Məhkəmə qərarları › İş №2(107)-455/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-455/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-455/2025 08.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi geri qaytarılıb, qüvvə) X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2(046)-523/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12038 manat 77 qəpik məbləğində əsas borcun, 1830 manat 84 qəpik məbləğində faiz borcunun, 352 manat 55 qəpik məbləğində cərimə borcunun cəmi 14222 manat 16 qəpik borcun və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi elekton qaydada 13 fevral 2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə daxil olmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2(046)-523/2025 nömrəli qərardadı ilə Cavabdeh iddiaçı Musayeva Sevinc Vəkil qızına qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2(046)-523/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e- 2(046)-523/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-155.3-cü maddələrinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə qarşılıqlı iddia ərizəsi iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Bu müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından göründüyü kimi, məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 09:50-yə təyin edilmiş və cavabdehə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 154-cü maddəsinin (bildirişə qoşmaya bax) tələblərinə cavab verən iddiaya etirazının, iddia tələbi ilə bağlı suallara (bildirişə qoşmaya bax) cavablarının və ərizəyə əlavə olunmuş sənədlərə münasibətinin, həmçinin iddiaya etirazının və ona əlavə olunmuş sənədlərin surətlərinin iddiaçıya və məhkəməyə təqdim etməli həmçinin, qarşılıqlı iddianı da həmin müddət ərzində vermək hüququnun olduğu izah edilmiş, məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yüklənmişdir. Cavabdeh 08 gün sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia ərizəsini qanunla müəyyən edilmiş müddətdə verməməsini, qarşılıqlı iddianın verilməsi üçün əsasların əvvəldən mövcud olmasını, cavabdehin qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2(046)-523/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2(046)-523/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cаvаbdеh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2(046)-523/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar