Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-446/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə və Qəbələ rayonu Kürd bələdiyyəsinə qarşı “doldurulmuş su arxının açılaraq torpaq sahəsinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sudan istifadə ilə bağlı mübahisə) X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X18 ibarət tərkibdə, məhkəmə iclas katibi Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə və Qəbələ rayonu Kürd bələdiyyəsinə qarşı “doldurulmuş su arxının açılaraq torpaq sahəsinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-6/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə və Qəbələ rayonu Kürd bələdiyyəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş su arxının açılaraq Cavabdeh öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılması və torpaq sahələrinin suvarılmasında yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 xx.xx.1969-cu il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Qaradeyin kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. O, İddiaçı2 xx.xx.1963-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Qaradeyin kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. O, İddiaçı4 xx.xx.1982-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Qaradeyin kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. O, İddiaçı3 xx.xx.1978-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Qaradeyin kəndində anadan olmuş, halhazırda da həmin kənddə yaşayır. Bildirirlər ki, onlara məxsus torpaq səhələrini (kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq) torpaq islahatından da neçə illər əvvəl suvarılması üçün mövcud olmuş su arxı vasitəsilə suvarmış və torpaq sahələrində olan meyvə ağaclarının quruyaraq məhv olmasının qarşısını almışlar, eyni zamanda bostan bitkiləri də becərərək təminatlarını ödəmişlər. Lakin bir neçə il olar ki, kənd sakini Cavabdeh həmin su arxını doldurmuş və həmin su arxının onun mülkiyyətində olan torpaq sahəsində olduğunu iddia edir. Halbuki həmin su arxı uzun müddət nəzarətsiz boş sahədən keçmiş və həmin torpaq sahəsinə də heç kim iddia etməmişdir. Cavabdeh tərəfindən su arxı doldurulduğundan torpaq sahələrində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarıılması mümkün deyildir və quruyaraq məhv olur. Onlar dəfələrlə onun qanunsuz əməllərinə son qoyulmasını, ümümi istifadədə olan su arxının qazılaraq açılmasını nəzərinə çatdırsalar da, o bundan imtina etdiyindən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Qəbələ Rayon Polis Şöbəsinə, Kənd bələdiyyəsinə və icra nümayəndəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Regional İdarəsinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Ona görə də onlar Cavabdeh tərəfindən qanunsuz doldurulmuş su arxının əvvəlki vəziyyətə qaytarılaraq açılması üçün məhkəməyə müraciət etməli olmuşdurlar.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçılar reallıqda həmin arxdan istifadə edilər. Lakin onların arxın onların hesabına təmizlənməsini istəyirlər. Halbuki su onların həyətlərinə getdiyi üçün iddiaçılar özləri arxı təmizləməlidirlər. Dəfələrlə iddiaçılara həyətlərində olan arxı təmizləyi tələb etmişlər. Lakin iddiaçılar bunu etməmiş, nəticədə həyətləri su arxı nəticəsində yararsız hala düşmüşdür. Belə olub suyun keçməsinə imkan verməmişdir. Lakin su arxı onun tərəfindən doldurulmamışdır. Ekspert rəyində də göstərilmişdir ki, xəritədə arx yeri nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayonu Kürd bələdiyyəsinin sədri Nümayəndə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.
7. Cavabdehlər İddiaçı4 və İddiaçı3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinəməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbəri barədə məhkəməyə məlumat verməmişlər.
8. Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-6/2025 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 torpaq sahələrinin suvarılmasında yaradılan maneələr aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Aparılmış ekspertiza tədqiqatlarının dəyəri -100 (bir yüz) manat məbləğində pul iddiaçılarİddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ə əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.757751 ha torpaq sahəsi iddiaçı X10 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.56 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahələrinə gedən su arxının Cavabdeh tərəfindən doldurulmuş su arxının açılmasını və torpaq sahələrinin suvarılmasında yaradılan maneələrin aradan qaldırılmasını tələb edirlər. Cavabdeh isə iddia tələbini qəbul etmir və su arxının iddiaçılara onlar tərəfindən könüllü verildiyini, lakin belə bir su arxının xəridətə mövcud olmadığını, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5183/2024 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7986 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindəgöstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli <Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa>a əsasən İddiaçı1 mülkiyyətində olan 0,55 hektar torpaq sahəsinin; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X22 Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarış əsasən İddiaçı2 mülkiyyətində olan 0,1 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli <Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa>a əsasən X10, X1, X5, X14, İddiaçı4 və X11 mülkiyyətində olan 0,757751 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddiaçıların açılmasını tələb etdiyi su arxı xəritədə nəzərdə tutulmamışdır. İddia olunan su arxı təsərrüfat daxili su arxıdır. İddiaçıların açılmasını tələb etdiyi su arxı Qəbələ rayonu Qaradeyin kənd inzibati ərazi vahidinin sərhədləri daxilində 325D nömrəli Dövlət Aktı ilə X15 mülkiyyətinə verilmiş, 326D nömrəli Dövlət Aktı ilə X6 mülkiyyətinə verilmiş və 327D nömrəli Dövlət Aktı ilə X2 mülkiyyətinə verilmiş torpaq sahələrindən keçir. Sözügedən su arxı iddiada qeyd edilmiş hissədə Qəbələ rayonu Kürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən keçmir. İddia olunan su arxı 325D nömrəli Dövlət Aktı ilə X15 mülkiyyətinə verilmiş torpaq sahəsinin 74,9 kv.m hissəsinədən, 326D nömrəli Dövlət Aktı ilə X7 mülkiyyətinə verilmiş torpaq sahəsinin 63,92 kv.m hissəsindən, 327D nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin 66,36 kv.m hissəsindən keçir.
11. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçıların açılmasını tələb etdiyi su arxı kompleks yerquruluşu layihəsinin elektron materiallarında öz əksini tapmasa da, məhkəmə baxışı zamanı mübahisəli su arxından digər kənd sakinləri ilə birlikdə iddiaçıların müvafiq olaraq növbəli şəkildə həyətyanı torpaq sahələrinin suvarılması məqsədilə istifadə etmələri müəyyən olunmuşdur. Bu halı cavabdeh də məhkəmə zamanı izahatında etiraf etmişdir. Qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi torpaq üzərində mülkiyyət hüquqlarını həyata keçirərkən cavabdeh özundən aşağıda olan torpaq mülkiyyətçilərinin torpaq sahələrinə gedən su arxından istifadələrinə maneə törətməsi öz izahatı ilə sübuta yetirilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
13. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə aşağıda yerləşən mülkiyyətçi yuxarıda yerləşən mülkiyyətçidən (qonşudan) suyun axıdılmasını tələb edə bilər.
14. Hazırkı işdə isə tərəflərin izahatlarından və eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş TEKUİS-ə (xəritəyə) əsas müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətlərində olan torpaq sahələri Cavabdeh istifadəsində (onun atasının mülkiyyətində) olan torpaq sahəsindən aşağıda yerləşir.
15. İddiaçılar isə iddia tələblərində həm cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş su arxının açılaraq Cavabdeh öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılmasını, həm də torpaq sahələrinin suvarılmasında yaradılan maneələrin aradan qaldırılmasını tələb edirlər.
16. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
17. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar isə su arxının Cavabdeh tərəfindən doldurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş su arxının açılaraq Cavabdeh öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılması” hissəsində təmin edilməməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.4, 170.1, 170.2, 170.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-6/2025 nömrəli qətnaməsi qanunsuz və əsassızdır.
21. Məhəkəmə tərəfindən mütəxəssis və ekspert rəyi hər hansı əsaslandırma aparılmadan qəbul edilməmiş, hətta rəylərdə iddia tələbində qeyd olunan hallar öz əksini tapmamış, yəni rəylər iddia tələbinin ziddinə olmuşdur. Ona görə də mülki iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə Qəbələ Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
22. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməklə hər hansı sübuta istinad etməmişdir. Halbuki iddia tələbi əsassızdır və təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübutlar (sənədlər, rəylər və s.) təqdim olunmamışdır.
23. Faktiki olaraq iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin suvarılmasına görə digər su arxı mövcuddur, lakin həmin su arxı baxılmamazlıqdan yararsız haldadır və istənilən vaxt iddiaçılar həmin su arxını yararlı vəziyyətə gəirməklə torpaqlarını suvara bilərlər. Qeyd olunan məsələ isə məhkəmə tərəfindən araşdırılmamışdır.
24. O, iddiaçılara qanuni bələdiyyə mülkiyyətində olan su arxından istifadə etməkdə hər hansı maneəçilik törətməmişdir, bu kimi hallar da məhkəmə araşdırılmasında sübuta yetirilməmiş və iddiaçılar tərəfindən də məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
25. İddia tələbində qeyd olunan su arxının yerləşdiyi ərazi bələdiyyə mülkiyyəti deyil, ona və digər ailə üzvlərinə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsidir və ekspert rəyində də həmin ərazidə su arxının mövcud olması öz əksini tapmamışdır. Göründüyü kimi bu fakt məhkəmə tərəfindən nəzərə alınmamış və çıxarılan qətnamə ilə ziddiyyət təşkil edir.
26. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)- 6/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-6/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-6/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-6/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı4, İddiaçı3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinin və Qəbələ rayonu Kürd bələdiyyəsinin nümayəndələri kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 169.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 171.1-ci maddəsinə görə yorpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. “X16rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)- 6/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunması üçün əsaslar yoxdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.757751 ha torpaq sahəsi iddiaçı X10 və onun ailə üzvlərinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.55 ha torpaq sahəsi İddiaçı1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətlərindədir. İddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahələrinə gedən, lakin Cavabdeh tərəfindən doldurulmuş su arxının açılmasını və torpaq sahələrinin suvarılmasında yaradılan maneələrin aradan qaldırılmasını tələb etmişlər. Cavabdeh tərəfindən isə su arxının xəritədə mövcud olmadığı əsas gətirilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ekspertiza tədqiqatı ilə iddiaçıların açılmasını tələb etdiyi su arxının xəritədə nəzərdə tutulmadığı qeyd edilsə də iddia olunan su arxının təsərrüfat daxili su arxı olması, iddiaçıların açılmasını tələb etdiyi su arxının Qəbələ rayonu Qaradeyin kənd inzibati ərazi vahidinin sərhədləri daxilində 325D nömrəli Dövlət Aktı ilə X15 mülkiyyətinə verilmiş, 326D nömrəli Dövlət Aktı ilə X6 mülkiyyətinə verilmiş və 327D nömrəli Dövlət Aktı ilə X2 mülkiyyətinə verilmiş torpaq sahələrindən keçməsi, sözügedən su arxının iddiada qeyd edilmiş hissədə Qəbələ rayonu Kürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən keçməməsi, iddia olunan su arxının 325D nömrəli Dövlət Aktı ilə X15 mülkiyyətinə verilmiş torpaq sahəsinin 74,9 kv.m hissəsindən, 326D nömrəli Dövlət Aktı ilə X7 mülkiyyətinə verilmiş torpaq sahəsinin 63,92 kv.m hissəsindən, 327D nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin 66,36 kv.m hissəsindən keçməsi, mübahisəli su arxından digər kənd sakinləri ilə birlikdə iddiaçıların müvafiq olaraq növbəli şəkildə həyətyanı torpaq sahələrinin suvarılması məqsədilə istifadə etmələri müəyyən olunmuşdur.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Cavabdeh apellyasiya şikayəti əsassızdır.
42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mütəxəssis və ekspert rəyinin hər hansı əsaslandırma aparılmadan qəbul edilməməsi, rəylərdə iddia tələbində qeyd olunan halların öz əksini tapmaması, rəylərin iddia tələbinin ziddinə olması, ekspert rəyində ona və digər ailə üzvlərinə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsində su arxının mövcud olmasının öz əksini tapmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7986 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 mülkiyyətində olan 0,55 hektar torpaq sahəsinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X22 Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı2 mülkiyyətində olan 0,1 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən X10, X1, X5, X14, İddiaçı4 və X11 mülkiyyətində olan 0,757751 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddiaçıların açılmasını tələb etdiyi su arxı xəritədə nəzərdə tutulmamışdır. İddia olunan su arxı təsərrüfat daxili su arxıdır. İddiaçıların açılmasını tələb etdiyi su arxı Qəbələ rayonu Qaradeyin kənd inzibati ərazi vahidinin sərhədləri daxilində 325D nömrəli Dövlət Aktı ilə X15 mülkiyyətinə verilmiş, 326D nömrəli Dövlət Aktı ilə X6 mülkiyyətinə verilmiş və 327D nömrəli Dövlət Aktı ilə X2 mülkiyyətinə verilmiş torpaq sahələrindən keçir. Sözügedən su arxı iddiada qeyd edilmiş hissədə Qəbələ rayonu Kürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən keçmir. İddia olunan su arxı 325D nömrəli Dövlət Aktı ilə X15 mülkiyyətinə verilmiş torpaq sahəsinin 74,9 kv.m hissəsinədən, 326D nömrəli Dövlət Aktı ilə X7 mülkiyyətinə verilmiş torpaq sahəsinin 63,92 kv.m hissəsindən, 327D nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin 66,36 kv.m hissəsindən keçir.
43. Göründüyü kimi ekspertiza tədqiqatı ilə Cavabdeh ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən su arxının keçməsi halı inkar edilməmiş, rəydə iddiaçıların açılmasını tələb etdiyi su arxının xəritədə nəzərdə tutulmasa da iddia olunan su arxının təsərrüfat daxili su arxı kimi mövcud olması təsbit edilmişdir.
44. Hansı ki, həmin rəyin verilməsində istinad edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5183/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında da iddiaçıların açılmasını tələb etdikləri su arxının cavabdehin ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən keçməsi müəyyən edilmişdir.
45. Beləliklə ekpertiza və mütəxəssis rəylərinin iddia tələbinin ziddinə olması halları müəyyən edilməməklə, su arxının xəritədə nəzərdə tutulmaması iddiaçıların faktiki olaraq yerində mövcud olan su arxından torpaq sahələrinin suvarılmasında cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək imkanlarını aradan qaldırmır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadının nüsxəsi deyil, tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilməklə, ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyinə də istinad edilməklə ekspertiza tədqiqatı zamanı cavabdehin ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən iddia edilən su arxının keçməsi müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/7986 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbində qeyd olunan su arxının yerləşdiyi ərazinin bələdiyyə mülkiyyəti deyil, ona və digər ailə üzvlərinə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsi olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, su arxının keçdiyi torpaq sahəsinin Cavabdeh ümumibirgə mülkiyyətində olması, sonuncuya ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən keçib davam edən su arxından torpaq sahələrinin suvarılmasında iddiaçılara maneələrin yaradılmasına əsas vermir.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3-cü maddəsinin tələbindən də göründüyü kimi heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin faktiki olaraq iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin suvarılmasına görə digər su arxının mövcud olması, onun iddiaçılara qanuni bələdiyyə mülkiyyətində olan su arxından istifadə etməkdə hər hansı maneəçilik törətməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinin suvarılması üçün digər bir su arxnın nəzərdə tutulması halı müəyyən edilməməklə, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların özləri tərəfindən də bu hal inkar edilmiş, həmçinin cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir.
51. Əksinə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında cavabdeh iddiaçıların reallıqda həmin arxdan istifadə etdiklərini, lakin onların arxın onların hesabına təmizlənməsini istədiklərini, su onların həyətlərinə getdiyi üçün iddiaçıların özlərinin arxı təmizləməli olduqlarını, dəfələrlə iddiaçılara həyətlərində olan arxını təmizləməyi tələb etdiklərini, lakin iddiaçıların bunu etmədiklərini, nəticədə həyətlərinin su arxı nəticəsində yararsız hala düşdüyünü, belə olub suyun keçməsinə imkan vermədiyini göstərmişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
53. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-6/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.