Məhkəmə qərarları › İş №2(107)-454/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-454/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-454/2025 12.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə (Açar sözlər: Əmlak tələbi, ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X14 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(016)-5/2025 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən cehizlik əşyalarından zədəli və yararsız hala salınaraq məcburi şəkildə onlara verilmiş: 1. Dəmiri ilə birgə taxt, şkaf, bir ədəd güzgülü termo, 2 ədəd tumbuçka və 1 ədəd kiçik tumbadan ibarət cəmi 2000 manat dəyərində yataq dəstinin 1500 manat təmir xərcini (taxtın baş tərəfindəki dəri örtüyü doğram-doğram edilmiş, arxa parçası doğranıb və sonradan tikilib, şkafın qabaq hissələrində soyulmuş və yarılmış vəziyyətdə, güzgülü termonun 4 daxılının qapağı doğranıb yarılmış, iki tumbuçkadan birinin iki qapağı, digərinin üst hissəsi yarılmış, kiçik tumbası isə verilməmişdir). 2. 500 manat dəyərində divan və iki ədəd kreslolun 350 manat təmir xərcini (üz dəriləri doğram-doğram edilmiş, maçalkaları kəsilərək çölə çıxıb), 3. iki ədəd stulların 150 manat təmir xərci (üz dəriləri kəsilərək doğranıb), 4. bir ədəd yemək stolunun 50 manat təmir xərcinin (üstünə bir ədəd üzun şızıq çəkilib), 5. üst örtüyü şüşədən olan bir ədəd jurnal masasının 100 manat dəyərini (üst örtüyünə dərin çızıq çəkilib, onun təmiri mümkün deyil), 6. 200 manat dəyərində olan bir ədəd sandığın 150 manat təmir xərcini (üstü kəsik-kəsik edilmiş, sonradan əllə kobud tikiş edilmiş), 7. bir ədəd matrasın 200 manat dəyərini (üstü çoxsaylı və böyük kəsiklər edilmiş və ləkələnərək tam yararsız hala salınmış və parçası dəyişilməlidir, ustanın deməyinə görə təmiri mümkün deyil), 8. təmiri mümkün olmayan taxtın 150 manat dəyəri (dəmiri əyilib yararsız hala düşmüş), 9. dörd ədəd “Tefal” qazan dəstinin 170 manat dəyəri (bir ədəd böyük qazanı verilməmiş, bir qazanı isə zədələnmişdir - dəst olmadığından yararsızdır). 10. bir ədəd iki mərtəbəli qaşıq dəstinin 100 manat dəyərini (alt mərtəbəsinin qaşıqları verilməmiş və dəst pozulmuşdur). 11. bir ədəd taxt örtüyü iki ədəd balışlığı ilə birgə 210 manat dəyərini (taxt örtüyünün üzləri çoxsaylı kəsiklər və sonra əllə tikilmiş vəziyyətdə, iki balışlığı isə verilməmişdir), 12. bir ədəd böyük, qara rəngli ədyalın 100 manat dəyərini (qıraqları kəsilmiş və iyrənc vəziyyətə salınaraq yararsız olmuşdur), 13. bir ədəd tək adamlıq ədyalın 50 manat dəyərini (qıraq hissələri kəsiərək yararsız və iyrənc vəziyyətə salınmış), 14. bir ədəd sintifon yorğanın 20 manat dəyərini (doğranmış iyrənc vəziyyətə salınmış), 15. bir ədəd taxt “posteli”nin 35 manat dəyərini (doğranıb yararsız hala salınmış), 16. qara-qırmızı pakrıvalın 9 manat dəyərini ( doğranmış, yararsız və iyrənc vəziyyətə salınmış), 17. cəmi 900 (doqquz yüz) manat dəyərində olan 3 ədəd döşək, 3 ədəd yorğan, 9 ədəd balış, 3 ədəd nimdərin (hamısının üzləri doğranaraq iyrənc və yararsız hala salınmış, 200 manatlıq yunu və balış tükündən bir hissəsi qalmış) 700 manatlıq dəyərini, 18. hər metrəsinin dəyəri 15 manatdan olan 17 metr pərdədən 8 metrəsi kəsildiyindən və verilmədiyindən 120 manatlıq ziyan hissəsi (bu əşyaları götürəndə yerində ölçmə işini aparmağa içraçılar imkan vermədilər, videodada bu görüntü əks olunmuşdur), 19. böyük qarışıq rəngli xalçanın 300 manatlıq dəyərini (iki yerdən yandırılmış halda yararsız halda, bunun təmiri mümkün deyildir). 20. kiçik xalçanın 180 manat dəyərini (işlədilərək iyrənc və çirkli hala salınıbmış və yararsız halda), 21. bir ədəd “Samsung” markalı tozsoranın 250 manat dəyərini ( səsi çıxsa da turbası kəsilimiş və tozu sormur, odur ki, yararsız hala salınmışdır), 22. bir ədəd ətçəkənin 170 manat qiymətini (naqili kəsilmiş, iç avadanlıqları götürülmüş, başqa naqil quraşdırılmışdır, o belə vəziyyətdə orada qoyub getməmişdir), 23. bir ədəd elektrik sobasının 90 manat dəyərini (hər iki ayaqları götürülmüş halda, üst hissəsi soyulub və çökdürülüb, çızıqlanıb, qabının biri köhnəsi ilə əvəz edilib tam dəyərini tələb edir), 24. bir ədəd çuğun qəfədanın 20 manat dəyərini (yandırılmış halda, yararsız vəziyyətdə olduğundan), 25. 20 manat dəyərində olan bir ədəd çaynik və qəfədan dəstindən sındırılmış çaynikinin 10 manat qiymətini, 26. bir ədəd elektriklə işləyən ədyalın 25 manat dəyərini (naqili kəsilib götürülmüş, həm də doğranıb yararsız hala salınmış), 27.bir ədəd şüşədən “dəvə” suvenerinin 50 manat dəyərini (hər tərəfi soyulmuş vəziyyətdə görkəmini itirmiş), 28. bir ədəd güldan və iki ədəd vaz dəstinin 200 manat dəyərini (güldanı verilməmiş, vazların isə üzərinin bəzəkləri soyulmuş - yararsız halda), 29. tək adamlıq pastel dəstinin 15 manatlıq dəyərini (doğranmış, tikilmiş, yararsız vəziyyətdə), 30. verilməyən bir ədəd ləpə çəkənin 10 manat dəyərini, 31. bir ədəd böyük çörəkqabının 15 manat dəyərini (deşilmiş halda, qapağı yoxdur - 15 manat ziyan pulunu tələb edir). 32. bir ədəd kauçuk vanna altının 15 manat dəyərini (iki yerdən deşildiyindən yararsız hala salınmışdır), umumi ziyanın təşkil edilən məbləğini 5524 (beş min beş yüz iyirmi dörd) manat həcmində bizə ödətdirilməsinə və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılmasına; 2. Sonradan müəyyən etdiyi verilməyən əmlaklar: 60 manatlıq iki ədəd ağ-qara vaz, 30 manat bir ədəd qızılı vaz, 100 manatlıq müxtəlif bəzəkli altı ədəd bakal dəsti, 40 manatlıq iyirmi dörd ədədli fincan-nəlbəki dəsti, 15 manatlıq ağ-qara üç mərtəbəli ləpə qabı, cəmi qiyməti 95 manat olan iyirmi bir ədəd dəsmal, 14 manatlıq bir ədəd taxt “pasteli”, 8 manatlıq bir ədəd tək adamlıq “prastina”, cəmi 148 manat dəyərində beş ədəd süfrələr, cəmi 12 manat on iki ədəd çay dəsmalı, 5 manat dəyərində on iki ədəd əl silən kiçik dəsmal, cəmi 800 manat dəyərində çay, naharlıq və kofe servizləri, 70 manat dəyərində şirəçəkən, 30 manatlıq mikser, 18 manatlıq elektriklə işləyən sac , 200 manatlıq iki ədəd xrustal meyvə vazı, 35 manatlıq bir ədəd böyük “tefal” aş qazanı, 25 manatlıq çuğundan soyuducu 5 ədəd qazan dəsti, 18 manatlıq böyük qapaqlı “tefal“ tava, 12 manatlıq “ tefal“ kiçik tava, 10 manatlıq bir dəst soyuducu kiçik qazanı, 40 manatlıq bir ədəd ağ-qırmızı qədimi serviz dəsti, 6 manatlıq paltar “şpilkaları”, 3 manatlıq bir ədəd rulon dəsmal, 40 manatlıq karniz, 40 manatlıq piletka, 35 manatlıq ütü masası, cəmi dəyəri 6 manat olan iki ədəd dəmir vedrə, 8 manatlıq bir ədəd kalçuk qapaqlı vedrə, 1 manatlıq bir ədəd su qabı, cəmi qiyməti 10 manat olan iki ədəd ayaqsız ləpə qabı, 30 manatlıq bir ədəd sadə qaşıq naboru, 6 manatlıq iki ədəd aş qaşığı, 4 manatlıq iki ədəd taxta qaşıq, 16 manatlıq iki ədəd tək-tək padnos, 4 manatlıq iki ədəd süfrəyə qoyulan çörək qabı, 14 manatlıq dörd ədəd müxtəlif rəngli mətbəx qabları, 15 manatlıq iki ədəd böyük padnos, 8 manatlıq on iki ədəd rozetka, 4 manatlıq altı ədəd limon qabı, 40 manatlıq şüşədən bir ədəd “tefaf” elektrik çayniki, 28 manatlıq iki ədəd tək adamlıq pastel dəsti, 65 manatlıq dəyərində bir ədəd taxt pasteli, 40 manatlıq dəyərində bir ədəd taxt pasteli, 20 manatlıq dəyərində taxt pasteli, 40 manatlıq dəyərində altı ədəd xurustal stəkan, 25 manatlıq dəyərində otuz ədəd sadə stəkan, 46 manatlıq otuz altı ədəd nəlbəki, 9 manatlıq üç ədəd tək-tək kofe fincanı , 25 manatlıq mətbəx, düyü, çay və qənd qabları, 20 manatlıq bir ədəd kartof yığılan qab, 8 manatlıq bir ədəd çaynik, 15 manatlıq bir ədəd çuğun tas, 5 manatlıq bir ədəd qapaqlı çörəkqabı, 10 manatlıq mətbəx taxtası, 10 manat bir ədəd qıymakeş, 12 manatlıq 12 ədəd şiş, 3 manatlıq bir ədəd kəfkir, 6 manatlıq iki ədəd qayçı, 30 manatlıq dəyərində altı metr pərdəaltı, ağ rəngli atlas parça, 6 manatlıq üç ədəd kauçuk qab, cəmi dəyərləri 2508 (iki min beş yez səkkiz) manat məbləğində pulunu və ya natura halında cehizlik əşyalarının qaytarılıb təhvil verilməsinə; 3. Ödədiyi 112 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən onlara ödətdirilməsinə; 4. Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşları yararsız və zədəli cehizlik əşyalarını məcburən qəbul etdirdiklərinə görə onlara əlavə əziyyət, problemlər yaratdığlarına görə çəkdiyi 1000 (min) manat dəyərində maddi və mənəvi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh2 ilə xx.xx.2017-ci il tarixdə faktiki nikaha daxil olaraq həmin gün gəlin köçmüşdür. Cehizlik və geyim əşyaları isə gəlin köçmədən bir neçə gün əvvəl avtomobillə cavabdehin evinə daşınıb aparılmış və cehizlik əşyaları da cavabdehin yaşadığı şəxsi həyət evində onlara ayrılmış otaqlar el adəti ilə bəzəldilmişdir. Onu da göstərir ki, cavabdeh Seymur digər cavabdehlər olan anası Minarə və bacısı Ülviyyə ilə bir evdə yaşayırdılar. Gəlin köçmədən bir neçə gün əvvəl cehizlik əşyalarından mebel dəstlərini və bir sıra digər əşyalarını anası ilə birgə gedib Goranboy rayonundan çoxlarının gedib aldıqları mebel satışı yarmarkasından alıb gətirərək birbaşa cavabdehgilin evlərinə aparılıb yığılmışdır. Digər cehizlik əşyaları da gəlin köçmə ərəfəsində hissə-hissə Kürdəmir şəhərindən və digər yerlərdən alınıb gətirilmişdir. O evin cəmi beş ay gəlini olmuş, münasibətlər pozulduğundan evdə mübahisələr yarandığından anam evinə qayıtmalı olmuşdur. Bütün cehizlik və geyim əşyaları, həmçinin qızıl-zinət əşyaları cavabdehgildə qalmışdır. Uşaqları da olmamışdır. Münasibətlər düzəlmədiyindən əmlaklarının siyahısını göstərməklə qaytarılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi ilə əmlaklarının naturada və ya dəyərlərinin alınaraq ona verilməsi qət edilmiş, geyim əşyaları qismində isə təmin edilməmişdir. Cavabdehlərin verdikləri apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(107)- 2185/2020 saylı qətnaməsi ilə qızıl-zinət iddiası qızıl-zinət əşyalarının verilməsi hissəsində ləğv edilmiş, iddianın həmin hissədə təmin edilməməsi, qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Tərəfindən Apellyasiya məhkəməsinin qəraraından Kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(102)- 2705/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş, Cavabdeh1 Həsən adlı işçisi və anası ilə cehizlik əşyalarını qəbul etməyə gedərkən görmüşlər ki, bütün cehiz əşyaları qaldıqları evdən çıxarılaraq həyətdə digər köhnə evə yığılmış, kreslo, divanın dəri materialından olan örtükləri, şkaf, güzgülü termo və digər mebel ləvazimatları bıçaqla qəsdən kəsik-kəsik edilmiş, pərdələr kəsik-kəsik edilərək yararsız hala salınmış, kiçik tumba olmamış, həmçinin digər əmlakları da zədələnərək yarasız hala salınmışdır. Cehizlik əşyalarını həmin vəziyyətdə ora aparmadığından və 5 aylıq gəlinliyindən sonra ana evinə qayıdanda belə qoyub getmədiyindən həmin vəziyyətdə götürməkdən imtina edərək yalnız saf olan əşyalarını qəbul edib aparmağı, qalanının isə ya pulunu ödəməyi, ya da əvvəlki vəziyyətdə bərpa edib ona verilməsini tələb etdi, lakin icraçı şərt qoydu ki, necə olursa-olsun belə vəziyyətdə qəbul edib aparmasa “imtina” barədə sənədləşdirmə edəcəkdir və elə də etdi. Bundan sonra Baş Prokurorluğa icraçının hərəkətindən anası ilə şikayət etdilər ki, başsız qadındılar, xəstə anası Eminə illərlə pensiyasından toplağı pullarla və borcla aldığı cehizlik mebelləri və digər əşyaları qəsdən kəsik-kəsik edilməklə icraçı onlara məcbur edir ki, belə vəziyyətdə qəbul edib, sonra vurulmuş ziyanla əlaqədar iddia tələbi qaldırsınlar. Əşyaları normal vəziyyətdə qaytarılsaydı 2 min manata aldıqları mebeli aparıb 1700-1600 manata, digərlərini də müəyyən az qədər satardıq, başsız qadın kimi daşıyıb aparaq evimizə, təmiri üçün usta gətirək, sexə aparmaq xərci, təmir xərci onlar üçün əlavə problemlər yaradıb. Baş Prokurorluqdan bizi Ədliyyə Nzirliyinə göndərdilər və orada isə bizi qəbul edən şəxslər Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi ilə danışıb həmin ünvana göndərdilər. Nəhayət sonuncu yerdən də Ağsu rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil V.Səmədova ona kömək edilməsi üçün məktub göndərildi. Bundan sonra vəkil onun adından Şəki Apellyasiya məhkəməsinə işin yenidən icraya yönləndirilməsi barədə ərizə yazdı və ərizə təmin edildi. Bundan sonra Cavabdeh1 Həsən adlı işçisi əmlakların qəbul edilməsi üçün vaxt təyin etdi və oraya Rasif adlı digər icraçı, polis əməkdaşları, hətta vəkil V. Səmədov, özü, anası İddiaçı2 və Bakıdan gəlmiş xalası getməli oldular. İcracıİar bu dəfədə təkid etdilər ki, əksər cehizlik əşyalar zədəli olsa da hamısı yararlı sayılır, məhkəmə qətnaməsində göstərilən əşyalar, məsələn mebellər və digərləri qəbul edilib aparılmazsa, yenidən imtina barədə sənədləşdirmə aparılacaq və icra işinə xitam veriləcəkdir. İcraçıların təkidlərinə məcbur qalıb əmlaklarını götürməli oldu. Lakin evdən çıxarılıb avtomobilə daşındıqca əşyaların zədəli hissələrinin görüntülərini əks etdirən telefonda vidioçəkilişlər aparıldı və fotoşəkilləri çəkildi. Onu da əlavə edir ki,əşyalarını qəbul edəndə cavabdeh özü və atası iştirak etdi, bu zaman xalası onlara heç bir xəyanət törədilmədiyi halda niyə əmlakların belə kəsik-kəsik etmələrini, ləkələmələrini doğramaları ilə ziyankarlıq etdikləri barədə kəskin iradını bildirib lənətləyəndə onlar heç bir cavab verə bilməmiş, yalnız lənətləyəndə mübahisələr yaranmışdır. Qəbul etdiyi əmlakların yararsız və zədəli vəziyyətdə olanların siyahısı aşağıdakılardır: - Dəmiri ilə birgə taxt, şkaf, bir ədəd güzgülü termo, 2 ədəd tumbuçka və 1 ədəd kiçik tumbadan ibarət cəmi 2000 manat dəyərində yataq dəsti-tam yararsız halda. Taxtın baş tərəfindəki dəri örtüyü doğram-doğram edilmiş, arxa parçası doğranıb və sonradan tikilib, şkafın qabaq hissələrində soyulmuş və yarılmış vəziyyətdə, güzgülü termonun 4 daxılının qapağı doğranıb yarılmış, iki tumbuçkadan birinin iki qapağı, digərinin üst hissəsi yarılmış, kiçik tumbası isə verilməmişdir. - Ağsu şəhərində hər bir mebel ləvazimatı olan mebel ustasına bunların şəkillərini göstərib təmir xərci ilə maraqlandıqda təmirinə 1500 manat pul istəmişdir. - 500 manat dəyərində divan və iki ədəd kreslolun üz dəriləri doğram-doğram edilmiş, maçalkaları kəsilərək çölə çıxarılmışdır. Usta bunların təmirinə 350 manat pul istədi. - iki ədəd stulların üz dəriləri kəsilərək doğranıb, usta bunların təmirinə 150 manat pul istəmişdir. - bir ədəd yemək stolunun üstünə bir ədəd üzun cızıq çəkilib, təmirinə usta 50 manat pul istəmişdir. - dəyəri 100 manat olan bir ədəd jurnal masasının şüşədən olan üst örtüyünə dərin çızıq çəkilib,onun təmiri mümkün deyil; - 200 manat dəyərində olan bir ədəd sandığın üstü kəsik-kəsik edilmiş, sonradan əllə kobud tikiş edilmişdir, usta təmirinə 150 manat pul istəmişdir; - 200 manat dəyərində olan bir ədəd matrasın üstü çoxsaylı və böyük kəsiklər edilmiş və ləkələnərək tam yararsız hala salınmışdır. (Onun parçası dəyişilməlidir, lakin usta deyir ki, bu mümkün deyil); - 150 manat dəyərində taxtın dəmiri əyilib yararsız hala düşmüşdür, təmiri mümkün deyildir; - 170 manat dəyərində dörd ədəd “Tefal” qazan dəstindən bir ədəd böyük qazanı verilməmiş, bir qazanı isə zədələnmişdir, dəst olmadığından yararsızdır; - 100 manat dəyərində bir ədəd iki mərtəbəli qaşıq dəstinin alt mərtəbəsinin qaşıqları verilməmiş və dəst pozulmuşdur; - 210 manat dəyərində bir ədəd taxt örtüyü iki ədəd balışlığı ilə birgə taxt örtüyünün üzləri çoxsaylı kəsiklər və sonra əllə tikilmiş vəziyyətdə, iki balışlığı isə verilməmişdir; - 100 manat dəyərində bir ədəd böyük, qara rəngli ədyalın qıraqları kəsilmiş və iyrənc vəziyyətə salınaraq yararsız olmuşdur; - 50 manat dəyərində bir ədəd tək adamlıq ədyalın qıraq hissələri kəsilərək yararsız və iyrənc vəziyyətə salınmışdır; - 20 manat dəyərində bir ədəd sintifon yorğan doğranmış iyrənc vəziyyətə salınmış; - bir ədəd 35 manatlıq taxt “posteli” doğranıb yararsız hala salınmış; - 9 manat dəyərində qara-qırmızı pakrıval doğranmış, yararsız və iyrənc vəziyyətə salınmış; - Cəmi 900(doqquz yüz) manat dəyərində olan 3 ədəd döşək, 3 ədəd yorğan, 9 ədəd balış, 3 ədəd nimdər hamısının üzləri doğranaraq iyrənc və yararsız hala salınmış, 200 manatlıq yunu və balış tükündən bir hissəsi qalmış; - Hər metrəsinin dəyəri 15 manatdan olan 17 metr pərdədən 8 metrəsi kəsildiyindən və verilmədiyindən 120 manatlıq hissəsdə ziyan vurulmuşdur. Göstərirəm ki, bu əşyaları götürəndə yerində ölçmə işini aparmağa içraçılar imkan vermədilər, vidiodada bu görüntü əks olunmuşdur; - 300 manatlıq böyük qarışıq rəngli xalça iki yerdən yandırılmış halda yararsız halda, bunun təmiri mümkün deyildir; - 180 manatlıq kiçik xalça, işlədilərək iyrənc və çirkli hala salınmış və yararsız haldadır; - 250 manat dəyərində bir ədəd “Samsung” markalı tozsoranın səsi çıxsa da turbası kəsilimiş və tozu sormur, yararsız hala salınmışdır; - 170 manatlıq bir ədəd ətçəkənin naqili kəsilmiş, iş avadanlıqları götürülmüş, başqa naqil quraşdırılmışdır. Belə vəziyyətdə orada qoyub getməmiş, bunun təzəsini və ya qiymətini tələb edir; - 90 manat dəyərində bir ədəd elektrik sobasının hər iki ayaqları götürülmüş halda, üst hissəsi soyulub və çökdürülüb, çızıqlanıb, qabının biri köhnəsi ilə əvəz edilib, tam dəyərini tələb edir; - 20 manat dəyərində bir ədəd çuğun qəfədan yandırılmış halda yararsız vəziyyətdə; - 20 manat dəyərində bir ədəd çaynik və qəfədan dəsti, çayniki sındırılmış halda, ziyanı 10 manat; - 25 manat dəyərində bir ədəd elektriklə işləyən ədyal, naqili kəsilib götürülmüş, həm də doğranıb yararsız hala salınmış; - 50 manat dəyərində bir ədəd şüşədən “dəvə” suveneri, hər tərəfi soyulmuş vəziyyətdə görkəmini itirmiş; - qiyməti 200 manat olan bir ədəd güldan və iki ədəd vaz dəstindən güldanı verilməmiş, vazların isə üzərinin bəzəkləri soyulmuş, yararsız halda; - 15 manatlıq tək adamlıq pastel dəsti, doğranmış, tikilmiş, yararsız vəziyyətdə; - 10 manatlıq bir ədəd ləpə çəkənin maketi verilib; - 15 manat dəyərində bir ədəd böyük çörəkqabı, deşilmiş halda, qapağı yoxdur, 15 manat ziyan pulunu tələb edir; - 15 manatlıq bir ədəd kauçuk vanna altı iki yerdən deşildiyindən yararsız hala salınmışdır; Zədəli və yararsız hala salınmış əmlaklarına görə umumi ziyanın məbləği 5524 manat təşkil edir. Həmin əmlakları qəbul edərkən zədəli və yararsız halda olmalarını əks etdirən videoçəkilişin diskini və fotoşəkillərini ərizəsinə əlavə etmişdir. Əşyalarını götürən vaxt yadından çıxdığından elələrini əvvəlki məhkəmə mübahisələrində göstərmədiyi halda əmlakları arasında olduğundan qəbul etdi, lakin hələ də yaddan çıxıb, əvvəlki iddialarda göstərə bilmədiyi və verilməyən aşağıdakı əşyalarının siyahıları da aşığıdakılardır ki, onların da verilməsini tələb edir: Sonradan xatırlayıb verilməyən əşyaları: 60 manatlıq iki ədəd ağ-qara vaz, 30 manat bir ədəd qızılı vaz, 100 manatlıq müxtəlif bəzəkli altı ədəd bakal dəsti, 40 manatlıq iyirmi dörd ədədli fincan-nəlbəki dəsti, 15 manatlıq ağ-qara üç mərtəbəli ləpə qabı, cəmi qiyməti 95 manat olan iyirmi bir ədəd dəsmal , 14 manatlıq bir ədəd taxt “pasteli”, 8 manatlıq bir ədəd tək adamlıq “prastina”, cəmi 148 manat dəyərində beş ədəd süfrələr, cəmi 12 manat on iki ədəd çay dəsmalı, 5 manat dəyərində on iki ədəd əl silən kiçik dəsmal, cəmi 800 manat dəyərində çay, naharlıq və kofe servizləri, 70 manat dəyərində şirəçəkən, 30 manatlıq mikser, 18 manatlıq elektriklə işləyən sac, 200 manatlıq iki ədəd xrustal meyvə vazı, 35 manatlıq bir ədəd böyük “tefaf” aş qazanı, 25 manatlıq çuğundan soyuducu 5 ədəd qazan dəsti, 18 manatlıq böyük qapaqlı “tefal” tava, 12 manatlıq “tefal” kiçik tava, 10 manatlıq bir dəst soyuducu kiçik qazan, 40 manatlıq bir ədəd ağ-qırmızı qədimi serviz dəsti, 6 manatlıq paltar “şipilkaları”, 3 manatlıq bir ədəd rulon dəsmal, 40 manatlıq karniz, 40 manatlıq piletka, 35 manatlıq ütü masası, cəmi dəyəri 6 manat olan iki ədəd dəmir vedrə, 8 manatlıq bir ədəd kalçuk qapaqlı vedrə, 1 manatlıq bir ədəd su qabı, cəmi qiyməti 10 manat olan iki ədəd ayaqsız ləpə qabı, 30 manatlıq bir ədəd sadə qaşıq naboru, 6 manatlıq iki ədəd aş qaşığı, 4 manatlıq iki ədəd taxta qaşıq, 16 manatlıq iki ədəd tək-tək padnos, 4 manatlıq iki ədəd süfrəyə qoyulan çörək qabı, 14 manatlıq dörd ədəd müxtəlif rəngli mətbəx qabları, 15 manatlıq iki ədəd böyük padnos, 8 manatlıq on iki ədəd rozetka, 4 manatlıq altı ədəd limon qabı, 40 manatlıq şüşədən bir ədəd “tefaf” elektrik çayniki, 28 manatlıq iki ədəd tək adamlıq pastel dəsti, 65 manatlıq dəyərində bir ədəd taxt pasteli, 40 manatlıq dəyərində bir ədəd taxt pasteli, 20 manatlıq dəyərində taxt pasteli, 40 manatlıq dəyərində altı ədəd xurustal stəkan, 25 manatlıq dəyərində otuz ədəd sadə stəkan, 46 manatlıq otuz altı ədəd nəlbəki, 9 manatlıq üç ədəd tək-tək kofe fincanı, 25 manatlıq mətbəx, düyü, çay və qənd qabları, 20 manatlıq bir ədəd kartof yığılan qab, 8 manatlıq bir ədəd çaynik, 15 manatlıq bir ədəd çuğun tas, 5 manatlıq bir ədəd qapaqlı çörəkqabı, 10 manatlıq mətbəx taxtası, 10 manat bir ədəd qıymakeş, 12 manatlıq 12 ədəd şiş, 3 manatlıq bir ədəd kəfkir, 6 manatlıq iki ədəd qayçı, 30 manatlıq dəyərində altı metr pərdəaltı, ağ rəngli atlas parça, 6 manatlıq üç ədəd kauçuk qab, cəmi qiyməti 2508 (iki min beş yez səkkiz) manat təşkil edir. Əmlakları hətta zədəli kimi qiymətləndirilirsə onların daşınması (aparılıb-qaytarılması, təmir xərclərinə, bərpalarına) bir qadın kimi nə onun, nə də xəstə olduğundan müalicə olunan anasının nə imkanları, nə də bacarıqları yoxdur. Odur ki, məhkəmədən xahiş və tələbi budur ki, cavabdehlər həmin əmlaklarını aparıb tam əvvəlki yararlı hala salıb gətirib təhvil verməli və ya da yuxarıda göstərdiyi bərpa və yararsızlıqların xərclərinin tam ödənilməsinə dair qətnamə çıxartsın. Məhkəmədən xahiş edir ki, göstərdiklərinin təsdiqi üçün mütəxəssis təyin edilməklə şəxsən hakim özü ilə birgə gəlib evində həmin əmlaklara baxış keçirilməsini təşkil etsin və onlara vurulmuş ziyan müəyyən edilsin. Onu da göstərir ki, əmlaklarının belə vəziyyətdə ona qaytarılmasına, əlavə olaraq maddi və mənəvi ziyan çəkməyinin, əlavə problemlərə, əzablara düçür olmağının səbəbkarlarından biri də Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşlarıdır. Onlar tam yararsız olmasa da, kəskin zədəli əmlakları məcburən qəbul etdirməli deyildilər. Maraqlı olmasaydılar ancaq saf əşyalarını təhvil verdirərlilər. Cavabdeh tərəfin imkanlıqlarım nəzərə almazdılar. Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşları belə hərəkətləri nəticəsində əlavə olaraq 1000 (min) manat maddi və mənəvi ziyan vurulmuşdur ki, onun da həmin idarə tərəfindən ödənilməsini tələb edir. Yəqin ki, həmin şöbənin əməkdaşları öz bacılarına və ya digər yaxın qohumlarının başlarına belə işlər gəlmiş olsaydı belə, yəqin ki, onlar həmin əmlakları o vəziyyətdə nə qəbul etdirərdi, nə qəbul edərdilər. Əgər işçi deyil adi vətəndaş olsaydılar belə bu məcburiyyəti öz yaxınlarına qarşı etməzdilər.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə ailə qurduqdan 2-3 gün sonra gətirdiyi cehizləri sataraq bacısına iş qurmaq istədiklərini bildirdilər. Birlikdə yaşadıqları müddətdə adi hərəkətlərə qadağa qoyurdular. Çay olmaz, su olmaz, evdən nəsə qurtaranda deyirdilər ki, anası gətirsin. Hətta anasının pensiya kartını da istəyirmişlər. Bu hərəkətlərə dözə bilməyib anası evinə qayıtmışdır. Evdən çıxandan sonra ona aid əmlakları yararsız hala salmışlar. Yorğan-döşəyində it-pişik saxlayıblar. Bu barədə İcra və Probasiya şöbəsinə müraciət etmiş, baş verənləq barədə, yəni əmlaklarını dağıdıb, kəsib, doğrayıb və qəsdən ziyan vurmaları barədə məlumat vermişdir. Az müddət evliliklə bir yerdə yaşadığından əmlakların hər biri təzə olmuşdur. Demək olar ki, əşyalar işlənməmişdir. İlk baxışa gedəndə proses iştirakçıları onlardan qabaq artıq icra olunan evdə idi. Onlara qarşı şiddət göstərərək telefonunu əlindən almışlar. İcra prosesində polis əməkdaşı, icra məmuru, vəkili, anası və xalası iştirak etmişlər. İcra məmuru əmlakları siyahıya alarkən yararsız əmlakları da yararlı kimi qeyd etmiş, yalnız bir ədəd odeyal olduğu kimi göstərilmişdir. Yararsız əmlakları götürmək istəməyəndə icraçı Həsən Əsgərov həmin əmlakların götürülməyəcəyi halda əmlakların qəbulundan imtina kimi qeyd edəcəyini bildirmişdir.

4. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, qızına hansı zəhmətlə verdiyi cehiz əmlaklarını 4 aya necə yararsız vəziyyətə salmışlar. Əmlakların yarısını qonşunun zirzəmisindən çıxarıb gətirmişlər. Yorğan-döşəyi yerə palaz əvəzi səriblərmiş, üstündə it-pişik saxlayıblarmış. Əşyaları bıçaqla, baltayla zərər vurub sonra tikiblər. Əmlakların yararsız kimi qəbul edilməsində icra məmurunun rolu böyük olmuşdur. Yəni icra məmuru həmin əmlakların hər vasitəylə tərəflərindən qəbul edilməsi üçün tədbir görmüşdür ki, qəbul edilməsə imtina kimi qeyd ediləcəkdir. Telefonu da həmin vaxt əlindən alınmışdı.

5. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, iddiaçı ilə 2017-ci ilin dekabr ayında ailə qurmuş, may ayında evdən oğurluq etməsi səbəbi ilə iddiaçı evdən qaçmışdır. İddiaçıların söylədikləri yalandır. Onun heç bir əşyasına xəsarət yetirilməmişdir, əşyalar istifadə nəticəsində köhnəlmiş, bəzilərini də özləri zədələmişdirlər. Həmin vaxt icra prosesində iddiaçılar, xalası, icra məmuru, polis iştirak etmişdir. Hamının iştirakı ilə icraçı əmlakları siyahıya almışdır. İcra prosesində Zərəndam divanın baş hissəsini kəsmiş, güldanı da özü qırmışdır. Həmin vaxt video çəkiliş olmamışdır. Cehiz əmlakları aktlaşdırılaraq iddiaçılara təhvil verilmişdir. İddiaçının iddiası əsasında Ağsu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(016)- 381/2020 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddia qismən təmin edilmiş, cavabdehlər kimi onlardan və bacısından 550 manat dəyərində 1 ədəd 14 qramlıq çəkidə qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl qolbaq, 700 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl üzüksırğa dəsti, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl saat, 550 manat dəyərində 1 ədəd 4 qramlıq çəkidə qızıl nişan üzüyü, 350 manat dəyərində 1 ədəd 7 qramlıq çəkidə qırmızı qaşlı obriçanlı qızıl üzük, birlikdə 20 manat dəyərində 2 ədəd gümüş üzük, 25 manat dəyərində 1 ədəd gümüş saat, 2000 manat dəyərində 1 ədəd yataq dəsti, 500 manat dəyərində 1 ədəd divan, 2 ədəd kreslo, birlikdə 500 manat dəyərində 1 ədəd stol, stul dəsti, 100 manat dəyərində 1 ədəd jurnal masası, 100 manat dəyərində 1 ədəd çilçıraq, birlikdə 480 manat dəyərində 2 ədəd xalça, 250 manat dəyərində 1 ədəd tozsoran, 50 manat dəyərində 1 ədəd ütü, 170 manat dəyərində 1 ədəd ət çəkən, 45 manat dəyərində 1 ədəd elektrik çayniki, 20 manat dəyərində 1 ədəd divar saatı, 90 manat dəyərində 1 ədəd çörək bişirən elektrik peçi, 250 manat dəyərində 17 metr pərdə, 15 manat dəyərində 1 ədəd böyük çörək yığılan, 700 manat dəyərində 1 ədəd «Samsunq» paltaryuyan maşın, 5 manat dəyərində 1 ədəd ələk, 3 manat dəyərində 1 ədəd oxlov, 5 manat dəyərində 1 ədəd sürtkəç, 5 manat dəyərində 1 ədəd çörək qabı, 10 manat dəyərində 1 ədəd göy rəngli mətbəx qabı, 2 manat dəyərində 1 ədəd kauçuk aşsüzən, 2 manat dəyərində 1 ədəd kauçuk qab, 15 manat dəyərində 1 ədəd vanna, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, birlikdə 200 manat dəyərində 1 ədəd güldan, 2 ədəd vaz, 30 ranat dəyərində 2 ədəd qızılı rəngdə qənd qabı, 30 manat dəyərində 1 ədəd üç rartəbəli ağ rəngli ləpə qabı, 35 manat dəyərində 1 ədəd 6 ədədli çay servizi, manat dəyərində 1 ədəd Karacadan ağ-qara rəngli boşqab dəsti, 10 manat dəyərində 1 ədəd termos çay qabı, 7.50 manat dəyərində 1 ədəd böyük sdnos, 6 manat dəyərində 1 qutu 3 ədəd sap naboru, 15 manat dəyərində 1 ədəd tərəvəz doğrayan, 1 manat dəyərində 1 ədəd 3 kq-lıq balon, 100 manat dəyərində 1 ədəd qaşıq naboru, 30 manat dəyərində 1 ədəd bıçaq naboru, 5 manat dəyərində 1 ədəd 12 ədədli meyvə bıçağı, 30 manat dəyərində 1 ədəd f snrayı saplı qarışıq mətbəx dəsti, 5 manat dəyərində 1 ədəd böyük aşsüzən, 6 manat dəyərində 2 ədəd kiçik aşsüzən, 6 manat dəyərində 1 ədəd aliminium tas, 170 manat dəyərində 1 ədəd tefal qazan dəsti, 20 manat dəyərində 1 ədəd çuğun qəhvədan, 20 manat dəyərində 1 ədəd çaynik, qəhvədan dəsti, 10 manat dəyərində 1 ədəd soğan doğrayan, 130 manat dəyərində 1 ədəd su qabı altı bakalı ilə birlikdə, 100 manat dəyərində 2 ədəd hündür xrustal bəzək qabı, birlikdə 10 manat dəyərində 2 ədəd xrustal meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd qənd qabı, birlikdə 16 manat dəyərində 2 ədəd sadə vaz, 15 manat zəyərində 1 ədəd gecə lampası, 60 manat dəyərində 2 ədəd suvenir - göyərçin, ədəd dəvə birlikdə, 10 manat dəyərində 1 ədəd ləpəçəkən, 60 manat dəyərində 1 ədəd qırx səkkiz ədədlik boşqab dəsti qızılı rəngli serviz, 15 manat zəyərində altı ədəd aş bulud boşqabı, 12 manat dəyərində altı ədəd qara düz serviz boşqabı, 50 manat dəyərində altı ədəd qızılı ağ boşqab qədimi serviz, 12 manat dəyərində altı ədəd qarpız qabı və 1 ədəd buludu, 15 manat dəyərində 11 ədəd sadə stəkan, 2 manat dəyərində 12 ədəd qızılı rəngli nəlbəki, birlikdə 900 manat dəyərində üç ədəd yun tək döşək, üç ədəd yun yorğan, birlikdə 230 manat dəyərində üç ədəd nimdar, yeddi ədəd balış, 2 ədəd silkon balış, 210 manat dəyərində 1 ədəd böyük pakrıval, 100 manat dəyərində 1 ədəd böyük zara rəngli odeyal, 50 manat dəyərində 1 ədəd tək odeyal qarşıq rəngli, 20 manat dəyərində 1 ədəd taxt üçün yataq ağı dəsti, birlikdə 39 manat dəyərində ədəd qətvə, 8 manat dəyərində 1 ədəd tək adamlıq döşək ağı, 25 manat zəyərində yararsız vəziyyətdə 1 ədəd elektriklə işləyən odeyal, 50 manat dəyərində 2 ədəd süfrələr, 20 manat dəyərində 1 ədəd göy rəngli sintifon yorğan, 15 manat dəyərində 1 ədəd yaşıl rəngli pambıq pakrıval, 9 manat zəyərində 1 ədəd qara-qırmızı rəngdə pakrıval, 20 manat dəyərində 12 ədəd ayaqsız qədəh, 50 manat dəyərində 1 ədəd 3-ü bir yerdə padnos dəsti, birlikdə 20 manat dəyərində 2 ədəd böyük bulud və 1 ədəd qovurma qabı naturada və ya dəyərləri alınaraq İddiaçı1 verilməsi və ddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayətləri əsasında, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2185/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi qismən yəni, onlardan 550 manat dəyərində 1 ədəd 14 qramlıq kidə qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl baq, 700 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl üzük-sırğa dəsti, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl saat, 550 manat dəyərində ədəd 4 qramlıq çəkidə qızıl nişan üzüyü, 350 manat dəyərində 1 ədəd 7 qamlıq çəkidə qırmızı qaşlı obriçanlı qızıl üzük, birlikdə 20 manat dəyərində 2 ədəd gümüş üzük, 25 manat dəyərində 1 ədəd gümüş saatın naturada və ya dəyərlərinin alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bunun əsasında Şəki Apellyasiya Məhkəməsi icra sənədini Cavabdeh1nə göndərmiş, icra məmuru Həsən Əsgərovun rəhbərliyi ilə xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana tələbkarın, polis əməkdaşlarının, fövqəladə hallar nazirliyinin, digər orqanların, yaxın qohumlarının iştirakı ilə gəlmiş, evdə olan cehiz əmlaklarını siyahıya almaqla tələbkara təhvil vermişdir. Həmin zaman tələbkar akta imza edərək, əmlaklarını təhvil götürməsinə dair qeyd apararaq imza etmişdir. Lakin iddiaçılar iddiasında guya əmlaklarını yararasız vəziyyətdə zötürdüklərini bildirirlər. İddiaçı1 başa düşür ki, tələbkar kimi məhkəmə hüquqlarının pozulduğunu iddia edir və iddia ərizəsi ilə müraciət edir. Digər İddiaçı2 subyektiv hüququ çatırmı ki, onlara qarşı məhkəmədə iddia ərizəsi ilə iddia qaldırır. Bu səbəbdən də, İddiaçı2 iddia ərizəsi ilə müraciət etmək üçün, subyektiv hüququnun olmamasını nəzərə alaraq iddia həmin hissədə rədd olunmalıdır. Digər İddiaçı1 iddia tələbi üzrə onu qeyd edir ki, iddia bu hissədə də, əsassızdır və iddia aşağıda qeyd edəcəyi təkzib olunmaz faktlara əsasən rədd edilməlidir. Çünki, tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmir. İcra məmuru qanunun tələblərinə riayət edərək, qanunvericiliyə uyğun olaraq tələbkar kimi iddiaçının əmlakların götürülməsində iştirakını təmin edərək, icra sənədində göstərilən əmlakları akta imza etməklə şəxsən ona vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əmlaklarını götürən zaman, nəyə görə iddiasında qeyd etdiyi əmlakların yararsız olduğunu bildirməklə, götürməkdən imtina etməmişdir. Borclu olaraq, icra məmurlarının və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə əmlakları təhvil götürərək, gətirdiyi Qazel markalı avtomobilə yüklədərək, evdən aparmışdır. Sonra gedib əmlakların başına nə oyun açıbsa, onu iddiaçıdan başqa heç kim bilmir. Əmlaklar yararlı vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Yararsız olduğunu deyərək, əmlakları götürməkdən imtina eləmək hüququnun olması icra məmuru Həsən Əsgərov tərəfindən ona izah edilmiş və hüquqlarını başa düşdüyünü bildirmişdir. 2 aydan sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Şəki Apellyasiya Məhkəməsinin icra sənədinin icrasına tələbkarın qeyd edilən əmlaklarının götürməsi səbəbindən icra məmuru Həsən Əsgərovun xx.xx.2023-cü il tarixli qərarı ilə icra işinə xitam verilmişdir. Tələbkar həmin qərarı məhkəmə müstəvisində mübahisələndirməmişdir. Bu isə ona dəlalət edir tələbkar əmlakları götürərkən heç bir etiraz etməmiş və əmlakları saz vəziyyətdə götürmüşdür. Bu isə iddianın əsasız olmasını təsdiq edən sübutlardan ibarətdir. Göstərilənlərə əsasən iddiaçların onlara qarşı qaldırdığı iddianın rədd edilməsinin xahiş etdi.

6. Cavabdeh1 nümayəndəsi X15 məhkəmə iclasında izahatında göstərdi ki, əvvəlcə iddia ərizəsi üzrə icra sənədi əsasında cehiz əşyalarına həbs qoyulması ilə bağlı digər icra məmuru Rasiflə birgə həmin evə getmişlər. Sonra əmlakı geri götürmək istəmişlər, getmişlər, lakin özləri əmlakı götürməkdən imtina etmişlər. Cavabdeh tərəf könüllü olaraq hər bir əmlakı vermələri barədə imza etmişlər. Sonra da icra yerinə getmişlər, orada hamısı çəkilmiş, yararsız əşya yox imiş. Əvvəlcə bir-iki əşyanı götürməyə etiraz etmişlər, lakin sonra imza edib götürmüşlər.

7. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 07 yanvar 2025-ci il tаrixli, 2(016)-5/2025 nömrəli qətnaməsi ilə İddia qismən təmin edilsin. Cavabdeh2 2 (iki) stulların arxasında olan gülləri (bantik) - ümumi 15 (on beş) manat, taxtın başlıqı qabaq hissəsində olan kəsiklər - 15 (on beş) manat, divan və 2 (iki) kresloya dəymiş ümumi zərər - 50 (əlli) manat, sandığın üzlüyü (parçası) - 7 (yeddi) manat, 1 (bir) ədəd tumbuçkanın ön siyirmələrinin qapaqları (2 (iki) ədəd) - 8 (səkkiz) manat, 1 (bir) ədəd tumbuçkanın üst hissəsində olan cızıq - 8 (səkkiz) manat, paltar dolabının yan dikməsində olaq cızıq - 30 (otuz) manat, termonun üz qapağı - 15 manat, paltar dolabının qapıların 2 (iki) ədəd üz hissəsində olan dəymiş zərər - 40 (qırx) manat, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 190 (bir yüz doxsan) manat, 1 (bir) ədəd pokrival 28 manat, 2 (iki) ədəd balış üzlüyü 7 (yeddi) manat, 1 (bir) ədəd 2 (iki) nəfərlik taxt pasteli 35 (otuz beş) manat, 1 (bir) ədəd sintifon yorğan 15 (on beş) manat, 1 (bir) ədəd çit pokrival 10 (on) manat, 1 (bir) ədəd 2 (iki) mərtəbli qaşıq dəsti 30 (otuz) manat, 1 (bir) ədəd tozsoran borusu 4,50 (dörd manat əlli qəpik), 1 (bir) ədəd plasmas vanna 10 manat (on) manat, 1 (bir) çörək qabı 10 (on) manat, 1 (bir) ədəd 1 nəfərlik ədyal 25 (iyirmi beş) manat, 2 (iki) ədəd nimdər üzlüyü 7 (yeddi) manat, 02 (iki) ədəd yorğan üzlüyü 32 (otuz iki) manat, 2 (iki) ədəd döşək üzlüyü 30 (otuz) manat, 01 (bir) ədəd elektriklə işləyən ədyal 15 (on beş) manat, cəmi 636,5 manat, ödənilmiş dövlət rüsumunun 30 manatı və mediasiya xərci olan 50 manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 82 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh2 faktiki nikaha daxil olmuşdur. Bir müddət sonra münasibətləri pozulduğundan ayrılmışlar. Tərəflər ailə qurarkən iddiaçı gəlin köçdüyü ünvana cehiz əmlakları aparmış, evdən çıxarkən isə həmin əmlakları götürməmişdir. İddiaçı1 tələbi Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi qismən yəni, cavabdehiər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 550 manat dəyərində 1 ədəd 14 qramlıq çəkidə qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl qolbaq, 700 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl üzük-sırğa dəsti, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl saat, 550 manat dəyərində 1 ədəd 4 qramlıq çəkidə qızıl nişan üzüyü, 350 manat dəyərində 1 ədəd 7 qramlıq çəkidə qırmızı qaşlı obriçanlı qızıl üzük, birlikdə 20 manat dəyərində 2 ədəd gümüş üzük, 25 manat dəyərində 1 ədəd gümüş saatın naturada və ya dəyərləri alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(102)-2705/2021 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh3 və Cavabdeh4 tərəfindən iddiaçılara məxsus əmlaklara ziyan vurulması müəyyən edilməmiş, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır.

11. Qətnamə qanuni qüvvəsini alandan sonra Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı icra vərəqəsi üzrə icra prosesi xx.xx.2022-ci il saat 11:00-a təyin edilməklə tərəflərə bu barədə bildiriş göndərilmişdir. İcra prosesində İddiaçı1 ona təqdim edilmiş cehiz əmlaklarının yararsız olması səbəbindən əmlaklarını götürməkdən imtina etdiyindən icra prosesi baş tutmamış, həmin tarixdə icra məmuru tərəfindən müvafiq akt tərtib edilmişdir.

12. Tələbkar İddiaçı1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmiş, kollegiyanın xx.xx.2023-cü il tarixli 2(107)-2185/2020 saylı qərardadı ilə tələbkarın ərizəsi təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdə verilmiş 2(107)-2185/2020 saylı icra sənədi icra olunması üçün yenidən Cavabdeh1nə göndərilməsi qərara alınmışdır.

13. Növbəti dəfə keçirilən icra prosesində iddiaçılar, İddiaçı1 xalası, vəkil, sahə inspektoru və icra məmurları iştirak etmişlər. X2 izahatında icra zamanı götürülən əmlaklardan – mebeldə cırıqlar, kəsilmiş yerlər olduğunu, divan-kreslo, stol-stullarda zədə olmasının yadında olduğunu, döş stolunda da ziyanlıq olduğunu, oturacaq stullarının üstünün cırıldığını, matrasda da cırıq olmaqla altının qırıldığını, digər xırda əmlaklarda hansı zədələrin olmasını dəqiq xatırlamadığını bildirmişdir. Digər şahid Vasif Səmədov da əksər əmlakların yararsız olması barədə izahat versədə, şahid Rasif Əliyev zədəli əşyanın olmaması barədə izahat vermişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

14. Məhkəmə qeyd etmişdir ki, 18 dekabr 2024-cü il tarixdə Ağsu rayonu Axunlu kəndində əmlakların yerləşdiyi evə təyin edilmiş yerli baxış zamanı mütəxəssis cəlb edilmiş, zərər dəymiş əmlaklar siyahıya alınaraq dəyəri müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən dəymiş ziyanın müəyyən edilməsi barədə tərtib edilmiş akta əsasən 2 stulların arxasında olan güllər (bantik) - ümumi 15 manat, taxtın başlıqı qabaq hissəsində olan kəsiklər - 15 manat, divan və 2 kresloya dəymiş ümumi zərər - 50 manat, sandığın üzlüyü (parçası) - 7 manat, 1 ədəd tumbuçkanın ön siyirmələrinin qapaqları (2 ədəd) - 8 manat, 1 ədəd tumbuçkanın üst hissəsində olan cızıq - 8 manat, paltar dolabının yan dikməsində olaq cızıq - 30 manat ziyan dəymiş, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 150 manat təşkil etmiş, termonun üz qapağı – 15 manat, paltar dolabının qapılarının 2 ədəd üz hissəsinə dəymiş zərər – 40 manat hesablanmış, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 40 manat hesablanmışdır.

15. Zədəli hesab olunan əmlakların hazırki bazar qiymətinin hansı məbləğdə olmasının müəyyən edilməsi üçün S.Həsənova sorğu verilmiş, 01 ədəd pokrıval 28 manat, 01 ədəd balış üzlüyü 3,5 manat, 01 ədəd 2 nəfərlik taxt pasteli 35 manat, 01 ədəd elektirikli işləyən ədyal 15 manat, 01 ədəd sintifon yorğan 15 manat, 01 ədəd çit pokrival 10 manat, 01 ədəd 2 mərtəbli qaşıq dəsti 30 manat, 01 ədəd tozsoran borusu 4,50 manat, 01 ədəd plasmas vanna 10 manat manat, 01 çörək qabı 10 manat, 01 ədəd 01 nəfərlik ədyal 25 manat, 01 ədəd nimdər üzlüyü 3,50 manat, 01 ədəd yorğan üzlüyü 16 manat, 01 ədəd döşək üzlüyü 15 manat qiymətləndirilməklə sorğu cavablandırılmışdır.

16. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı1 məxsus pokrıval, balış üzlüyü, 2 nəfərlik taxt pasteli, elektiriklə işləyən ədyal, sintifon yorğan, çit pakrival, 2 mərtəbəli qaşıq dəsti, tozsovuran borusu, plasmas vanna, çörək qabı, 01 nəfərlik ədyal, 02 ədəd nimdər üzlüyü, 02 ədəd yorğan üzlüyü, 02 ədəd döşək üzlüyü, 02 ədəd stulların başlığı, taxtın başlığı, divan və 02 ədəd kreslo, sandığın üzlüyü, 01 ədəd tumbuçkanın ön siyirmələrinin 02 ədəd qapaqları, 01 ədəd tumbuçkanın üstü, paltar dolabının yan dikməsi, termonun üz qapağı və paltar dolabının qapılarının zədəli olması sübut edilmişdir.

17. Eyni zamanda həmin əmlakların zədəli olması ilə bağlı mütəxəssis rəylərinə əsasən 2 (iki) stulların arxasında olan gülləri (bantik) - ümumi 15 (on beş) manat, taxtın başlıqı qabaq hissəsində olan kəsiklər - 15 (on beş) manat, divan və 2 (iki) kresloya dəymiş ümumi zərər - 50 (əlli) manat, sandığın üzlüyü (parçası) - 7 (yeddi) manat, 1 (bir) ədəd tumbuçkanın ön siyirmələrinin qapaqları (2 (iki) ədəd) - 8 (səkkiz) manat, 1 (bir) ədəd tumbuçkanın üst hissəsində olan cızıq - 8 (səkkiz) manat, paltar dolabının yan dikməsində olaq cızıq - 30 (otuz) manat, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 150 (bir yüz əlli) manat, 1 (bir) ədəd pokrival 28 manat, 2 (iki) ədəd balış üzlüyü 7 (yeddi) manat, 1 (bir) ədəd 2 (iki) nəfərlik taxt pasteli 35 (otuz beş) manat, 1 (bir) ədəd elektirikli işləyən ədyal 15 (on beş) manat, 1 (bir) ədəd sintifon yorğan 15 (on beş) manat, 1 (bir) ədəd çit pokrival 10 (on) manat, 1 (bir) ədəd 2 (iki) mərtəbli qaşıq dəsti 30 (otuz) manat, 1 (bir) ədəd tozsoran borusu 4,50 (dörd manat əlli qəpik), 1 (bir) ədəd plasmas vanna 10 (on) manat, 1 (bir) çörək qabı 10 (on) manat, 1 (bir) ədəd 1 nəfərlik ədyal 25 (iyirmi beş) manat, 2 (iki) ədəd nimdər üzlüyü 7 (yeddi) manat, 2 (iki) ədəd yorğan üzlüyü 32 (otuz iki) manat, 2 (iki) ədəd döşək üzlüyü 30 (otuz) manat, termonun üz qapağı - 15 manat, paltar dolabının qapıların 2 (iki) ədəd üz hissəsində olan dəymiş zərər -40 (qırx) manat, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 40 (qırx) manat, cəmi 636,5 manat qiymətləndirilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin “sonradan müəyyən edilib verilməyən əmlakların tələbi” hissəsində rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi tərəflər arasında müvafiq olaraq apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi qanuni qüvvəsini almaqla icra da edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşları yararsız və zədəli cehizlik əşyalarını məcburən qəbul etdirdiklərinə görə onlara əlavə əziyyət, problemlər yaratdıqlarına görə çəkdiyi 1000 (min) manat dəyərində maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Lakin həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, icra məmuru qanunverciliklə müəyyən edilmiş vəzifəsinə əsasən icraatına daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbir görərək icra prosesində tələbkara şikayət vermək hüququnu izah etmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar sonradan müəyyən edilib verilməyən əmlakları cavabdehlərdən, 1000 (min) manat dəyərində maddi və mənəvi ziyanın ödənilməsini Cavabdeh1 əməkdaşından tələb etsədə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddialarını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

21. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 112 manat dövlət rüsumunun 82 manatı iddiaçılara aid edilməli, 30 manatı, həmçinin mediasiya xərci olan 50 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1,21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 82.3, 88, 119.2, 217.3, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007- ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişlər.

24. İddiaçı1 аpellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, bütün zədələnmiş əmlaklarının siyahısını və bərpa xərcini iddia ərizəsində göstərmişdir. Zədəli və yararsız hala salınmış əmlaklarına görə umumi ziyanın məbləği 5524 manat təşkil etməsini göstərmişdir. Həmin əmlakla qəbul edərkən zədəli və yararsız halda olmalarını əks etdirən vidioçəkilişin diskisini və fotoşəkillərini ərizəsinə əlavə etmişdir. Həmçinin yaddan çıxıb cabdehgildə qalmış cəmi qiyməti 2508 manatlıq əşyalarının da cavabdehlərdən tələbini ərizəsində bildirmişdir. Məhkəmə zədələnmiş və yararsız hala salınmış əşyalara görə dəymiş ziyanı mütəxəsis rəyi ilə razılaşıb ona cəmi 636,5 manat məbləğində ziyan vurulmasının odənilməsi, dövlət rüsumundan 30 manat və mediasiya xərcinin 50 manat cavabdehdən tutulub ona verilməsi, qalan hissədə idianın ləğvinə dair ədalətsiz qətnamə çıxarmışdır. Əvvəla əmlaka yerində hakimin iştirakı ilə baxış keçirən mütəxəsisi baxışdan əvvəl məhkəməyə gətirən və 5 ildir ki, həmişə cavabdehin mənafeyini üstün götürən icra məmuru Həsən tapıb gətirmiş və baxışa gedərkən mütəxəssisi cavabdehin hündür Cip markalı maşını ilə aparmışdı. Həmin mebel təmir edən usta Ağsu şəhərində Polis Şöbəsinin inzibati binasının yanındakı yerdə köhnə-külə stul şkafların təmiri ilə məşğul olandır. Onun sexinə girən təzə mebeli ona etibar edib verə bilməz.

25. Zədələnmiş və yararsıs hala düşmüş əşyalarının işdə maraqlı şəxs olan Həsən adi şəxs tərəfindən adi mütəxəsis gətirilib aşağı dərəcədə qiymətləndirilməsini məhkəmənin qəbul etməsi ilə onlar heç cür razı ola bilməzlər. Belə ki, oraya ikinci gələn mütəxəsisin deməsinə görə termonun üzərində bəzəkli şüşə olduğundan onun çızılmış qapağı tam dəyişilməlidir, hansı ki, buna 15 manat qiymət qoyulmuşdur. Hətda birinci baxış olan 2020-ci ildə həmin Həsən yararsız və zədələnmiş əşyalarının şəxlini çəkməyə onları qoymayıb, telefonu əlindən alıb, qapını da bağlamışdı. Həsən Göycay regional idarəsinə yalandan məktub yazıb göndərmişdi ki, guya onlara neçə dəfə xəbər göndərib ki, əmlaka icra baxışı təyin edilsin, lakin o, gəlməmişdir. Əslində o, ona bu haqda məlumat göndərməmişdi. Digərləri də çox aşağı qiymətləndirilmişdir. Savabdeh Seymur məhkəmədən çıxanda Nəsən ona dedi ki, mütəxəssis götür apar və 5 manat da ona pul ver. Bütün bunlar işdə maraqlı olan İcra məmuru Həsənin vasitəçili ilə aşağı qiymətləndirmə edilməsini təsdiq edir.

26. Qətnamədə X1 məhkəmə sorğusuna verdiyi cavabda göstərilən əşyaların qiyməti materiallarına görə onlar kimilərə aid deyildir. Onlar qiymətlərini göstərdiyi halda onları Kürdəmir şəhərindəki mağazalardan almışlar. Qətnamədə zədəli mebel əşyalarına dəymiş ziyanın qiyməti çox aşağı qiymətdə göstərilsə də həmin mebellərin fəhlə tutulub maşına yüklənməsi xərci, təxminən 20 km-lik kənddən rayon mərkəzinə aparılması üçün usta xərci, geri gətirilməsi xərcləri, cavabdehlərin bu hərəkətlərinə görə 5 ildir ki, ona vurulmuş mənəvi xərci nəzərə alınmamışdır. Belə ki, o, qoca və xəstə anası ilə yaşayır, mebelləri evdən çıxatmğa belə gücləri catmır. Vurulmuş ziyanın həcminin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin edilsə də icra etdirilməmişdir. Onlar əmlakları cavabdehin evindən götürəndə əvvəlki məhkəmə tələblərində yaddan çıxdığına görə göstərmədikləri əmlakları cavabdehin evində görüb siyahı ilə onları da götürmüşlər. Odur ki, digər yaddan çıxan əmlaklarını da tələblərində göstərsələr də məhkəmə bunları əvvəlki məhkəmə qəralarında göstərmədiklərinə görə əsassıs olaraq təmin etməmişdir. Ona görə də rayon məhkəməsinin qətnaməsi dəyişdirilməli və ona vurulmuş 1000 (min) manat mənəvi zərərin ödənilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, illərdir ki, onlar əmlaklarının bu vəziyyətə salınmasına görə əzabəziyyət çəkirlər, anası əsəb gərginlik keçirir və xəstələnib, iynə-dərmanla dolanır.

27. Qətnamədə divan kresloya dəymiş ümumi zərər 50 manat göstərilmişdir. Lakin bu xərcin material xərcinə, usta xərcinə, daşınma xərcinə ümumilikdə uyğun olması tam düzgün deyildir. Divan-kreslo örtüyü qara dəri materialdandır. Onun bir metrəsi ən azı 25- 30 manat olarsa kəsilib-deşilmiş örtük material yenisi alınıb dəyişdirilməlidir. Bu digər mebel materiallara da aiddir.

28. Pozulmuş hüquqlarının bərpası tam bərpa edilməmişdir. Əmlaklarının qiymətləndirilməsi düzgün aparılmamamış, ekspertiza təyin edilməmiş, qiymətləndirmə onlarla 5 ildir ki, müharibə vəziyyətində olan və həmişə cavabdehin mənafeni əsas götürən icra məmuru Həsən tərəfindən gətirilən adi köhnə-külə mebel təmir edən usta tərəfindən qiymətləndirilmişdir. Ekspertiza qərarı icra edilməmiş və ya keyfiyyətli mütəxəsis tərəfindən qiymətləndirmə aparılmamaışdır.

29. İşdə uzun müddətdir onlarla pis münasibətdə olan icra məmuru tərəfindən dəvət edilmiş adi mebel ustasının verdiyi qiymətləndirmə rəyində göstərilən hər bir mebel hissəsi üçün verilmiş ümumi ziyanın məbləği mebel hissəsinin tam bərpasını əhatə edə bilməz. Bunu mebellərin fotoşəkilləri və təqdim edilmiş diskə baxışdan aydın görmək olar. Qoyulmiş ziyan mebelin hissələrində materialın, daşınma və usta xərcinin hansına hansı miqdarda olması göstərilməmişdir. Əmlaklarını cavabdehin evindən götürərkən orada yaddan çıxıb əvvəlki məhkəmə tələblərində yazmadıqları əmlaklarının bir hissəsini görüb siyahıya əlavə edərək götürdükləri halda, daha yaddan çıxıb orada qalan və götürmə zamanı rast gəlmədikləri əşyalarının tələbini aydınlaşdırmadan əvvəlki məhkəmə tələblərində göstərmədiklərinə görə nəticəyə gəlib həmin hissəni əsasıs təmin etməmişdir.

30. Odur ki, Ağsu rayon məhkəməsinin 2(016)-5/2025 saylı işi üzrə 29 yanvar 2025 saylı Qətnaməsi dəyişdirilməsi, 1. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən cehizlik əşyalarından zədəli və yararsız hala salınaraq məcburi şəkildə onlara verilmiş: 1. dəmiri ilə birgə taxt, şkaf, bir ədəd güzgülü termo, 2 ədəd tumbuçka və 1 ədəd kiçik tumbadan ibarət cəmi 2000-in manat dəyərində yataq dəstinin 1500 manat təmir xərcini (taxtın baş tərəfindəki dəri örtüyü doğram-doğram edilmiş, arxa parçası doğranıb və sonradan tikilib, şkafın qabaq hissələrində soyulmuş və yarılmış vəziyyətdə, güzgülü termonun 4 daxılının qapağı doğranıb yarılmış, iki tumbuçkadan birinin iki qapağı, digərinin üst hissəsi yarılmış, kiçik tumbası isə verilməmişdir). 2. 500 manat dəyərində divan və iki ədəd kreslolun 350 manat təmir xərcini (üz dəriləri doğram-doğram edilmiş, maçalkaları kəsilərək çölə çıxıb), 3. İki ədəd stulların 150 manat təmir xərci (üz dəriləri kəsilərək doğranıb), 4. bir ədəd yemək stolunun 50 manat təmir xərcinin (üstünə bir ədəd üzun şızıq çəkilib), 5. üst örtüyü şüşədən olan bir ədəd yurnal masasının 100 manat dəyərini (üst örtüyünə dərin çızıq çəkilib, onun təmiri mümkün deyil), 6. 200 manat dəyərində olan bir ədəd sandığın 150 manat təmir xərcini (üstü kəsik-kəsik edilmiş, sonradan əllə kobud tikiş edilmiş), 7. bir ədəd matrasın 200 manat dəyərini (üstü çoxsaylı və böyük kəsiklər edilmiş və ləkələnərək tam yararsız hala salınmış və parçası dəyişilməlidir, ustanın deməyinə görə təmiri mümkün deyil). 8. təmir mümkün olmayan taxtın 150 manat dəyəri (dəmiri əyilib yararsız hala düşmüş). 9. dörd ədəd “Tefal”qazan dəstinin 170 manat dəyəri (bir ədəd böyük qazanı verilməmiş, bir qazanı isə zədələnmişdir dəst olmadığından yararsızdır). 10. bir ədəd iki mərtəbəli qaşıq dəstinin 100 manat dəyərini (alt mərtəbəsinin qaşıqları verilməmiş və dəst pozulmuşdur). 11. bir ədəd taxt örtüyü iki ədəd balışlığı ilə birgə 210 manat dəyərini (taxt örtüyünün üzləri çoxsaylı kəsiklər və sonra əllə tikilmiş vəziyyətdə, iki balışlığı isə verilməmişdir), 12. bir ədəd böyük, qara rəngli ədyalın 100 manat dəyərini (qıraqları kəsilmiş və iyrənc vəziyyətə salınaraq yararsız olmuşdur), 13. bir ədəd tək adamlıq ədyalın 50 manat dəyərini (qıraq hissələri kəsiərək yararsız və iyrənc vəziyyətə salınmış), 14. bir ədəd sintifon yorğanın 20 manat dəyərini (doğranmış iyrənc vəziyyətə salınmış ), 15. bir ədəd taxt “posteli”nin 35 manat dəyərini (doğranıb yararsız hala salınmış), 16. qara-qırmızı pakrıvalın 9 manat dəyərini (doğranmış-yararsız və iyrənc vəziyyətə salınmış), 17. cəmi 900 (doqquz yüz) manat dəyərində olan 3 ədəd döşək, 3 ədəd yorğan, 9 ədəd balış, 3 ədəd nimdırın (hamısının üzləri doğranaraq iyrənc və yararsız hala salınmış, 200 manatlıq yunu və balış tükündən bir hissəsi qalmış) 700 manatlıq dəyərini, 18. hər metrəsinin dəyəri 15 manatdan olan 17 metr pərdədən 8 metrəsi kəsildiyindən və verilmədiyindən 120 manatlıq ziyan hissəsi (bu əşyaları götürəndə yerində ölçmə içini aparmağa içraçılar imkan vermədilər, vidiodada bu görüntü əks olunmuşdur), 19. böyük qarışıq rəngli xalçanın 300 manatlıq dəyərini (iki yerdən yandırılmış halda yararsıs halda, bunun təmiri mümkün deyildir). 20. kiçik xalçanın 180 manat dəyərini (işlədilərək iyrənc və çirkli hala salınbmış və yararsıs halda), 21. bir ədəd “Samsung” markalı tozsoranın 250 manat dəyərini (səsi çıxsa da turbası kəsilimiş və tozu sormur, odur ki, yararsıs hala salınmışdır), 22. bir ədəd ətçəkənin 170 manat qiymətini (şnuru kəsilmiş, iç avadanlıqları götürülmüş, başqa şnur quraşdırılmışdır. O, belə vəziyyətdə orada qoyub getməmişdir), 23. bir ədəd elektrik sobasının 90 manat dəyərini (hər iki ayaqları götürülmüş halda, üstü hissəsi soyulub və çökdürülüb, çızıqlanıb, qabının biri köhnəsi ilə əvəzedilib tam dəyərini tələb edir), 24. də bir ədəd çuğun qəfədanın 20 manat dəyərini (yandırılmış halda, yararsıs vəziyyətdə oldu- ğundan), 25. 20 manat dəyərində olan bir ədəd çaynik və qəfədan dəstindən sındırılmış çaynikinin 10 manat qiymətini, 26. bir ədəd elektriklə işləyən ədyalın 25 manat dəyərini (şnuru kəsilib götürülmüş,həm də doğranıb yararsız hala salınmış), 27. bir ədəd şüşədən “dəvə” suvenerinin 50 manat dəyərini (hər tərəfi soyulmuş vəziyyətdə görkəmini itirmiş), 28. bir ədəd güldan və ikiədəd vaz dəstinin 200 manat dəyərini (güldanı verilməmiş, vazların isə üzərinin bəzəkləri soyulmuş–yararsız halda ), 29. tək adamlıq pastel dəstinin 15 manatlıq dəyərini (doğranmış, tikilmiş, yararsız vəziyyətdə), 30. verilməyən bir ədəd ləpə çəkənin 10 manat dəyərini, 31. bir ədəd böyük çörəkqabının 15 manat dəyərini (deşilmiş halda, qapağı yoxdur- 15 manat ziyan pulunu tələb edir). 32. bir ədəd kauçuk vanna altının 15 manat dəyərini (iki yerdən deşildiyindən yararsıs hala salınmışdır), umumi ziyanın təşkil edilən məbləğini 5524 (beş min beş yüz iyirmi dörd) manat həcmində onlara ödətdirilməsinə və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılmasına; 2. sonradan müəyyən etdiyi verilməyən əmlaklar: 60 manatlıq İki ədəd ağ-qara vaz, 30 manat bir ədəd qızılı vaz, 100 manatlıq müxtəlif bəzəkli altı ədədi bakal dəsti, 40 manatlıq iyirmi dörd ədədli fincannəlbəki dəsti, 15 manatlıq ağ-qara üç mərtənəli ləpə qabı, cəmi qiyməti 95 manat olan iyirmi bir ədəd dəsmal, 14 manatlıq bir ədəd taxt “pasteli”, 8 manatlıq bir ədəd tək adamlıq “prastina” cəmi 148 manat dəyərində beş ədəd süfrələr. Cəmi 12 manat on iki ədəd çay dəsmalı, 5 manat dəyərində on iki ədəd əl silən kiçik dəsmal, cəmi 800 manat dəyərində çay, naharlıq və kofe servizləri, 70 manat dəyərində şirəçəkən, 30 manatlıq mikser, 18 manatlıq elektriklə işləyən sac, 200 manatlıq iki ədəd xrustal meyvə vazı, 35 manatlıq bir ədəd böyük “tefal”aş qazanı, 25 manatlıq çuğundan soyuducu 5 ədəd qazan dəsti, 18 manatlıq böyük qapaqlı“tefal“tava, 12 manatlıq “tefal“ kiçik tava, 10 manatlıq bir dəst soyuducu kiçik qazanı, 40 manatlıq bir ədəd ağ-qırmızı qədimi serviz dəsti, 6 manatlıq paltar” şipilkaları”, 3 manatlıq bir ədəd rulon dəsmal, 40 manatlıq karniz, 40 manatlıq piletka, 35 manatlıq ütü masası, cəmi dəyəri 6 manat olan ikiədəd dəmir vedrə, 8 manatlıq bir ədəd kalçuk qapaqlı vedrə, 1 manatlıq bir ədəd su qabı, cəmi qiyməti 10 manat olan iki ədəd ayaqsız ləpə qabı, 30 manatlıq bir ədəd sadə qaşıq naboru, 6 manatlıq iki ədəd aş qaşığı, 4 manatlıq ikiədəd taxta qaşıq, 16 manatlıq ikiədəd tək-tək padnos, 4 manatlıq iki ədəd süfrəyə qoyulan çörək qabı, 14 manatlıq dörd ədəd müxtəlif rəngli mətbəx qabları, 15 manatlıq iki ədəd böyük padnos, 8 manatlıq on iki ədəd rozetka, 4 manatlıq altı ədəd limon qabı, 40 manatlıq şüşədən bir ədəd “tefal”elektrik çayniki, 28 manatlıq iki ədəd tək adamlıq pastel dəsti, 65 manatlıq dəyərində bir ədəd taxt pasteli, 40 manatlıq dəyərində bir ədəd taxt pasteli, 20 manatlıq dəyərində taxt pasteli, 40 manatlıq dəyərində altı ədəd xurustal stəkan, 25 manatlıq dəyərində otuz ədəd sadə stəkan, 46 manatlıq otuz altı ədəd nəlbəki, 9 manatlıq üç ədəd tək-tək kofe fincanı, 25 manatlıq mətbəx, düyü, çay və qənd qabları, 20 manatlıq bir ədəd kartof yığılan qab, 8 manatlıq bir ədəd çaynik, 15 manatlıq bir ədəd çuğun tas, 5 manatlıq bir ədəd qapaqlı çörək qabı, 10 manatlıq mətbəx taxtası, 10 manat bir ədəd qıymakeş, 12 manatlıq 12 ədəd şiş, 3 manatlıq bir ədəd kəpkir, 6 manatlıq iki ədəd qayçı, 30 manatlıq dəyərində altı metr pərdəaltı, ağ rəngli atlas parça, 6 manatlıq üç ədəd kauçuk qab, cəmi dəyərlər 2508 (iki min beş yez səkkiz ) manat məbləğində pulunu və ya natura halında cehizlik əşyalarının ona qaytarılıb təhvil verilməsinə; 3. Əmlaklarının zədələnməsinə və yararsıs hala salınmasına görə anası ilə birlikdə uzun müddət əsəbi gərginlik keçirmələrinə, onları əziyyətə salmalarına görə onlara vurulmuş mənəvi zərər üçün 1000 (bir min)manat ziyan ödənilməsinə; 4.Ödədiyi 1-ci instansiya məhkəməsi üçün 112 (yüz on iki) manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin, 56 manat Apelyasi məhkəməsi xərcinin əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən olara ödətdirilməsinə Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşları yararsıs və zədəli cehizlik əşyalarını məcburən qəbul etdirdiklərinə görə onlara əlavə əziyyət, problemlər yaratdığlarına görə cəkdiyi 1000 (min) manat dəyərində maddi və mənəvi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Cavabdeh2 аpellyаsiyа şikаyətinin dəlilləri onun iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərmişdir ki, qətnamənin mahiyyəti ilə tanış olaraq belə hüquqi nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığı üçün ləğv edilməli və iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı yalan və böhtan xarakterli iddia qaldırmışdır. Məhkəmə isə İddiaçı2 iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasını, eləcə də, İddiaçı1 sübutlarına hüquqi qiymət vermədən, həmçinin iddiaya qarşı yazılı etirazına münasibət bildirmədən formal mülahizələrə əsaslanmaqla, maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

32. Şəki Apellyasiya Məhkəməsi icra sənədini Cavabdeh1nə göndərilmiş, icra məmuru Həsən Əsgərovun rəhbərliyi ilə xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvana tələbkarın, polis əməkdaşlarının, fovqəladə hallar nazirliyinin, digər orqanların, onun yaxın qohumlarının iştirakı ilə gəlmiş, evdə olan cehiz əmlaklarını siyahıya almaqla tələbkara təhvil vermişdir. Həmin zaman tələbkar akta imza edərək, əmlaklarını təhvil götürməsinə dair qeyd apararaq imza etmişdir. Lakin iddiaçılar iddiasında guya əmlaklarını yararasız vəziyyətdə götürdüklərini bildirirlər. İddiaçı1 başa düşür ki, tələbkar kimi məhkəmə hüquqlarının pozulduğunu iddia edir və iddia ərizəsi ilə müraciət edir. Digər İddiaçı2 o, başa düşmür ki, onun subyektiv hüququ çatırmı ki, onlara qarşı məhkəmədə iddia ərizəsi ilə müraciət edir. Bu səbəbdən də, İddiaçı2 iddia ərizəsi ilə müraciət etmək üçün, subyektiv hüququnun olmamasını nəzərə alaraq iddia həmin hissədə rədd olunmalıdır. Digər İddiaçı1 iddia tələbi üzrə onu qeyd edirik ki, iddia bu hissədə də, əsassızdır və iddia aşağıda qeyd edəcəyi təkzib olunmaz faktlara əsasən rədd edilməlidir. Çünki, tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmir. İcra məmuru qanun tələblərinə riayət edərək, qanunvericiliyə uyğun olaraq tələbkar kimi iddiaçının əmlakların götürülməsində iştirakını təmin edərək, icra sənədində göstərilən əmlakları akta imza etməklə şəxsən ona vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əmlaklarını götürən zaman, nəyə görə iddiasında qeyd etdiyi əmlakların yararsız olduğunu bildirməklə, götürməkdən imtina etməmişdir. Onlar borclu olaraq, icra məmurlarının və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə əmlakları təhvil götürərək, gətirdiyi Qazel markalı avtomobilə yüklədərək, evlərindən aparmışdır. Sonra gedib əmlakların başına nə oyun açıbsa, onu iddiaçıdan başqa heç kim bilmir. Onlar əmlakları yararlı vəziyyətdə iddiaçıya təhvil vermişlər. Yararsız olduğunu deyərək, əmlakları götürməkdən imtina eləmək hüququnun olması icra məmuru Həsən Əsgərov tərəfindən ona izah edilmişdir. Oda hüquqlarını bildiyini hamının içərisində bildirmişdir. 2 aydan çox sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, hesab edirlər ki, iddiaçıların onlara qarşı qaldırdığı iddia cəfəngiyatdan, absurt ifadələrdən, heç bir mötəbər sübutlara əsaslanmıyan iddiadır. Bu səbəbdən də, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmalıdır. Göründüyü kimi iddiaya qarşı yazılı etirazında işin faktiki halları barədə mötəbər sübutlarına istinad etməklə əsaslandırılmış fikirlərini qeyd etmişdir. Lakin məhkəmə onun yazılı etirazına münasibət bildirməmiş, yalnız iddiaçıların formal mülahizələrə əsaslanan məhkəmə hüquqi sistemində analoqu olmayan keyfiyyətsiz qətnamə qəbul etmişdir.

33. Məhkəmə isə bütün göstərdiklərini nəzərə almayaraq maddi hüquq normalarını pozmaqla səhv nəticəyə gələrək, iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddianın rədd olunması qənaətinə gəlməli idi. Məhkəmə iddianı düzgün araşdırmamaqla səhv nəticəyə gəlmiş, əsassız qətnamə qəbul etmişdir. Çünki, iddia birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi hüquq normalarının pozulması və ya səhv tətbiq olunmuşdur. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirir. Çünki mübahisə predmeti üzrə aiddiyyəti olmayan İddiaçı2 subyektiv hüququ yoxdur.

34. Hazırki iş üzrə iddia İddiaçı2 aid hissədə qanuni əsası tapılmaması, faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmaması əsası ilə rədd edilməlidir. Digər İddiaçı1 münasibətdə isə qeyd edir ki, iddiaçı hazırkı halda qeyd etdikləri halları sübuta yetirəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, məhkəmə iş üzrə şahid ifadələrinə qiymət verməmiş, qətnamə qəbul edərkən sonda qənaətə gəldiyi mövqeyini əsaslandıra bilməmişdir.

35. Məhkəmə iclasında iddiaçılar öz tələblərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsi olduğu halda, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. İş üzrə iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Belə olan halda, iş üzrə məhkəmə tərəfindən maddi hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən, qətnamə ləğv edilməli, iddia bu hissədə də, təmin edilməməlidir.

36. İddiaçı1 münasibətdə işin faktiki hallarının, şahid ifadələrinin, sübut etmə yükünün, iş üzrə iddiaya 4 ay müddətinə baxılmasına dair MPM-nin tələblərinin pozulması, iş üzrə icraatın dayandırılmasına baxmayaraq yekun məhkəmə aktının qəbul edilməsi, iddiaya qarşı yazılı etirazına münasibətin bildiriməməsi, İddiaçı2 hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamasına hüquqi qiymət verilməməmişdir.

37. Məhkəmənin qəbul etdiyi qətnamə işin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir.

38. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-5/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-5/2025 nömrəli qətnaməsindən özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun apellyasiya şikayətinin təmin edilməsini, həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı2 Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-5/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun apellyasiya şikayətinin təmin edilməsini, həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-5/2025 nömrəli qətnaməsindən özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun apellyasiya şikayətinin təmin edilməsini, həmin qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-5/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun apellyasiya şikayətinin təmin edilməsini, həmin qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

44. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş hüquqlar fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

51. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

52. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

53. Tərəflərin apellyasiya şikayətlərindən göründüyü kimi onların hər ikisi Ağsu Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(016)-5/2025 nömrəli qətnaməsini tam mübahisələndirmişlər.

54. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(016)-5/2025 nömrəli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zədəli və yararsız hala salınaraq məcburi şəkildə onlara verilmiş cehizlik əşyaları ilə bağlı 5524 (beş min beş yüz iyirmi dörd) manat həcmində umumi ziyan məbləğinin ödətdirilməsi və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılması, həmçinin dövlət rüsumuna aid hissələrdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almamışdır.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

57. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh2 xx.xx.2017-ci il tarixdə qeyri-rəsmi ailə qurmuşlar. Lakin bir müddət sonra münasibətləri pozulduğundan ayrılmışlar. Tərəflər faktiki ailə münasibətləri qurarkən iddiaçı gəlin köçdüyü ünvana cehiz əmlaklarını aparmış, evdən çıxarkən isə həmin əmlakları götürməmişdir. Bundan sonra İddiaçı1 tərəfindən irəli sürülmüş əmlak tələbi Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi qismən yəni, cavabdehiər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 550 manat dəyərində 1 ədəd 14 qramlıq çəkidə qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl qolbaq, 700 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl üzük-sırğa dəsti, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl saat, 550 manat dəyərində 1 ədəd 4 qramlıq çəkidə qızıl nişan üzüyü, 350 manat dəyərində 1 ədəd 7 qramlıq çəkidə qırmızı qaşlı obriçanlı qızıl üzük, birlikdə 20 manat dəyərində 2 ədəd gümüş üzük, 25 manat dəyərində 1 ədəd gümüş saatın naturada və ya dəyərləri alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(102)-2705/2021 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alandan sonra Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı icra vərəqəsi üzrə icra prosesi xx.xx.2022-ci il saat 11:00-a təyin edilməklə tərəflərə bu barədə bildiriş göndərilmişdir. İcra prosesində İddiaçı1 ona təqdim edilmiş cehiz əmlaklarını yararsız olması səbəbindən götürməkdən imtina etdiyindən icra prosesi baş tutmamış, həmin tarixdə icra məmuru tərəfindən müvafiq akt tərtib edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə keçirilmiş icra prosesinin gedişatına dair videoçəkiliş İddiaçı1 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmişdir. Tələbkar İddiaçı1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmiş, kollegiyanın xx.xx.2023-cü il tarixli 2(107)-2185/2020 saylı qərardadı ilə tələbkarın ərizəsi təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 2185/2020 saylı qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdə verilmiş 2(107)-2185/2020 saylı icra sənədinin icra olunması üçün yenidən Cavabdeh1nə göndərilməsi qərara alınmışdır. Növbəti dəfə, yəni 03 may 2023-cü il tarixdə Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-381/2020 saylı, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnamələrinin icrası üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar keçirilən icra prosesində cavabdehlərin yaşadıqları ünvanda olan, İddiaçı1 məxsus cehiz əşyaları zədələnmiş və natamam şəkildə iddiaçıya təhvil verilmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zədəli və yararsız hala salınaraq məcburi şəkildə onlara verilmiş cehizlik əşyaları ilə bağlı 5524 (beş min beş yüz iyirmi dörd) manat həcmində umumi ziyan məbləğinin ödətdirilməsi və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılması, həmçinin dövlət rüsumuna aid hissələrdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmin hissələrdə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamamışdır.

59. Apellyasiya şikayətlərində qeyd edilənlər eyni iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə ilə bağlı olduğundan məhkəmə kollegiyası müəyyən hissələrdə hər iki apellyasiya şikayətlərinin əlaqəli dəlillərinin birgə dəyərləndirilməsini vacib hesab edir.

60. Belə ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin əmlakları qəbul edərkən zədəli və yararsız halda olmalarını əks etdirən vidioçəkilişin diskisini və fotoşəkillərini ərizəsinə əlavə etməsinə dair dəlili ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin isə onların əmlakları yararlı vəziyyətdə iddiaçıya təhvil vermələrinə dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı icra vərəqəsi üzrə xx.xx.2022-ci il saat 11:00-a təyin edilmiş icra prosesinin gedişatına dair aparılmış videoçəkiliş iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, həmin videoçəkilişə məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Cavabdehlərin ünvanında aparılmış həmin videoçəkilişə baxış keçirilərkən, həqiqətən də iddiaçıya məxsus cehiz əşyalarının cavabdeh tərəfin ünvanında və zədələnmiş vəziyyətlərdə olması müəyyən edilmişdir.

61. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mebel ustasının verdiyi qiymətləndirmə rəyində göstərilən hər bir mebel hissəsi üçün verilmiş ümumi ziyanın məbləğinin mebel hissəsinin tam bərpasını əhatə edə bilməməsi. bunu mebellərin fotoşəkilləri və təqdim edilmiş diskə baxışdan aydın görməyin mümkün olması, qətnamədə zədəli mebel əşyalarına dəymiş ziyanın qiymətinin çox aşağı qiymətdə göstərilməsi, əmlakların qiymətləndirilməsinin düzgün aparılmamaması, ekspertiza qərarının icra edilməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi zədələnmiş cehiz əşyaları ilə bağlı dəymiş ziyanlığın müəyyən edilməsində mütəxəssis qismində X10 verdiyi rəyə istinad etsə də, iş materiallarından həmin şəxsin qiymətləndirmə sahəsində xüsusi biliyə, təcrübəyə malik olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi 04 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməsinə, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə müvafiq rəyin verilməsinin təmin edilməməsinə baxmayaraq, qiymətləndirmə sahəsində xüsusi biliyə malik olan, Azərbaycan Qiymətləndiricilər Palatasının reyestrində qeydiyyatdan keçmiş hər hansı bir qiymətləndirici təşkilatdan rəy alınmasına təşəbbüs göstərməmişdir.

62. Bu səbəbdən də məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)-454/2025 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirici-ekspert dəvət edilməsi, qiymətləndirmənin qiymətləndirici təşkilat “X9” MMC-yə həvalə edilməsi, qiymətləndirici-ekspert qаrşısındа təqdim edilən diskdəki görüntülər öyrənilməklə 03 may 2023-cü il tarixdə Cavabdeh1 icra məmurları tərəfindən İddiaçı1 təhvil verilmiş, iddia ərizəsində sadalanmış cehiz əşyalarında hər hansı bir yararsız hala salınma əlamətlərinin olub-olmamasının, vardırsa nələrdən ibarət olmasının, vardırsa onların təmirinə hansı məbləğdə vəsaitin tələb edilməsi, təmiri mümkün olmadığı halda yararsız hala salınması nəticəsində hər bir əşya üzrə ayrı-ayrılıqda dəymiş ziyanlığın neçə manat təşkil etməsinə dair suallar qoyulmuşdur.

63. “X9” MMC tərəfindən isə həm onlara təqdim edilən diskdəki görüntülər öyrənilməklə, həm də həmin əmlaklara yerində baxış keçirilməklə 09 iyul 2025-ci il tarixli, 145 nömrəli rəy verilmişdir.

64. Mülki iş materiallarına əlavə edilmiş “X9” MMC-nin 09 iyul 2025-ci il tarixli, 145 nömrəli rəyində göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində, qərardadda qeyd edilmiş İddiaçı1 məxsus əmlaka təqdim edilmiş videomateriallar ilə və yerində baxış keçirildi. Baxış zamanı aşkar edilmiş qüsurlar rəyin 10-11-ci səhifələrində ətraflı qeyd edilmişdir. Belə ki, aşkar edilmiş qüsurların bir hissəsinin bərpası mümkün, digər hissəsinin isə yalnız əşyanın eynisi iləəvəz olunması yolu ilə aradan qaldırılması mümkün olduğundan, belə qüsurların ümumi bərpa və əvəzləmə dəyəri hazırkı bazar (satış) qiymətləri ilə-3,967.00 manat müəyyən edilir. Aparılmış tədqiqata əsasən, bir ədəd taxt örtüyünün və 2 ədəd balışlığının dəyəri-75 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqata əsasən, yataq dəstinin 1 ədəd kiçik tumbasının dəyəri-1400 manat məbləğində müəyyən edilmişdir.

65. Həmin rəyin məzmununda ayrı-ayrı əşyalar üzrə dəymiş 3,967.00 manat ziyanlığın məbləği aşağıdakı kimi fərdiləşdirilmişdir;

66. Dəmiri ilə birgə taxt, şkaf, bir ədəd güzgülü termo, 2 ədəd tumbuçka və 1 ədəd kiçik tumbadan ibarət yataq dəstinə görə 1400 manat, divan və iki ədəd kresloya görə 330 manat, iki ədəd stullara görə 120 manat, bir ədəd yemək stoluna görə 70 manat, üst örtüyü şüşədən olan bir ədəd jurnal masasına görə 60 manat, bir ədəd sandığa görə 90 manat, bir ədəd matrasa görə 220 manat, dörd ədəd “Tefal” qazan dəstinə görə 145 manat, iki ədəd balışlığı ilə birgə bir ədəd taxt örtüyünə görə 75 manat, bir ədəd qara rəngli böyük ədyala görə 45 manat, bir ədəd tək adamlıq ədyala görə 24 manat, bir ədəd sintifon yorğana görə 29 manat, bir ədəd taxt “posteli”nə görə 25 manat, qara-qırmızı pakrıvala görə 29 manat, 3 ədəd döşək, 3 ədəd yorğan, 9 ədəd balışa görə 270 manat, 17 metr pərdəyə görə 153 manat, böyük qarışıq rəngli xalçaya görə 140 manat, kiçik xalçaya görə 105 manat, bir ədəd “Samsung” markalı tozsorana görə 160 manat, bir ədəd ətçəkənə görə 80 manat, bir ədəd elektrik sobasına görə 70 manat, bir ədəd çuğun qəfədana görə 15 manat, bir ədəd çaynik və qəfədan dəstinə görə 45 manat, bir ədəd elektriklə işləyən ədyala görə 50 manat, bir ədəd şüşədən “dəvə” suvenerə görə 35 manat, bir ədəd güldan və iki ədəd vaz dəstinə görə 130 manat, tək adamlıq pastel dəstinə görə 25 manat, bir ədəd ləpə çəkənə görə 15 manat, bir ədəd böyük çörəkqabına görə 5 manat, bir ədəd kauçuk vannaya görə 7 manatdır.

67. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)-454/2025 nömrəli qərardadının icrası üzrə alınmış “X9” MMC-nin 09 iyul 2025-ci il tarixli, 145 nömrəli rəyi isə nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdehlər bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında aparılmış mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin qiymətləndirmə sahəsində xüsusi biliyə, təcrübəyə malik olması müəyyən edilməyən X10 iş materiallarında olan dəymiş ziyanın müəyyənləşdirilməsinə dair məktubuna mötəbər sübut qismində istinad edilməsi əsaslı hesab edilə bilməz.

68. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əvvəlki icraatda cehiz əşyalarının İddiaçı1 qaytarılmasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər üçünün İddiaçı1 qarşısında bərabər məsuliyyət daşımaları nəzərə alınaraq, İddiaçı1 cehiz əşyalarının zədələnməsi ilə əlaqədar “X9” MMC-nin 09 iyul 2025ci il tarixli, 145 nömrəli rəyi ilə müəyyən edilmiş həddə ziyanlığı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb etməkdə haqlıdır.

69. Həmin ziyanlığa dair İddiaçı2 da iddiasına gəlincə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin İddiaçı2 iddia ərizəsi ilə müraciət etmək üçün, subyektiv hüququnun olmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarından, əvvəlki icraatda İddiaçı1 iddiası üzrə qəbul edilmiş məhkəmə aktlarından müəyyən edildiyi kimi cehiz əşyaları İddiaçı1 mülkiyyətini təşkil etmişlər. Beləliklə İddiaçı2 həmin əşyalara aidiyyəti müəyyən edilməmişdir. İddiaçı tərəf əvvəl iddia qaldırılarkən yaddan çıxmış əşyaların da İddiaçı1 aid olduğunu bildirmişdir.

70. Kollegiya qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu,həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

71. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

72. Göründüyü kimi İddiaçı2 hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ olmamamışdır.

73. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin digər yaddan çıxan əmlaklarını əsassız olaraq təmin etməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, dəyərləri 2508 (iki min beş yez səkkiz) manat təşkil edən sonradan müəyyən etdiyi verilməyən cehizlik əşyalarının pulunun və ya natura halında qaytarılıb təhvil verilməsinə dair Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmin iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

74. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

75. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində qeyd etdiyi dəyərləri 2508 (iki min beş yez səkkiz) manat təşkil edən sonradan müəyyən etdiyi verilməyən cehizlik əşyalarına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

76. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iş üzrə iddiaya 4 ay müddətinə baxılmaqla MPM-nin tələblərinin pozulması, iş üzrə icraatın dayandırılmasına baxmayaraq yekun məhkəmə aktının qəbul edilməsi, iddiaya qarşı yazılı etirazına münasibətin bildiriməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən edilmişdir ki, hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin 04 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmış, iş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdıqdan sonra, yəni ekspertizanın aparılmasından imtina edilməsinə dair məlumatın məhkəməyə daxil olmasından sonra Ağsu Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(016)-38/2024 nömrəli qərardadı ilə isə iş üzrə icraat təzələnmişdir. Həmçinin işdə olan məhkəmə iclas protokollarından göründüyü kimi məhkəmə iclasları təxirə salınarkən təxirə salınmanın dəqiq səbəblərinə istinad edilmiş, məhkəmə iclaslarının əsassız təxirə salınması halı müəyyən edilməmişdir.

77. Əlavə olaraq kollegiya qeyd edir ki, İnsan Hüquqlarının və X4 X3 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

78. Məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılmasına baxmayaraq yekun məhkəmə aktının qəbul edilməsinə dair cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından icraatın dayandırıldığı dövrdə yekun məhkəmə aktının qəbul edilməsi halı müəyyən edilməmişdir.

79. Məhkəmə kollegiyası iddiaya qarşı yazılı etirazına münasibətin bildiriməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, yazılı etiraz iddia tələbinə qarşı olan münasibətdir. Məhkəmə ilk növbədə iddia tələbinə qiymət verməli və bu zaman iddiaya etirazda qeyd edilən xüsusatları da diqqətə almalıdır. İş materiallarından göründüyü kimi cavabdehin iddia tələbinə etirazı birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununda əksini tapmışdır.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

81. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin digər, yəni dəyərləri 2508 (iki min beş yez səkkiz) manat təşkil edən sonradan müəyyən etdiyi verilməyən cehizlik əşyalarının, 50 manat mediasiya xərcinin əvəzinin, 1000 (min) manat dəyərində maddi və mənəvi ziyanın ödənilməsinə dair hissələrdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almışdır.

82. Məhkəmə kollegiyası iddia tələbinin natamam təmin edilməsi, iddia tələbinin tam deyil, birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş hissədən daha yüksək həddə təmin edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir.

83. Cavabdehin apellyasiya şikayətində göstərdiyi əsaslarla iddianın tam rədd edilməsi üçün əsasların olmamasına baxmayaraq, İddiaçı2 aid hissədə iddia tələbinin ümumiyyətlə əsaslı olmaması, həmçinin qətnamənin ləğv edilməli olmasına dair tələbin qismən əsaslı olması diqqətə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti də qismən əsaslıdır.

84. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində irəli sürdüyü məhkəmə xərclərinə dair tələbə də münasibət bildirərək qeyd edir ki, iddia tələbinin qismən təmin edilməsi nəzərə alınaraq, məhkəmə xərcləri də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

85. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(016)-5/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zədəli və yararsız hala salınaraq məcburi şəkildə onlara verilmiş cehizlik əşyaları ilə bağlı 5524 (beş min beş yüz iyirmi dörd) manat həcmində umumi ziyan məbləğinin ödətdirilməsi və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılması, həmçinin dövlət rüsumuna aid hissələrdə ləğv edilməli, ləğv edilən hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia həmin hissələrdə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zədəli və yararsız hala salınaraq İddiaçı1 verilmiş dəmiri ilə birgə taxt, şkaf, bir ədəd güzgülü termo, 2 ədəd tumbuçka və 1 ədəd kiçik tumbadan ibarət yataq dəstinə görə 1400 manat, divan və iki ədəd kresloya görə 330 manat, iki ədəd stullara görə 120 manat, bir ədəd yemək stoluna görə 70 manat, üst örtüyü şüşədən olan bir ədəd jurnal masasına görə 60 manat, bir ədəd sandığa görə 90 manat, bir ədəd matrasa görə 220 manat, dörd ədəd “Tefal” qazan dəstinə görə 145 manat, iki ədəd balışlığı ilə birgə bir ədəd taxt örtüyünə görə 75 manat, bir ədəd qara rəngli böyük ədyala görə 45 manat, bir ədəd tək adamlıq ədyala görə 24 manat, bir ədəd sintifon yorğana görə 29 manat, bir ədəd taxt “posteli”nə görə 25 manat, qara-qırmızı pakrıvala görə 29 manat, 3 ədəd döşək, 3 ədəd yorğan, 9 ədəd balışa görə 270 manat, 17 metr pərdəyə görə 153 manat, böyük qarışıq rəngli xalçaya görə 140 manat, kiçik xalçaya görə 105 manat, bir ədəd “Samsung” markalı tozsorana görə 160 manat, bir ədəd ətçəkənə görə 80 manat, bir ədəd elektrik sobasına görə 70 manat, bir ədəd çuğun qəfədana görə 15 manat, bir ədəd çaynik və qəfədan dəstinə görə 45 manat, bir ədəd elektriklə işləyən ədyala görə 50 manat, bir ədəd şüşədən “dəvə” suvenerə görə 35 manat, bir ədəd güldan və iki ədəd vaz dəstinə görə 130 manat, tək adamlıq pastel dəstinə görə 25 manat, bir ədəd ləpə çəkənə görə 15 manat, bir ədəd böyük çörəkqabına görə 5 manat, bir ədəd kauçuk vannaya görə 7 manat, 1 ədəd taxt örtüyü və 2 ədəd balışlığına görə 75 manat olmaqla cəmi 4042 manat ziyan məbləği, 10.42 manat dövlət rüsumu, apellyasiya şikayəti üçün ödənilmiş 56 manat dövlət rüsumundan 20 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməlidir.

86. Məhkəmə kollegiyası hesab edir ki, əsaslı olmadığından cehizlik əşyaları ilə bağlı 5524 manat həcmində umumi ziyan məbləğinin ödətdirilməsi və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılması, dövlət rüsumunun ödənilməsinə dair iddia tələblərinin qalan hissələri təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(016)-5/2025 nömrəli qətnaməsi İddiaçı1 və Cavabdeh2 аpellyаsiyа şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

87. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(016)-5/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zədəli və yararsız hala salınaraq məcburi şəkildə onlara verilmiş cehizlik əşyaları ilə bağlı 5524 (beş min beş yüz iyirmi dörd) manat həcmində umumi ziyan məbləğinin ödətdirilməsi və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılması, həmçinin dövlət rüsumuna aid hissələrdə ləğv edilsin. Ləğv edilən hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia həmin hissələrdə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zədəli və yararsız hala salınaraq İddiaçı1 verilmiş dəmiri ilə birgə taxt, şkaf, bir ədəd güzgülü termo, 2 ədəd tumbuçka və 1 ədəd kiçik tumbadan ibarət yataq dəstinə görə 1400 manat, divan və iki ədəd kresloya görə 330 manat, iki ədəd stullara görə 120 manat, bir ədəd yemək stoluna görə 70 manat, üst örtüyü şüşədən olan bir ədəd jurnal masasına görə 60 manat, bir ədəd sandığa görə 90 manat, bir ədəd matrasa görə 220 manat, dörd ədəd “Tefal” qazan dəstinə görə 145 manat, iki ədəd balışlığı ilə birgə bir ədəd taxt örtüyünə görə 75 manat, bir ədəd qara rəngli böyük ədyala görə 45 manat, bir ədəd tək adamlıq ədyala görə 24 manat, bir ədəd sintifon yorğana görə 29 manat, bir ədəd taxt “posteli”nə görə 25 manat, qara-qırmızı pakrıvala görə 29 manat, 3 ədəd döşək, 3 ədəd yorğan, 9 ədəd balışa görə 270 manat, 17 metr pərdəyə görə 153 manat, böyük qarışıq rəngli xalçaya görə 140 manat, kiçik xalçaya görə 105 manat, bir ədəd “Samsung” markalı tozsorana görə 160 manat, bir ədəd ətçəkənə görə 80 manat, bir ədəd elektrik sobasına görə 70 manat, bir ədəd çuğun qəfədana görə 15 manat, bir ədəd çaynik və qəfədan dəstinə görə 45 manat, bir ədəd elektriklə işləyən ədyala görə 50 manat, bir ədəd şüşədən “dəvə” suvenerə görə 35 manat, bir ədəd güldan və iki ədəd vaz dəstinə görə 130 manat, tək adamlıq pastel dəstinə görə 25 manat, bir ədəd ləpə çəkənə görə 15 manat, bir ədəd böyük çörəkqabına görə 5 manat, bir ədəd kauçuk vannaya görə 7 manat, 1 ədəd taxt örtüyü və 2 ədəd balışlığına görə 75 manat olmaqla cəmi 4042 manat ziyan məbləği, 10.42 manat dövlət rüsumu, apellyasiya şikayəti üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Cehizlik əşyaları ilə bağlı 5524 manat həcmində umumi ziyan məbləğinin ödətdirilməsi və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılması, dövlət rüsumunun ödənilməsinə dair iddia tələblərinin qalan hissələri təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(016)-5/2025 nömrəli qətnaməsi İddiaçı1 və Cavabdeh2 аpellyаsiyа şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar