Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-461/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış evinə və torpaq sahəsinə müayinə aparılması üçün yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış və torpaq sahəsinə müayinə aparılması üçün yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(014)-1686/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı fərdi yaşayış və torpaq sahəsinə müayinə aparılması üçün yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsi Nümayəndə ünvan 1 ünvanında yaşamış, xx.xx.1996-cı il tarixində ölmüş mərhum qaynanası X2 vərəsəsi İddiaçı nümayəndəsi olaraq Ağdaş rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək X.Həmidovadan miras qalmış Ağdaş şəhərində yerləşən fərdi yaşayış və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirməsini xahiş etmişdir. Lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı sənəd təqdim etmələri mümkün olmamışdır. Əlaqədar olaraq da Ağdaş rayon Notariat Ofisi Mülki Məcəllənin 1151 və 139-cu, eyni zamanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"-ın 7-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qeydiyyata alınmamış həmin fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması barədə reyestrdən Çıxarış verilməsini xahiş etmişdir. Bundan sonra ərizənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi xx.xx.2023-cü il tarixində fərdi yaşayış evinin və torpaq sahəsinin müayinəsi üçün baxış keçirmək istədikdə Cavabdeh1 maneəçilik yaratmışdır. Hətta poliə müraciət etmişlər və polis cavabdehi çağıraraq onunla danışıqlar aparmış və polisdə verdiyi ifadəyə əsasən maneəçilik törədəcəyinə söz vermişdir. Lakin cavabdeh sözünə yenə əməl etməyərək, mütəxəssisə öz işini görməkdə çətinliklər yaratmışdır. Nəticə olaraq da müayinə baş tutumamışdır. Müayinəyə şərait yaradılmadığı üçün inventarlaşdırma işlərinin aparılması mümkün olmadığından 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-1893/2023 saylı məktubu ilə imtina etmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılmasına dair cavabdeh tərəfindən maneəçiliyin aradan qaldırılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, mərhum nənənsi Xanım Həmidova 1996-cı ildə ölmüş və ölməmişdən əvvəl mübahis predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona bağışlanmışdır. Həmin evdə 46 ildir ki, yaşayır. İddiaçının iddiası əsassızdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(014)-1686/2023 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov) İddiaçı Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı fərdi yaşayış və torpaq sahəsinə müayinə aparılması üçün yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılmasına dair Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh1 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evi mərhum X4 məxsus olmuşdur. Mərhumun ölümündən sonra həmin yaşayış evinə və torpaq sahəsinə Çıxarış almaq üçün iddiaçı müvafiq orqanlara müraciət etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada ara mərz nişanlarını ölçmək üçün həmin əraziyə gəlmişlər, lakin cavabdeh ölçmə işlərinə mane olmuşdur. Bu da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur. Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılmasına dair Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, Cavabdeh1 100 (yüz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a)Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum nənəsi Xanım Həmidova 1996-cı ildə ölmüş və ölməmişdən əvvəl mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona bağışlamışdır. Həmin evdə 46 ildir ki, yaşayır. İddiaçının iddiası əsassızdır.
11. İddiaçı nümayəndəsi Nümayəndə sadəcə ona qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşamadığı və ona heç bir halda aidiyyəti olmadığı mülkiyyət üzərində əsassız pay sahibi olmaq və əsassız varlanmaq istəmişdir ki, bu da qanuna ziddir.
12. Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evi nənəsi, yəni mərhum X4 məxsus olmaqla yanaşı ölümündən əvvəl rəsmi olaraq ona miras buraxmışdır.
13. Beləliklə də işə baxan Ağdaş Rayon Məhkəməsi işi araşdırarkən tam aydın olmayan səhv nəticəyə gəlmiş və bununla da yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz qətnaməsini qəbul etmişdir.
14. Məhkəmə tərəfindən bir vətəndaş kimi onun hüquqları və azadlığı gözlənməmiş və qorunmamışdır. Ona qarşı qaldırılan iddia tələbi üzrə mülki iş məhkəmə tərəfindən ədalətli və açıq araşdırılmamışdır. Onun mülkiyyətində olan ev və torpaq sahəsinə başqa şəxsin baxış keçirməsinə narazıdlr.
15. Qətnamə qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Məhkəmə öz qətnaməsini onun sübutlarını nəzərə almadan əsaslandırmışdır.
16. Odur ki, İddiaçı Cavabdeh1 qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair 2(014)-1686/2023 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etirazında Cavabdeh1 Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(014)-1686/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(014)-1686/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(014)-1686/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(014)-1686/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
23. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24.Saghinadze və başqalarıGürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(014)- 1686/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı mərhum anası, Cavabdeh1 isə mərhum nənəsi X8 24 fevral 1996-cı il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X4 məxsus olmuşdur. Belə ki, həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair mərhum X3 adına 21 iyun 1962-ci il tarixdə 761 nömrəli və 1987-ci ildə 761 inventar nömrəli texniki pasportlar işlənilmişdir. Mərhumun ölümündən sonra həmin yaşayış evinə və torpaq sahəsinə Çıxarış almaq üçün iddiaçı müvafiq orqanlara müraciət etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları ölçü işlərinin aparılması məqsədi ilə həmin əraziyə gəlmişlər, lakin cavabdeh ölçmə işlərinə mane olmuşdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
33. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin evin və torpaq sahəsinin onun mülkiyyətində olmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 1987-ci ildə verilmiş 761 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X4 məxsusdur. Cavabdeh1 tərəfindən həmin evin və torpaq sahəsinin onun mülkiyyətində olmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir.
34. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin mərhum nənəsi Xanım Həmidovanın ölməmişdən əvvəl mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona bağışlaması, iddiaçının orada yaşamaması, ona heç bir halda aidiyyətinin olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Ağdaş rayon VVAQ Bürosu tərəfindən 13 oktyabr 1962ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı anası X5r.
35. İşdə olan 30 noyabr 1990-cı il tarixdə verilmiş və notarial qaydada təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X8 öldüyü günə ona məxsus ünvan 2-də yerləşən evini nəvəsi Cavabdeh1 vəsiyyət etsə də həmin vəsiyyətnamə ilə vəsiyyət edən qanun üzrə birinci növbə vərəsə olan oğlu və hazırkı iş üzrə İddiaçı vərəsəlik hüququndan məhrum etməmişdir.
36. X2 öldüyü məqamda qüvvədə olan Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
37. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ təşkilatlarına və sair ictimai təşkilatlara kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.
38. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.
39. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X2 mülkiyəti kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından hazırkı vəziyyətdə mübahisəli fərdi yaşayış evi üzrə mirasda payın deyil, həmin əmlakın özünün qeydiyyatı ilə bağlı məsələ mübahisələndirilməkdədir. Cavabdehin adına vəsiyyətnamənin qoyulmasına baxmayaraq, iddiaçının X2 öldüyü məqamda qüvvədə olan Mülki Məcəllənin 538-ci maddəsində nəzərdə tutulmuş vərəsəlikdə məcburi pay hüququ olan şəxslərdən biri olub-olmaması isə hazırda mübahisənin predmetini təşkil etməməklə, İddiaçı hazırkı vəziyyətdə Cavabdeh1 qarşı fərdi yaşayış evinə və tiorpaq sahəsinə reyestr xidmətinin əməkdaşları tərəfindən müayinə işlərinin aparılması üçün yaradılmış maneələrin aradan qaldırılmasını tələb etməkdə subyektiv hüququ olmuşdur.
40. Kollegiya həmçinin qeyd edir ki, idiaçının mübahisəli evdə yaşamaması isə onun həmin evə olan hüququnun qeyd-şərtsiz itirilməsinin əsası kimi çıxış etmir. Xanım Həmidova tərəfindən isə fərdi yaşayış evi cavabdehə bağışlanmamış, 30 noyabr 1990-cı il tarixli vəsiyyətnamə əsasında vəsiyyət edilmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mülki işin məhkəmə tərəfindən ədalətli və açıq araşdırılmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasları açıq formada keçirilmişdir.
42. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, ədalətli məhkəmə araşdırmasını təmin etməklə həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
43. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(014)-1686/2023 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(014)-1686/2023 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.