Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-470/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Zavodu” MMC-nin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(016)-39/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “X3 Zavodu” MMC Cavabdeh qarşı - cavabdehdən “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktora dəymiş 10.596,32 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun, cəmi 10.626.32 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nə əsasən, Cavabdeh “X3 Zavodu” MMC-də “traktor sürücüsü” vəzifəsinə işə qəbul edilmişdir. Əmək funksiyalarının icra edilməsi üçün işəgötürən tərəfindən “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, göy rəngli traktor etibarnamə əsasında onun istifadəsinə verilmişdir.01,08.2019-cu il tarixdə Cavabdeh istifadəsində olan “X3 Zavodu” MMC-yə məxsus “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, göy rəngli traktoru aşırmış və nəticədə iddiaçıya 10.596,32 manat maddi ziyan vurulmuşdur.Bununla bağlı xx.xx.2019-cu il tarixdə “X3 Zavodu” MMC-nin əməkdaşları və Hacıqabul RPŞ-nin sahə rəisi X2 iştirakı ilə “Akt” tərtib edilmişdir, “Akt”da “Padar qəsəbəsi ərazisində X3 Zavodu MMC-yə məxsus Padar Agroparkın daxili yolunda 90 L 623 nişanlı, “Nevhilland” markalı traktorun sürücüsü Cavabdeh tərəfindən idarə edilərkən sürücü tərəfindən idarəetmə itirilmişdir və traktor yoldan çıxaraq aşmışdır, baxış zamanı akta əlavədə göstərilmiş detalların sıradan çıxdığı müəyyən edilmiş,qiymət cədvəlinə əsasən 10.596,32 manat məbləğində maddi ziyan dəymişdir. ” qeydi edilmişdir. AR DİN- nin Hacıqabul RPŞ-nin xx.xx.2019-cu il tarixli, 159-20379-1219 saylı sənədinə əsasən də Cavabdeh tərəfindən “X3 Zavodu" MMC-yə məxsus “Nevhilland” markalı, 90 L ,623 dövlət qeydiyyat nişanlı traktoru aşırması nəticəsində MMC-yə 10.596,32 manat maddi ziyan vurması qeyd olunur və dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə ^müraciət etmələrinin məqsədəmüvafiq olması göstərilir. “New Holland T6090” markalf, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015- ci il buraxılışlı, göy rəngli traktor xx.xx.2016-cuil tarixli “Qeydiyyat şəhadətnaməsi”nə əsasən “X3 Zavodu” MMC-nin mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(016)-39/2021 saylı qətnaməsi ilə (hakim əvəzi E.Hümbətov) iddianın qismən təmin edilməsi, 9275.00 (doqquz min iki yüz yetmiş beş) manat məbləğində vurulmuş zərərin əvəzinin və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq “X3 Zavodu” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nə əsasən, Cavabdeh “X3 Zavodu” MMC-də “traktor sürücüsü” vəzifəsinə işə qəbul edilmişdir. Etibarnaməyə əsasən, “X3 Zavodu” MMC tərəfindən “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015- ci il buraxılışlı, göy rəngli traktor 01,06.2019-cu il tarixdən 31,05.2020-ci il tarixə kimi etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2016-cı il tarixli, TH seriyalı 029983 nömrəli Qeydiyyat şəhadətnaməsi”nə əsasən “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, göy rəngli traktor “X3 Zavodu” MMC-nin mülkiyyətindədir. Hacıqabul RPŞ-nin sahə rəisi, “X3 Zavodu” MMC-nin əməkdaşları tərəfindən xx.xx.2019cu il tarixdə tərtib edilmiş akta əsasən Padar qəsəbəsi ərazisində “X3 Zavodu” MMC-yə məxsus Padar Agroparkın daxili yolunda “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Cavabdeh tərəfindən idarə edilərkən idarəetmə itirilmiş və traktor yoldan çıxaraq aşmışdır. Nəticədə 10596.32 manat məbləğində ziyan dəymişdir. İlkin qüsur aktına əsasən “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktora ümumilikdə 10596.32 manat məbləğində ziyan hesablanmışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 4/1124 saylı, xx.xx.2021- ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, 2(016)-542/2020 nömrəli şin 69-73-cü vərəqələrində olan “X3 Zavodu” MMC ilə Cavabdeh arasında 29 may 2019-cu il tarixində bağlanmış əmək müqaviləsinin 1-3-cü vərəqələrinin aşağı orta hissələrindəki imzalar, 4-cü vərəqədə “İşçi” qrafasındakı imza, 5-ci vərəqədə “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: Cavabdeh” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(016)-542/2020 nömrəli işin 69-73-cü vərəqələrində olan “X3 Zavodu” MMC ilə Cavabdeh arasında 29 may 2019-cu il tarixində bağlanmış əmək müqaviləsinin 1-3-cü vərəqələrinin aşağı orta hissələrindəki, 4-cü vərəqədə “İşçi” qrafasındakı, 5-ci vərəqədə “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: Cavabdeh” qrafasındakı imzalarda -Cavabdeh imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmadığı qeyd edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4596 saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən nəzəri hesablama yolu ilə, “X3 Zavodu” MMC-nin xx.xx.2019-cu il saylı qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci, il buraxılışlı “New Holland T6090" markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktorun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9275.00 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “New Holland T6090" markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktorla və həm də Cavabdeh tərəfindən traktoru etibarnamə əsasında idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçı “X3 Zavodu” MMC-yə ödənilməlidir. Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində “X3 Zavodu” MMC-nin mülkiyyətində olan etibarnamə əsasında idarə etdiyi “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktoru aşırmaqla iddiaçıya ziyan vurması işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Lakin məhkəmə hesab etmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə - yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4596 saylı, xx.xx.2021-ci il tarixli rəyindən də aydın olmuşdur ki, “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktorun təmir-bərpa xərcinin məbləği 10596.32 manat məbləğində deyil, 9275.00 manat məbləğində müəyyən olumuşdur. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, cavabdehdən dəymiş ziyana görə 9275.00 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış və nəticədə işin hallarına uyğun gəlməyən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nə əsasən, o, Mehdiyev X1 Süd Emalı Zavodu” MMC-in “traktor sürücüsü” vəzifəsinə işə qəbul edilmişdir. Əmək funksiyalarının icra edilməsi üçün işəgötürən tərəfindən “New Holland 6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, göy rəngli traktor etibarnamə əsasında onun istifadəsinə verilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh istifadəsində olan oğlu “X3 avodu” MMC-yə məxsus New Holland T 6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, göy rəngli traktoru aşırmış və nəticədə iddiaçıya 10.596,32 manat maddi ziyan vurulmuşdur. Bununla bağlı xx.xx.2019-cu il tarixdə “X5 Zavodu” MMC-nin əməkdaşları və Hacıqabul RPŞ-nin sahə rəisi X2 iştirakı ilə “Akt” tərtib edilmişdir. ”Akt”da “Padar qəsəbəsi ərazisində X3 Zavodu” MMC-yə məxsus Padar Aqroparkın daxili yolunda 90 L 623 nişanlı, “Nevhilland” markalı traktorun sürücüsü o, Cavabdeh tərəfindən idarə edilərkən sürücü tərəfindən idarəetmə itirilmişdir və traktor yoldan çıxaraq aşmışdır, baxış zamanı akta əlavədə göstərilmiş detalların sıradan çıxdığı müəyyən edilmiş, qiymət cədvəlinə əsasən 10.596,32 manat məbləğində maddi ziyan dəymişdir. AR DİN-nin Hacıqabul RPŞ-nin xx.xx.2019-cu il tarixli, 159- 20379-1219 saylı sənədinə əsasən də onun tərəfindən “X3 Zavodu” MMC-yə məxsus “Nevhilland” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktoru aşırması nəticəsində MMC-yə 10.596,32 manat maddi ziyan vurması qeyd olunur və dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmələrinin məqsədəmüvafiq olması göstərilir. “New Holland T 6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, göy rəngli traktor xx.xx.2016-cı il tarixli “Qeydiyyat şəhadətnaməsi”nə əsasən “X3 Zavodu” MMC-nin mülkiyyətindədir. İddiaçının əsasları heç də belə deyildir. O, Cavabdeh qarşı “X3 Zavodu” MMC-nin iddia tələbin qəbul etmir. Belə ki. qəza törətdiyi traktor hazırda istifadəyə yararlıdır. İddiaçı “X3 Zavodu” MMC tələb olunan məbləğdə də traktora xərc çəkməyib. İddiaçı «X3 Zavodu» MMC-in, ona qarşı “New Holland T 6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktora dəymiş 10.596,32 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun, cəmi 10.626,32 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin yazılmasından narazıdır, çünki o, şirkətdə traktor aşırmamışdır. Getdiyi yerdə rol bağlanıb dönməyib və yoldan çıxaraq qabağ sağ təkər çalaya düşərək təkəri atıb, çilonu qırıb və yüngül xəsarət almışdır. Bunun da traktora dəymiş 10.596,32 manat məbləğində maddi zərər pulu etmir. Onun maksimum qiyməti ***-**** manat arası ola bilər. Lakin “X3 Zavodu” MMC tələb olunan məbləğdə traktora xərc çəkmədiyi halda o, Cavabdeh 10.596,32 manat məbləğində maddi zərər tələb edir. Belə ki, "90 K 877" dövlət qeydiyyat nişanlı traktordan yağ axırmış və o orada Sədat adlı müdiriyyətə demişdir ki, traktordan yağ axır o, "bunu sürmürəm” qışqıraraq dedi ki, “heçnə olmaz boş şeydir sür getsin.” Onun idarə etdiyi traktorun nömrəsi "90 K 877" dövlət qeydiyyat nişanlı olduğu halda, amma ona başka yəni "90 L 623" dövlət qeydiyyat nişanlı traktor idarə etdiyini deyirlər, bu da yalan ifadədir. Onun iştirakı olmadan məhkəmə-əmtəəşünaslıq ekspertizası 9/4596 saylı, xx.xx.2021-ci il tarixli rəy verib ki, “New Holland T 6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktorun təmir-bərpa xərcinin məbləği 10.596,32 manat məbləğində deyil, 9275.00 manat məbləğində ziyan dəyib. O, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4596 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə razılaşmır. Yenidən ekspertizasının keçirilməsini tələb edir. Hazırda tələb edilən ziyanı qəbul etmir. Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(016)-39/2021 saylı qətnaməsi ilə iddianı qismən təmin edərək iddiaçı «X3 Zavodu» MMC-nin xeyrinə 9275 manat məbləğində vurulmuş zərər əvəzi və 30 manat məbləğində dövlət rüsumu alınaraq «X3 Zavodu» MMC-yə ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini, ekspertiza tədqiqatının dəyəri olaraq 226 manat məbləğində pul vəsaitinin ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə qəbul etmişdir. Onun iştirakı olmadan məhkəmə qətnamə çıxarıb ziyan yazıb. Onun bu ziyanı ödəməyə heç bir maddi imkanı yoxdur. Heç bir yerdə işləmir özü də şikəst adamdır. Qolu sınıb heç bir əmək qabiliyyəti yoxdur. Atası, anası, xəstə qardaşı 2-ci Qarabağ döyüşlərində yaralanaraq 2-ci qrup müharibə əlilidir. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 2(016)-39/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 2(016)-39/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı “X3 Zavodu” MMC məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 199-cu maddəsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… 200-cü maddənin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması və başqa əməliyyatların apralması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə görə işəgötürən ona vuralan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(016)-39/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(016)-39/2021 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(016)-39/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nə əsasən, Cavabdeh “X3 Zavodu” MMC-də “traktor sürücüsü” vəzifəsinə işə qəbul edilmişdir. Etibarnaməyə əsasən, “X3 Zavodu” MMC tərəfindən “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015- ci il buraxılışlı, göy rəngli traktor 01,06.2019-cu il tarixdən 31,05.2020-ci il tarixə kimi etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2016-cı il tarixli, TH seriyalı 029983 nömrəli Qeydiyyat şəhadətnaməsi”nə əsasən “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, göy rəngli traktor “X3 Zavodu” MMC-nin mülkiyyətindədir. Hacıqabul RPŞ-nin sahə rəisi, “X3 Zavodu” MMC-nin əməkdaşları tərəfindən xx.xx.2019cu il tarixdə tərtib edilmiş akta əsasən Padar qəsəbəsi ərazisində “X3 Zavodu” MMC-yə məxsus Padar Agroparkın daxili yolunda “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Cavabdeh tərəfindən idarə edilərkən idarəetmə itirilmiş və traktor yoldan çıxaraq aşmışdır. Nəticədə 9275 manat manat məbləğində ziyan dəymişdir. İlkin qüsur aktına əsasən “New Holland T6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktora ümumilikdə 9275 manat məbləğində ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, qəza törətdiyi traktor hazırda istifadəyə yararlıdır. İddiaçı “X3 Zavodu” MMC tələb olunan məbləğdə də traktora xərc çəkməyib. İddiaçı «X3 Zavodu» MMC-in, ona qarşı “New Holland T 6090” markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktora dəymiş 10.596,32 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun, cəmi 10.626,32 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin yazılmasından narazıdır, çünki o, şirkətdə traktor aşırmamışdır. Getdiyi yerdə rol bağlanıb dönməyib və yoldan çıxaraq qabağ sağ təkər çalaya düşərək təkəri atıb, çilonu qırıb və yüngül xəsarət almışam. Bunun da traktora dəymiş 10.596,32 manat məbləğində maddi zərər pulu etmir. Onun maksimum qiyməti ***- **** manat arası ola bilər. Lakin “X3 Zavodu” MMC tələb olunan məbləğdə traktora xərc çəkmədiyi halda o, Cavabdeh 10.596,32 manat məbləğində maddi zərər tələb edir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə də razılaşmır. İlk növbədə kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya onun tərəfindən maddi ziyan dəydiyini qəbul edir. Lakin o, ondan tələ edilən məbləğin yüksək olduğunu və ödəməyə imkanı olmadığını bildirir. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola bilməz. Apellyator birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyi ilə də razılaşmır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4596 saylı, xx.xx.2021ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X3 Zavodu” MMC-nin xx.xx.2019-cu il saylı qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “New Holland T6090" markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktorun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9275 manat müəyyən edilmişdir. Kollegiya işin daha obyektiv araşdırılması və dəymiş zərərin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli 4/697-9/3431 saylı ekspert rəyindən görünür ki, “X3 Zavodu” MMC-nin xx.xx.2019-cu il saylı qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “New Holland T6090" markalı, 90 L 623 dövlət qeydiyyat nişanlı traktorun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9275 manat müəyyən edilmişdir. Göründüyü kimi hər iki ekspert rəyində dəymiş ziyanın məbləği eyni miqdarda müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf ona 9275 manat ziyan dəydiyini sübut etmişdir. Cavabdeh tərəf dəymiş ziyanın çox az olduğunu, yəni 9275 manat olmadığını bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda xətşünaslıq ekspertizasının rəyi ilə əmək müqaviləsindəki imzanın apellyatora aid olduğu müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsi üzrə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(016)-39/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(016)-39/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-470/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-470/2022
07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver