Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-445/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2, üçüncü şəxslər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X6 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı1 və digər iddiaçının nümayəndəsi, həmçinin vəkili Nümayəndə və üçüncü şəxs Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2, üçüncü şəxslər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinə qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(033)-621/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 İddiaçı2 mülkiyyətində olmuş "JAC J5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 14000 (on dörd min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 mülkiyyətində "JAC J5" markalı **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İddiaçı2 həmin avtomobili iş üzrə digər İddiaçı1 satmış, lakin aralarında alqı-satqı müqaviləsi bağlanmamış və avtomobil etibarnamə əsasında İddiaçı1 sahibliyinə verilmişdir. İddiaçı1 iş üzrə Cavabdeh2 ilə aralarında olan pul mübahisəsi ilə bağlı olaraq 4000 manat pulun təminatı olaraq "JAC J- 5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun sahibliyinə vermək məqsədi ilə iş üzrə digər Cavabdeh1 adına etibarnamə vermişdir. İş üzrə digər Cavabdeh1 isə iddiaçılar İddiaçı2 və İddiaçı1 razılığı olmadan formal olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin avtomobili iş üzrə Cavabdeh2 adına rəsmiləşdirmişdir. İş üzrə Cavabdeh2 həmin avtomobili daha sonradan özgəninkiləşdirmişdir. İşin bu halı iddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsində aparılmış araşdırma materialları və iş üzrə Cavabdeh2 verdiyi izahatı ilə tam təsdiq olunur. Göründüyü kimi, iş üzrə Cavabdeh2 bütün bu hərəkətləri ilə əsassız varlanmışdır. İş üzrə Cavabdeh2 həmin avtomobili özgəninkiləşdirmiş, lakin avtomobilin dəyəri olan dəyəri 14.000 (on dörd min) manat pulu İddiaçı1 verməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iş üzrə Cavabdeh2, mülkiyyətində olmuş "JAC J-5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili və yaxud onun dəyəri olan 14.000 (on dörd min) manat pulu tələb etsə də, sonuncu bundan qərəzli olaraq boyun qaçırmışdır. Nəticədə, iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olmuş "JAC J5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 14.000 (on dörd min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 132 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq özünə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (hakim: T.Həsənov) 5 dekabr 2023-cü il tarixli 2(033)- 621/2023 saylı qətnaməsi ilə İddiaçı1 iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 4000 (dörd min) manat pul vəsaiti alınaraq İddiaçı1 verilməsi, Cavabdeh2 60 (altmış) manat dövlət rüsumunun tutularaq İddiaçı1 verilməsi, 72 (yetmiş iki) manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi, İddiaçı2 iddia tələbini və İddiaçı1 iddia tələbinin qalan hissəsi rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2014-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Həmin avtomobil Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti olan etibarnamə ilə və Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə İddiaçı1 sərəncamına verilmişdir. Həmin avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə Cavabdeh1 sərəncamına verilmiş və sonuncu həmin avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış və avtomobil 62B0337 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınaraq AE088045 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 xeyrinə özəninkiləşdirilmiş və 12BX604 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınmışdır. İddiaçılar tərəfindən təqdim edilmiş Uniprice MMC tərəfindən verilmiş Nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə 03 avqust 2023-cü il tarixli mütəxəssis rəyi ilə istehsal ili 2013-cü il olan "JAC J-5 Minik" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02 avqust 2023-cü il tarixinə ədalətli bazar dəyəri 15 600,0 (on beş min altı yüz) manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçılar Cavabdeh2 onların mülkiyyətində və sərəncamında olan Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobili hesabına əsassız varlandığını əsas gətirərək həmin avtomobilin dəyərinin avtomobilə dair sərəncam vermək hüququ əsasında ona etibar edilmiş Cavabdeh1 və alqı-satqı müqaviləsi əsasında avtomobili əldə etmiş və sonradan onu özgəninkiləşdirmiş Cavabdeh2 alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 iddia tələbini qəbul etmir, avtomobil müqabilində İddiaçı1 9500 manat pul verdiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Rəsul Rüstəmov, İddiaçı1 və Cavabdeh2 arasında 2018-ci ildə sonuncunun oğlu X3 işə düzəldilməsi ilə bağlı münasibətləri olmuş və bu məqsədlə cavabdeh 8000 manat pul vermişdir. Rəsul Rüstəmov 2021-ci ildə intihar etmişdir. Cavabdeh2 Zaqatala rayon prokurorluğuna müraciət edərək İddiaçı1 təsiri və təzyiqi ilə oğlu X5 Hallar Nazirliyində işə düzəldilməsi üçün rüşvət qismində pul verdiyini bildirərək İddiaçı1 barəsində tədbir görülməsini xahiş etmişdir. Cavabdeh2 müraciəti əsasında əvvəlcə Zaqatala rayon prokurorluğunda, daha sonra Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış, 06 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla iddiaçı X12 əməllərində Azərbaycan Respublikası CM-nın 32.4, 312.1-ci maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda yer alan İddiaçı1 izahatından müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh2 dəymiş 8000 manat zərəri mülkiyyətində olan Jac-J5 markalı 99-Hf803 nömrə nişanlı avtomobili sataraq ondan əldə edilmiş gəlir hesabına ödənilməsi və satışdan əldə olunan artıq məbləğin İddiaçı1a qaytarılması barədə razılığa gəlmişdirlər və bu məqsədlə İddiaçı1 avtomobili Cavabdeh2 vermişdir. İddiaçı1 prokurorluq orqanında verdiyi izahatında qeyd etdiyi bu xüsusatları məhkəmə iclasında bir daha təsdiq etmişdir. Daha sonra İddiaçı1 xx.xx.2021 ci il tarixdə Zaqatala RPŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldadaraq ona məxsus Jac J-5 markalı hazırda dövlət qeydiyyat nişanlı **-BO-*** olan avtomobili ələ keçirdiyi bildirmiş və avtomobilinin geri qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Zaqatala Rayon Polis X4 müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmiş İddiaçı1 izahatından da görünür ki, sonuncu Jac J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh2 sata bilməsi üçün onun tanışı Cavabdeh1 etibarnamə vermişdir. Məhkəmə iclasında İddiaçı1 Cavabdeh2 avtomobili 12000 manata satdıqdan sonra özünə məxsus 8000 manatı götürməsi və satışdan qalan 4000 manatın ona qaytarılması barədə razılığa gəldiklərini bildirmişdir. İddiaçı1 tərəfindən sübut olaraq “Whatsapp” tətbiqi vasitəsindən istifadə edilməklə yazılmış səs yazıları və yazışmalar təqdim edilmiş və orada yer alan yazışmalar özünün həyat yoldaşı Esmira ilə Cavabdeh2 arasında keçdiyini bildirmişdir və Cavabdeh2 da belə yazışmaların mövcud olduğunu qəbul etmişdir. Həmin yazışmalar və səs yazılarında Cavabdeh2 maşını satdıqda özünə aid pulu götürdükdən sonra qalan pulu qaytaracağı ilə bağlı, həmçinin 4000 manatı qarşı tərəfə verdiyini və 4000 manatı da imkanı olduqda qaytaracağı ilə bağlı fikirləri yer almışdır. Həmin yazışmalarda qarşı tərəfin də Cavabdeh2 4000 manatı tələb etməsi yer almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi ilk öncə “Whatsapp” tətbiqi vasitəsindən istifadə edilməklə yazılmış səs yazıları və yazışmaların sübut qismində qəbul edilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab edir və bununla bağlı qeyd etmişdir ki, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4000 (dörd min) manat pul vəsaiti alınaraq İddiaçı1 verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun 60 (altmış) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı1 verilməli, 72 (yetmiş iki) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 385.1, 421.2, 442, 448.1, 448.2, 448.3, 777.1, 777.2, 778.1, 779.1, 782.1, 783, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0, 115.0.1, 119.1, 217.4, 218.3-cü, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyator apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş onun tərəfindən təqdim edilən WhatsApp Audio 2022-0529 at 16.24.42 (1) adlı audio yazıdan eşidilir ki, qadın səsi ilə “Məndən maşını istəyən var, mən o maşını satacam dörd minimi dirildəcəm, dala qalan nə pulun varsa qəpiyinədək dala verəcəm sənə...” sözləri deyilir. Məhkəməyə sübut qismində təqdim edilmiş audio səs yazısından və digər yazışmalardan görünür ki, tərəflər arasında mübahisə predmeti olan avtomobilin satış qiyməti barəsində heç bir razılıq olmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Uniprice MMC tərəfindən verilmiş Nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə 03 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən istehsal ili 2013-cü il olan "JAC J-5 Minik" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02 avqust 2023-cü il tarixində ədalətli bazar dəyəri 15600 (on beş min altı yüz) manat təşkil etmişdir. Halbuki, cavabdeh həmin avtomobili hansı qiymətə özgəninkiləşdirməsi barədə ona məlumat verməmiş, bununla da vəkalət alan cavabdeh tapşırığı vicdanla icra etməmiş, nəticədə ona maddi ziyan vurmuşdur. Ona görə də, məhkəmə Mülki Məcəllənin 782.1-ci maddəsini tələblərini əsas götürərək avtomobilin satıldığı dövrdə real orta bazar qiymətinə uyğun olaraq 14000 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməli idi. Halbuki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 782.1-ci maddəsini tələblərini nəzərə almadan iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Zaqatala Rayon Məhkəməsi onun tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verməmiş, təqdim edilən WhatsApp Audio 2022-05-29 at 16.24.42 (1) adlı audio yazıda eşidilən qadın səsi ilə “Məndən maşını istəyən var, mən o maşını satacam dörd minimi dirildəcəm, dala qalan nə pulun varsa qəpiyinədək dala verəcəm sənə...” sözlərinə düzgün hüquqi qiymət verməmişdir. Bununla yanaşı, işin faktiki hallarından müəyyən olunur ki, onun mülkiyyətində “JAC J-5” markalı **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İddiaçı2 həmin avtomobili iş üzrə digər İddiaçı1 satmış, lakin, aralarında alqı-satqı müqaviləsi bağlanmamış və avtomobil etibarnamə əsasında İddiaçı1 sahibliyinə verilmişdir. İddiaçı1 iş üzrə Cavabdeh2 ilə aralarında olan pul mübahisəsi ilə bağlı olaraq 4000 manat pulun təminatı olaraq “JAC J- 5” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun sahibliyinə vermək məqsədi ilə iş üzrə digər Cavabdeh1 adına etibarnamə vermişdir. İş üzrə digər Cavabdeh1 isə iddiaçıların razılığı olmadan formal olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin avtomobili iş üzrə Cavabdeh2 adına rəsmiləşdirmişdir. İş üzrə Cavabdeh2 həmin avtomobili daha sonradan özgəninkiləşdirmişdir. İşin bu halı iddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsində aparılmış araşdırma materialları və iş üzrə Cavabdeh2 verdiyi izahatı ilə tam təsdiq olunur. Göründüyü kimi, iş üzrə Cavabdeh2 bütün bu hərəkətləri ilə əsassız varlanmışdır. İş üzrə Cavabdeh2 həmin avtomobili özgəninkiləşdirmiş, lakin, avtomobilin dəyəri olan dəyəri 14.000 (on dörd min) manat pulu İddiaçı1 verməmişdir. Onlar iş üzrə Cavabdeh2, mülkiyyətində “JAC J-5” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili və yaxud onun dəyəri olan 14.000 (on dörd min) manat pulu tələb etsə də sonuncu bundan qərəzli olaraq boyun qaçırmışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Zaqatala Rayon Məhəkəməsin 5 dekabr 2023-cü il tarixli, e-2(033)-621/2023 saylı qətnaməsinin iddianın təmin olunmadığı hissədə ləğv edilməsini və iddianın həmin (təmin edilməyən) hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və nümayəndəsi, həmçinin vəkili Nümayəndə izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhəkəməsin 5 dekabr 2023-cü il tarixli, e-2(033)-621/2023 saylı qətnaməsinin iddianın təmin olunmadığı hissədə ləğv edilməsini və iddianın həmin (təmin edilməyən) hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə ərizə göndərərək oğlu Ruslanın işə düzəldilməsi üçün İddiaçı1 8000 manat pul vermiş, Əli oğlunu işə düzəldə bilmədiyindən həmin pulu ondan geri tələb etmişdir. İddiaçı1 məxsus avtomobili ondan 9500 manat müqabilində almışdır. Əli heç vaxt ona nağd şəkildə 4000 manat verməmişdir. Mübahisə predmeti olan Jac-J5 markalı avtomobil nasaz vəziyyətdə olmuşdur. Onun ümumiyyətlə İddiaçı1 borcu yoxdur. Səhhətində yaranmış problemlər və müalicə ilə bağlı Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli qətnaməsindən şikayət verə bilməmişdir. Hazırda da müalicə davam edir və bu da onun uzaq məsafəyə getməyini mümkünsüz edir. Buna görə də, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ədaləti təmin edərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsi məhkəməyə məktub göndərərək onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə digər cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 783-cü maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Həmin Məcəllənin 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu: 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin edilməsini, Zaqatala Rayon Məhəkəməsin 5 dekabr 2023-cü il tarixli, e-2(033)-621/2023 saylı qətnaməsinin iddianın təmin olunmadığı hissədə ləğv edilməsini və iddianın həmin (təmin edilməyən) hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(033)-621/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 4000 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(033)-621/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 4000 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2014-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Həmin avtomobil Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti olan etibarnamə ilə və Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə İddiaçı1 sərəncamına verilmişdir. Həmin avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə Cavabdeh1 sərəncamına verilmiş və sonuncu həmin avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış və avtomobil 62B0337 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınaraq AE088045 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 xeyrinə özəninkiləşdirilmiş və 12BX604 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınmışdır. İddiaçılar tərəfindən təqdim edilmiş Uniprice MMC tərəfindən verilmiş Nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə 03 avqust 2023-cü il tarixli mütəxəssis rəyi ilə stehsal ili 2013-cü il olan "JAC J-5 Minik" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02 avqust 2023-cü il tarixinə ədalətli bazar dəyəri 15 600,0 (on beş min altı yüz) manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçılar Cavabdeh2 onların mülkiyyətində və sərəncamında olan Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobili hesabına əsassız varlandığını əsas gətirərək həmin avtomobilin dəyərinin avtomobilə dair sərəncam vermək hüququ əsasında ona etibar edilmiş Cavabdeh1 və alqısatqı müqaviləsi əsasında avtomobili əldə etmiş və sonradan onu özgəninkiləşdirmiş Cavabdeh2 alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 iddia tələbini qəbul etmir, avtomobil müqabilində İddiaçı1 9500 manat pul verdiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Eyni zamanda müəyyən edilmişdir ki, Rəsul Rüstəmov, İddiaçı1 və Cavabdeh2 arasında 2018-ci ildə sonuncunun oğlu X3 işə düzəldilməsi ilə bağlı münasibətləri olmuş və bu məqsədlə cavabdeh 8000 manat pul vermişdir. Rəsul Rüstəmov 2021-ci ildə intihar etmişdir. Cavabdeh2 Zaqatala rayon prokurorluğuna müraciət edərək İddiaçı1 təsiri və təzyiqi ilə oğlu X5 Hallar Nazirliyində işə düzəldilməsi üçün rüşvət qismində pul verdiyini bildirərək İddiaçı1 barəsində tədbir görülməsini xahiş etmişdir. Cavabdeh2 müraciəti əsasında əvvəlcə Zaqatala rayon prokurorluğunda, daha sonra Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış, 06 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla iddiaçı X12 əməllərində Azərbaycan Respublikası CM-nın 32.4, 312.1-ci maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda yer alan İddiaçı1 izahatından müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh2 dəymiş 8000 manat zərəri mülkiyyətində olan Jac-J5 markalı 99-Hf803 nömrə nişanlı avtomobili sataraq ondan əldə edilmiş gəlir hesabına ödənilməsi və satışdan əldə olunan artıq məbləğin İddiaçı1a qaytarılması barədə razılığa gəlmişdirlər və bu məqsədlə İddiaçı1 avtomobili Cavabdeh2 vermişdir. İddiaçı1 prokurorluq orqanında verdiyi izahatında qeyd etdiyi bu xüsusatları məhkəmə iclasında bir daha təsdiq etmişdir. Daha sonra İddiaçı1 xx.xx.2021 ci il tarixdə Zaqatala RPŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldadaraq ona məxsus Jac J- 5 markalı hazırda dövlət qeydiyyat nişanlı **-BO-*** olan avtomobili ələ keçirdiyini bildirmiş və avtomobilinin geri qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Zaqatala Rayon Polis X4 müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmiş İddiaçı1 izahatından da görünür ki, sonuncu Jac J-5 markalı **-HF- *** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh2 sata bilməsi üçün onun tanışı Cavabdeh1 etibarnamə vermişdir. Məhkəmə iclasında İddiaçı1 Cavabdeh2 avtomobili 12000 manata satdıqdan sonra özünə məxsus 8000 manatı götürməsi və satışdan qalan 4000 manatın ona qaytarılması barədə razılığa gəldiklərini bildirmişdir. İddiaçı1 tərəfindən sübut olaraq “Whatsapp” tətbiqi vasitəsindən istifadə edilməklə yazılmış səs yazıları və yazışmalar təqdim edilmiş və orada yer alan yazışmalar özünün həyat yoldaşı Esmira ilə Cavabdeh2 arasında keçdiyini bildirmişdir və Cavabdeh2 da belə yazışmaların mövcud olduğunu qəbul etmişdir. Həmin yazışmalar və səs yazılarında Cavabdeh2 maşını satdıqda özünə aid pulu götürdükdən sonra qalan pulu qaytaracağı ilə bağlı, həmçinin 4000 manatı qarşı tərəfə verdiyini və 4000 manatı da imkanı olduqda qaytaracağı ilə bağlı fikirləri yer almışdır. Həmin yazışmalarda qarşı tərəfin də Cavabdeh2 4000 manatı tələb etməsi yer almışdır. Məhkəmə kollegiyası öncə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, məhkəmə kolegiyasının iclasında tərəflər arasında WhatsApp Audio 2022- 0529 at 16.24.42 (1) adlı audio yazı dinlənilərkən müəyən edilir ki, Cavabdeh2 ilə İddiaçı1 arasında olan danışıqda cavabdeh “Məndən maşını istəyən var, mən o maşını satacam dörd minimi dirildəcəm, yerdə qalan nə pulun varsa qəpiyinədək sənə qaytaracam...” sözləri deyilmişdir. Göründüyü kimi Cavabdeh2 4000 manatını dirildəcəyini qeyd etməklə, İddiaçı1 8000 manat qaytarmalı olduğunu etiraf etmişdir. Belə ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh2 İddiaçı1 məxsus avtomobili 12000 manata sataraq 4000 ona qaytarmalı idi. İddiaçı isə iddiasında qeyd edir ki, cavabdehə əlavə olaraq 4000 manat pul vermişdir. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsində də haqlıdır. Eyni zamanda birinci instansiya məhkəməsinin 5 dekabr 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 izahatında qeyd etmişdir ki, işə əlavə edilmiş audio yazılarda da onunla Əli arasında olan mövzular öz əksini tapıb. Kollegiyanın qənaətinə görə cavabdeh WhatsApp Audio 2022-0529 at 16.24.42 (1) adlı audio yazısındakı səs yazılarının ona məxsusluğunu etiraf etdiyindən kollegiya İddiaçı1 avtomobildən əlavə cavabdehə 4000 manat əlavə pul verdiyi barədə şikayətinin dəlillərini əsaslı sayır. Ona görə də kollegiya hesab edir ki, iddia 4000 manata aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçıların üzərinə düşən sübutetmə yükü cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan çəkməsinin sübut olunmasıdır. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın 4000 manata aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 4000 manat məbləğində pul alınaraq İddiaçı1 verilməlidir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 4000 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023cü il tarixli 2(033)-621/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 4000 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(033)-621/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 4000 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilsin. 4000 manat pul Cavabdeh2 alınaraq İddiaçı1 ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-445/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-445/2024
25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver