Məhkəmə qərarları › İş №2(107)-453/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-453/2023

10.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-453/2023 10.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X7, İddiaçı8 Hüseyn oğlu, X1 Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: su yolunun açılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı6 İzadəddin qızının, İddiaçı8 Hüseyn oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X7, İddiaçı8 Hüseyn oğlu, X1 Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(014)-592/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçılara məxsus olan RX ******* seriyalı, ********* qeydiyyat nömrəli **********18- 10301 reyestr nömrəli çıxarışla və JN -111A kod 90308048 nömərli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kəndində 0.55 ha və 0.34 ha torpaq sahələri vardır. Həmin torpaq sahələrinə gedən suvarma arxı cavabdehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən keçir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X7, İddiaçı8 Hüseyn oğlu, X1 Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Qarağan Şıxlar kəndində onlara məxsus mülkiyyətlərinə verilmiş torpaq sahəsinə gələn içməli su və suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən ******* nömrəli çıxarışla və Aqrar İslahat Komissiyasının 1998-ci il 20 avqust tarixli 16 saylı qərarı ilə onlara kənd ərazisində qonşuluqda yerləşən 0.55 ha və 0.34 ha torpaq sahələri verilmişdir. Həmin vaxtdan etibarən ailə üzvləri ilə həmin torpaq sahələrində məskunlaşmışlar və yaşayırlar. Həmçinin uzun müddətdit ki, həmin torpaq sahələrində əkinçilik və digər təsərrüfat fəaliyyətləri ilə məşğuldurlar. Torpaq sahəsi onlara verilən zamandan torpaq sahəsinə gələn içməli su və suvarma arxı ümumi istifadədə olan gəlişgediş dalanından gəlmişdir. Bugünədək də içməli su və suvarma arxı üçün ödənişləri vaxtı vaxtında ödəmişdir. Bugünədək də cavabdehlə bir neçə dəfə problem yaşamışlar. Cavabdeh dəfələrlə onlara müxtəlif problemlər yaratmışdır. Hətta bununla bağlı məhkəmə qərarı belə olmuşdur. Ancaq cavabdeh hələdə qanunsuz əməllərinə davam edir. Kənd ərazisində demək olar ki, bir çox qonşuların suvarma idarəsi tərəfindən təşkil edlmiş içməli su və suvarma arxları digər yan qonşuların istifadə etdiyi torpaq sahəsindən və yaxud ümumi istifadədə olan gəliş-gediş yolundan keçir. Bir müddətdir ki, cavabdeh istifadə etdiyi ümumi istifadədə olan gəliş-gediş yolunda onların torpaq sahələrinə gələn içməli su və suvarma arxının suyunun önünə torpaq tökməklə kəsmişdir. Nəticədə cavabdehin içməli su və suvarma arxının suyunu kəsməsi nəticəsində onlara və ailə üzvlərinə xeyli miqdarda maddi ziyanlıq dəymişdir. Dəfələrlə kənd bələdiyyəsi İƏD üzrə nümayəndəlik və sahə müvəkkili tərəfindən cavabdehə tutduğu əməlinin düzgün olmadığını qonşu olduqları üçün də yaranmış su problemini aralarında həll etməyi təklif etsələr də cavabdeh əməl etməmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tutduğu əməldən əl çəkmir, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ailə üzvlərinə və təsərrüfatlarına xeyli miqdarda ziyanlıq dəymişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədikləri üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. İddiaçı3 xx.xx.2022-ci i tarixd keçrilən məhkəmə hazırlıq iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onların qonşusu olduğunu, uzun illərdir ki, onlara gələn su arxının Cavabdeh həyətindən keçdiyini və onlarda suya olan təlabatlarını həmin su arxından ödədiklərini, hal-hazırda Cavabdeh tərəfindən süni maneyə yaradılaraq sözü gedən su arxının qabağı bağlanılmışdır. Məhkəmədən iddianın təmin olunmasını və cavabdeh tərəfindən bağlanmış su yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. İddiaçı8 Hüseyn oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onların qonşusu olduğunu, uzun illərdir ki, onlara gələn su arxının Cavabdeh həyətindən keçdiyini və onlarda suya olan təlabatlarını həmin su arxından ödədiklərini, hal-hazırda Cavabdeh tərəfindən süni maneyə yaradılaraq sözü gedən su arxının qabağı bağlanılmışdır. Məhkəmədən iddianın təmin olunmasını və cavabdeh tərəfindən bağlanmış su yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. İddiaçılar İddiaçı4, İddiaçı6 İzafədddin qızı və İddiaçı1 Mülkəsib oğlu, İddiaçı8 izahatına uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.

7. Digər iddiaçılar İddiaçı2, İddiaçı5, X7 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər.

8. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirmişdir ki, sözü gedən su arxı onun mülkiyyətində olan həyətyan torpaq sahəsindən keçir, dəfələrlə iddiaçılara həmin su arxının onun həyətindən keçməsinə etirazı olmasını bildirməsinə baxmayaraq su arxını yerini dəyişdirliməsi barədə heç bir tədbir görməmişlər. Sözü gedən su arxını onun həyətindən keçməsinə etiraz edərək, həmin su arxını iddiaçılar tərəfindən öz hesablarına yerinin dəyişdirilməsin və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X7, İddiaçı8 Hüseyn oğlu, X1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən içməli su və suvarma arxı cavabdehin torpaq sahəsindən keçməklə onun tərəfindən qapadılmış, iddiaçılara suyun verilməsində süni maneələr yaradılmışdır.

10. Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(014)-592/2022 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia təmin olunmuş, RX ******* seriyalı, ********* qeydiyyat nömrəli **********18-10301 reyestr nömrəli çıxarışla və JN -111A kod 90308048 nömərli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kəndində yerləşən İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X7, İddiaçı8 Hüseyn oğlu, X1 mülkiyyətinə verilmiş, torpaq sahəsinə gələn içməli su və suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına, 95 (doxsan beş) manat ekspertiza xərcinin isə Cavabdeh alınıb KapitalBank ASC-nin 1 saylı Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR və YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 170, 175 və 225-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3, 48, 54, 84 və 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qülbəndə kənd İ/N-yi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli AZ-İİ 397368 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 ilə X4 nikahlarını xx.xx.2002-ci il tarixdə qeydə aldırmışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixli 07 saylı qeyd aparılmışdır.

13. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qarağan Şıxlar kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 370964 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx.xx.2009-cu il tarixdə vəfat emişdir.

14. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Qarağan-Şıxlar kəndində yerləşən 0.55 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən 56.5 kvm fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5 mülkiyyətindədir.

15. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 16 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:111A saylı (kod ********) şəhadətnaməyə əsasən X5, İddiaçı6 İzadəddin qızı, X7, İddiaçı8 Hüseyn oğlu, X3 Ağdaş rayon Qarağan Şıxlar kəndində 0.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

16. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 12 aprel 2022–ci il tarixli 2(014)-592/2022 saylı qərardadı ilə iş üzrə İqtisadiyyat Nazirliyi Yanında ƏMDX tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır.

17. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********34 saylı mütəxəssis rəyindən məlum olur ki, 1. İddiaçılara məxsus olan RX ******* seriyalı, ********* qeydiyyat nömrəli **********18-10301 reyestr nömrəli çıxarışla və JN -111A kod 90308048 nömərli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kəndində yerləşən torpaq sahələrinə gedən suvarma arxı cavabdehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən keçir. Həmin suvarma arxının önü cavabdeh tərəfindən kəsilmişdir. 2.Bağlanmış suvarma arxı cavabehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsində baş vermişdir. 3. Həmin torpaq sahəsi **********78 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətindədir.

18. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5597 saylı ekspert rəyindən məlum olur ki, iddiaçılara məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və reyestr publik hüquqi şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 17 Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və xx.xx.2022-ci il tarixdə **********34 sayı mütəxəssis rəyin əsasən aşağıdakılar müəyyən olunmuşdur. 1. İddiaçılara məxsus olan RX ******* seriyalı, ********* qeydiyyat nömrəli **********18-10301 reyestr nömrəli çıxarışla və JN-111A kod 90308048 nömərli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kəndində yerləşən torpaq sahələrinə gedən suvarma arxı cavabdehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən keçir. Həmin suvarma arxının önü cavabdeh tərəfindən kəsilmişdir. 2.Bağlanmış suvarma arxı cavabehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsində baş vermişdir. 3. Həmin torpaq sahəsi **********78 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətindədir.

19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, baxmayaraq ki, məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********34 saylı mütəxəssis rəyindən və ona əlavə edilmiş Yerquruluşu Planından göründüyü kimi, **********78 reyestr nömrəli çıxarışla Ağdaş rayonunun Qarağan Şıxlar kəndində yerləşən torpaq xüsusi mülkiyyət hüququ əsasında mənə verilmiş torpaq sahəsindən keçən suvarma arxından su yalnız İddiaçı3 istifadəsində olan Bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş 0.1670 ha torpaq sahəsinə gedir, məhkəmə iş üzrə bütün iddiaçıların, ona qarşı süni maneələrin aradan qaldırılmasına dair iddia tələbini tamamilə təmin etmişdir. Bundan əlavə yuxarıda istinad edilən xx.xx.2022-ci il tarixli **********34 saylı mütəxəssis rəyindən və ona əlavə edilmiş Yerquruluşu Planında su arxının onun tərəfindən yalnız İddiaçı3 istifadəsində olan Bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş 0.1670 ha torpaq sahəsinə gedən hissəsinin qarşısının kəsilməsinin qeyd olunmasına baxmayaraq iş üzrə iddiaçılar olan X7, İddiaçı8 Hüseyn oğlu, X1 heç bir hüquqlarını pozmadığı halda hansı səbəbdən ona qarşı süni maneələrin aradan qaldırılmasına dair iddia tələbi qaldırdıqlarına da heç bir hüquqi qiymət verməyərək məhkəmə onların da iddia tələbini təmin etmişdir.

21. Məhkəmə nə səbəbdənsə heç maraqlanmamışdır ki, eyni iddiaçının istifadəsində olan 1 torpaq sahəsinə nə səbəbdən onun həyətindən 2 su arxı getməlidir, işin məhkəmə baxışı zamanı bunu məhkəmənin diqqətinə çatdırmağına baxmayarq təəssüf ki, işin tam və hərtəfəfli araşdırılması naminə məhkəmə buna məhəl qoymayaraq işlə bağlı torpaq ekspertiza təyin etməyib və ekspert qarşısında bu sualı qoymayıb. O, öz torpaq sahəsindən iddiaçılara su verməyə narazı deyil. Sadəcə istəyir ki, onlar ondan icazəsiz və xəbərsiz onun həyətinə girməsinlər.

22. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(014)- 592/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı6 İzadəddin qızı, İddiaçı8 Hüseyn oğlu və iddiaçı, həmçinin digər İddiaçı3 hüquqi varisi İddiaçı4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(014)-592/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

26. Digər iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı5, X7 və X4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(014)- 592/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

33. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********34 saylı mütəxəssis rəyindən, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5597 saylı ekspert rəyindən, eyni zamanda məhkəmə kollegiyasının keçirdiyi tədqiqat obyektinə yerli baxışda müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh mülkiyyətində olan 0.14 ha torpaq sahəsi mərhum İddiaçı3 mülkiyyətində olan 0.54 ha həyətyanı torpaq sahəsi, sonuncu tərəfindən (halhazırda onun hüquqi varisi İddiaçı4 tərəfindən) faktiki olaraq istifadə olunan bələdiyyə mülkiyyətində olan 0.16 ha zəbt torpaq sahəsi və digər iddiaçıların istifadəsində olan torpaq sahələri ilə qonşudur. Cavabdehin mülkiyyətində olan 0.14 ha torpaq sahəsinə digər tərəfdən digər qonşuların həyətindən daxil olmaqla cavabdehin həyəti boyunca keçən su arxı cavabdehin mülkiyyətində olan torpaq sahəsinin daxilində 2 qola ayrılır. Həmin qollar ayrı-ayrılıqda faktiki olaraq Mülkəsahib Alpaşa oğlunun (hal-hazırda onun hüquqi varisi İddiaçı4) istifadə etdiyi bələdiyyə mülkiyyətinə aid olan zəbt olunmuş torpaq sahəsinə daxil olur, oradan isə hər qol öz növbəsində Mülkəsahib Alpaşa oğlunun mülkiyyətində olan torpaq sahəsinə və digər iddiaçıların istifadə etdiyi torpaq sahəsinə keçir. Yerli baxış zamanı həmçinin o da müəyyən edilmişdir ki, mübahisəli su arxı və onun qolları cavabdehin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən 50 metrdən artıq aralıda olan məsafədən keçir. İddiaçıların açılmasını tələb etdikləri içməli su və suvarma suyu arxı eyni arxdan və eyni sudan ibarətdir. İddiaçıların həmin su arxından istifadə etməklə su əldə etmələrinə cavabdeh tərəfindən maneələr törədilmişdir.

34. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(014)-592/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(014)-592/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar