Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-48/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiаçı “Finca Azerbaijan” MMQBKT-nin cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-317/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-317/2017 nömrəli qətnaməsi ilə (hakim Vəzirxan Məlikov) iddia tələbi əsaslı hesab edilərək təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 26270.41 (iyirmi altı min iki yüz yetmiş ABŞ, qırx bir sent) ABŞ dolları, faiz borcu üzrə 5012.80 (beş min on iki ABŞ, səksən sent) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları, cəmi 31283.21 (otuz bir min iki yüz səksən üç ABŞ, iyirmi bir sent) ABŞ dolları məbləğində borcun milli manat ekvivalentində və 60 (altmış) AZN məbləğində ödənilmiş dövlət rüsumlarının və xidmət haqqının tutularaq “Finca Azerbaijan” MMQBKT-nın xeyrinə tam ödənilməsi, tutmanın borcun təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinə yönləndirilməsi, həmin torpaq sahəsinin boşaldılması, torpaq sahəsində qeydiyyatda olanların qeydiyyatdan çıxarılması, həmin torpaq sahəsinin açıq hərracda satılması, həmçinin ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil sahəsinə yönəldilməsi, həmin mənzil sahəsinin boşaldılması, mənzil sahəsində qeydiyyatda olanların qeydiyyatdan çıxarılması, həmin mənzil sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan məbləğlərdən borcalanın “Finca Azerbaijan” MMQBKT-na olan borcunun əvəzinin ödənilməsi, torpaq sahəsinin və mənzil sahəsinin satışdan əldə olunmuş vəsait borcu tam ödəmədiyi təqdirdə tutmanın borcluların digər əmlakına yönəldilməsi qət edilmişdir. İşin halları İddiaçı “Finca Azerbaijan” MMQBKT-nin nümayəndəsi Ruslan Məmmədov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 26270.41 (iyirmi altı min iki yüz yetmiş ABŞ, qırx bir sent) ABŞ dolları, faiz borcu üzrə 5012.80 (beş min on iki ABŞ, səksən sent) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları, cəmi 31283.21 (otuz bir min iki yüz səksən üç ABŞ, iyirmi bir sent) ABŞ dolları məbləğində borcun və 60 (altmış) AZN məbləğində ödənilmiş dövlət rüsumları və xidmət haqqının tutularaq “Finca Azerbaijan” MMQBKT-nın xeyrinə tam ödənilməsi, tutmanın borcun təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinə yönləndirilməsi, həmin torpaq sahəsinin boşaldılması, torpaq sahəsində qeydiyyatda olanların qeydiyyatdan çıxarılması, həmin torpaq sahəsinin açıq hərracda satılması, həmçinin ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil sahəsinə yönəldilməsi, həmin mənzil sahəsinin boşaldılması, mənzil sahəsində qeydiyyatda olanların qeydiyyatdan çıxarılması, həmin mənzil sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan məbləğlərdən borcalanın “Finca Azerbaijan” MMQBKT-na olan borcunun əvəzinin ödənilməsi, torpaq sahəsi və mənzil sahəsinin satışdan əldə olunmuş vəsait borcu tam ödəmədiyi təqdirdə tutmanın borcluların digər əmlakına yönəldilməsi barədə məhkəmə qətnaməsi xahiş etmişdir. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı “Finca Azerbaijan” MMQBKT-nın nümayəndəsi Ruslan Məmmədov iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı “Finca Azerbaijan” MMQBKT-nın ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixində bağlanmış 997.415.1220-**********1220 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 23 % olmaqla 30 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən hər ay 1329 (bir min üç yüz iyirmi doqquz) ABŞ dolları məbləğində olmaqla, cəmi 39868 (otuz doqquz min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 7499.79 (yeddi min dörd yüz doxsan doqquz ABŞ, yetmiş doqquz sent) ABŞ dolları məbləğində ödəniş etmişdir. Tərəf arasında xx xxxx 2015-ci il tarixində kredit müqaviləsinin Restruktruzasiyasına dair saiş bağlanmış və 26371.95 (iyirmi altı min üç yüz yetmiş bir USD, doxsan beş sent) USD dolları məbləğində olan qalıq əsas borcun 21 % dərəcəsi ilə 30 ay müddətində ödənilməsi üçün ilkin olaraq yeni ödəniş cədvəli tərtib edilmiş, cəmi 34228.95 (otuz dörd min iki yüz iyirmi səkkiz USD, doxsan beş sent) USD dolları məbləğində ödəniş etməliydi. İkinci dəfə Cavabdeh1 ilə kredit müqaviləsinin restruktruzasiyasına dair xx xxxxxx 2016-cı il tarixində saziş bağlanmış və 22133.95 (iyirmi iki min bir yüz otuz üç USD, doxsan beş sent) USD məbləğində olan qalıq əsas borcun 17 % dərəcəsi ilə 60 ay müddət verilmiş, cavabdeh bu sazişə uyğun olaraq 33290.95 (otuz üç min iki yüz doxsan USD, doxsan beş sent) USD dolları məbləğində ödəniş etməliydi. Sonuncu dəfə cavabdehlə kredit müqaviləsinin restruktruzasiyasına dair xx xxxxxx 2016-cı il tarixində saziş bağlanmış və 22133.95 (iyirmi iki min bir yüz otuz üç USD, doxsan beş sent) USD dolları məbləğində olan qalıq əsas borcun 0.10 % dərəcəsi ilə 60 ay möhlət verilmiş, cavabdeh bu sazişə uyğun olaraq 22189.95 (iyirmi iki min bir yüz səksən doqquz USD, doxsan beş sent) USD məbləğində ödəniş etməli idi. Həmçinin xx xxxxxx 2014-cü il tarixində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehlə iddiaçı tərəf arasında kredit müqaviləsinin restruktruzasiyasına dair sazişə uyğun olaraq Cavabdeh3 ilə xx xxxxxx 2016-cı il və xx xxxxx 2016-cı il tarixlərində yeni zaminlik müqavilələri bağlanmışdır. İddiaçı “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış İpoteka müqaviləsinə əsasən onlara məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinəBundan başqa “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixində bağlanmış İpoteka müqaviləsinə əsasən ona məxsus ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil ipoteka qoyulmuşdur. Cavabdehlərin banka əsas borc üzrə 26270.41 (iyirmi altı min iki yüz yetmiş ABŞ, qırx bir sent) ABŞ dolları, faiz borcu üzrə 5012.80 (beş min on iki ABŞ, səksən sent) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları, cəmi 31283.21 (otuz bir min iki yüz səksən üç ABŞ, iyirmi bir sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə borcun ödənilməsi tələbilə bildiriş verilmişdir. “Finca Azerbaijan” MMQBKT kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişdir. Ona görə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişdir. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etdiklərini bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin iddia qanunsuz və əsassızdır. O, götürdüyü 30000 ABŞ dollarının 20000 ABŞ dollarından artıq bir hissəsini ödəmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmış, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam, obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrini və ədalətli məhkəmə baxışı hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. O, cavabdeh olaraq götürdüyü pulun, yəni əsas borcun ödənilməsindən imtina etmir, lakin, tam ödəniş etmək üçün maddi vəziyyəti yol vermir. Kreditin üzərinə hesablanmış faizlər həddindən artıq çox, cərimə isə əsassızdır və o, bununla razılaşmır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-317/2017 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cаvаbdeh Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cаvаbdeh Cavabdeh2 izahat vetərək, apelyasiya şikayətinin təmin edilməsinə dair qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış iddiаçı “Finca Azerbaijan” MMQBKT-nin nümayəndəsi və cаvаbdeh Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-317/2017 nömrəli qətnaməsinin ləğv edilməsi barədə Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 997.415.1220-**********1220 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh1 şəxsi məqsədi üçün 30 ay müddətinə, illik 23 faizlə 30000 (otuz min) ABŞ məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx xxxxxx 2014-cü il tarixli, **********1220-838532 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx xxxxxx 2016-cı il tarixl, **********3038-838532 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə bank arasında təkrar zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx xxxxx 2016-cı il tarixl, **********4910-838532 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə bank arasında təkrar zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli, **********1220 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair saziş imzalanıb. İşdə olan xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli, **********1312 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair saziş imzalanıb. İşdə olan xx xxxxx 2016-cı il tarixli sazişdən görünür ki, xx.xx.2016-cı il tarixli, **********3038 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair saziş imzalanıb. İşdə olan xx xxxxxx 2014-cü il tarixli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. İşdə olan xx xxxxxx 2014-cü il tarixli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil ipoteka qoyulmuşdur. İşdə olan 11 noyabr 2-14-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 bankdan 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 31283.21 (otuz bir min iki yüz səksən üç ABŞ, iyirmi bir sent) ABŞ dolları məbləğində borcu vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı çıxarışın sürətindən görünür ki, Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı çıxarışın sürətindən görünür ki, ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil Cavabdeh2 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı çıxarışın sürətindən görünür ki, Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsi “Finca Azerbaijan” MMQBKT-nın xeyrinə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı çıxarışın sürətindən görünür ki, ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil “Finca Azerbaijan” MMQBKT-nın xeyrinə yüklü edilmişdir. İşdə olan xx xxxxxxxx 2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh3 və Cavabdeh2 banka olan borcun ödənilməsi əks halda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəf 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəf 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 295, 297, 385.1, 427.3, 442, 445.2.1, 445.2.2 və 448.1-ci maddələrinə,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33 və 59.3-cü maddələrinə, “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı “Finca Azerbaijan” MMQBKT-nın ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixində bağlanmış 997.415.1220-**********1220 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 23 % olmaqla 30 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən hər ay 1329 (bir min üç yüz iyirmi doqquz) ABŞ dolları məbləğində olmaqla, cəmi 39868 (otuz doqquz min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 7499.79 (yeddi min dörd yüz doxsan doqquz ABŞ, yetmiş doqquz sent) ABŞ dolları məbləğində ödəniş etmişdir. Tərəf arasında xx xxxx 2015-ci il tarixində kredit müqaviləsinin Restruktruzasiyasına dair saiş bağlanmış və 26371.95 (iyirmi altı min üç yüz yetmiş bir USD, doxsan beş sent) USD dolları məbləğində olan qalıq əsas borcun 21 % dərəcəsi ilə 30 ay müddətində ödənilməsi üçün ilkin olaraq yeni ödəniş cədvəli tərtib edilmiş, cəmi 34228.95 (otuz dörd min iki yüz iyirmi səkkiz USD, doxsan beş sent) USD dolları məbləğində ödəniş etməliydi. İkinci dəfə Cavabdeh1 ilə kredit müqaviləsinin restruktruzasiyasına dair xx xxxxxx 2016-cı il tarixində saziş bağlanmış və 22133.95 (iyirmi iki min bir yüz otuz üç USD, doxsan beş sent) USD məbləğində olan qalıq əsas borcun 17 % dərəcəsi ilə 60 ay müddət verilmiş, cavabdeh bu sazişə uyğun olaraq 33290.95 (otuz üç min iki yüz doxsan USD, doxsan beş sent) USD dolları məbləğində ödəniş etməliydi. Sonuncu dəfə cavabdehlə kredit müqaviləsinin restruktruzasiyasına dair xx xxxxxx 2016-cı il tarixində saziş bağlanmış və 22133.95 (iyirmi iki min bir yüz otuz üç USD, doxsan beş sent) USD dolları məbləğində olan qalıq əsas borcun 0.10 % dərəcəsi ilə 60 ay möhlət verilmiş, cavabdeh bu sazişə uyğun olaraq 22189.95 (iyirmi iki min bir yüz səksən doqquz USD, doxsan beş sent) USD məbləğində ödəniş etməli idi. Həmçinin xx xxxxxx 2014-cü il tarixində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehlə iddiaçı tərəf arasında kredit müqaviləsinin restruktruzasiyasına dair sazişə uyğun olaraq Cavabdeh3 ilə xx xxxxxx 2016-cı il və xx xxxxx 2016-cı il tarixlərində yeni zaminlik müqavilələri bağlanmışdır. İddiaçı “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış İpoteka müqaviləsinə əsasən onlara məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinəBundan başqa “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixində bağlanmış İpoteka müqaviləsinə əsasən sizə məxsus ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil ipoteka qoyulmuşdur. Cavabdehlərin banka əsas borc üzrə 26270.41 (iyirmi altı min iki yüz yetmiş ABŞ, qırx bir sent) ABŞ dolları, faiz borcu üzrə 5012.80 (beş min on iki ABŞ, səksən sent) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları, cəmi 31283.21 (otuz bir min iki yüz səksən üç ABŞ, iyirmi bir sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə borcun ödənilməsi tələbilə bildiriş verilmişdir. “Finca Azerbaijan” MMQBKT kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişdir. Ona görə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişdir. Göründüyü kimi Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu bardədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Belə olan halda zamin, yəni digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə borc məbləğinin banka ödənilməsinin təmin edilməsi üçün birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi belə qənatə gəlmişdir ki, Cavabdeh1 öhdəliyi icra etmədiyi üçün tələb ipoteka qoyulmuş evə yönəldilməli və həmin ev açıq hərraç vasitəsi ilə satılmalıdır. Birinci instansiya məhkəməsi tərəfləri dinləyib, işdə olan digər sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 26270.41 (iyirmi altı min iki yüz yetmiş ABŞ, qırx bir sent) ABŞ dolları, faiz borcu üzrə 5012.80 (beş min on iki ABŞ, səksən sent) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları, cəmi 31283.21 (otuz bir min iki yüz səksən üç ABŞ, iyirmi bir sent) ABŞ dolları məbləğində borc milli manat ekvivalentində və 60 (altmış) AZN məbləğində ödənilmiş dövlət rüsumları və xidmət haqqı tutularaq “Finca Azerbaijan” MMQBKT-nın xeyrinə tam ödənilməli, tutma borcun təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinə yönləndirilməli, həmin torpaq sahəsi boşaldılmalı, torpaq sahəsində qeydiyyatda olanlar qeydiyyatdan çıxarılmalı, həmin torpaq sahəsi açıq hərracda satılmalı, həmçinin ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil sahəsinə yönəldilməli, həmin mənzil sahəsi boşaldılmalı, mənzil sahəsində qeydiyyatda olanlar qeydiyyatdan çıxarılmalı, həmin mənzil sahəsi açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğlərdən borcalanın “Finca Azerbaijan” MMQBKT-na olan borcunun əvəzi ödənilməli, torpaq sahəsi və mənzil sahəsi satışdan əldə olunmuş vəsait borcu tam ödəmədiyi təqdirdə tutma borcluların digər əmlakına yönəldilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ümumilikdə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən əsassız və reallığa uyğun olmayandır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 HaqqındaKonvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Hazırki iş üzrə müqavilələr bağlanarkən qüvvədə olmuş Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun aşağıda gösətərilən maddələrinin tələbinə görə iddia qismən təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinin tələbinə görə ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və eyni zamanda borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə həmçinin, icra mümkünsüzlüyünön nəticələri üçün borclu kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qеyd еdilir ki, öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinin tələbinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, bоrc müqаviləsinin prеdmеti pul məbləği оlduqdа,о, krеdit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 743-cü mаddəsinin tələbinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.2-ci maddələrinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbinə əsasən ipoteka qoyana müvafiq bildiriş göndərilərək həmin bildirişin dövlət orqanında qeydiyyata alınması barədə ərizə ilə müraciət edilmişdir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinin tələbinə görə məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipotekaya qoyulmuş mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan mülkiyyətçinin və ailə üzvlərinin mənzili ən geci bir ay ərzində boşaltmalıdırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnu təsbit edən konstitusiya normaları çərçivəsində əmlakla bağlı hüquqların reallaşdırılması isə mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı kimi hüquq prinsipləri üzərində qurulur. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi).Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələrinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh1 məxsus Yevlax rayonu, Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinin və Cavabdeh2 məxsus ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadları ilə hazırkı iş üzrə iddiaçı “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli 997.415.1220-**********1220 saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh1 iddianın verildiyi xx xxxxxx 2016-cı il tаrixə “Finca Azerbaijan” MMQBKT-yə ayrılıqda göstərilməklə hansı borcları (əsas borc, faiz borcu, cərimə borcu və sair) və cəmi nə qədər borcu olduğunu müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələrinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh1 məxsus Yevlax rayonu, Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinin və Cavabdeh2 məxsus ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzilin qiymətləndirilməsinin müstəqil qiymətləndirici “X2” MMCyə həvalə edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin eyni tarixli başqa qərardadı ilə mülki iş üzrə icraatın ekspertin və qiymətləndiricinin rəyi məhkəməyə dаxil olаnаdək dаyаndırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq “X2” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-ci il tarixli 116/LBC nömrəli rəy və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 15391 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumat xx xxxxxxx 2019-cu ildə Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. “X2” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-ci il tarixli 116/LBC nömrəli rəydə göstərilmişdir ki, Cavabdeh1 məxsus Yevlax rayonu, Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 8000 (səkkiz min) manat təşkil edir. Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin hazırki dövrə olan orta bazar qiyməti 23000 (iyirmi üç min) manat təşkil edir. Məhkəmə kollegiyası “X2” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-ci il tarixli 116/LBC nömrəli rəy ilə müəyyən edilmiş qiymətləri ədalətli və işin hallarına uyğun hesab edir. Məhkəmə kollegiyasının xx xxxxxxx 2019-cu il tаrixli, 2(107)-1796/2019 nömrəli qərаrdаdı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2019-cu il trixli, 2(107)-1796/2019 nömrəli qərаrdаdı icra olunması üçün Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə göndərilməsi, iddiаçı “Finca Azerbaijan” MMQBKT-nin cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-317/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı mülki iş üzrə icraatın ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli №30406 olan ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxx 2016-cı il tarixli, **********3038 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə banka olan borcu 22.147,41 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: - əsas borc üzrə------------22.133,95 ABŞ dolları, - faiz borcu üzrə------------13,46 ABŞ dolları. (Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır) Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(107)-48/2020 nömrəli qərardadı ilə, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-317/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının borcun təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzildə qeydiyyatda olanların qeydiyyatdan çıxarılması hissəsibaxılmamış sаxlаnılmışdır. Məhkəmə kollegiyası tərəfindən hazırki iş üzrə qətnamə qəbul edilərkən həmin qərardad nəzərə alınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin borcun təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsində qeydiyyatda olanların qeydiyyatdan çıxarılması hissəsi təmin edilə bilməz. Belə ki, insanların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olmaları qanunvericiliklə nəzərdə tutulmasına baxmayaraq onların torpaq sahəsi üzrə qeydiyyatda olmaları nəzərdə tutulmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-317/2017 nömrəli qətnaməsinin ləğv edilməsi barədə Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilməli, cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli 997.415.1220-**********1220 saylı kredit müqaviləsinə görə müştərək qaydada 22.133,95 ABŞ dolları əsas, 13,46 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22.147,41 ABŞ dolları borc ödəniləcək gün Azərbaycan manatı məzənnəsi ilə və 60 (altmış) AZN məbləğində ödənilmiş dövlət rüsumları və xidmət haqqı iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin xeyrinə tutulmalı, borcun ödənilməsi ipoteka predmetləri olan Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinin və Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzilin açıq hərracda satılması və onların satışdan əldə olunmuş pul vəsaiti hesabına təmin edilməli, ipoteka predmetləri olan Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinin ilkin satış qiyməti 8000 (səkkiz min) manat, Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzilin ilkin satış qiyməti 23000 manat məbləğində müəyyən edilməli, torpaq sahəsinin və mənzilin satışdan əldə olunmuş vəsait borcu tam ödəmədiyi təqdirdə tutma ümumi qaydada həyata keçirilməli, Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsi və Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil boşaldılmalı, iddia tələbinin qalan hissəsi təmin edilməməli, keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 100 (bir yüz) manat Cavabdeh1ndаn tutularaq dövlət büdcəsinə verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-317/2017 nömrəli qətnaməsinin ləğv edilməsi barədə Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla yeni qətnamə qəbul edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı “Finca Azerbaijan” MMQBKT-nin cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cаvаbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli 997.415.1220-**********1220 saylı kredit müqaviləsinə görə müştərək qaydada 22.133,95 ABŞ dolları əsas, 13,46 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22.147,41 ABŞ dolları borc ödəniləcək gün Azərbaycan manatı məzənnəsi ilə və 60 (altmış) AZN məbləğində ödənilmiş dövlət rüsumları və xidmət haqqı iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin xeyrinə tutulsun. Borcun ödənilməsi ipoteka predmetləri olan Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinin və Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzilin açıq hərracda satılması və onların satışdan əldə olunmuş pul vəsaiti hesabına təmin edilsin. İpoteka predmetləri olan Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsinin ilkin satış qiyməti 8000 (səkkiz min) manat, Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzilin ilkin satış qiyməti 23000 manat məbləğində müəyyən edilsin. Torpaq sahəsinin və mənzilin satışdan əldə olunmuş vəsait borcu tam ödəmədiyi təqdirdə tutma ümumi qaydada həyata keçirilsin. Cavabdeh1 məxsus Xaldan kəndində yerləşən 0.0025 ha torpaq sahəsi və Cavabdeh2 məxsus olan ünvan 1, mənzil 18-də yerləşən ümumi sahəsi 30.30 kv.m yaşayış sahəsi 17.49 kv.m yardımçı sahə 12.81 kv.m 1 otaqlı olan mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 100 (bir yüz) manat Cavabdeh1ndаn tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-48/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-48/2020
13.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver