Məhkəmə qərarları › İş №2(107)-442/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-442/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-442/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) X5 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tаrixli, 2(035)-675/2024 nömrəli qərаrdаdındаn cаvаbdеh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1170 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunu cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-675/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin qətnamə poçt vasitəsi ilə cavabdehə göndərilmiş və xx.xx.2024-cü il tarixdə xəbərnaməli poçt qəbzinə imza etdirilməklə cavabdehə şəxsən təqdim edilmişdir. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 2(035)-675/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə razılaşmayaraq sonradan apelyasiya şikayəti və müddətin bərpası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 2(035)-675/2024 saylı qətnamə üzrə apelyasiya şikayəti vermək üçün müəyyən olunmuş prosessual müddətin bərpa olunaraq işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tаrixli, 2(035)-675/2024 nömrəli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 2(035)-675/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin və apelyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardadla razılaşmayaraq məhkəməyə yenidən şikayət təqdim etmişdir. Zərdab Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tаrixli, 2(035)-675/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tаrixli, 2(035)- 675/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apelyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürüldüyündən və müddətin bərpası üçün xüsusi əsaslar olmadığından buraxılmış prosessual müddət bərpa olunmamalı və apelyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, məhkəmə müəyyən edir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-675/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehin özünə şəxsən imza etdirilməklə təqdim olunmuşdur. Cavabdeh tərəfindən apelyasiya şikayətinin təqdim edilməsi üçün son tarix xx.xx.2024-cü il tarixinə olmasına baxmayaraq cavabdeh tərəfindən apelyasiya şikayəti prosessual müddətə riayət edilmədən verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən verilmiş müddətin bərpa edilməsi ilə bağlı ərizədəndə müəyyən olunur ki, iddiaçı qətnamənin onun tərəfindən qəbul edilmədiyini mübahisələndirmir və qətnaməni vaxtında aldığını etiraf etmişdir. Ərizədə göstərilən əsaslara münasibətdə isə məhkəmə bildirir ki, iddiaçının müddətin bərpa olunması üçün göstərdiyi əsaslar müddətin bərpası üçün əsaslı deyil. Belə ki,iddiaçı ərizəsində bildirmişdir ki, xəstə olduğu üçün iş üzrə qətnamədən apelyasiya şikayəti verə bilməmişdir. Məhkəmə hesab edir ki, müddət iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyündən buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli və apelyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə qeyd etmişdir ki, K.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, “...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Staqno Belçikaya qarşı” iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apelyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tаrixli, 2(035)-675/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tаrixli, 2(035)-675/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cаvаbdеh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tаrixli, 2(035)-675/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar