Məhkəmə qərarları › İş №2(107)-459/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-459/2020

28.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-459/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərə görə pul tələbinə dair mülki iş üzrə iddianı təmin etmək üçün tədbir görülməsi tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (054)-537/2019 nömrəli qərardadından iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş şikayətlərə, Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015 - 2019-cu illər üçün vurulmuş zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin birdəfəlik və Oğuz rayon Dövlət Notariat Kontorunda xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə hər ay üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehdən onun xeyrinə 132.500 (bir yüz otuz iki min beş yüz) manat tutulması qət edilmişdir. Lakin cavabdeh indiyədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Hesab edir ki, cavabdeh həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği, həm də hazırki iddia tələbi təmin ediləcəyi təqdirdə, həmin tələb üzrə ödənilməli olan məbləği ödəməmək üçün bütün vasitələrdən istifadə edəcəkdir. Ona görə də cavabdehə məxsus olan əmlakların - Cavabdeh məxsus olan “Kamaz 5511” markalı 9** HU *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (dekabr, 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhəri ərazisində yerləşən 0,80 hektar (xx.xx.2006-cı il tarixli JN 7xx xxx 40601004 nömrəli Dövlət Aktı) sahibkarlıq məqsədli torpaq sahəsinin və 0,78 hektar (xx.xx.2006-cı il tarixli JN 7xx xxx 40600001 nömrəli Dövlət Aktı) yaşıllıq və tikinti tikmək məqsədli torpaq sahəsinin, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 3, 2 saylı mənzilin, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 108, 57 saylı mənzilin, Qəbələ rayonu Həmzəli kəndində yerləşən, Cavabdeh ilə arvadı X1 birgə mülkiyyətində olan 0,58 hektar (xx.xx.2000-ci il tarixli JN 3xx xxx 40505018 nömrəli Dövlət Aktı) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh aid hissəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (054)-537/2019 nömrəli (hakim K.Süleymanov) qərardadı iləvəsatət qismən təmin edilərək Cavabdeh məxsus olan “Kamaz 5511” markalı 9** HU *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin, Qəbələ şəhəri ərazisində yerləşən 0,80 hektar (xx.xx.2006-cı il tarixli JN 7xx xxx 40601004 nömrəli Dövlət Aktı) sahibkarlıq məqsədli torpaq sahəsinin, 0,78 hektar (xx.xx.2006-cı il tarixli JN 7xx xxx 40600001 nömrəli Dövlət Aktı) yaşıllıq və tikinti tikmək məqsədli torpaq sahəsinin və Qəbələ rayonu Həmzəli kəndində yerləşən, Cavabdeh ilə arvadı X1 birgə mülkiyyətində olan 0,58 hektar (xx.xx.2000-ci il tarixli JN 3xx xxx 40505018 nömrəli Dövlət Aktı) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh aid hissəsinin üzərinə həbs qoyulmuş, vəsatətin digər hissələri isə təmin edilməmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-537/2019 nömrəli qərardadından İddiaçı və Cavabdeh tərəfindən şikayət verilmişdir. Cavabdeh həmin qərardadın ləğv edilməsini, iddiaçı isə təmin edilməyən hissədə ləğv edilərək vəsatətinin digər əmlaklara dair hissədə də təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(054)-537/2019 nömrəli qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, o, iddiaçıya heç bir zərər vurmamışdır. İddiaçı heç bir əsası olmayan yalan və uydurma bir iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə də heç bir əsas olmadan ona məxsus əmlakların üzərinə həbs qoymuşdur. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin iddianı təmin etmək üçün tədbir görülməsi barədə xx xxxxxx 2019-cu il tarixli 2(054)-537/2019 nömrəli qərardadını qanunsuz və əsassız hesab edir. Ona görə də həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, vəsatətin qismən təmin edilməsi gələcəkdə iddia tələbinin həcminin artırılması halında və həmin iddia tələblərinin təmin ediləcəyi təqdirdə, icra prosesində çətinliklər yaradcaqdır. Cavabdeh isə həmin əmlakları digər şəxsin adına özgəninkiləşdirə bilər. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin iddianı təmin etmək üçün tədbir görülməsi barədə xx xxxxxx 2019-cu il tarixli 2(054)-53 /2019 nömrəli qərardadını qanunsuz və əsassız hesab edir. Ona görə də həmin qərardadın ləğv edilməsini və vəsatətinin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş edir Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli, 2(054)-537/2019 nömrəli qərardadları ilə şikayətlər təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə vəsatətin bir hissəsini təmin etsə də, digər əmlaklara münasibətdə təmin etməmişdir. Cavabdeh gələcəkdə həmin əmlakları digər şəxsin adına özgəninkiləşdirə bilər. Ona görə də şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsi şikayət ərizəsini iddiaçının izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (054)-537/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddianın məzmunundan da görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin əmlakların da üzərinə həbs qoyulması isə müvəqqəti xarakter daşıyan bir məhkəmə aktıdır və cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilməz. İddiaçının şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə hazırki ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli sorğuya cavab məktubunun qanunamüvafiq qaydada təsdiq edilməmiş surətini və özünün cavabdehə qarşı əvvəlki iddiası üzrə Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş mülki işə dair həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadının surətini, həmçinin qeyd olunan qərardadın icrası ilə əlaqədar icra məmurunun məktubunu əlavə etmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli sorğuya cavab məktubunda hazırki iş üzrə Cavabdeh adına Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 3, 2 saylı mənzil, Qəbələ şəhəri ərazisində yerləşən 0,80 hektar sahibkarlıq məqsədli torpaq sahəsi, 0,78 hektar yaşıllıq və tikinti tikmək məqsədli torpaq sahəsi, Qəbələ rayonu Həmzəli kəndində ümumi birgə mülkiyyətində olan 0,58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid, eyni zamanda,X1 adına Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 108, 57 saylı mənzil, Qəbələ rayonu Həmzəli kəndində ümumi birgə mülkiyyətində olan 0,58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid məlumat aşkar edildiyi qeyd edilmişdir. Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş mülki işə dair həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı əvvəlki iddiası üzrə Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə iddianı təmin tədbiri olaraq Cavabdeh məxsus olan “Kamaz 5511” markalı 9** HU *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (dekabr, 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhəri ərazisində yerləşən 0,80 hektar (xx.xx.2006-cı il tarixli JN 7xx xxx 40601004 nömrəli Dövlət Aktı) sahibkarlıq məqsədli torpaq sahəsinin, 0,78 hektar (xx.xx.2006-cı il tarixli JN 7xx xxx 40600001 nömrəli Dövlət Aktı) yaşıllıq və tikinti tikmək məqsədli torpaq sahəsinin və Qəbələ rayonu Həmzəli kəndində yerləşən, Cavabdeh ilə arvadı X1 birgə mülkiyyətində olan 0,58 hektar (xx.xx.2000-ci il tarixli JN 3xx xxx 40505018 nömrəli Dövlət Aktı) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh aid hissəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardadın qanuni qüvvəyə minməsini və hazırda da qüvvədə olmasını, həmin əmlakların üzərində hazırda da həbs olduğunu hazırki iş üzrə tərəflər də məhkəmə iclasında mübahisələndirmədilər. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddiaçının iddianı təmin etmək üçün tədbir görülməsinə dair hazırki vəsatətinin Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 3, 2 saylı mənzilin, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 108, 57 saylı mənzilin üzərinə həbs qoyulmasına dair hissədə, həmin əmlaklara dair hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməməsi, təqdim edilən sorğuya cavab məktubunun xx xxxxxx 2019-cu il tarixə aid olmaqla qanunamüvafiq qaydada təsdiq edilməməsi və həmin vaxtdan sonra keçən müddət ərzində bu əmlakların digər şəxsin adına özgəninkiləşdirilmədiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilməməsi əsası ilə təmin edilməməlidir. İddiaçının hazırki vəsatətinin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması ilə bağlı hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının özünün də qeyd etdiyi kimi həmin əmlaka dair Texniki pasport mövcuddur və Texniki pasport şəxsin həmin əmlakın mülkiyytçisi olduğunu deməyə əsas deyildir.ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, vəsatətin həmin əmlaka dair hissəsi də təmin edilməməlidir. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (054)- 537/2019 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (054)-537/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar