Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-478/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2, cavabdeh “xxxx” BOKT MMC-nin Zaqatala filialının müdiri X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” X10 Təşkilatı MMC-yə qarşı “kredit borcunun müəyyənləşdirilərək silinməsi və torpağın girovdan azad edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1158/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci ilin fevral ayında cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə qalan borcunun (əsas borc, faiz borcu və s.) müəyyənləşdirilərək silinməsi və Qax rayonu Marsan kəndində yerləşən torpağın girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1158/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “kredit borcunun müəyyənləşdirilərək silinməsi və torpağın girovdan azad edilməsi tələbinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçı İddiaçı şikаyət verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1158/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1158/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1158/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” BOKT MMC-nin nümayəndəsi X8 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “xxxx” X10 Təşkilatı MMC-nin hüquqi ünvanı Bakı şəhəri H.Əliyev küçəsi, 63dür. Buna görə də iddiaçı iddia ərizəsi ilə hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə müraciət etməli olduğu halda, səhvən Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Qanunvericiliyin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir. İddiaçı Bakı şəhəri H.Əliyev küçəsi, 63 ünvanında qeydiyyatda olan hüquqi şəxs “xxxx” BOKT MMC-yə qarşı iddia ərizəsini Zaqatala Rayon Məhkəməsinə göndərməklə ərazi aidiyyəti qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1-ci və 152.1.3-cü maddələrinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona ələvə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Ona görə də birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmışdır. Qərardadla həmçinin iddiaçıya izah olunmuşdur ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 51-ci maddəsinə görə, hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının ... yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır... Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır... Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər... İddiaçı Xasıyev X6 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)- 1158/2020 nömrəli qərardadı ilə razılaşmamasını onunla əsaslandırır ki, o, kredit müqaviləsini “xxxx” BOKT MMC-nin Zaqatala rayon filialı ilə bağlamış və kredit vəsaitini bu filialdan almışdır. Ona görə də hesab edir ki, onun “xxxx” BOKT MMC-yə qarşı kredit müqaviləsi ilə bağlı iddiasına baxılması Zaqatala Rayon Məhkəməsinə aiddir. Bu səbəbdən də həmin Məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə kollegiyası iddiaçının dəlillərini qanuna uyğun olmayan mülahizələr kimi qiymətləndirir. Məhkəmə kollegiyası iddiaçının Zaqatala Rayon Məhkəməsi tərəfindən oxşar işlər üzrə əvvəllər fərqli mövqedən çıxış edilməsi barədə mülahizəsini də əsassız sayır. İddiaçının misal gətirdiyi həmin işlərdə tərəflər arasındakı mübahisə ipoteka predmeti olan daşınmaz əmlakla bağlı olmuş və işə MPM-in 39-cu maddəsinə müvafiq olaraq müstəsna aidiyyət qaydasında mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə baxılmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263, 264, 397, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-478/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-478/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver