Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-443/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) X5 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin e-2(075)-1656/2024 saylı, 28 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 1081 (bir min səksən bir) manat borcun alınıb ona verilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1081 (bir min səksən bir) manat borc olmaqla – bundan 836,88 (səkkiz yüz otuz altı manat 88 qəpik) manat əsas, 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 114,84 (bir yüz on dörd manat 84 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 30,82 (otuz manat 82 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2018-ci il tarixli 09/0210/MAX nömrəli kredit müqaviləsinə əsasən borcalana 38 (otuz səkkiz) ay müddətinə 1.000 (bir min) manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cəriməni ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.2-ci maddəsinə əsasən borcalan bu müqavilə üzrə müqavilə şərtlərinin pozulması, kredit xətti üzrə limitdən artıq vəsaitin xərclənməsi və 10 təqvim günü ərzində ödənilmədiyi halda kredit üzrə borcun və kreditdən istifadəyə görə ödənişlərin qaytarılma vaxtından 10 gündən artıq keçdiyi zaman kreditin və kreditdən istifadəyə görə cərimələrin ödənilməsini tələb etmək və kredit kartının fəaliyyətini dayandırmaq "Bank"ın hüququdur. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********702 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit kartı üzrə cəmi borcu 1081 (bir min səksən bir) AZN təşkil edir. Bundan 836,88 (səkkiz yüz otuz altı manat 88 qəpik) AZN əsas borc, 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) faiz borc vəAR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 114,84 (bir yüz on dörd manat 84 qəpik) AZN faiz borcu təşkil edir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, işin faktiki hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2018-ci il tarixli 09/0210/MAX nömrəli kredit müqaviləsinə əsasən borcalana 3 (üç) il müddətinə 1.000 (bir min) manat məbləğində güzəştli faizsiz kredit xətti açılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin Cavabdeh isə öhdəliklərin icrasını lazımi qaydada həyata keçirməmişdir. Cavabdehin bu davranışı ilə müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, kart məlumatları kibercinayətkarlar tərəfindən oğurlandığını, buna görə iddianın əsassız olduğu üçün təmin edilməməsini tələb etsə də, cavabdeh bu göstərilən halları təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir.
5. Şəki Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(075)-1656/2024 nömrəli qətnaməsi ilə (hakim K.Musayev) iddia təmin edilmiş, Cavabdeh 836,88 (səkkiz yüz otuz altı manat səksən səkkiz qəpik) manat əsas, 129,28 (yüz iyirmi doqquz manat, iyirmi səkkiz qəpik) manat faiz, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 114,84 (yüz on dörd manat səksən dörd qəpik) manat faiz borcu, cəmi 1081 (min səksən bir) manat borc və 30,82 (otuz manat səksən iki qəpik) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1, 445.2.1, 445.7, 448.1, 739.1 və 741-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2018-ci il tarixli, 09/0210/MAX nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 3 (üç) il müddətinə 1.000 (bir min) manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, 22 iyun 2018-ci il tarixli, 09/0210/MAX nömrəli müqaviləyə əsasən 05 aprel 2024-cü il tarixinə 1081 manat borc olmaqla, 836,88 manat əsas, 129,28 manat faiz və MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 114,84 manat faiz borcu vardır. - xx.xx.2024-cü il tarixli, **********702 nömrəli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə xəbərdarlıq edilmiş, borcun 3 (üç) gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 30,82 manat rüsum ödənilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə İddiaçıASC-nin Şəki filialından 22 iyun 2018-ci il tarixli № 09/0210/MAX saylı kredit xətti müqaviləsinə əsasən limiti 1000,00 manat olan kredit xətti açılmışdır. Müqavilənin 2.1.2-ci bəndindən də göründüyü kimi istifadə olunan kredit limitinin məbləği üzrə ödənişlər aparılmalıdır yəni əgər vəsaitdən istifadə edilməzsə bank qarşısında heç bir öhdəliyi yaranmır. Sonuncu dəfə 2018-ci ilin noyabr ayında kartdan onlayn olaraq istifadə etmiş və 2019-cu ilin iyul ayına qədər kartdan istifadə edilməyib. İstifadə etdiyi vəsaitlər üzrə ödənişləri gecikdirmədən İddiaçı ASC-nin Şəki filialına 2019-cu iliniyun ayınadək tam olaraq ödəmiş və həmin tarixdə bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Hesabdan çıxarışdan da göründüyü kimi xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-nin Şəki filialında yerləşən ATM-dən 300 azn nəğd olaraq vəsait nəğdləşdirmişdir. Son çıxarılan vəsait üzrə hər ay 53 azn olmaqla ödənişlərini etməyə davam etmişdir. Üçüncü ayın ödənişindən sonra Oktyabr 2019-cu ildə hesabdan onun sərəncamı olmadan bank tərəfindən eyniləşmə aparılmadan gecə yarısı saat 3 də, 4 dəfə gündüz vaxtları müxtəlif saatlarda onlayn olaraq vəsait məxaric edilir. 18 oktyabr 2019-cu il tarixdə kart hesabından oğurluq hadisəsi olduğunu müəyyən etdiyi andan bankın filialına yaxınlaşıb bu baradə məlumat vermişdir. Hesabdan çıxarışdan da göründüyü kimi 18 oktyabr 2019-cu il tarixdə hesabdan 1.20 azn komissya haqqı tutulmaqla kartda həm sms xəbərdarlıq xidmətini həmdə 3D secure xidmətini aktivləşdirdilər. Hesablamalar nəticəsində məlum olmuşdur ki, kart hesabından 836,88 (səkkiz yüz otuz altı manat 88 qəpik) AZN vəsait oğurlanmışdır. 19 oktyabr 2019-cu il tarixdə bankın baş ofisinə rəsmi müraciət etmiş və vəsaitin geri qaytarılması üçün tədbir görmələrini xahiş etmişdir. Əks halda oğurlanmış vəsaiti ödəməyəcəyini bildirdir. Amma bank tərəfindən hadisə barədə heç bir hərəkət aparılmamış oğurluq hadisəsinin onun günahı üzündən baş verdiyi iddia edilmiş və 11 iyun 2024-cü il tarixdə “Sadələşdirilmiş iddia icraatı” qaydasında Şəki Rayon Məhkəməsinə müraciət edilmişdir. Şəki Rayon Məhkəməsində hakim Kamran Musayevin sədrliyi ilə 6-sı hazırlıq, 1-i məhkəmə baxışı olmaqla 7 proses keçirilmiş və bu proseslərin heç birində iddiaçı tərəf iştirak etməmişdir. Hazırlıq iclaslarında məhkəməyə vəsaitin onun tərəfindən məxaric edilmədiyini təsdiq edən sənədləri təqdim etmişdir. Kart hesabından oğurlanan vəsaitlər ilə "xxxx" ASC-də kredit ödənişləri aparılır və bankın SMM meneceri vəsaitlərin banka daxil olduğunu təsdiq edir. Azərbaycan Respublikası mülki prosessual məcəlləsinin 14.2. ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdiklərisübutları araşdırmalıvə onlardan istifadəetməlidir.” Azərbaycan Respublikasımülki prosessual məcəlləsinin 77.1.-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” Azərbaycan Respublikasımülki məcəlləsinin 957.4.-ci maddəsinə əsasən “Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyinis übut edə bilməsin.” Yuxarıda qeyd etdiyi maddələrdən də göründüyü kimi iddialar, hallar və etirazlar iddiaçı bank tərəfindən sübüt olunmalıdır. Lakin birinci instansiya məhkəməsində keçirilən proseslər zamanı iddiaçı tərəf həm proseslərdə iştirak etməmiş həm də məhkəməyə iddialarını sübüt edəcək sənəd təqdim etməmişdir. İddiaçı bank tərəfi plastik kartın onda olmasını və məlumatların onun tərəfindən yayılmasını əsas gətirərək məhkəmədən iddianı təmin etməsini xahiş edib. Hesab edir ki, məhkəmə kartın onda olmasını mötəbər sübut kimi qəbul edə bilməz. Ona görə ki, kart bir tərəfli qaydada bank tərəfindən emissiya edilir və bankın məhsuludur. Kart məlumatları kartı emissiya edən təşkilatda bankda da mövcuddur və bu məlumatların iddiaçı bank tərəfindən yayılması da mümkündür. Azərbaycan Respublikasımülki prosessual məcəlləsinin 389-cu maddəsinə əsasən “Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.” Kart məlumatları iddiaçı bank tərəfində də olduğuna görə kartın onda olması mülki prosessual məcəllənin 389-cu maddəsində qeyd edildiyi kimi qeyri-mötəbər subut sayılır və vəsaitin onun tərəfindən onun sərəncamı daxilində çıxması sübüt edilmir. Məhkəməy ətəqdim etdiyi sənədlərə, sübutlara baxmayaraq Şəki Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəməyə oğurlanmış vəsaitlərlə "xxxx" da kredit ödənişləri aparıldığı haqqında sənəd təqdim etməsinə baxmayaraq qətnamədə vəsaitin kiber cinayətkarlıq yolu ilə çıxarıldığını təsdiq edən dəlillər təqdim edilmişdir. Qətnamə ilə razı deyil və qətnamənin qərəzli şəkildə çıxarıldığını hesab edir.
9. Ona görə də, Şəki Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(075)- 1656/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, icraata xitam verilməsi və iddia tələbinin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarılaraq işin Kibercinayətkarlıqla Mübarizə Baş idarəsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1656/2024 saylı qətnaməsinin ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Şəki Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(075)- 1656/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Cavabdeh aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Cavabdeh apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
23. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e- 2(075)-1656/2024 qərardadı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müddətdə Cavabdeh məxsus "xxxx" ASC-də olan kart hesabından (408346******3277) "xxxx" ASC-yə köçürülmüş məbləğlər, həmin məbləğlərin köçürüldüyü hesab(lar)ın kimə məxsus olması, həmin şəxs haqqında məlumatlar (adı, ata adı, doğum tarixi, qeydiyyat ünvanı), hər hansı kredit ödənişinə yönəldilmişdirsə həmin kreditin kim tərəfindən götürülməsi, həmin şəxs haqqında məlumatlar (adı, ata adı, doğum tarixi, qeydiyyat ünvanı) Şəki Rayon Məhkəməsinə təqdim edilməsi və qərardadın icrasının "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır.
24. İşdə olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş məlumatdan görünür ki, təqdim olunan kart nömrəsi natamam (maskalanmış) olduğundan hər hansı dəqiq məlumat təqdim edilməsi mümkün olmamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
26. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).
27. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
28. Hazırki işin materiallarından görünür ki, iddiaçı öz iddiasını əmlakın onun mülkiyyətində olması ilə əsaslandırır və göstərdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh isə apellyasiya şikayəti versə də, göstərdikləri işdə olan sənədlər ilə sübut olunmamaqla, onun tərəfindən sonradan da məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(075)-1656/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. Göründüyü kimi iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(075)-1656/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.