat 60 qəpik və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 11 fevral 2023-cü il tarixdə qardaşı Nümayəndə1 onun mülkiyyətində olan «Vaz 21154» markalı ** KA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Göyçay şəhərindən Bığır kəndi istiqamətində idarə edərkən rayonun Hacalıkənd kəndi ərazisində saat 23 radələrində Cavabdeh idarə etdiyi avtomobillə yüksək sürətlə əks istiqamətdən onlara qarşı gələrək əvvəlcə X3 idarə etdiyi «Vaz 2106» markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra X2 idarə etdiyi «Mersedes Benz C 180» markalı ** LT *** dövlət nömrə nişanlı minik avtomobillə, daha sonra qardaşının idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı qardaşı Nümayəndə1 və özü xəsarət almış,mülkiyyətində olan avtomobilə 4464 manat məbləğində zərər dəymişdir. Göyçay rayon X4 Bölməsinin 27 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, cavabdeh Göyçay rayon Polis Şöbəsi DYPB-nin 02 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Ona 4464 manat məbləğində zərər dəysə də sığorta şirkəti cəmi 2405 manat ödəniş etmişdir. Cavabdeh nəinki qardaşının qəza nəticəsində aldığı xəsarətlə bağlı səhhəti ilə maraqlanmamış, hətta avtomobilinə dəymiş maddi zərərin qalan hissəsini ödəməmişdir.

4. Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən qiymətləndirilmiş və iddiaçının avtomobilinə dəymiş ziyan 2405 manat hesablanmışdır. İddiaçı da həmin məbləğlə razılaşmış və sığorta şirkətindən 2405 manatı almışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsində avtomobilinə dəydiyi ziyan 4464 manat məbləğində olmamışdır. Hesab edir ki, İddiaçı avtomobilinə dəymiş ziyanın hesablanması üçün ekspertiza təyin edildiyi halda dəymiş ziyan 2405 manat müəyyən oluna bilər. Yuxarıda qeyd olunanları nəzərə alınaraq məhkəmədən İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi «Vaz 21154» minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə idarə etdiyi avtomobillə ilk öncə əks istiqamətdə hərəkətdə olan sürücü X3 idarə etdiyi «Vaz 2106» minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili, daha sonra sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X2 idarə etdiyi «Mersedes Benz» markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili və eyni zamanda sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü Nümayəndə1 idarə etdiyi «Vaz 21154» minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəymişdir.

6. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir.

7. Sığorta şirkəti tərəfindən İddiaçı sığorta ödənişi olaraq 2405 manat ödənilmiş, iddiaçı dəymiş ziyanın 4464 manat məbləğində olmasına istinad edərək Cavabdeh 2059 manat (4464-2405=2059) tələb etmişdir.

8. Dəymiş real zərərin miqdarını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cu il tarixli 9/7028 nömrəli ekspert rəyinə görə dəymiş zərər 3814 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək daha mötəbər sübut qismində qəbul edir və nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, «Vaz 21154» markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3814 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı 2405 manat məbləğində sığorta ödənişi verildiyindən, dəymiş zərər 1409 manat müəyyən edilməli (3814-2405= 1409), 1409 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır.

9. O ki qaldı Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin sığorta şirkəti tərəfindən qiymətləndirilməsini və dəymiş ziyanın məhz 2405 manat hesablanmasını, iddiaçının həmin məbləğlə razılaşmasını və sığorta şirkətindən 2405 manatı almasını və buna görə də iddiaçının avtomobilinə dəydiyi ziyanın 4464 manat məbləğində olmamasını, maddi ziyanın ödənilməsi tələbinin təmin edilməməsi barədə etirazına, məhkəmə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2,13.1,13.2,52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarında olan şərhi nəzərə alaraq qeyd edir ki, icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edildiyindən, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürə bilər. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə iddiaçıya dəymiş zərərin sığorta ödənişindən artıq olması müəyyən edildiyinə və bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edildiyinə, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilməsinə görə, iddiaçı Nümayəndə1 zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin Cavabdeh alınmasını tələb etmək hüququna malik olmuşdur.

10. Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(046)-1560/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia qismən təmin olunmuş, Cavabdeh maddi zərərin əvəzi olaraq 1409 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin 68 faizinin cavabdehə aid edilməsi, Cavabdeh 79 manat 60 qəpik məbləğində pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinin alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1108-ci maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AC N 442475 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi "xxxx" MMC tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli ziyan aktı ödəniş kartı üzrə çıxarış 27 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 9/1356 nömrəli ekspert rəyi

13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ekspertin bu rəyi işin hallarına uyğun olmamışdır. Belə ki, ekspert tədqiqat obyektinə əyani baxış keçirməmiş, ehtiyyat hissələrinin alınmasını təsdiq edən qəbzlər ekspertə təqdim olunmamış, iddiaçı tərəfindən təqdim olunmuş dövlət nömrə nişanı bilinməyən və görünməyən eyni markalı avtomobilin fotoşəkillərinə, "xxxx" MMC-nin tərtib etdiyi ziyan aktına əsaslanaraq nəzəri hesablamaqla qeyri- obyektiv rəy vermişdir. Həmçinin nəzərinizə çatdırıram ki, ekspertiza keçirilməmişdən əvvəl tədqiqat obyekti olan həmin avtomobil mülkiyyətçisi tərəfindən digər şəxsə satılmışdır. Belə olan halda həmin rəyin obyektivliyinə şübhə yaranmışdır və iş üzrə təkrar ekspertiza keçirilməlidir. Birinci instansiya məhkəməsi hər iki rəy arasında ziddiyət olduğunu müəyyən etsə də ekspertin bu rəyini mötəbər sübut hesab ediib, təkrar ekspertiza təyin olunmasına təşəbbüs göstərməmiş və ekspertin ziddiyətli rəyi əsasında qətnamə qəbul etmişdir. İddiaçı dəymiş maddi zərərin real məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin olunmalı və həmin rəyin nəticəsindən asılı olaraq iş üzrə obyektiv qərar qəbul edilməlidir.

15. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(046)- 1560/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddiasının rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(046)-1560/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu: 56.1.2-ci maddəsinə görə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(046)- 1560/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 9/1356 nömrəli ekspert rəyinin saxta olduğu bildirsə də, həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 81-ci maddəsinə görə Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Hazırki halda mübahisə olunan məsələ xüsusi bilik tələb etdiyindən ekspert rəyi ilə sübut oluna biləcəyindən və ekspert rəyinin qeyri-mötəbərliyi ilə bağlı heç bir sübut mövcud olmadığından kolelgiya hesab edir ki, birinci intansiya məhkəməsi həmin rəyi sübut olaraq qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə аktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(046)-1560/2023 nömrəli mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(046)-1560/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar