Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-475/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 7408.72 manat və ödənilmiş dövlət rüsumuna görə 94.09 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X16” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 109 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Zərdab rayon Gəlmə kənd ərazisində yerləşən 37.0 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkməyi və əldə etdiyi məhsulu hər hektardan ən azı 20 sentner olmaqla iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 24208.72 manat məbləğində vəsait (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında ümumilikdə 24208.72 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 26283.07 kq, yəni 16799.47 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 7408.72 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və kassa məxaric orderləri, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh üzrsüz səbəblərdən iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC-nin nümayəndəsi X12 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, “X16” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 109 saylı alqı-satqı müqaviləsinə əsasən ondan Zərdab rayon Gəlmə kənd ərazisində yerləşən 37 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkməyi və əldə etdiyi məhsulu hər hektardanən azı 20 sentner olmaqla iddiaçıya satmağı öhdəsinə götürülməsini iddia etsə də, lakin, o,sözügedən müqavilə üzrə cəmi 17 ha torpaq sahəsində pambıq əkmişdir. İddiaçı iddia edir ki, guya ona görülmüş işlər və göstərilmiş xidmətlərə görə 24208.72 manat dəyərində avans vermişdir. Bu döğru deyildir. Əslində, o, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 1000 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 1500 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 1600 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 2500 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 444.69 manat, xx.xx.2018-ci il tarixli kassa məxaric orderinə əsasən 160 manat, xx.xx.2018-ci il tarixli kassa məxaric orderinə əsasən 180 manat, tarixsiz ********* nömrəli kassa məxaric orderinə əsasən 500 manat, xx.xx.2018-ci il tarixli kassa məxaric orderinə əsasən 400 manat olmaqla, cəmi 8284.69 manat dəyərindən avans almışdır. Qalan qaimə faktura və s. maliyyə sənədləri onun tərəfindən imzlanmamışdır. Onun həmin maliyyə sənədlərindən xəbəri olmamışdır. Həmin malliyə sənədləri kim tərəfindən tərtib edilib, kim tərəfindən imzalanıb onun xəbəri yoxdur. Həmin maliyyə sənədlərinin onun tərəfindən imzalanmadığı iş üzrə keçrilmiş məhkəmə-xətşünaslıq ekspertizasnın rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmənin diqqətinə bir daha çatdırır ki, o, müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilən bütün xidmətlərə görə, cəmi 8284.69 manat avans alınmşdır və bunun əvəzində iddiaçıya artıqlaması ilə, yəni 16799.47 manat məbləğində xam-pambıq təhvil vermişdir. Onun iddiaçıya bu günə heç-bir borcu yoxdur. Ona görə də yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının avans olaraq verildiyini iddia etdiyi məbləğlər ciddi hesabat sənədləri hesab olunan mühasibat sənədləri əsasında verilməlidir ki, bu zaman həmin maliyyəni alan tərəf mütləq onu imzalamalıdır. Cavabdehin iddiaçıdan xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 1000 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 1500 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 1600 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 2500 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən onun hesabına 444.69 manat, xx.xx.2018-ci il tarixli kassa məxaric orderinə əsasən 160 manat, xx.xx.2018-ci il tarixli kassa məxaric orderinə əsasən 180 manat, tarixsiz ********* nömrəli kassa məxaric orderinə əsasən 500 manat, xx.xx.2018-ci il tarixli kassa məxaric orderinə əsasən 400 manat olmaqla, cəmi 8284.69 manat dəyərindən avans alması lazımı maliyyə sənədləri ilə təsdiq olunur. İddia olunan qalan məbləğin iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin maliyyə sənədlərinin iddiaçı tərəfindən imzalanmadığı iş üzrə keçrilmiş məhkəmə-xətşünaslıq ekspertizasnın rəyi ilə də təsdiq olunmuşdur. Bunun məsuliyyətini iddiaçı özü daşımalıdır. Cavabdeh müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilən bütün xidmətlərə görə, cəmi 8284.69 manat avans almşdır ki, bunun da əvəzində iddiaçıya artıqlaması ilə, yəni 16799.47 manat məbləğində xam-pambıq təhvil vermişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, həmin vaxt mexanizator işləməklə Gəlmə kəndində torpaq sahələrində kultivasia, həmdə pambıq yığan maşın işlətmişdir. O, pambıq sahəsində işləyən zaman ora Siyavuş adında bir işçi və Abdul adında bir kişi gəlirdi. Lakin, pambıq yığımının axrında yəni 10 hektarında Teymur özü orada olmuşdur.
7. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, "xxxx" ASC-nin Zərdab rayon bölməsinidə traktorist (mexanizator) işləmişdir. Cavabdehin atasını tanıyır və münasibətləri olmuşdur. O, orada pambıq sahəsində kultivasia və dərman səpmək işləri görmüşdür. İşin üstündə Abdul kişinin tapşırığına əsasən Siyavuş adlı şəxs dayanırdı. Teymuru orada görməmişdir. atası Abdul kişi tapşırmışdır.
8. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, əvvəlki "xxxx", indiki "xxxx" ASC-nin Zərdab rayon bölməsinin rəhbəridir. Təsərrüfat rəhbərliyi ilə bağlanan müqavilələrə əsasən onlara lazım olan texnikanı vermişlər. O cümlədən hazırkı cavabdehə traktor vermişlər. Amma torpaq sahəsini neçə hektar olmasını bilməmişdir. Sənədlər görülən işlərə müvafiq olaraq yerində mexanizatorlar tərəfindən doldurulurdu.
9. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, cavabdehi tanımır. Gəlmə kəndində işləmişdir. Həmin vaxt şum və mala işlərinə zəng vasitəsi ilə getmişdir. Abdul kişi deyirdi ki, nə problemləriniz olsa Siyavuş adında adam var ona müraciət edə bilərsiniz.
10. Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsi ilə (hakim T.Qubadov), iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair iddiası təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı Cavabdeh ilə hazırkı iddiaçının hüquqi varisi olduğu “X16” MMC arasında bağlanmış müqaviləyə əsasən cavadeh Zərdab rayon Gəlmə kəndi ərazisində 37.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq əldə edib tədarükçüyə - iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun üçün iddiaçı tərəfindən cavabdehə nəğd pul, mal, görülmüş işlər və s. şəkildə avans verilmişdir. İddiaçı cavabdehə 24208.72 manat dəyərində avans verildiyini və cabadehin iddiaçıya 7408.72 manat məbləğində borcu qaldığını hesab edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh müqaviləyə əsasən iddiaçıdan göstərilən bütün xidmətlərə görə, cəmi 8284.69 manat avans aldığını, bunun əvəzində iddiaçıya artıqlaması ilə, yəni 16799.47 manat məbləğində xam-pambıq təhvil verdiyini və iddiaçıya bu günə heç-bir borcu olmadığını bildirərək iddianı qəbul etməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia predmetinə görə elə iddialardandır ki, burada sübutetmə yükü iddiaçının üzərinə düşür.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 109 saylı müqavilənin icrası ilə əlaqədar cavabdehə 24208.72 manat dəyərində avans verildiyini və cabadehin 7408.72 manat məbləğində borcu qaldığını iddia etsə də, iddiasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. İddiaçının nümayəndəsinin iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla və iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 4/1186 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə birmənalı şəkildə təkzib edilmişdir. İddiaçı cavabdehə məhz 24208.72 manat dəyərində avans verilməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
14. Əksinə məhkəmə iclasında cavabdehin izahatı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018ci il tarixli və xx.xx.2018-ci il tarixli ödəniş tapşırıqlarına və xx.xx.2018-ci il tarixli, xx.xx.2018ci il tarixli, tarixsiz ********* nömrəli, xx.xx.2018-ci il tarixli kassa məxaric orderlərinə əsasən cavabdehin xx.xx.2018-ci il tarixli, 109 saylı müqavilənin icrası ilə əlaqədar iddiaçıdan 8284.69 manat avans alması təsdiq olunmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında həmçinin iddiaçının nümayəndəsinin özünün izahatından, iddia ərizəsindən və cavabdeh tərəfin izahatından cavabdehin götürdüyü 8284.69 manat avans məbləğinin qarşılığında iddiaçıya artıqlaması ilə, yəni 16799.47 manat məbləğində xam-pambıq təhvil verdiyi subuta yetirilmişdir.
16. Məhkəmə iddiaçı tərəfin vəstətinə əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə tənqidi yanaşaraq qeyd etməyi lazım bilmişdir ki, şahidlərin ifadələri tərəflər arasında pambıq əkini ilə bağlı münasibətin mövcudluğunu təsdiq etsə də, hazırkı iddianın maliyyə məsələləri ilə bağlı olmasına rəğmən iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı öz iddiasını sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir.
18. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
19. Məhkəmə öz mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. “Zərdab KT’MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 109 saylı alqı-satqı müqaviləsi bağlanmışdıır. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh İddiaçıdan 24208.72 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq görütmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli idi. Qətnamədən də göründüyü kimi məhkəmə tərəfindən işdə olan sübutlar obyektiv, hərtərəfli və tam araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmadığı halda aqrotexniki işlərin görülməsi barədə tərtib olunmuş arayışlarda olan imzaların Cavabdeh məxsus olmaması barədə ekspert rəyi əsas götürülmüş, Cavabdeh məxsus torpaq sahəsində aqrotexniki işlərin birbaşa icraçıları olan "xxxx" ASC-nin (indiki "xxxx"ASC) mexanizatorları X2, X4 və X6 şahid qismində verdikləri ifadələri məhkəmə “şahidlərin ifadələri tərəflər arasında pambıq əkini ilə bağlı münasibətlərin mövcudluğunu təsdiq etsədə, hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz" kimi yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə hazırkı mübahisə üzrə iddiaçı tərəfindən tələb olunan 9296.20 manat dəyərində aqrotexniki işlərin görüldüyünü təsdiq etsə də, məhkəmənin hazırkı iddianın maliyyə məsələləri ilə bağlı olması ilə əlaqədar iddianın təmin edilməsi üçün əsas ola bilməməsi fikri anlaşılan deyil, bu sübutların qiymətləndirilməsində qanunvericiyin tələblərinin kobud pozulmasıdır. İddiadan da göründüyü kimi cavabdehin sifarişi əsasında 8784.69 manat məbləğində vəsait cavabdehə avans olaraq nəğd qaydada verilmiş, qalan 15424.03 manat görülmüş aqrotexniki işlərin və nisyə verilmiş gübrə, pesdisit və siyidin dəyəridir.
22. Cavabdehin rayon İcra Hakimiyyətində işləməsini və qulluq mövqeyindən istifadə edərək öz işinə kənar adamları cəlb etməsi faktı hakim tərəfindən qiymətləndirilməmiş, nəzərə alınmamışdır. Məhkəmə araşdırması ilə aqrotexniki işlərin görülməsi barədə tərtib olunmuş arayışlarda imza saxtalaşdırılması faktı aşkar olunsada hakim tərəfindən müvafiq qərar qəbul edilib araşdırılması üçün aidiyyatı orqanlara göndərilməmişdir.
23. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir.
24. Göründüyü kimi, məhkəmə hazırkı mübahisə üzrə iddiaçı tərəfindən 9296.20 manat dəyərində aqrotexniki işlərin görüldüyünü təsdiq etsə də, məhkəmənin hazırkı iddianın maliyyə məsələləri ilə bağlı olması ilə əlaqədar iddiannın təmin edilməsi üçün əsas ola milməməsi fikri anlaşılan deyil.
25. Odur ki, Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etirazında apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
29. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətindən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı “"xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə səhvə yol vermişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
39. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
40. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
41. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
42. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
43. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
44. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
45. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
46. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədiyindən Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi yenidən rədd edilməlidir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçının hüquqi varisi olduğu “X16” MMC arasında bağlanmış müqaviləyə əsasən cavadeh Cavabdeh Zərdab rayon Gəlmə kəndi ərazisində 37.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq əldə edib tədarükçüyə - iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun üçün iddiaçı tərəfindən cavabdehə avans verilmişdir. İddiaçı cavabdehə 24208.72 manat dəyərində avans verildiyini və cabadehin iddiaçıya 7408.72 manat məbləğində borcu qaldığını hesab edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdehin iddiaçı təşkilat tərəfindən ona avans şəklində verildiyini göstərdiyi 8284,69 manatdan əlavə məbləğlərə dair təhvil-qəbul qəbzləri, ərizələr, məlumat, aktlar, arayşlar Cavabdeh tərəfindən imzalanmamış, həmin sənədlərdə əks olunan imzalar, onun tərəfindən icra edilməmişdir.
50. İşdə olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 09 iyul 2018-ci ildə verilmiş dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı “X16” MMC-nin hüquqi varisidir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddiaçıdan 24208.72 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq görütməsi, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmadığı halda aqrotexniki işlərin görülməsi barədə tərtib olunmuş arayışlarda olan imzaların Cavabdeh məxsus olmaması barədə ekspert rəyinin əsas götürülməsi, “şahidlərin ifadələri tərəflər arasında pambıq əkini ilə bağlı münasibətlərin mövcudluğunu təsdiq etsədə, hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz" kimi yanlış nəticəyə gəlməsi, məhkəmənin hazırkı mübahisə üzrə iddiaçı tərəfindən tələb olunan 9296.20 manat dəyərində aqrotexniki işlərin görüldüyünü təsdiq etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan “X16” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 109 saylı alqı-satqı müqaviləsindən göründüyü kimi cavabdeh Zərdab rayonu Gəlmə kəndi ərazisində yerləşən 37 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkməyi becərməyi və əldə etdiyi məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X16” MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə iddiaçı təşkilat tərəfindən cavabdehə hansı məbləğdə avans ödənişinin verilməsi barədə heç bir müddəa mövcud deyildir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı cəmi 8284.69 manat avans aldığını, bunun əvəzində iddiaçıya artıqlaması ilə, yəni 16799.47 manat məbləğində xam-pambıq təhvil verdiyini və iddiaçıya bu günə heç-bir borcu olmadığını bildirərək iddianı qəbul etməmişdir.
53. Birinci instansiya məhkəməsində işə baxılarkən sözügedən maliyyə sənədlərində əks olunan imzanın kim tərəfindən icra edildiyini, həmin imzanın Cavabdeh tərəfindən icra edilib-edilmədiyini dəqiqləşdirilməsi üçün Zərdab Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi nəticəsində verilmiş və mülki iş materiallarına əlavə edilmiş 07 sentyabr 2022-ci il tarixli 4/1186 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 105-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli 092614 nömrəli, 106-cı vərəqəsində olan xx.xx.2018-ci il tarixli 025622 nömrəli, 107-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli 025665 nömrəli, 108-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli 025558 nömrəli, 109-cu vərəqəsində olan xx.xx.2018-ci il tarixli 092448 nömrəli, 110-cu vərəqəsində olan xx.xx.2018-ci il tarixli 025507 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərində; 111-ci və 113-cü vərəqlərində olan Acabədi RN-nin Zərdab rayon bölməsinin rəhbəi H.A.İsayevin adına ərizələrdə; 112-ci, 114-cü və 115-ci vərəqlərində olan aktlarda; 116-cı vərəqəsinbdə olan məlumatda; 117-ci vərəqəsində olan ərizədə; 118-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 119-cu vərəqəsində olan xx.xx.2018-ci il tarixli,120-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli aktlarda; 121-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 122-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 123-cü vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 124-cü vərəqəsində olan xx.xx.2018-ci il, 125-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 126-cı vərəqəsində olan tarixsiz, 127-ci vərəqəsində olan tarixsiz, 128-ci vərəqəsində olan xx.xx.2018-ci mil tarixli, 129-cu vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 130-cu vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 131-ci vərəqəsində olan xx.xx.2018-ci il il tarixli, 132-ci vərəqəsində olan xx.xx.2018ci il tarixli, 133-cü vərəqəsində olan 0-.08.2018-ci il tarixli, 134-cü vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 135-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli, 136-cı vərəqəsində olan tarixsiz arayşlardakı yazılar və Cavabdeh Abul oğlunun adından olan imzalar Cavabdeh Abul oğlu tərəfindən yox. Başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, nəticənin 1-ci bəndində göstərilən xətt və imzalarda Cavabdeh xəttinə və imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilməmişdir.
54. Cavabdeh Abul oğlu məhkəmə kollegiyasının iclasında 25 aprel 2018-ci il tarixli, 153 nömrəli qaimə-fakturanın sonunda təhvil aldım qrafasındakı imzanın da onun tərəfindən icra edilmədiyini göstərdiyindən kollegiyanın 11 aprel 2023-cü il tarixli 2(107)-475/2023 saylı qərardadı ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi nəticəsində verilmiş və mülki iş materiallarına əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli 4/1354 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh Abul oğlunun adına olan 25 aprel 2018-ci il tarixli, 153 nömrəli qaimə-fakturanın sonunda təhvil aldım qrafasındakı imza Cavabdeh Abul oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imzada Cavabdeh Abul oğlunun həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmadı.
55. Ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş cavabdehə məxsus eksperimental imza və xətt nümunələri əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizaların rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli ödəniş tapşırıqlarına və xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, tarixsiz ********* nömrəli, xx.xx.2018-ci il tarixli kassa məxaric orderlərinə əsasən cavabdehin xx.xx.2018-ci il tarixli, 109 saylı müqavilənin icrası ilə əlaqədar iddiaçıdan 8284.69 manat avans alması təsdiq olunmuşdur. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində hazırkı mübahisə üzrə iddiaçı tərəfindən tələb olunan 9296.20 manat dəyərində aqrotexniki işlərin görüldüyünün təsdiq edilməsi kimi bir mövqe ifadə edilməmişdir.
57. Eyni zamanda mülki iş materialları, proses tərəflərinin izahatı ilə cavabdehin götürdüyü 8284.69 manat avans məbləğinin qarşılığında iddiaçıya artıqlaması ilə, yəni 16799.47 manat məbləğində xam-pambıq təhvil verdiyi subuta yetirilmiş, 8284.69 manatdan əlavə maliyyə sənədlərində əks olunan imzaların Cavabdeh məxsus olmadığı sübuta yetirilmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahidlərin ifadələrinin hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməməsinin yanlış olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən məhkəmə iclasında şahid qismində dindirilən şəxslərin ifadələrini mötəbər sübut kimi nəzərə almamaqla düzgün nəticəyə gəlmişdir.
59. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərdən heç biri məhz hansı həcmdə torpaq sahəsində, hansı məbləğdə işlərin görülməsi, cavabdehin həmin işlərin müqabilində hər hansı bir məbləğdə vəsaiti ödəyəcəyini öhdəsinə götürməsi barədə heç bir fikir ifadə etməmişlər. Beləliklə şahidlərin tərəflər arasındakı münasibətlə bağlı iddia tələbinin müsbət həllinə təsir göstərə biləcək həddə məlumata malik olmaları müəyyən edilməmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin rayon İcra Hakimiyyətində işləməsinin və qulluq mövqeyindən istifadə edərək öz işinə kənar adamları cəlb etməsi faktının hakim tərəfindən qiymətləndirilməməsinə, məhkəmə araşdırması ilə aqrotexniki işlərin görülməsi barədə tərtib olunmuş arayışlarda imza saxtalaşdırılması faktı aşkar olunsada hakim tərəfindən müvafiq qərar qəbul edilib araşdırılması üçün aidiyyatı orqanlara göndərilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehin rayon İcra Hakimiyyətində işləməklə qulluq mövqeyindən istifadə etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.
62. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə iddiası rədd edilməlidir.
63. İddia rədd edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 94,09 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatının dəyəri olan 105 manat və məhkəmə kollegiyasının araşdırması dövründə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 manat olmaqla məhkəmə xəttşünaslıq ekspertizasının cəmi dəyəri olan 231 manat ekspertiza xərci İddiaçı MMC-dən tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(035)-58/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 94,09 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə xəttşünaslıq ekspertizasının dəyəri olan cəmi 231 manat ekspertiza xərci İddiaçı MMC-dən tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.