Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-440/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair ilk, Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı “debitor borcun silinməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(016)-633/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı – ünvan 1 saylı ünvanda yaşayan Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 486.00 (dörd yüz səksən altı) manat borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun,ümumilikdə 516.40 (beş yüz on altı manat qırx qəpik) manat məbləğin tutularaq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(016)-633/2020 nömrəli (hakim E.Hümbətov) qətnaməsi ilə İddiaçı” X1 İlham Əşrəf oğluna qarşı debitor borcun ödənilməsi tələbi barədə iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Ağsu RQİİ-nin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən ünvan 2 ünvanı üzrə qaz sərfinə görə Cavabdeh (Abonent kodu **********00000) hesablanmış 486.00 (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və idianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 3 saylı ünvanda yaşayan Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə “İddiaçı” X2 X6 İdarəsinin Ağsu Xidmət Sahəsinə 486.00 (dörd yüz səksən altı) manat debitor borcu yaranmışdır.Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədəki xx.xx.2013-cü il tarixli, 3140 nömrəli müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir.Bundan başqa xx.xx.2019-cu il tarixində ’’İddiaçı” X2 RQİİ-nin Ağsu Xidmət Sahəsinin əməkdaşları ünvan 3 saylı ünvnda yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsini aşkar etmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir.Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx xxxxxx 2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh Ağsu XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 4860 m3 - 4860 (dörd yüz səksən altı) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh ilə bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.Həmin müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər.Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Cavabdeh Ağsu RQİİ-nin Ağsu Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun və dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahiOnu da qeyd edirik ki, Cavabdeh təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir.Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh oğıu yaranmış borcu yenə də tam ödəməmişdir.Cavabdeh borclu olduğu məbləğin yaranması **********00000 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır.Bu kimi hallar “İddiaçı” İstehsalat Birliyinin əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı - “İddiaçı” İstehsalat birliyinin xx.xx.2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış 486.00 (dörd yüz səksən altı) manat borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun,ümumilikdə 516.40 (beş yüz on altı manat qırx qəpik) manat məbləğin silinməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” X5 X6 İdarəsi Ağsu rayon məhkəməsində iddia qaldıraraq mənzildə istifadə edilmiş təbii qaza görə yaranmış 486.00 (dörd yüz səksən altı) manat borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun,ümumilikdə 516.40 (beş yüz on altı manat qırx qəpik) manat məbləğin mən Cavabdeh tutularaq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bildirir ki, xx.xx.2019-cu il tarixində Ağsu RQİİ-nin Ağsu Xidmət Sahəsinin əməkdaşları yaşadığı ünvan 3 saylı ünvnana gələrək ona məxsus fərdi yaşayış evinə baxış keçirdilər, baxış keçirtdikdən sonra sayğacı çıxararaq özləri ilə aparmışlar.Sonradan ünvanına bildiriş göndərərək guya ki, sayğaca müdaxilə etdiyini və 486 manat borc olduğunu yazmışlar. Bundan heç bir xəbəri yoxdur, dəfələrlə Ağsu rayon qaz idarəsinə gedərək yazılmış cərimə məbləğinin silinməsini xahiş etmiş, lakin heç bir fayda olmamışdır. Bunula razı deyildir. Qanuna görə sayğac küçədə qoyulubsa ona nəzarəti istehlakçı tərəfindən həyata keçirilməlidir. Sayğaca heç vaxt toxunmamış, ayda iki dəfə nəzrətçi gələrək sayğacı yoxlamış, əgər sayğaca nə isə olsaydı onlar dərhal bu barədə lazımı tədbir görərdilər. Bundan başqa himayəsində gözdən əlil 1-ci qrup Qarabağ əlili yaşayr. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(016)-633/2020 nömrəli qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixində "İddiaçı” X2 RQİİ-nin Ağsu Xidmət Sahəsinin əməkdaşları Ağsu şəhəri Koroğlu küçəsi 5 saylı ünvanda yaşayan Cavabdeh yaşadığı fərdi yaşayış evinə baxış keçrilmiş baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi aşkar olunmuşdur. Bununla bağlı abonent Cavabdeh iştirakı ilə ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli, təbii qazdan istifadə qaydaların pozulması haqqında akt tərtib edilmiş lakin akta imza etməkdən imtina etmişdir. Qaz sayğacına müdaxilə halı müəyyən edildiyi üçün Ağsu RQİİ-nin Ağsu XS-nin işçiləri tərəfindən təbii qazdan istifadə qaydaların pozulması barədə akt tərtib edilmişdir. ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 486 manat məbləğində itrilmiş qazın dəyəri hesablanmışdır. Bu hesabat abonentin mənzilində olan qaz cihazların işlədicilərinin parametrlərinə əsasən hesabat aparılmış və iddiaçının Ağsu Xidmət Sahəsində ki, **********00000 abonent hesabına işlənilmişdir. Nəzərə alınmalıdır ki, qaz sayğacına müdaxilə yalnız istifadə edilmiş qazın həcmini gizlətmək üçün edilir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(016)-633/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00000 olan Cavabdeh qeydiyyata alınmışdır və ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin ünvanda “Smart G-4İtron Diafraqma” tipli qaz sayğacı xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. Sayğacın son göstəricisi dekabr 2019-cu il tarixə qeydə alınmışdır. Cavabdeh təbii qazdan istifadəyə görə 486.00 manat məbləğində borcu vardır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx xxxxxx 2018ci il tarixdə Ağsu RQİİ-in rəisi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evində “İddiaçı” X2 RQİİ-nin Ağsu XS-nin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi” qeyd edilmişdir. Qeyd edilən akt «İddiaçı» X2 RQİİ-nin Ağsu XS-nin əməkdaşları tərəfindən imzalanmış, abonent imza etməkdən imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu X6 İdarəsinin rəisinin təsdiq etdiyi xx xxxxxx 2018-ci il tarixli sənədin surəti ilə müəyyən edilir ki, Cavabdeh fərdi yaşayış evində 1 ədəd PQ-2 tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0.6 kub.m/saat, orta günlük iş rejimi 6 saat, 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 2.8 kub.m/saat, orta günlük iş rejimi 18 saat,hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 4860 kub.metr üzrə hesablanmış məbləğin, sayğacın dəyərinin ödənilməsi tələb edilmişdir. “İddiaçı” X2 RQİİ tərəfindən Cavabdeh ünvanlanan məktubda xx.xx.2020-ci il tarixə 486 manat yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9-cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, iddiaçı tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan iddiaçının daşıdığından həmn sayğaca müdaxilə edilməsinə görə cavcabdeh barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın “hesablama mexanizmində qoruyucu şüşənin deşilməsi” halı müəyyən edilsə də, həmin tamlığın pozulmasının məhz cavabdehin səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(016)-633/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-440/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-440/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver