Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-463/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tаrixli, e-2(014)-1219/2023 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 16 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlanmışdır.
2. İş materiallarında olan Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş 3M894 nömrəli notarial hərəkətlərin aparılmasına dair iş materiallarının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 iyun 2021-ci il tarixdə borc (kredit) müqaviləsi bağlanmış, İddiaçı İddiaçı ilə 20000 manat məbləğində pulun ona borc verilməsinə dair razılığa gəlmişlər.
3. İş materiallarında olan X4 ilə X3 arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 28 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, X4 ilə X3 arasında borc (kredit) müqaviləsi bağlanmışdır.
4. İş materiallarında olan X4 ilə X3 arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 01 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, X4 ilə X3 qarşılıqlı razılığa gələrək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-1078 reyestr nömrəli müqaviləni ləğv etmişlər. Kredit müqaviləsində ödənilmiş 50000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə “İkinci tərəf borc alan” X3 “Birinci tərəf - borc verən” X2 qaytarmışdır.
5. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, “Borc verən” X4 “Borc alan”a 50000 manat məbləğində borc verir, “Borc alan” krediti xx.xx.2022ci il tarixinədək “Borcverənə” qaytarmağı öhdəsinə götürür.
6. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, borclu Cavabdeh 20000 manat məbləğində borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir.
7. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı həqiqətən də "xxxx" MMC-də şöbə müdiri vəzifəsində işləyir.
8. İş materiallarinda olan “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, Cavabdeh ilk dəfə 14 iyun 2021-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul olunmuş, 01 may 2022-ci il tarixdə onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Cavabdeh 01 sentyabr 2022-ci tarixdə yenidən "xxxx" MMCyə işə qəbul olunmuş, 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış müqaviləyə xitam verilmişdir.
9. İş materiallarinda olan Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci tаrixli, e- 2(014)-1348/2022 saylı saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə İddiaçı ərizəsi təmin edilərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
10. İş materiallarinda olan Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tаrixli, e- 2(014)-322/2023 saylı saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2021ci il tarixli Kredit müqaviləsinə əsasən “Borc verən” İddiaçı tərəfindən “Borc alan” Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarılması şərti ilə 20.000 manat məbləğində borca pul vəsaiti vermişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən bugünə kimi heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, məktuba cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi cavabdeh iddiaçının pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçı əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən iddiaçı həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi. Göstərilənlərə əsasən Cavabdeh 20.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, o, 2021-ci il tarixdə "xxxx" MMC-də işə düzəlmişdir. Bu zaman ona həmin şirkətdən bildirmişlər ki, borc müqaviləsi bağlamalıdır. Belə olub Bakı şəhər 11 saylı Notariat ofisinə şirkətlə müqavilə bağlamaq üçün getmişdir. Lakin müqavilə hazır olub təsdiqləndikdən sonra ona məlum olmuşdur ki, o, "xxxx" MMC ilə deyil, həmin şirkətin şöbə müdiri vəzifəsində işləyən İddiaçı ilə müqavilə bağlamışdır. Bunun səbəbini aydınlaşdırdıqda ona müxtəlif bəhanələr gətirmişdirlər. O, həmin şirkətin Qəbələ rayon ərazisində işləməyə başlamışdır. Bütün satışları qaydasında idi. Satışları həyata keçirirdi, lakin müştərilər ödənişləri bir başa olaraq şirkətin hesabına ödəyirdilər. Belə olub 2022-ci ilin yay aylarına kimi həmin şirkətdə işləmişdir. Sonradan onu işdən azad etmişlər. İşdən çıxarkən şirkətə heç bir borcu olmamışdır. Bundan sonra məhkəmədən ona bildiriş gəlmişdir. O, məsələni araşdırarkən ona məlum olmuşdur ki, İddiaçı onu məhkəməyə verib. Daha sonra "xxxx" MMC-yə yenidən onu işə dəvət etdilər. İşə çıxan zaman orada onu niyə məhkəməyə verdiklərini maraqlandığından ona özlərinin həll edəcəklərini, işini işləməsini bildirmişlər. Yenidən şirkətdə işləməyə başlamışdır. Daha sonra yenə də onu işdən azad etdilər. Bundan sonra yenidən İddiaçı onu məhkəməyə vermişdir. İddiaçı ümumiyyətlə tanımamışdır. Onunla hər hansı bir tanışlıq əlaqələri olmamışdır. Necə ola bilər ki, onu tanımayan bir şəxs birdən-birə heç vaxt tanımadığı şəxsə 20.000 manat borc verər. Bu yalnız və yanız şirkətin saxta oyunlarıdır. Müqavilə bağlanılsa da, ona ümumiyyətlə pul verilməmişdir. Bu isə müqavilənin etibarsızlığını sübut edir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
15. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 01 noyabr 2023-cü il tаrixli, e-2(014)-1219/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2 və 777.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
18. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, ... iş materiallarında olan notariat işindən də aydın olur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanılmış, iddiaçı tərəfindən qeyd edilən vəsait notariat işinin depozit hesabına mədaxil edilmişdir. Qeyd edilən pul vəsaiti cavabdeh tərəfindən müvafiq bank hesabından şəxsən götürülmüşdür. Bununla da iddiaçının cavabdehə borca pul məbləğinin verməsi öz təsdiqini tapmışdır. Bu pul məbləğinin verilməsi əsası iddiaçı ilə cavabdehin tanışlıq münasibətləri olmuşdur. Nə qədər ki, cavabdeh bu tanışlıqdan imtina etsə də işin faktiki halı ondan ibarətdir ki, heç bir şəxs tanımadığı şəxsə qeyd edilən məbləğdə borca pul vəsaiti verməz. Hətta iddiaçı cavabdehi işlə də təmin etmişdir. Təbii ki, sonralar münasibətlər kəskinləşdiyindən cavabdeh qeyd edilən bütün faktiki halları inkar etməsi normaldır. Məhkəmə iddiaçı ilə cavabdehin eyni şirkətdə işləməsini əsas gətirərək qeyd edilən müqaviləni yalan əqd olmaqla etibarsız hesab etmişdir. Halbuki qeyd edildiyi kimi iddiaçı cavabdehlə olan şəxsi yaxın münasibətlərinə görə cavabdehi işlə də təmin etmişdir. Eyni şirkətdə işləmək tərəflər arasında müqavilənin yalan əqd olmasının əsas ola bilməz. Cavabdehin maddi məsuliyyətini pərdələmək məqsədi ilə bu müqavilənin bağlanması əsassızıdır. Çünki cavabdeh qeyd edilən şirkətdə əmək müqaviləsi ilə işləmişdir. Və hər bir şirkət işçinin maddi məsuliyyətini müstəqil müqavilə olan maddi-məsuliyyət müqaviləsi ilə sığortalayır. Bu tip əlavə kredit müqaviləsi ilə də eyni müqavilənin təkrar bağlanması mənasızdır. Digər tərəfdən cavabdeh əgər bu müqaviləni etibarsız hesab edirsə, niyə notariat ofisinə yaxınlaşmış və qeyd edilən məbləği aldığını bildirmişdir?! Məhkəmə işlə heç bir bağlılığı olmayan X4 adına olan borc müqaviləsinə istinad etmişdir. Həmin müqavilə tərəflərinin qeyd edilən mübahisəyə hansı aidiyyatının olduğunu sübuta yetirməmişdir. Üçüncü şəxslərin borc müqaviləsi üzrə münasibətləri onların özlərinə aiddir. Məhkəmə qeyd edilən halları, yəni müqavilənin notarial qaydada bağlanmasını, pul məbləğininin cavabdeh tərəfindən şəxsən götürülməsini, müqavilə müddəti dövründə cavabdehin buna dair heç bir iddiasının olmamasını nəzərə almayaraq sadalanan maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tаrixli, e- 2(014)-1219/2023 saylı qətnaməsinin tamamilə ləğv edib iddia tələbimin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, ona ünvan veriblər və həmin ünvana gedəndə görüb ki, verdikləri ünvan notariat ofisinin ünvanıdır. Notariat ofisində onu bir nəfər qarşılayıb. Həmin şəxs İddiaçı idi. Həmin vaxtda onlar bir-birin tanlmayıb. Ona şirkətin rəhbəri İlkin müəllim deyib ki, verilən ünvan get və orada Natiq adlı şəxslə görüş. Natiq şirkətin nümayəndəsidir və səninlə bizim şirkətdə işləmək üçün müqavilə bağlayacaqdır. O, notarisuda olan zaman Natiq onunla müqavilə bağlamaq üçün bura gəldiklərini, heç bir problemin olmayacağını, beləliklə də "xxxx" MMC-də işləyəcəyini bildirib. Onunla müqavilə bağlandıqdan sonra görüb ki, müqavilə borc müqaviləsidir. Bunu Natiqdən soruşduqda isə heç bir problemin olmadığını, narahat olmamasını bildirib. Bir müddət sonra isə İlkin müəllimə zəng vurduğunu, müqavilənin borc müqaviləsi olduğunu, belə olduğu təqdirdə isə müqaviləyə xitam vermək istədiyini və həmin şirkətdə də işləmək istəmədiyinii bildirib. İlkin müəllim də narahatçılığa əsas olmadığını deyib. Həmçinin notarius ona hüquqlarını izah etməyib. Bildiyi qədər, həmin şirkət yeni işçilərinin hamısıyla belə bir müqavilə bağlayır. Onunla borc müqaviləsi bağlansa da, ortada borc yoxdur. Çünki ona pul verilməyib. O, ilk dəfə işdən çıxanda ona qarşı məhkəmədə eyni iddianı qaldırmışdırlar, lakin sonra həmin iddianı geri götürmək haqqında ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Həmin ərizə əsasında da Ağdaş Rayon Məhkəməsinin qərardadı ilə də həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. O, qeyd edilən pulu götürməmişdir. Şirkət onunla əmək müqaviləsini bağlayanadək o, İddiaçı tanımırdı. Heç Natiq də onu tanımırdı, indi də tanımır. İşlədiyi dövrdə də Natiqi cəmi bir dəfə görmüşdür. Ondan öncə də aralarında heç bir münasibət olmayıb. Müqavilədən 4 gün sonra həmin şirkətdə işə başlamışdır. Ayın 16-sı borc müqaviləsi bağlanıb, 20-si isə onunla əmək müqaviləsi bağlanmışdır. Qeyd edir ki, o pulu işə qəbul olmaq müqabilində almamışdır. Ona dedillər ki, şirkətlə müqavilə bağlamalısınız, sonra notariusa apardılar və onunla borc müqaviləsi bağladılar. Onunla həmin müqaviləni nəyə görə bağladıqlarını bilmir. Həmin müqavilənin kredit müqaviləsi olduğunu da bilməmişdir. Çünki ona deyilmişdir ki, “şirkətlə müqavilə bağlamalısan ki, işə qəbul ediləsən”. O, şirkətlə müqavilə bağlamaq üçün getmiş, onu isə notariusa aparmışlar. Notariusda olduğu zaman İlkin müəllimə-şirkətin direktoruna zəng edərək soruşmuşdur ki, şirkətlə müqavilə bağlanmalı olduğu halda, nəyə görə notariusa gəlmişlər. İlkin müəllimə deyib ki, siz mənə şirkətlə müqavilə bağlayacağımı demişdiniz, hazırkı müqavilə isə borc müqaviləsidir. Demişdir ki, onlarla artıq işləmək istəmir. O, isə demişdir ki, “narahat olma, o müqavilə problem deyil, biz eyni yaşda insanlarıq, mən sənə artıq-əksik nə edə bilərəm ki, gedib arxayın işləyə bilərsən”. O, işdən çıxdıqdan sonra İlkin müəllim özü ona zəng edərək harada olduğunu soruşmuşdur. O isə rayonda olduğunu demişdir. O zaman İlkin müəllim özü gün və saat təyin edərək onu söhbət etmək üçün görüşə dəvət etmiş, lakin söhbətin mövzusunu həmin zaman deməmişdir. O, düşmüşdür ki, özləri də onun o pulu götürmədiyini bildiklərinə görə həmin məsələyə son qoymaq üçün dəvət edirlər. Bundan sonra şirkətə gəldiyində İlkin müəllimin otağında söhbət zamanı demişdir ki, ondan əvvəl olan işçiyə nisbətən o, işlədiyi zaman satışı yüksəltmişdir. O, işdən çıxdıqdan sonra isə gələn işçinin dövründə satışlar daha da aşağı olmuşdur. Buna görə də ona yenidən işə dönmək təklifi edib. Həmin təklifə isə o, demişdir ki, “birincidən sonra ona qarşı iddia qaldırmışdınız, buna baxmayaraq o, yenə işə qayıtsa ona nə deyərlər”. İlkin müəllim isə ona qarşı xoş münasibət göstərərək yenə də təklifini təkrarlayıb, o da qəbul edib. O, işə qayıtmağına razılıq verdiyində İlkin müəllim kiməsə zəng edib və iddianın geri götürülməsini tapşırıb. Əlavə olaraq onunla yalnız əmək müqaviləsi bağlanıb, digər müqavilə formaları, o cümlədən maddi məsuliyyət müqaviləsi bağlanmayıb. Ona da elə o maraqlıdır ki, tanımayan şəxsə bu məbləğdə borc pul niyə verilsin. O, qeyd edilən pulu heç götürməmiş, Natiq adlı şəxs notariusun otağına girmiş, onlar orada söhbət edib və sonra da onu otağa çağırıblar. Onun o pula heç əli dəyməyib. Apellyasiya şikayətinin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tаrixli, e-2(014)-1219/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
27. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
28. Maddə 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
34. Maddə 777. Tapşırıq müqaviləsi - 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 200, 1-ci hissə. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək İmünasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tаrixli, e-2(014)-1219/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
49. Müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-də işə qəbul olunmaq məqsədi ilə cəmiyyətin rəhbəri X2 müraciət etmişdir. MMC-nin direktoru İlkin Qurbanov cavabdehə bildirmişdir ki, əmək müqaviləsi bağlamaqla yanaşı eyni zamanda MMC ilə başqa müqavilə bağlanmalıdır. Cavabdehlə əmək müqaviləsi bağlanıldıqdan (14 iyun 2021-ci il) 2 sonra, 16 iyun 2021-ci il tarixdə "xxxx" MMC-də şöbə müdiri İddiaçı ilə Cavabdeh (MMCnin işçisi) arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır.
50. Həmçinin msüəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində hazırkı iş üzrə iddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq cavabdehlə işin materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsini imzalamışdır. Həmin müqaviləni imzalamaqda məqsəd isə cavabdehin "xxxx" MMC-də işə başladığı vaxtdan şirkətin mallarının satışını həyata keçirərkən onun maddi məsuliyyətinin təminatı məqsədi daşımışdır. Yəni, əslində burada hüquq münasibəti cavabdehlə iddiaçı arasında deyil, cavabdehlə "xxxx" MMC arasında yaranmışdır ki, həmin münasibət isə borc müqaviləsindən deyil, əmək münasibətləri üzrə maddi məsuliyyət müqaviləsindən irəli gələn münasibətdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 iyun 2021-ci il tarixli kredit müqaviləsi isə notariat orqanında bağlanmasına baxmayaraq, etibarsız əqddir. Belə ki, işin müəyyən olunan həqiqi faktiki halı ondan ibarətdir ki, "xxxx" MMC tapşırıq vermiş və həmin malların satışını həyata keçirərkən cavabdehin üzərinə məsuliyyət qoymuşdur. Hazırda isə həmin yalan əqddən "xxxx" MMCnin işçisi İddiaçı həqiqi məzmununa uyğun olmayan formada istifadə edir.
51. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
52. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.
53. Həmçinin, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3352/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərarındakı mövqeyi)
54. Göründüyü kimi, notariat orqanında əqd bağlandıqdan sonra pul faktiki olaraq cavabdehdə saxlanılmamışdır. Belə olan halda isə iddiaçı əqdin etibarsızlığı nəticəsində də pul tələb edə bilməz.
55. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının cavabdehin işləmiş olduğu MMC-də vəzifəli şəxs olduğu, borc (kredit) müqaviləsi bağlanılanadək tərəflərin bir-birini tanımaması işin mübahisəsiz halıdır. Nəinki bir-biri ilə yaxın münasibətdə olmayan, hətta bir-birini tanımayan və ünsiyyətdə olmayan şəxslərin bir-birinə borc (kifayət qədər böyük məbləğdə) verməsi inandırıcı və ağlabatan olmadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır.
56. Apellyasiya şikayətində borc pul məbləğinin verilməsi əsası iddiaçı ilə cavabdehin tanışlıq münasibətlərinin olması göstərilsə də, bunun təsdiq edən sübutlar təqdim edilməmişdir.
57. Apellyasiya şikayətində işçinin maddi məsuliyyətini müstəqil müqavilə olan maddi-məsuliyyət müqaviləsi ilə sığortalanması ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf "xxxx" MMC-nin məsul şəxsi kimi MMC ilə cavabdehlə arasında maddi məsuliyyət barədə müqavilənin mövcudluğuna dair sübutu işə baxan məhkəmələrə təqdim etməmişdir.
58. Cavabdehin yenidən "xxxx" MMC-də işəqəbul olunması müqabilində iddiaçının məhkəmədə qaldırdığı iddia ərizəsinin qeri qaytarılması barədə vəsatətinin təmin edilməsi və birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddianın əvvəllər baxılmamış saxlanılması da tərəflər arasında bağlanmış borc müqaviləsinin yalan əqd olmasına dəlalət edən hallardır.
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
60. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
61. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İddiaçının şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tаrixli, e-2(014)-1219/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tаrixli, e-2(014)-1219/2023 saylı baxılmış apellyasiya şikayətinə münasibətdə qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov