Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-46/2021 22.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(037)-09/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxx 2018-ci il tаrixli 2(037)-09/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 42.535,40 ABŞ dolları əsas borc, 23.284,30 ABŞ dolları faiz borcu, 500.00 ABŞ dolları cərimə olmaqla cəmi – 66.319 (altmış altı min üç yüz on doqquz) ABŞ dolları 70 (yetmiş) sent məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı məbləğinin tutulması, 66.319 (altmış altı min üç yüz on doqquz) ABŞ dolları 70 sent məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin ilkin satış qiymətinin 220.000 (iki yüz iyirmi min) manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 66.319 (altmış altı min üç yüz on doqquz) ABŞ dolları 70 sent məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 21 manat xidmət haqqı məbləğinin ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması və ipoteka ilə yüklü edilmiş, sözügedən torpaq sahəsinə tutma yönəldildikdən və əmlak açıq hərracda satıldıqdan bir ay sonra Cavabdeh1 həmin torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2) qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşması üzrə 42.535,40 ABŞ dolları əsas borc, 9.683,61 ABŞ dolları faiz borcu, 18.965,74 ABŞ dolları cərimə - cəmi 71.184,75 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,00 manat dövlət rüsumunun və 21,00 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 71.184,75 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və həmin əmlak satıldıqdan bir ay sonra cavabdehin həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəməyə müraciət edildikdən sonra kifayət qədər vaxt keçdiyinə görə faiz borcu və cərimənin artdığını bildirməklə 42.535,40 ABŞ dolları əsas borc, 23.284,30 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 39.670,74 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 105.490 (bir yüz beş min dörd yüz doxsan) ABŞ dolları 44 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 105.490,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi X2 hazırkı iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 adına 120 ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasına əsasən 36 ay müddətinə aylıq 1.75 % dərəcəsi ilə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxxxx 2014-cü il tarixli 35S000001144 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit xətti müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zamin - hazırkı iş üzrə Cavabdeh2 Cavabdeh1la birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit xətt müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxxxxxx 2013-cü il tarixli 35M000000010 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan torpaq sahəsi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 54.130,50 manat məbləğində dəyərləndirilmişdir. Müqavilələr tərtib edilərkən müqavilələrin şərtləri və müqavilələrdən irəli gələn öhdəliklər cavabdehlərə izah edilmiş, bundan sonra onlar şərtləri qəbul edərək müqavilələri imzalamışlar. Cavabdeh1 məhkəmə prosesinin gedişində vəsatət verərək ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını bildirmiş və ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsini xahiş etmişdir. Cavabdeh1 vəsatəti əsasında ekspertiza keçirilmiş və ipoteka predmeti olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsinin ilkin satış qiyməti qiymətləndirici təşkilat “xxxx” MMC tərəfindən 1.100.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi qeyd edilən qiymətləndirmə rəyi ilə razılaşmadığından təkrar qiymətləndirilmə keçirilmiş və qiymətləndirici təşkilat “xxxx” MMC tərəfindən ipoteka predmetinin real bazar dəyəri 220.000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişi qaydalarına riayət etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.6-cı bəndinə əsasən bu müqavilənin 3.4.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 6.2-ci bəndi ilə müəyyənləşdirilən qaydada hesablanan cərimə ödəyir. Cavabdeh1 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmiş, borcun ipoteka predmeti hesabına könüllü ödənilməsi üçün müraciət etməmişdir. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödənilmişdir. Cavabdeh1 tərəfindən borc gecikdirildiyinə görə müqavilənin şərtinə əsasən cərimə hesablanmışdır. İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit müqaviləsi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsindən xeyli müddət keçdiyi üçün faiz borcu və cərimənin məbləğinin artdığını əsas göstərməklə iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş və xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşması üzrə 42.535,40 ABŞ dolları əsas, 23.284,30 ABŞ dolları məbləğində faiz, 39.670,74 ABŞ dolları cərimə - cəmi 105.490,44 ABŞ dolları məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşması üzrə 42.535,40 ABŞ dolları əsas, 23.284,30 ABŞ dolları faiz, 39.670,74 ABŞ dolları cərimə - cəmi 105.490,44 ABŞ dolları məbləğində borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,00 manat dövlət rüsumunun və 21,00 manat xidmət haqqının tutulması, tutmanın birinci cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 105.490,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,00 manat dövlət rüsumu və 21,00 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və torpaq satıldıqdan bir ay sonra birinci cavabdehin həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsini tələb edir. İddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndirici təşkilat “xxxx” MMC tərəfindən 220.000 manat məbləğində müəyyən edilməsinə razıdır. Hesab edir ki, ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyəri də rəydə qeyd edilən məbləğə uyğundur. Qeyd etdikləri nəzərə alınmaqla hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 iddia tələbini qismən etiraf etdiyini bildirmiş və göstərmişdir ki, onunla iddiaçı arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsinə əsasən iddiaçı tərəfindən onun adına 120 ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətt müqaviləsi üzrə o, iddiaçı ilə bağladığı xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasına əsasən 36 ay müddətinə aylıq 1.75 % dərəcəsi ilə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxxxx 2014-cü il tarixli 35S000001144 saylı zaminlik müqaviləsinə əsasən o, kredit xətt müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zamin Cavabdeh2 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxxxxxx 2013-cü il tarixli 35M000000010 saylı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş, torpaq sahəsi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 54.130.50 manat məbləğində dəyərləndirilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra o, bir müddət kreditin cədvəl üzrə aylıq ödənişlərini həyata keçirmiş, lakin sonradan kredit müqaviləsi üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirmək mümkün olmamışdır. O, məhkəmə prosesinin gedişində vəsatət verərək ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını bildirmiş və ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsini xahiş etmişdir. Onun vəsatəti əsasında ekspertiza keçirilmiş və ipoteka predmeti olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsinin ilkin satış qiyməti qiymətləndirici təşkilat “xxxx” MMC tərəfindən 1.100000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi qeyd edilən qiymətləndirmə rəyi ilə razılaşmadığından təkrar qiymətləndirilmə keçirilmiş və qiymətləndirici təşkilat “xxxx” MMC tərəfindən ipoteka predmetinin hazırkı real bazar dəyəri 220000 manat məbləğində müəyyən edilmişdir. O, xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit müqaviləsi üzrə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə iddiaçı tərəfindən 42.535,40 ABŞ dolları əsas, 23.284,30 ABŞ dolları məbləğində faiz, 39.670,74 ABŞ dolları cərimə - cəmi 105.490,44 ABŞ dolları məbləğində borc hesablanmasına münasibət bildirərək qeyd edir ki, cərimə borcu yüksək miqdarda hesablanmışdır. O, xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcu məbləğinin ödənilməsindən imtina etmir və həmin borc yaxın vaxtlarda onun özü tərəfindən hissə-hissə ödəniləcəkdir. Belə ki, kredit borcunun ödənilməsində gecikmələr yaranandan sonra iddiaçı uzun müddət məhkəməyə müraciət etməmiş, bununla da faiz borcu və cərimənin miqdarının artmasına bilavasitə səbəb olmuşdur. Eyni zamanda tələbin tutmanın Cavabdeh1 mülkiyyətində olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ondan və digər cavabdehdən ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra onun həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsinə razı deyil. Ancaq məhkəmə tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması barədə qərar qəbul edilərsə ipoteka predmetinin ilkin satış qiymətinin “xxxx” MMC-nin rəyinə uyğun olaraq 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi ilə razılaşmır. Hesab edir ki, ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyəri rəydə qeyd edilən məbləğdən xeyli yüksəkdir. Ona görə də iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 iddia tələbini qismən etiraf etdiyini bildirmiş və məhkəmə iclasında Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(037)-09/2018 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin faiz və cərimə hissəsinin rədd edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin ilkin qiymətləndirməyə uyğun olaraq ******* (bir milyon bir yüz min) manat məbləğində qiymətləndirilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-111/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(037)-09/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-111/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)- 233/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-111/2019 nömrəli qətnaməsi qismən – xx xxxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-in xeyrinə faiz borcuna görə 23.284,30 ABŞ dollarının tutulması və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)- 798/2020 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)- 798/2020 nömrəli digər qərardadı ilə mülki iş üzrə ipoteka predmeti olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.80008 hektar torpaq sahəsinin qiymətləndirilməsi və əmlakın qiymətləndirilməsinin Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” xx xxx 2020-ci il tarixli 10/490 nömrəli məlumatı ilə tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, bağ evlərinin, qeyri yaşayış sahələrinin və binaların və s.-in, ümumilikdə daşınmaz əmlakların bazar qiymətləri ilə dəyərinin və icarə haqlarının müəyyən edilməsi mühəndis-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı suallar əmlak birjalarından və ya müxtəlif internet saytlarından konkret məlumatın əldə olunmasına aid olduğundan, Mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmadığından və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci və «Məhkəmə ekspertizalarının aparılmasının təşkili haqqında» Təlimatın 3.2.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərardad icrasız saxlanılaraq mülki iş geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)- 798/2020 nömrəli qərardadı ilə mülki iş üzrə ipoteka predmeti olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.80008 hektar torpaq sahəsinin qiymətləndirilməsi və əmlakın qiymətləndirilməsinin müstəqil qiymətləndirici «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi, rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/631 nömrəli rəyi xx xxxx 2020-ci il tarixdə məhkəmə kollegiyasına daxil olmuşdur. Müstəqil qiymətləndirici «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin 016/21 nömrəli rəyi xx xxxx 2021-ci il tarixdə məhkəmə kollegiyasına daxil olmuş və kollegiyanın xx xxxx 2021-ci il tarixli 2(107)-46/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ötən müddət ərzində banka əsas borcun çox hissəsini ödəniş etmişdir. İddiaçı QSC ilə aralarında bağlanmış kredit müqaviləsi müddəti xx xxxxxxxx 2017-ci ildə bitmişdir. Buna baxmayaraq bank faizləri və cərimələri hesablamaqda davam etmişdir. Bunun da nəticəsi olaraq bank tərəfindən ona əsassız olaraq əsas borcdan əlavə 23284.5 ABŞ dolları faiz borcu, 39670.74 ABŞ dolları cərimə olmaqla 105490.44 ABŞ dolları məbləğində kredit borcu hesablamışdır. İsmayıllı Rayon Məhkəməsi cərimə üzrə tələbi azaldaraq 500 ABŞ dollarına endirsə də, faiz borcu tələbinə hüquqi qiymət verməmiş, kredit müqaviləsinin müddətinin xx xxxxxxxx 2017-ci ildə bitməsinə baxmayaraq, ondan sonra da faiz və cərimələrin hesablanması davam etdirilmiş, məhkəmə bunu nəzərə almamışdır. Eyni zamanda, qətnamədə onu narazı salan hallardan ən əsası ipoteka predmetinə hazırkı bazar qiymətlərindən olduqca aşağı qiymət qoyulmasıdır. Belə ki, respublikada Lahıc qəsəbəsi coğrafi yerləşmə ərazisinə və tarixi arxitektura dəyərinə görə yüksək qiymətləndirilir, bu səbəbdən dövlət tərəfindən tarixi abidə kimi mühafizə olunur. Hazırda bütün dünyanın hər yerindən turistlərin axın etdiyi Lahıc qəsəbəsində yerləşən 1,8 ha tikinti təyinatlı torpaq sahəsinin 220000 manat məbləğində qiymətləndirilməsi tamamilə insafsızlıqdır. Hansı ki, həmin torpaqda istirahət mərkəzi yerləşir, sahibkarlıq baxımından yüksək dəyərləndirilir. İsmayıllı rayonunda fəaliyyət göstərən və rayonun hər bir ərazisinin real bazar qiymətini digərlərindən daha yaxşı bilən, daşınmaz əmlak üzrə xüsusi qiymətləndirici olan “xxxx” MMC tərəfindən 1.100000 (bir milyon bir yüz min) manat məbləğində qiymətləndirilmişdir. Lakin İsmayıllı Rayon Məhkəməsinin təkrar sifarişinə əsasən xüsusi qiymətləndirici olan “xxxx” MMC tərəfindən əmlakın real bazar dəyəru 220000 (iki yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Bu da ilkin dəyərləndirmədən beş dəfə aşağıdır və rəylər arasında bu qədər fərqin olması qiymətləndirmənin tamamilə düzgün olmamasının göstəricisidir. Məhkəmə tərəfindən isə belə bir fərqli qiymətləndirməyə hüquqi qiymət verilməmiş, bibaşa aşağı qiymətdə olan ikinci dəyərləndimə əsas götürülmüşdür. Ona görə də qətnamə ləğv edilməli, iddia tələbinin faiz və cərimə hissəsinin rədd edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin ilkin qiymətləndirməyə uyğun olaraq ******* (bir milyon bir yüz min) manat məbləğində qiymətləndirilməsinə dair yeni qətnamə çıxarılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil Novruz oğlu izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(037)-09/2018 nömrəli qətnaməsinin iddia tələbinin faiz və cərimə hissəsinin təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissədə ləğv edilməsini, iddia tələbinin faiz və cərimə hissəsinin rədd edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin ilkin qiymətləndirməyə uyğun olaraq ******* (bir milyon bir yüz min) manat məbləğində qiymətləndirilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(037)-09/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh2 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)- 233/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-111/2019 nömrəli qətnaməsi qismən ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “kassasiya instansiyası məhkəməsi faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, xx xxxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100.000 ABŞ dolları kredit xətti açılıb. xx xxxxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,75 faiz ödəmək şərti ilə 60.000 ABŞ dolları kredit verilib. Cavabdeh1 kredit razılaşmasının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 bankdan götürdüyü kredit borcundan 17.464,6 ABŞ dolları ödəmişdir və onun banka ödənilməmiş 42.535,4 ABŞ dolları əsas, 23.284,3 ABŞ dolları faiz borcu qalıb. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün xx xxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsi bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilib. Eyni zamanda xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən öhdəliyin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanıb. Kassasiya instansiyası məhkəməsi əsas borcun, ona hesablanmış cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi yalnız bankın təqdim etdiyi sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən sözügedən müqavilə üzrə borclu Cavabdeh1 banka olan faiz borclarının düzgün hesablandığı qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, iddia ərizəsindən görünür ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə banka 17.464,6 ABŞ dolları məbləğində ödəniş etmişdir. Eyni zamanda apellyasiya şikayətinin dəlillərindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmamasından şikayətlənmişdir. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə borclu Cavabdeh1 sözügedən müqavilə üzrə banka ödədiyi vəsaitin məbləği müəyyən edilməli, bundan sonra ödənilmiş məbləğin Mülki Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulan qaydada hansı öhdəliyin hesabına daxil edilməsi araşdırılmaqla, iddia ərizəsinin faiz borcunun tutulması hissəsinə düzgün hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, bank ilə Cavabdeh1 arasında olan kredit razılaşmasının müddəti xx xxxxxxxx 2017-ci il tarixdə bitdiyi halda, bank faiz borcunu xx xxxx 2018-ci il tarixədək hesablamaqla, həmin tarixədək olan faiz borcunu aylıq 1.75 faiz dərəcəsi ilə tələb etmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən sözügedən müqavilənin bitmə tarixinidən ödənilməmiş illik faiz dərəcəsi nəzərə alınmaqla kredit müqaviləsinin bitmə tarixinədək hesablanmış faizlərin məbləği müəyyən edilməli, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ banka izah edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarının 2-ci bəndində göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşdən görünür ki, sözügedən kredit razılaşmasının təminatı olaraq xx xxxxxxx 2013cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsi bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilib və ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinə 54.130,50 manat qiymət qoyulub. İşə əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxxxx 2017-ci il tarixli ekspert rəyinə görə İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin orta bazar dəyər 1.100.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda işə əlavə edilmiş “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli “torpaq sahəsinin qiymətləndirilməsinə dair” hesabatından görünür ki, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin real bazar dəyəri 220.000 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş “Əmlak bazarı İstehlakçıları” İctimai Birliyinin xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin real bazar dəyər 95.000 manat təşkil edir. Göründüyü kimi, sözügedən ipoteka predmetinin ilkin satış qiymətinə dair işdə, biribirindən kəskin şəkildə fərqlənən ekspert, qiymətləndirici rəyləri vardır. Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, ipoteka qoyan Cavabdeh1 da ipoteka predmetinin ilkin satış qiymətindən narazıdır. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsinə dair işə əlavə edilmiş çöxsaylı ekspert, mütəxəssis rəyləri arasındakı kəskin qiymət fərqlərinə aydınlıq gətirmədən, nəyə görə birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinə qoyulmuş qiymətlə razılaşmasını qətnamədə əsaslandırmadan, bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə bu sahədə ixtisaslaşmış ekspertlərə və ya mütəxəssislərə həvalə edilməklə ipoteka predmetinin hazırkı vaxta olan real bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinin bu hissəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.”. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)- 233/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-111/2019 nömrəli qətnaməsi qismən - xx xxxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə cavabdehlərdən İddiaçı QSC-in xeyrinə faiz borcuna görə 23.284,30 ABŞ dollarının tutulması və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Ali Məhkəmə tərəfindən yeni apellyasiya baxışına qaytarılan hissədə araşdırılacaq, Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılan hissəyə toxunulmayacaqdır. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsindən görünür ki, həmin kredit xətt müqaviləsinə əsasən Cavabdeh1 adına 120 ay müddətinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə Cavabdeh1 üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, eyni zamanda, qalan kredit məbləğini, hesablanmış faizi və borcun gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 35S000001144 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit xətti müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda Cavabdeh2 Cavabdeh1la birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasından və həmin tarixli ödəniş qəbzindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh1 hissə-hissə qaytarmaq şərti ilə 36 ay müddətinə aylıq 1.75 % dərəcəsi ilə 60.000 (altmış min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planından müəyyən edilir ki, Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində cəmi 60.000 ABŞ dolları əsas borc və 21.722,22 ABŞ dolları faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 35M000000010 saylı ipoteka müqaviləsi və xx xxxxxxx 2013-cü il tarixli ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, xx xxxxxxx 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsinin təminatı kimi İsmayıllı rayonu Ərəgit kəndində yerləşən və Cavabdeh1 mülkiyyətində olan 1.80008 hektar torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş torpaq sahəsi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 54.130,50 manat məbləğində dəyərləndirilmişdir. xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşması üzrə iddiaçıya 42.535,40 ABŞ dolları əsas borc, 23.284,30 ABŞ dolları faiz borcu qalmış və borcun gecikdirilməsinə görə 39.670,74 ABŞ dolları cərimə hesablanmışdır. xx xxxxxx 2016-cı il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsini təmin etmək cavabdehlərdən tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. xx xxxxxx 2017-ci il tarixli bildirişin, həmin bildirişin xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 rəsmi qaydada verilməsinə dair qəbzin, bildirişin qeydə alınmasına dair xx xxxx 2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi üçün borcun ipoteka predmetinə yönəldilməsi prosedurunun başlanacağı barədə müvafiq bildiriş ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin mülkiyyətçisi kimi Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdə rəsmi qaydada verilmiş və həmin bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində xx xxxx 2017-ci il tarixdə qeydə alınmışdır. Bildirişin qeydə alınması üçün dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. xx xxxxxxxx 2017-ci il tarixli “xxxx” MMC-nin 22 nömrəli Texniki-Qiymətləndirmə rəyindən müəyyən edilir ki, Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri 1.100,000 (bir milyon yüz min) manat məbləğində qiymətləndirilmişdir. xx xxx 2018-ci il tarixli “xxxx” MMC-nin 0395/18/AB nömrəli hesabatından müəyyən edilir ki, Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri 220.000 (iki yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. xx xxxx 2019-cu il tarixli “X3” İctimai Birliyinin 33/07-19/E-02-S nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri 95000 (doxsan beş min) manat məbləğində qiymətləndirilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/631 nömrəli Məhkəmə mühasibatlıq ekspertizası rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən İddiaçı QSC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2017-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 57.962,17 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 42.364,04 ABŞ dolları; faiz borcu üzrə 15.656,13 ABŞ dolları. xx xxxx 2021-ci il tarixli “X6” MMC-in 016/21 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri 135000 (bir yüz otuz beş min) manat, likvid qiyməti 120000 (bir yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərdən kredit borcunun tutulması ilə bağlı belə nəticəyə gəlmişdir ki, hazırki iddia tələbinin xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 42.535,40 ABŞ dolları əsas borc və 23.284,30 ABŞ dolları faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir.”. Məhkəmə kollegiyası cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər аrаsındа bаğlаnmış kredit və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşin gerçək halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 adına 120 ay müddətinə 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasına əsasən 36 ay müddətinə aylıq 1.75 % dərəcəsi ilə 60.000 (altmış min) ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxxxx 2014-cü il tarixli 35S000001144 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit xətt müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zamin Cavabdeh2 Cavabdeh1la birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 36 ay ərzində 60.000 ABŞ dolları əsas borc və 21.722,22 ABŞ dolları faiz borcu - cəmi 81.722,22 ABŞ dolları kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit xətt müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxxxxxx 2013-cü il tarixli 35M000000010 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan torpaq sahəsi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 54.130,50 manat məbləğində qiymətləndirilmişdir. Müqavilələr tərtib edilərkən müqavilələrin şərtləri və müqavilələrdən irəli gələn öhdəliklər cavabdehlərə izah edilmiş, bundan sonra onlar şərtləri qəbul edərək müqavilələri imzalamışlar. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmamasından şikayətlənmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini nəzərə alaraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-233/2020 nömrəli qərarında müəyyən edilmiş göstərişə uyğun olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasının şərtləri və borclu Cavabdeh1 sözügedən müqavilə üzrə banka ödədiyi vəsaitin məbləği nəzərə alınmaqla qeyd edilən müqavilə üzrə Cavabdeh1 iddiaçı - İddiaçı QSC-nə olan faiz borcunun məbləğinin müəyyən edilməsi üçün xx xxxx 2020-ci il tarixli 2(107)-7982020 nömrəli qərardadı ilə Məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/631 nömrəli ekspert rəyinə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən İddiaçı QSC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2017-ci il tarixə banka ödənilməli olan borcu əsas borc üzrə 42.364,04 ABŞ dolları, faiz borcu üzrə 15.656,13 ABŞ dolları, ümumilikdə 57.962,17 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 23.284,30 ABŞ dolları faiz borc məbləği tutmaqda düzgün nəticəyə gəlməmişdir. Ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə cavabdehlərin İddiaçı QSC-yə xx.xx.2017-ci il tarixə əsas borc üzrə 42.364,04 ABŞ dolları, faiz borcu üzrə 15.656,13 ABŞ dolları ümumilikdə 57.962,17 ABŞ dolları məbləğində borcu vardır. Lakin birinci instansiya məhkəməsi xx xxxxxxxx 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasına (müqaviləsinə) əsasən cavabdehlərin İddiaçı QSC-yə əsas borc üzrə 42.535,40 ABŞ dolları və faiz borcu üzrə 23.284,30 ABŞ dolları məbləğində kredit borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsini qət etmişdir. MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin cavabdehin apellyasiya şikayətində qətnamə əsas borca aid hissədə mübahisələndirilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmalı olan əsas borcun məbləğinə aid hissədə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanıldığından və beləliklə qanuni qüvvəyə mindiyindən, ona görə də hazırkı apellyasiya mərhələsində araşdırma predmeti olmadığından, baxmayaraq ki, ekspert rəyi ilə cavabdehlərdən tutulmalı olan əsas kredit borcunun məbləği daha az göstərilmişdir, kollegiyaya görə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmalı olan əsas borcun məbləğinə aid hissədə dəyişdirilə bilməz. Kollegiya şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili qismən, yəni faiz borcunun məbləğinə aid hissədə əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilərək cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyinə uyğun olaraq 15.656,13 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bu, həm də aşağıda göstərilənlərdən irəli gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “ipoteka predmetinə hazırkı bazar qiymətlərindən olduqca aşağı qiymət qoyulması” haqqında dəlilinə münasibət bildirərək qeyd edir ki, kredit xətt müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxxxxxx 2013-cü il tarixli 35M000000010 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 54.130,50 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün bir neçə qiymətləndiricidən rəy alınmışdır. Həmin qiymətləndirici təşkilatlardan “xxxx” MMC tərəfindən 1.100.000 manat məbləğində, “xxxx” MMC tərəfindən isə ipoteka predmetinin real bazar dəyəri 220.000 manat məbləğində müəyyən edilmişdir. Əvvəlki apellyasiya baxışında alınmış “Əmlak bazarı İstehlakçıları” İctimai Birliyinin xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə isə, sözügedən torpaq sahəsinin real bazar dəyərinin 95.000 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi, sözügedən ipoteka predmetinin ilkin satış qiymətinə dair işdə, biribirindən kəskin şəkildə fərqlənən qiymətləndirmə rəyləri vardır. Tərəflər arasında ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduğundan məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-798/2020 nömrəli qərardadı ilə mülki iş üzrə ipoteka predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi və əmlakın qiymətləndirilməsinin müstəqil qiymətləndirici «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. “X6” MMC-in xx xxxx 2021-ci il tarixli 016/21 nömrəli ekspert rəyi ilə Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyərinin 135000 (yüz otuz beş min) manat, likvid qiymətinin isə 120000 (bir yüz iyirmi min) manat məbləğində olması göstərilmişdir. Cavabdehin apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin ilkin qiymətləndirməyə uyğun olaraq ******* (bir milyon bir yüz min) manat məbləğində qiymətləndirilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, “xxxx” MMC tərəfindən müəyyən edilmiş həmin qiymət ilə digər qiymətləndiricilər tərəfindən müəyyən edilmiş qiymətlərin arasında on-on iki dəfə fərq vardır. Bu isə cavabdehin mənafeyinə uyğun olan həmin qiymətin reallığa uyğun olmadığını, həmin məbləğin gerçəkliklə müqayisədə şişirdilmiş qiymət olduğunu, sözügedən qiymətləndirmə rəyinin isə obyektivlikdən üzaq olmasını göstərir. Digər qiymətləndirmə rəyləri - “xxxx” MMC tərəfindən müəyyən edilən 220.000 manat, “Əmlak bazarı İstehlakçıları” İctimai Birliyinin verdiyi 95.000 manat və hazırkı apellyasiya mərhələsində “X6” MMC-in müəyyən etdiyi 120000 manat məbləğləri isə nisbətən biri-birinə uyğun məbləğlər olmaqla ipoteka predmetinin real qiymətinə uyğun məbləğlərdir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli 0395/18/AB nömrəli rəyinə uyğun olaraq 220000 manat məbləğində müəyyən etmişdir. İddiaçı bank həmin qiymətlə razılaşmış və qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı QSC-in nümayəndələri həm birinci instansiya məhkəməsinin iclasında, həm də indiki apellyasiya baxışı zamanı verdikləri izahatlarında ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməsi ilə razı olduqlarını bildirmişlər. Cavabdeh isə ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manatdan daha artıq olması haqqında hər hansı sübut təqdim edə bilməmişdir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməsi reallığa uyğun və daha ağlabatan məbləğ olduğundan, İddiaçı QSC həmin məbləğ ilə razı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, “X6” MMC-in müəyyən etdiyi torpaq sahəsinin hazırkı bazar dəyəri (bazar dəyəri 135000 manat, likvid qiyməti 120000 manat) “xxxx” MMC-in müəyyən etdiyi (220000 manat) torpaq sahəsinin hazırkı bazar dəyərindən aşağı olduğundan, cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(102)-233/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(037)-09/2018 nömrəli qətnaməsi cavabdehlərdən tutulmalı olan faiz borcunun və cəmi tutulmalı olan kredit borcunun məbləğinə aid hissədə dəyişdirilməli, cavabdehlərdən İddiaçı QSC-in xeyrinə tutulmalı olan faiz borcunun məbləği 15.656,13 ABŞ dolları, cəmi kredit borcunun məbləği isə 58691.53 ABŞ dolları məbləğində müəyyən ediməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/631 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(037)-09/2018 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcunun və cəmi tutulmalı olan borcun məbləğinə aid hissədə dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-in xeyrinə tutulmalı olan faiz borcunun məbləği 15.656,13 (on beş min altı yüz əlli altı ABŞ dolları 13 sent) ABŞ dolları, cavabdehlərdən tutulmalı olan cəmi kredit borcunun məbləği 58691.53 (əlli səkkiz min altı yüz doxsan bir ABŞ dolları 53 sent) ABŞ dolları məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1; Hesab AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-46/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-46/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver