Məhkəmə qərarları › İş №2(107)-48/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-48/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-48/2021 15.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-12/2019 nömrəli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-12/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 020CARL132110001 saylı kredit müqaviləsinin ləğv olunması, 12747 (on iki min yeddi yüz qırx yeddi) ABŞ dolları 05 (beş) sent məbləğində əsas, 938 (doqquz yüz otuz səkkiz) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində faiz, 10 (on) ABŞ dolları penya olmaqla, cəmi 13695 (on min üç min altı yüz doxsan beş) ABŞ dolları 97 (doxsan yeddi) sent məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi, tutmanın Cavabdeh məxsus Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 16.000 (on altı min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən Cavabdeh 13695 (on min üç min altı yüz doxsan beş) ABŞ dolları 97 (doxsan yeddi) sent məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının, ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manatının İddiaçı ASC-nə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4 (dörd) manatının İddiaçı ASC-nə aid edilməsi, 26 (iyirmi altı) manatı Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi, 50 (əlli) manat ekspertiza xərcinin 05 (beş) manatının İddiaçı ASC-dən, 45 (qırx beş) manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iş üzrə 100 (bir yüz) manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 20 (iyirmi) manatının İddiaçı ASC-dən, 80 (səksən) manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə ödənilməsi, (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxx” ASC-nin Nərimanov Filialı M/H:AZ37NABZ013501**********1944, Kod:200093 hesabı). iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 020CARL132110001 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12801 ABŞ dolları 79 sent əsas, 938 ABŞ dolları 92 sent faiz, 241 ABŞ dolları 78 sent məbləğində penya olmaqla, cəmi 13982 ABŞ dolları 49 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, Cavabdeh məxsus “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-nə olan borcunun, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rusumunun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 020CARL132110001 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 18800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobili bankın xeyrinə ipotekaya qoymuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Hazırda Cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Cavabdehin banka olan borcu 12801 ABŞ dolları 79 sent əsas, 938 ABŞ dolları 92 sent faiz, 241 ABŞ dolları 78 sent məbləğində penya olmaqla, cəmi 13982 ABŞ dolları 49 sent təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və bildirmişdir ki, İddiaçı ASC ilə aralarında bağlanmış xx xxxx 2013-cü il tarixli 020CARL132110001 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 18800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə aralarında xx xxxx 2013- cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobili bankın xeyrinə ipotekaya qoymuşdur. ABŞ dollarının dəyəri qalxdığından kredit borcunu ödəyə bilməmişdir. Bank tərəfindən cərimə borcu yüksək hesablanmışdır. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh tərəfindən аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin qətnaməsini qismən əsassız və qanunsuz hesab edir və aşağıda göstərilən əsaslara görə onun dəyişdirilməli və iddiaçının iddiasının tam həcmdə təmin edilməli olduğunu məhkəmə kollegiyasının diqqətinə çatdırır. Belə ki, iş üzrə qətnamə çıxararkən Göyçay Rayon Məhkəməsi, iddia tələbində qeyd olunmuş Cavabdeh İddiaçıSC-yə kredit borcunun ödənilməsi ilə yanaşı, cavabdehə məxsus ipoteka predmeti olan ** FB *** qeydiyyat nişanlı, «KİA CERATO» markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) olan avtomaşına tutma yönəldilməsi, onun açıq hərracda satılışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçıSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, ödənilməsi, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penyanın, dövlət rüsumunun, həmçinin hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclərin ödənilməsi təmin olunsa da, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun ümumi qaydada tutulması xahiş olunmasına baxmayaraq, Göyçay Rayon Məhkəməsi hec bir əsas olmadan qanunsuz şəkildə iddia tələbini yalnız kreditin, faizin və penyanın ödənilməsi hissəsində təmin etmişdir. Bundan başqa, Göyçay rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş hissəsində ipoteka predmetinin ilkin satış qiymətinin 16.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası qiymətləndirmə Xidməti xxxx MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus “Kia Cerato” markalı ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2017-ci il tarixinə bazar qiyməti 16.000 manat müəyyən edilmişdir. Göründüyü kimi qətnamədə göstərilən qiymət xx.xx.2017-ci il tarixdə rəy verilmiş və avtomaşının bu günki bazar qiyməti aşağı düşmüş, məhkəmə qətnamə qəbul edərkən qeyd olunan nöqsanları nəzərə almamış, məhkəmə iclasında bununla bağlı şifahi vəsatət verilməsinə baxmayaraq, məhkəmə qətnaməsində vəsatətlə bağlı heç bir araşdırılma aparılmamışdır. Məhkəmə qətnaməsində satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun ümumi qaydada tutulması xahiş olunmasına baxmayaraq, Göyçay rayon məhkəməsi hec bir əsas olmadan qanunsuz şəkildə iddianın həmin hissədə təmin etməmiş, tələbini yalnız kreditin, faizlin və penyanın ödənilməsi hissəsində təmin etmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 12/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməklə, iddianın təmin olunmamış hissəsində yeni qətnamə qəbul etmək və ya qətnaməni dəyişdirməklə, Cavabdeh məxsus ipoteka predmeti olan «KİA CERATO» markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşının yenidən qiymətləndirilməsi və satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun ümumi qaydada icra edilməsi hissəsində tələbin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə qətnamə çıxararkən İddiaçı ASC-nin “İpoteka haqqında” ARQ-nin 36.1, 36.2.3, 36.4, 37.1, 39.2,-ci maddələrinin tələblərinə əməl etməməsinə düzgün hüquqi qiymət verməmiş və nəticədə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9,14.2, 76, 77.1, 77.3, 78.1, 78.2, 80, 88,149-150, 217, 259-cu maddələrinin tələblərini pozmuşdur. Mülki iş materiallarından da göründüyü kimi ona məxsus “Kia Cerato” markalı, buraxılış ili 2013, ban nömrəsi KNAFX411BD5078877 olan, ağ mirvari rəngli, 99- FB-388 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC ilə bağlanılmış xx xxxx 2013-cü il il tarixli, 020CARL132110001 saylı kredit müqaviləsinin təminatı kimi çıxış edir. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı ASC ona xx xxxxx 2016-cı il tarixində “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş” göndərmiş, həmin bildiriş onun tərəfindən xx.xx.2016-cı il tarixdə alınmış, həmin bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə xx xxx 2016-cı ii tarixli ərizə ünvanlamışdır. Lakin İddiaçı ASC xx xxxxx 2016-cı il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş”in ona çatdırılması, həmçinin həmin bildirişin faktiki olaraq xx xxx 2016-cı il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericinin iperativ qaydada müəyyən edilmiş tələbinə əsasən, iddiaçı ipoteka predmetinə tutmanı məhkəmə qaydasında həyata keçirmək istədikdə bu barədə bildiriş verməklə cavabdehi bununla bağlı xəbərdar etməli idi. Çünki ipoteka qoyanın verilmiş bildirişin məzmununa uyğun müdafiə tədbirini seçmək, o cümlədən “İpoteka haqqında” ARQ-nin 37-ci maddəsində göstərilən məhkəmə müdafiə tədbirlərini seçmək hüququ vardır. Göründüyü kimi İddiaçı ASC ipoteka saxlayan kimi ipoteka predmetinə tutmanın məhkəmə qaydasında yönəldilməsinə dair cavabdehə qanunla müəyyən edilmiş məzmunda bildiriş göndərmədən borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi barədə məhkəmədə iddia qaldırması qanunsuzdur, bu hal ipoteka saxlayanın həmin bildiriş barədə məhkəməyə şikayət etmək hüququnu məhdudlaşdırır. Göründüyü kimi mülki işin mübahisəsiz halıdır ki, İddiaçı ASC məhkəməyə müraciət etməmişdən əvvəl, “İpoteka haqqında” ARQ-nin 36.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ipoteka predmetinə tutmanın məhkəmə qaydasında yönələcəyini əks etdirən xəbərdarlığı ipoteka qoyana göndərməmiş, ipoteka qoyanın həmin bildirişi qəbul etməsinə dair sübutla həmin bildirişi müvafiq icra hakimiyyəti orqanından qeydiyyatdan keçirməmişdir. Bunun əksini sübut edəcək hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı ASC cavabdehlə arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsini, cavabdehin isə öz üzərinə düşən öhdəlikləri icra etməməsini əsas götürərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin İddiaçı ASC məhkəməyə müraciət etməmişdən əvvəl, “İpoteka haqqında” ARQ-nin 37.1-ci maddəsində nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər həlli proseduruna əməl etməmiş, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişi ipoteka qoyana göndərməmiş, həmin bildirişi qeydiyyatdan keçirməmişdir. Məhkəmə prossesi zamanı iddiaçının nümayəndəsi tərəfindən həmin bildirişin surəti məhkəməyə təqdim edilməsinə baxmayaraq, bildirişin cavabdehə, yəni cavabdehə çatdırılması barəsində rəsmi sənəd, həmçinin onun dövlət qeydiyyatına alınmasına dair sübutları təqdim edilməmişdir. Beləliklə də iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi proseduruna əməl etməmişdir. Belə olan halda iddianın kreditin təminatı kimi ipoteka qoyulmuş “Kia Cerato” markalı, buraxılış ili 2013, ban nömrəsi KNAFX411BD5078877 olan, ağ mirvari rəngli, 99- FB-388 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi proseduru davam edə bilməz, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına 13695.97 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi hissəsində təmin edilməməli olduğu halada, birinci instansiya məhkəməsi qətnamə çıxararkən bunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin çıxarmış olduğu qətnamədə mübahisəli valyuta ilə verilmiş kreditin icra ediləcəyi tarixə hansı məzənnə ilə ödəniləcəyi açıq buraxılmışdır ki, bu da məhkəmə qətnaməsinin qeyri müəyyənliyi deməkdir. Çünki borclu indi kredit müqaviləsi üzrə öhdəliklərimi icra etmək istədikdə iddiaçı onu ABŞ dollarının hazırkı məzənnəsi üzrə tələb edir və bu tələbini müqavilə ilə əsaslandırır. Lakin tərəflər arasında yaranmış öhdəliklərin əsasını təşkil edən bu müqavilələrdə belə bir tələb yoxdur. Bu isə artıq kreditorun, dolayısı ilə onun xüsusi ilə külli miqdarda ödəniş etməyinin əslində müqavilədə göstərilmədən tələb edilməsi anlamına gəlir. Tərəflər arasında kredit sazişi xx xxxx 2013-cü ildə bağlanıldığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının şərhi prizmasından yanaşılması Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsinə ziddiyyət təşkil edir. Ona görə də kreditin ödənilməsinin Azərbaycan Respublikası MM-nin 439.7-ci maddəsinə uyğun şəkildə,yəni öhdəliyin yarandığı ana olan məzənnə ilə ödənilməsi müəyyən edilməli idi. Göstərilənlər isə birinci instansiya məhkəməsinin araşdırmalı olduğu əsaslar olsa da bütün bunlara diqqət yetirilməmiş və nəticə etibarilə borclunun nəzərdə tutulmuş borc məbləğindən daha çox ziyana düşməsinə səbəb olan qətnamə çıxarılmışdır. Borclu kimi o, kredit müqaviləsi üzrə öhdəliklərini icra etmək istədikdə Bank onu ABŞ dollarının hazırkı məzənnəsi üzrə tələb edir və bu tələbini müqavilə ilə əsaslandırır. Lakin tərəflər arasında yaranmış öhdəliklərin əsasını təşkil edən bu müqavilələrdə belə bir tələb yoxdur. Bu isə artıq kreditorun, dolayısı ilə onun xüsusi ilə külli miqdarda ödəniş etməyinin əslində müqavilədə göstərilmədən tələb edilməsi anlamına gəlir. Əgər qanunvericiliyə istinad edilsə bu halda bankın belə bir mövqedən çıxış etməsi sual doğuracaqdır. Çünki onların arasında olan müqavilə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq tərtib edilməli, tərəflər arasında razılaşdırılmalı və imzalanmalıdır. Mülki qanunvericiliyin əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsində isə məsələ ilə bağlı bir neçə şərtlər mövcuddur. Hesab edir ki, bank bu şərtlərə indiki vəziyyətdə xüsusilə aşağıdakılara ciddi şəkildə diqqət yetirməlidir: - Onunla bank arasında yaranmış müqavilə öhdəlikləri (MM-nin 389-cu maddəsi). Qanunvericiliyə görə onların arasında öhdəliklər (vəzifələr) müqavilə imzalandığı gündən yaranmışdır. - Öhdəliklərin icra edilməsi (MM-nin 425-436-cı maddələri). Qanunvericilikdə öhdəliyin yaranması və icra edilməsi müxtəlif şərtlərlə bir-birindən ayırd edilmişdir. Yəni onun bu gün üçün hansı öhdəliyi icra etməli olduğu artıq öhdəliyin yarandığı vaxtda müqavilə imzalandıqda müəyyən edilmişdir. - Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir ((MM-nin 439.7-ci maddəsi). - Valyuta bazarındakı ciddi dəyişikliklər (MM-nin 421-423-cü maddələri). Qanunverici müqavilə öhdəliklərinin şəraitə görə hansı qaydada icra etməsini əvvəlcədən şəraitin dəyişməsi ilə şərtləndirmişdir. Yəni hazırda valyuta bazarındakı bu dəyişiklik əslində şəraitin dəyişilməsi deməkdir. Sözsüz ki, bu şərait müqavilə imzalandığı anda mövcud olsaydı bu müqaviləni bağlamazdı. Yaxud bank ABŞ dollarının bu gün 0,50 AZN olmasını qabaqcadan bilsəydi ABŞ dolları ilə bu şərtlərlə kredit verməzdi. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 12/2019 nömrəli qətnaməsinin qismən; -12747.05 ABŞ dolları kreditin əsas məbləği, 938.92 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları penya olmaqla cəmi 13695.97 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikası pul vahidi manatla miqdarı Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və tutmanın Cavabdeh məxsus “Kia Cerato” markalı, buraxılış ili 2013, ban nömrəsi KNAFX411BD5078877 olan, ağ mirvari rəngli, 99- FB-388 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, onun açıq hərracda ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə satılması, satışdan əldə ediləcək vəsait hesabına 13695.97 ABŞ dolları məbləğində kredit borcunun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikası pul vahidi manatla miqdarı məbləğində İddiaçı ASC-yə ödənilsin- hissələrində ləğv edilsin və həmin hissələrdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-12/2019 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxx 2013-cü il tarixli “İpoteka müqaviləsi”nə uyğun оlаrаq ipоtekа qоyulmuş, “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 17000 (on yeddi min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx.xx.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AA 095912 nömrəli çıxarışdan görünür ki, Cavabdeh məxsus Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı ASC-nin Göyçay filialı qarşısında ipoteka ilə yüklü olaraq dövlət qeydiyyatına alınmışdır. İşdə olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizə ilə Cavabdeh məxsus Cavabdeh məxsus Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınması xahiş edilmişdir. İşdə olan İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış xx xxxxx 2016-cı il tarixli bildirişdən görünür ki, ona ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və bildiriş xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən alınmışdır. İşdə olan İddiaçı ASC-ninCavabdeh ünvanladığı xx xxxxx 2016-cı il tarixli pretenziyadan görünür ki, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin ləğvi ilə bağlı Cavabdeh məktub göndərilmişdir. İşdə olan İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə12801 ABŞ dolları 79 sent əsas, 938 ABŞ dolları 92 sent faiz, 241 ABŞ dolları 78 sent məbləğində penya olmaqla, cəmi 13982 ABŞ dolları 49 sent məbləğində penya borcu vardır. İşdə olan Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2017-ci il tarixli 22424 nömrəli rəyinə əsasən Cavabdeh xx xxx 2016-cı il tarixinə banka olan borcu əsas borc 12747 ABŞ dolları 05 sent, faiz borcu 969 ABŞ dolları 13 sent, dəbbə pulu 241 ABŞ dolları 78 sent olmaqla, cəmi 13957 ABŞ dolları 96 sent təşkil edir. İşdə olan Аzərbаycаn Rеspublikаsı Хаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Хidməti xxxx MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəyə əsasən Cavabdeh məxsus “Kia Cerato” markalı ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2017-ci il tarixinə bazar qiyməti 16.000 manat təşkil edir. Aparılmış tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 269.1, 270.1, 295, 296.1, 297, 317, 385.1, 421.2, 423.2, 424.2, 425.1, 442, 445.2.1, 462.1, 462.3 və 467-ci maddələrinə, 1.0.6, 3.1, 10.4, 11.1, 11.2 və 34.1.1-ci mаddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə istinad etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülkihüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh illik faiz dərəcəsi 17 olmaqla 60 ay müddətinə 18800 ABŞ dolları kredit vermişdir. (xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi). Borcalan yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə ödəmə müddətləri keçdikdən sonra faizini vaxtında qaytarmadıqda hər gecikdirilmiş gün üçün 0,50 ABŞ dolları həcminə penya ödəməlidir (xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi). Kreditverən müqavilənin 3.01-ci və 3.03 (a) bəndlərində göstərilən məbləğdə və faizləri 60 ay müddətinə borcalanın istifadəsinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öz öhdəsinə götürmüşdür. (xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi). İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli “İpoteka müqaviləsi”nə əsasən tərəflərarasında imzalanmış xx xxxx 2013cü il tarixli 020CARL132110001 saylı kredit müqaviləsinitəmin etmək üçün bağlanılmışdır. İpotekanın predmetiKia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilidir (xx xxxx 2013-cü il tarixli ipoteka müqavilənin 2.1 bəndi). İpotekanın predmeti 18400 manat məbləğində qiymətləndirilmişdir (2.4-cü bəndi). Müqavilənin 5.2-ci bəndinə əsasən xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə və bu müqavilə ilə yaranmış öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina edildikdə, ipoteka saxlayan ipoteka predmeti ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılması üçün tədbirlər görmək hüququna malikdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli020CARL132110001 saylı kredit müqaviləsi ləğv edilməlidir. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu faizlə birgə iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini iddianın əsas borc tələbinə dair hissədə mötəbər hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borc məbləğinə münasibətdə 10 ABŞ dolları məbləğində cərimə daha ədalətlidir. İddia tələbi “satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun Cavabdeh ümumi qaydada tutulması” hissəsində təmin olunmamalıdır. Belə ki, borcun Cavabdeh ümumi qaydada tutulması qaydaları və əsasları «İcra haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun məhkəmələrin və digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Qanunun məcburi icra tədbirlərinin tətbiqinin əsaslarını müəyyən edən 44-cü maddəsində göstərilir ki, məcburi icra tədbirlərinin tətbiqinin əsasları: qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Göründüyü kimi baxılan iş üzrə məcburi icra tədbiri kimi borcun ödənilməsinin ümumi qaydada tutulması üçün qanunla müəyyən olunmuş əsaslar mövcud deyildir və həmin tələb təmin edilməməlidir. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh məxsus Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilə tutma yönəldilməli, həmin avtomobil ilkin satış qiyməti 16000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc və çəkilmiş xərclər ödənilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli020CARL132110001 saylı kredit müqaviləsi ləğv olunmalı, 12747 (on iki min yeddi yüz qırx yeddi) ABŞ dolları 05 (beş) sent məbləğində əsas, 938 (doqquz yüz otuz səkkiz) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində faiz, 10 (on) ABŞ dolları penya olmaqla, cəmi 13695 (on min üç min altı yüz doxsan beş) ABŞ dolları 97 (doxsan yeddi) sent məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka yüklü edilmiş cavabdehə məxsus “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməli, həmin avtomobilin ilkin satış qiyməti 16.000 (on altı min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satışından əldə olunmuş vəsait hesabına borc məbləğində pul iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İddia ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4 (dörd) manatı iddiaçıya aid edilməli, 26 (iyirmi altı) manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. 50 (əlli) manat ekspertiza xərcinin 05 (beş) manatı İddiaçı ASC-dən, 45 (qırx beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. İş üzrə 100 (bir yüz) manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 20 (iyirmi) manatı İddiaçı ASC-dən, 80 (səksən) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə ödənilməlidir. (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxx” ASC-nin Nərimanov Filialı M/H:AZ37NABZ013501**********1944, Kod:200093 hesabı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti istisna olmaqla apellyasiya şikayətlərində göstərilən bütün məsələlərlə bağlı kifayət qədər araşdırma aparıb yekun qərar qəbul etdiyindən həmin apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinin tələbinə görə ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.2-ci maddələrinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnu təsbit edən konstitusiya normaları çərçivəsində əmlakla bağlı hüquqların reallaşdırılması isə mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı kimi hüquq prinsipləri üzərində qurulur. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi).Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmiş olsa da, tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətini 16.000 (on altı min) manat müəyyən etməkdə haqlı olmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)-812/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/2254 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 vəsatət təqdim edərək göstərmişdir ki, hazırki mülki işlə bağlı ekspertiza keçirilmiş və avtomobilin qiyməti 19000 manat müəyyən edilmişdir. Halbuki həmin avtomobilə baxış keçirilməmişdir. Ona görə də, “Kia Cerato” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin yerində baxış keçirilərək real bazar qiymətinin və likvid dəyərinin müəyyən olunması üçün yenidən ekspertizanın keçirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, ipoteka predmeti olan “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qiyməti düzgün müəyyən edilməmişdir. Ekspert avtomobilə baxış keçirmədən nəzəri hesablama yolu ilə rəy vermişdir. Ona görə də, “Kia Cerato” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin baxış keçirilərək real bazar qiymətinin və likvid dəyərinin müəyyən olunması barədə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş edir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tаrixli, 2(107)-812/2020 nömrəli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4058 nömrəli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, “Kia Cerato” minik markalı, 2013-cü il buraxılışlı, mühərrik gücü 1591 sm3 olan normal saxlanılmış, istifadəyə yararlı avtomobilin müəyyən edilən likvid dəyəri təxminən 17000 (on yeddi min) manat müəyyən olunur. (Aparılmış tədqiqatın dəyəri 100 manat) Məhkəmə kollegiyası tutuma yönəldiləcək “Kia Cerato” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4058 nömrəli ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipоtekа qоyulmuş, “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 17000 (on yeddi min) manat müəyyən edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-12/2019 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxx 2013-cü il tarixli “İpoteka müqaviləsi”nə uyğun оlаrаq ipоtekа qоyulmuş, “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 17000 (on yeddi min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı ASC-dən, 100 (bir yüz) manatı isə Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-12/2019 nömrəli qətnaməsi dəyişdirilsin. xx xxxx 2013-cü il tarixli “İpoteka müqaviləsi”nə uyğun оlаrаq ipоtekа qоyulmuş, “Kia Cerato” markalı (buraxılış ili 2013, Ban KNAFX411BD5078877, rəngi ağ mirvari, tip sedan) ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 17000 (on yeddi min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı ASC-dən, 100 (bir yüz) manatı isə Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar