Məhkəmə qərarları › İş №2(107)-456/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-456/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-456/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ləğv) X2 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə Ucar Rayon Məhkəməsinin 06 mart 2025-ci il tаrixli, e-2(063)-484/2025 nömrəli qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 36800 manat pulun, 8200 manat əldən çıxmış faydanın, dövlət rüsumu kimi ödənilmiş 225 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ucar rayon Məhkəməsinin 06 mart 2025-ci il tаrixli, e-2(063)-484/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət vermişdir. Ucar Rayon Məhkəməsinin 10 mart 2025-ci il tаrixli, e-2(063)-484/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının məhkəməyə göndərdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq olunarkən müəyyən olunmuşdur ki, iddiaçı digər Cavabdeh2 Ucar rayonunda qeydiyyatda olmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışla da müəyyən olunur ki, Cavabdeh2 şəxsi məlumatları aşkar edilməmişdir. Həmçinin, iddiaçı Cavabdeh2 eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) iddia ərizəsində göstərməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 06 mart 2025-ci iltarixli, e-2(063)-484/2025 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Göründüyü kimi MPM-nin 149.2.2-ci maddəsinə əsasən qanunvericilik iddia ərizəsində sadəcə olaraq cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) haqqında məlumatın qeyd edilməsini şərtləndirmiş və o da Cavabdeh2 faktiki yaşayış yeri barədə məlumatı idda ərizəsində qeyd etmişdir. MPM-nin 150.1-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin konkret siyahısı qeyd edilmişdir ki, həmin siyahıda iddia ərizəsinə cavabdehin harada qeydiyyatda olmasını təsdiq edən sənədin əlavə edilməli olması qeyd edilməmişdir. Qeyd edilən sənədin olmaması əsası ilə işə baxan birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytarması anlaşılan deyil. Belə ki, işə baxan birinci instansiya məhkəməsi təxminlərinə görə cavabdehin rəsmi qeydiyyatda olması barərə sənədi işin məhkəmə ərazi aidiyyatına görə tələb edə bilər ki, bu da tam əsassızdır. Belə ki, hazırkıiş üzrə iki cavabdeh mövcuddur və həmin cavabdehlərdən ilkinin rəsmi qeydə alındığı ünvan Ucar rayonu, Alpı kəndidir və MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Artıq məhkəmə tərəfindən də müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 rəsmi qeydə alındığı ünvan Ucar rayonu Alpı kəndidirvə buna görə də o, MPM-nin 36.2-ci maddəsinin ona verdiyi hüquqdan istifadə edərək digər cavabdehin harada qeydiyyatda olmasından asılı olmayaraq iddiasını həmin cavabdehin rəsmi yaşayış yeri üzrə verir. İşə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün hallar işə baxan birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, iə baxan birinci instansiya məhkəməsi Cavabdeh2 eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) iddia ərizəsində göstərməməsini, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışla da müəyyən olunur ki, cavabdeh HüseynovNurəddin Əlibayram oğlunun şəxsi məlumatları aşkar edilməməsini qeyd etsə də digər Cavabdeh1 onun anası olması, onların eyni ünvanda yaşaya bilmələrini, “Azemis” elektron məhkəmə informasiya sistemində mövcud məlumatlardan onların istifadələrində olan mobil telefon nömrələrini əldə edərək onlarla əlaqə saxlaya biləcəklərini, bu yolla onun şəxsiyyət vəsiqəsi məlumatlarını əldə edə bilərdilər. Odur ki, Ucar Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(063)-484/2025 saylı qərardadının ləğv edilməsi və tərəfindən verilmiş iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ucar Rayon Məhkəməsinin 06 mart 2025-ci il tаrixli, e-2(063)-484/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında digər Cavabdeh2 Ucar rayonunda qeydiyyatda olmasını təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməməsini, eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışla da Cavabdeh2 şəxsi məlumatlarının aşkar edilməməsinin müəyyən olunduğu qeyd edilsə də məhkəmə kollegiyası tərəfindən “Elektron məhkəmə” informasiya sistemindən Cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatları əldə edilmiş və sonuncunun Ucar rayonunun Alpı kəndində qeydiyyatda olması müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ona görə də, hazırkı mübahisəni aidiyyəti üzrə həll etməli olan məhkəmə, cavabdehlərin qeydiyyat ünvanları üzrə fəaliyyət göstərən məhkəmə Ucar Rayon Məhkəməsidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olacaq hallar mövcud deyildir. Ona görə də, şikayət qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 06 mart 2025-ci il tаrixli, e-2(063)-484/2025 nömrəli qərаrdаdı ləğv edilməli, mülki işin materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Ucar Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 06 mart 2025-ci il tаrixli, e-2(063)-484/2025 nömrəli qərаrdаdı ləğv edilsin. Mülki işin materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar