Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-48/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X2 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülk iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, şikayət vermə müddəti ötürülüb, ləğv, icraatdan çıxarılma) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 və Cavabdeh4 vəkili X7 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X2 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair Ağsu Rayon Məhkəməsinin 2(016)-1033/2016 saylı iş üzrə 01 iyun 2016-cı il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X2 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair Ağsu Rayon Məhkəməsinin 2(016)-1033/2016 saylı iş üzrə 01 iyun 2016-cı il tarixli qətnaməsindən Cavabdeh4 vəkili X10 аpellyаsiyа şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-1033/2016 saylı iş üzrə 01 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 qarşı borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 29 yanvar 2015-ci il tarixli, 54 AZN saylı kredit müqaviləsinə və 29 yanvar 2015ci il tarixli, ZM-54 saylı zaminlik müqaviləsinə əsasən 73933 manat əsas, 11159.72 manat faiz, 1151.69 manat cərimə, ümumilikdə 86244.41 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun "DəmirBank” ASC-in hesabina tutulması, tutmanın Cavabdeh4 məxsus Ağsu rayonunun “Melioratorlar” qəsəbəsində yerləşən 2 otaqlı, 57.1 kv m ümumi, 23.8 kv m yaşayış, 33.3 kv m yardımçı sahədən ibarət 1 nömrəli evin 8 saylı mənzilinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 məxsus 0.04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə Ağsu şəhəri Səməndər Rzayev küçəsi, döngə 3-də yerləşən 2 otaqlı, 117.6 kv m ümumi, 44.4 kv m yaşayış, 73.2 kv m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitin "DəmirBank” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissə ümumi qaydada icra edilməsi, iddia tələbinin cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə, məcburi qaydada çıxarılmasına və yaşayış evlərinin Banka təhvil verilməsinə dair hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 vəkili X10 apellyasiya şikayəti vermişdir. İş Şəki Аpellyаsiyа Məhkəməsinə daxil olmuş və mülki kollegiyanın 24 avqsut 2022-ci il tarixli qərardadı ilə Cavabdeh4 vəkili X10 tərəfindən verilmiş apellyasiya mümkün hesab edilmiş və işin baxılması Şəki Apellyasiya Məhkəməsinin binasında 15 sentyabr 2022-ci il tarixə, saat-16:30-a təyin edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1033/2016 saylı iş üzrə 1 iyun 2016-cı il tarixli qətnaməsi cavabdehlərə göndərilməsi barədə məktub iş materiallarında aşkar edilsədə lakin sözü gedən qətnamənin cavabdehlərə çatdırılması barədə heç bir sənəd aşakar edilməmişdir. Cavabdeh2 Ağsu Rayon Məhkəməsinin 2(016)-1033/2016 saylı iş üzrə 01 iyun 2016cı il tarixli qətnaməsindən 27 noyabr 2017-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-1033/2016 saylı iş üzrə 27 noyabr 2017-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qaytarılması səbəbi isə cavabdehə məhkəmə qətnaməsi 25 iyun 2016-cı il tarixdə sifarişli poçt vasitəsi ilə çatırılmış (SS09082795AZ), lakin apellyasiya şikayəti 27 noyabr 2017-ci ildə məhkəmənin icraatına daxil olması idi. Məhkəmə kollegiyası işin mahiyyəti üzrə araşdırılmasından öncə bəzi prosessual məsələlərin təhlil olunmasını zəruri sayır. Belə ki, baxılan işdən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi 01 iyun 2016-cı il tarixdə çıxarılmışdır və həmin tarixdən 6 il 2 ay 7 gün keçdikdən sonra apellyasiya şikayətinin verilməsi, apellyasiyanın mümkünlüyü şərtlərinin daha dəqiq yoxlanmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. MPM-nin 360-cı maddəsində apellyasiya şikayəti vermək üçün bir ay müddətin başlanğıcı məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən başlanır. (Həmin maddədə bəhs onunan “rəsmi qaydada verildiyi” sözləri 26 may 2009-cu il tarixli 819-İİİQD nömrəli Qanunla dəyişiklik edilənədək “təqdim olunan (alınan)” kimi ifadə olunmuşdu). Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsasların yoxlanılmasını da ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, şikayətin verilməsi üçün müəyyən olunmuş müddətlərə riayət olunmasını, apelyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəsi kimi müəyyən etmişdir. Apellyasiya şikayətinin məzmununa aid MPM-nin 361-ci maddəsinə müəyyən olunmuş çatışmazlıqlar, habelə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətlər buraxıldıqda, eyni zamanda müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədikdə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla apellyasiya şikayətini geri qaytarır. Qanunvericilik bu halda proses iştirakçısına apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 364-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət olunmalıdır. Cavabdehlərə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirilmənin nəticəsinin ləğv edilməsi tələbinə dair məhkəməyə müraciət edərək ipoteka predmetinin qiymətləndirilıməsi barədə hesabatın ləğv edilməsini xahiş etmiş və onun iddiası təmin edilmişdir. Göründüyü kimi işdə tərəf olan Cavabdeh2 və digər cavabdehlər Ağsu Rayon Məhkəməsinin 2(016)-1033/2016 saylı iş üzrə 01 iyun 2016-cı il tarixli qətnaməsindən məlumatlı olmaqla, ipoteka predmetinin qiymətləndirməsindən narazı qalaraq onun yenidən qiymətləndirilməsini xahiş etmişdir. Yəni cavabdehlər Ağsu Rayon Məhkəməsinin 2(016)-1033/2016 saylı iş üzrə 01 iyun 2016-cı il tarixli qətnaməsindən məlumatlı olmuşlar. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Bundan başqa, MPM-nin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.4-ci maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366-ci maddəsinə əsasən pellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Belə оlаn hаldа məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən, həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də, hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apelyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X2 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair 2(107)- 1107/2022 saylı mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-48/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-48/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver