Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-480/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X4 və Cavabdeh2 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 saylı qətnaməsindən İddiaçı QSC və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və “xxxx” Fərdi Şirkətindən müştərək qaydada 15R000002530 saylı kredit razılaşması üzrə 202173.79 ABŞ dolları məbləğində əsas borc, 119726.04 ABŞ dolları məbləğində faiz borcu, 236190.5 ABŞ dolları cərimə borcu olmaqla cəmi 558090.33 ABŞ dolları kredit borcunun, 15R000003050 saylı kredit razılaşması üzrə 286576.62 ABŞ dolları məbləğində əsas borc, 161234.2 ABŞ dolları məbləğində faiz borcu və 345452.95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 793263.77 ABŞ dolları kredit borcunun və 15R000003544 saylı kredit razılaşması üzrə 140706.73 ABŞ dolları məbləğində əsas borc, 66158.94 ABŞ dolları məbləğində faiz borcu, 157289.78 ABŞ dolları cərimə borcu olmaqla cəmi 364155.45 ABŞ dolları kredit borcunun ümumilikdə hər üç kredit razılaşması üzrə 1715509.55 ABŞ dolları kredit borcunun, 20 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumunun, 84 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0228 ha torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinə və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri-yaşayış binalarının və fərdi yaşayış evini açıq hərracdan satılması, fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Əliyeva (Mehdiyeva) Təranə Arif qızının, X1, X2 və X3 həmin fərdi yaşayış evindən çıxarılması, boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər “xxxx” Fərdi Şirkətindən və Cavabdeh2 müştərək qaydada xx.xx.2011ci il tarixli 15R000002530 saylı kredit razılaşması üzrə 196340.78 ABŞ dolları əsas kredit borcu, 31742.39 ABŞ dolları faiz borcu, 190.5 ABŞ dolları cərimə borcu olmaqla cəmi 228273.67 ABŞ dolları kredit borcu, xx.xx.2011-ci il tarixli 15R000003050 saylı kredit razılaşması üzrə 278557.37 ABŞ dolları əsas kredit borcu, 42334.64 ABŞ dolları faiz borcu, 452.95 ABŞ dolları cərimə borcu olmaqla cəmi 321344.96 ABŞ dolları kredit borcu və xx.xx.2012-ci il tarixli 15R000003544 saylı kredit razılaşması üzrə 139758.99 ABŞ dolları əsas kredit borcu, 17516.02 ABŞ dolları faiz borcu, 289.78 ABŞ dolları cərimə borcu olmaqla cəmi 157564.79 ABŞ dolları kredit borcu ümumilikdə hər üç razılaşma üzrə 707183.42 ABŞ dolları kredit borcunun ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi, 20 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumu, 84 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti 1.750.000 manat məbləğində müəyyən edilməsi, tutma Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının ilkin satış qiyməti 720.000 manat məbləğində müəyyən edilməsi, tutma Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilməsi, tutma Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının ilkin satış qiyməti 750.000 manat məbləğində müəyyən edilməsi, qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcunun ödənilməsi, qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun kəsiri olan 10 manat Cavabdeh2 alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə ekspertiza xərci olan 350 manat xərclərinin 200 manatı İddiaçı QSCdən, 150 manatı isə Cavabdeh2 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı QSC, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən apelyasiya şikаyətləri verilmişdir. İddiaçı QSC-nin apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin qiymətləndirilməsi hissəsində, borc məbləğinin təmin edilməyən hissəsində, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Əliyeva (Mehdiyeva) Təranə Arif qızının, X1, X2 və X3 həmin fərdi yaşayış evindən çıxarılması, boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsinin təmin edilməməsi, hissəsində 200 manat ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində düzgün olmayan qənaətə gəlmişdir. İş üzrə təkrar ekspertizalar keçirilməklə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi və ipoteka predmetlərinin açıq hərracda satıldıqdan sonra 1 ay müddətində boşaldılması nəticəsinə gələrkən düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, ipoteka predmeti olan əmlakın boşaldılmasını tələb etmək hüququ mülkiyyətçiyə məxsusdur. Mülkiyyətiçinin isə kim olacağı hələ məlum deyildir. Bundan əlavə ipoteka predmeti olan əmlakların ½ hissəsi Cavabdeh2, ½ hissəsi isə Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. Lakin kredit restrukzasiya olunarkən Cavabdeh3 razılığı alınmamışdır. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X4 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evi, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi və Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası İddiaçı QSC ilə “xxxx” Fərdi Şirkəti ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1-ci, 449.1-ci, 472.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 36.1, 36.2, 36.3, 36.4, 39.3.3, 59.3, 59.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı ipoteka predmetinin qiymətləndirilməsinin və ekspertizaların yenidən aparılmasını bildirsə də buna zərurətin olduğunu təsdiq edən hər hansı bir dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə iddiaçı ondan ekspertiza xərcinin tutulmasından narazılıq ifadə etsə də, məhkəmə kollegiyası iddiaçının nəzərəinə çatdırır ki, ekspertiza xərci yalnız iddiaçıdan deyil, hər iki tərəfdən tutulmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı QSC və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-480/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-480/2020
13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver