Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-447/2023 07.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (sədrlik edən) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının xeyrinə 141.957,30 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz və 30.427,41 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.615,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 293.321,71 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 789 manat dövlət rüsumunun və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını, ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin dəyəri 252.000 manat müəyyən edilməklə cavabdehdən tutulmalı olan borc məbləğinin ipoteka predmetinə yönəldilməsini, həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun da cavabdehdən tutulmasını, ipoteka predmetlərinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin yaşayış evlərindən məcburi qaydada çıxarılmalarını və həmin mənzilin boşaldılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 19 dekabr 2022-ci il tarixli, 2(016)- 302/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ödəniş gününə olan məzənnə ilə 141.957,30 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.615,08 ABŞ dolları faiz olmaqla, cəmi 262.994,3 ABŞ dolları məbləğində borcun, iş üzrə ödənilmiş 789 manat dövlət rüsumu və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-na ödənilməsi, tələb Cavabdeh məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlıu küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan QSC “Bank Standard” KB-na olan borc ödənilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlıu küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmaları, ekspertiza tədqiqatlarının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin (VÖEN: **********, Hesab: AZ60AİİB400600D**********179, Bnak: Kapital Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod: AİİBAZ2X, CİF 2624821) hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsi ilə razılaşmayan iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Qeyd olunan mülki iş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan zaman Ağsu Rayon Məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda Cavabdeh tərəfindən Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyi qeyd edilmiş və hazırkı mülki işin Ağsu Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin uyğunluğunu yоxlаmаq üçün mülki iş Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364-cü mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətinin bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə uyğunluğunu yоxlаyır. Bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə cаvаb verən аpellyаsiyа şikаyəti оnа əlаvə оlunmuş sənədlərlə və işlə birlikdə аpellyаsiyа şikаyətinin verilmə müddəti bitdikdən sоnrа 7 gün müddətində аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə, apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Göründüyü kimi, аpellyаsiyа şikаyətinin prоsessuаl tələblərə uyğunluğu birinci instаnsiyа məhkəməsi tərəfindən yоxlаnılmаlı və şikаyətin göstərilən tələblərə uyğunluğu müəyyən edildikdə iş аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(107)-447/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(107)-447/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-447/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-447/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver