Məhkəmə qərarları › İş №2(107)-440/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-440/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-440/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdeh, həmçinin digər cavabdeh Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızının nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızına və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli 2(025)-84/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızına və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 02 iyul 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 6959.77 AZN əsas, 6205.6 AZN faiz, 1894.42 AZN cərimə və kredit müqaviləsi üzrə 02.07.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1115.3 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16175.09 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh1 qızma məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində • erləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , X1 və Cavabdeh2 Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m şaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Qəbələ Rayon Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli 2(025)-84/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilmiş, 02.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6959 manat 77 qəpik əsas borc, 4114 manat 29 qəpik faiz, 700 manat cərimə borcu, kredit müqaviləsi üzrə 02.07.2017-ci il tarixdən 24.09.2020- ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1115 manat 30 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12889 manat 36 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 77000 (yetmiş yeddi min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 həmin mənzildən çıxarılması, 300 manat qiymətləndirmə xərcinin cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qətnamədən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apelyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxılarkən hazırkı məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və borclu Cavabdeh1 və Cavabdeh2 digər cavabdeh Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı da daxil olmaqla imzaladıqları barışıq sazişi ilə məhkəməyə müraciət edərək onlar arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

1. Borclu Cavabdeh1 bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddəti olan 10.10.2022-ci il tarixədək İddiaçı ASC-yə 5-G-2-0-2313-14 nömrəli 02 iyul 2014-cü il tarixli kredit razılaşması üzrə 3500 manat əsas, 7320,9 manat faiz, 1894 manat cərimə, cəmi 12714,9 manat məbləğində borcun olmasını qəbul edir.

2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 32000 manat məbləğində müəyyən edilsin.

3. Borclu 3500 manat məbləğində vəsaiti, bu bənddə qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdiyi təqdirdə və qrafik üzrə müəyyən edilmiş 3500 manatı, həmçinin 40 manat dövlət rüsumu və 30 manat xidmət haqqını vaxtında və lazımi qaydada Banka qaytardığı təqdirdə Bank 10.10.2022-ci il tarixdə ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 9214,9 manat məbləğində borcunu güzəşt etməyi öhdəsinə götürür.

5. Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə ödənişlər etdikcə və qrafikdəki borc tam ödənildikdə, həmçinin 40 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənildiyi halda Cavabdeh1 qızma məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə dair ipoteka saxlayan (İddiaçı ASC) hüquqlarından imtina etməyi öz öhdəsinə götürür.

Ödənişin Ödəniş günləri Əsas Faiz Cərimə Aylıq cəmi sayı borcdan ödənişi ödənişi ödəniş (AZN) ödəniş (AZN) (AZN) (AZN)

1 11 aprel 2022 500.00 0.00 0.00 500.00 2 10 may 2022 500.00 0.00 0.00 500.00 3 10 iyun 2022 500.00 0.00 0.00 500.00 4 11 iyul 2022 500.00 0.00 0.00 500.00 5 10 avqust 2022 500.00 0.00 0.00 500.00 6 12 sentyabr 500.00 0.00 0.00 500.00 2022 7 10 oktyabr 2022 500.00 0.00 0.00 500.00 Cəmi: 3500 0.00 0.00 3500

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, cəmi 12714,9 manat borc, sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait mübadilə edilərək borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun. Tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X2 və Cavabdeh2 ipoteka predmetinə olan istifadə hüquqlarının itirilmiş hesab edilsin, Cavabdeh1, X2 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılsın, həmin əmlak boşaldılsın və Banka təhvil verilsin.

7. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir.

8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262, 384-cü maddələrinin tələbləri izah edilmişdir.

13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

14. Bu barışıq sazişi 4 (dörd) əsl nüsxədə Bakı şəhərində imzalanmışdır. Barışıq sazişinin qeyd edilən şərtlərindən göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə, barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Qəbələ Rayon Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli 2(025)-84/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52, 191, 263-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı

QƏRARA ALDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızına və Cavabdeh2 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Borclu Cavabdeh1 bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddəti olan 10.10.2022-ci il tarixədək İddiaçı ASC-yə 5-G-2-0-2313-14 nömrəli 02 iyul 2014-cü il tarixli kredit razılaşması üzrə 3500 manat əsas, 7320,9 manat faiz, 1894 manat cərimə, cəmi 12714,9 manat məbləğində borcun olmasını qəbul edir.

2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 32000 manat məbləğində müəyyən edilsin.

3. Borclu 3500 manat məbləğində vəsaiti, bu bənddə qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdiyi təqdirdə və qrafik üzrə müəyyən edilmiş 3500 manatı, həmçinin 40 manat dövlət rüsumu və 30 manat xidmət haqqını vaxtında və lazımi qaydada Banka qaytardığı təqdirdə Bank 10.10.2022-ci il tarixdə ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 9214,9 manat məbləğində borcunu güzəşt etməyi öhdəsinə götürür.

5. Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə ödənişlər etdikcə və qrafikdəki borc tam ödənildikdə, həmçinin 40 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənildiyi halda Cavabdeh1 qızma məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə dair ipoteka saxlayan (İddiaçı ASC) hüquqlarından imtina etməyi öz öhdəsinə götürür.

Ödənişin Ödəniş günləri Əsas Faiz Cərimə Aylıq cəmi sayı borcdan ödənişi ödənişi ödəniş (AZN) ödəniş (AZN) (AZN) (AZN)

1 11 aprel 2022 500.00 0.00 0.00 500.00 2 10 may 2022 500.00 0.00 0.00 500.00 3 10 iyun 2022 500.00 0.00 0.00 500.00 4 11 iyul 2022 500.00 0.00 0.00 500.00 5 10 avqust 2022 500.00 0.00 0.00 500.00 6 12 sentyabr 500.00 0.00 0.00 500.00 2022 7 10 oktyabr 2022 500.00 0.00 0.00 500.00 Cəmi: 3500 0.00 0.00 3500

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, cəmi 12714,9 manat borc, sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait mübadilə edilərək borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun. Tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X2 və Cavabdeh2 ipoteka predmetinə olan istifadə hüquqlarının itirilmiş hesab edilsin, Cavabdeh1, X2 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılsın, həmin əmlak boşaldılsın və Banka təhvil verilsin.

7. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir.

8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262, 384-cü maddələrinin tələbləri izah edilmişdir.

13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

14. Bu barışıq sazişi 4 (dörd) əsl nüsxədə Bakı şəhərində imzalanmışdır. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli 2(025)-84/2021 nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar