Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-449/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Cavabdeh qarşı vaxtı keçmiş əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi) X4 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Cavabdeh qarşı vaxtı keçmiş əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(033)-1131/2014 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(033)-1131/2014 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Zaqatala Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(033)-1131/2014 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Cavabdeh xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixə olan 11750 (on bir min yeddi yüz əlli) manat vaxtı keçmiş əsas borcu, 40476 (qırx min dörd yüz yetmiş altı) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu və xx.xx.2014-cü il tarixə qədər vaxtı keçmiş əsas borca illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 1500 (bir min beş yüz) manat məbləğində cərimə faizləri olmaqla, cəmi 53726 (əlli üç min yeddi yüz iyirmi altı) manat məbləğində kredit borcu, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 10 (on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(033)-1131/2014 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən 19 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(033)-1131/2014 nömrəli qərardadı ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Cavabdeh qarşı vaxtı keçmiş əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(033)-1131/2014 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması, Zaqatala Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(033)-1131/2014 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun dövlət büdcəsindən Cavabdeh geri qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermiş, Zaqatala rayon Məhkəməsinin 2(033)-1131/2014 saylı qərardadının ləğv olunması, Zaqatala rayon Məhkəməsinin 2(033)1131/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Şəki apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(033)-1131/2014 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(033)-1131/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən Cavabdeh apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayan zaman müəyyən edildi ki, cavabdeh Acalov X1 Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(033)-1131/2014 nömrəli qətnaməsindən qətnaməni aldıqları gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, buna riayət etməmiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Məhkəməsinin 2(033)- 1131/2014 saylı qətnaməsindən icra və probasiya şöbəsi tərəfindən icra şöbəsinə çağırıldıqda məlumatı olmuşdur ki, hazırki mülki iş üzrə icra şöbəsinin icraatında icra işi vardır. Bunun üçün Məhkəməyə müraciət edərək qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Qeyd edir ki, apellyasiya şikayəti ilə birlikdə ötürülmüş müddətin üzürlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Müraciətində bildirmişdir ki, məhkəmə qətnaməsini 05 fevral 2025-ci il tarixdə rəsmi şəkildə qəbul etmişdir. Apellyasiya şikayəti 1 ay tamam olmamış məhkəməyə təqdim edilmişdir. Məhkəmə apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul edərkən qeyd etdiyi prosessual hüquq normasının tələbini pozmuşdur. Məhkəmə qətnaməsini rəsmi olaraq 05 fevral 2025-ci il tarixdə qəbul etmişdir. Eyni zamanda qətnamə ona təqdim edilərkən qətnamənin ona rəsmi qaydada təqdim olunmasına dair poçt qəbzi əlavə edilmişdir. Poçt qəbzində qətnamənin ona şəxsən təqdim edilməsinə dair qrafanın üzərində imza edilmişdir. Həmin poçt qəbzində olan imza ona məxsus deyildir. Kimin tərəfindən qətnamənin qəbul edilməsi barədə məlumatı yoxdur. Mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin olunsa o zaman aydın olacaqdır ki, həmin imza ona məxsus deyildir. Məhkəmənin diqqətinə çatdırır ki, onlar hələ təqvimdə 25 may 2025-ə çatmamışlar. Bundan əlavə ötürülmüş müddətin bərpasına dair ərizəsi apellyasiya şikayətinə əlavə edilmişdir. Məhkəmədən apellyasiya şikayətinin və ona əlavə edilmiş ötürülmüş müddətin bərpasına dair ərizəsinin təkrar nəzərdən keçirilməsini xahiş edir. Bundan əlavə məhkəmədən mülki iş üzrə iclas təyin edilərək mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş edir. Poçt qəbzində qətnamənin ona şəxsən təqdim edilməsinə dair qrafanın üzərində imza ona məxsus deyildir. Məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilsə aydın olacaqdır ki, həmin imza həqiqətən onun tərəfindən icra edilməmişdir. Odur ki, Zaqatala rayon Məhkəməsinin 2(033)1131/2014 saylı qərardadının ləğv olunması, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1131/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Şəki apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Kollegiya qeyd edir ki, mülki işin 52-ci vərəqəsində olan poçt xəbərnaməsindən görünür ki, Zaqatala rayon Məhkəməsinin 2(033)-1131/2014 saylı qətnaməsi 25 may 2015-ci il tarixdə X3 tərəfindən Zaqatala rayonu DEU-20 qəsəbəsində Cavabdeh ünvanına təqdim edilmişdir. Kollegiya cavabdehin şikayətində göstərdiyi qətnamənin ona şəxsən təqdim edilməsinə dair poçt qəbzində olan imzanın ona məxsus olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Normaların tələblərindən də göründüyü kimi məhkəmə sənədinin ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edilməsi artıq həmin sənədin onun ünvanlandığı şəxsə təqdim edilməsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası şikayətin apellyasiya şikayəti ilə birlikdə ötürülmüş müddətin üzürlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.4-ci maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(033)-1131/2014 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(033)- 1131/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2(033)-1131/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-449/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-449/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver