Məhkəmə qərarları › İş №2(107)-480/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-480/2025

22.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-480/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(051)-24/2023 nömrəli qətnaməsinə izah verilməsinə dair Cavabdeh ərizəsi üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(051)-24/2023 nömrəli qətnaməsi ilə Mingəçevir şəhəri ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ilə 36/14 nömrəli ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin sərhəd nöqtələrindən İddiaçı tərəfindən tikinti norma və qaydalarına uyğun, hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaqla, hasarın çəkilməsinə Cavabdeh tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(051)-24/2023 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(051)-24/2023 nömrəli qərardadı ilə həmin ərizə təmin edilərək, Qətnaməyə “Mingəçevir şəhəri, Babək küçəsində yerləşən İddiaçı mülkiyyətində olan 36/14 ”A” saylı fərdi yaşayış evi ilə Cavabdeh mülkiyyətində olan 36/14 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydə alınmış sahələrinin sərhəd divarlarının birləşmə nöqtəsindən perpendikulyar istiqamətdə İddiaçı tərəfindən tikinti norma və qaydalarına uyğun, hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaqla sərhəd hasarının çəkilməsini ehtiva etməsi” məzmunundа izаh verilmişdir. Lakin, Cavabdeh həmin qərardadla razılaşmayaraq, qərardaddan şikayət verib, şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(051)-24/2023 nömrəli qərardadının ləğv edilməsini və qətnaməyə yeni izah verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2024-cü il tarixli 2(107)-1350/2024 nömrəli qərardadı ilə həmin şikayət təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(051)-24/2023 nömrəli qərardadı ləğv edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. Bundan sonra, Cavabdeh “Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(051)-24/2023 nömrəli qətnaməsinə izah verilməsinə dair” ərizəsinə birinci instansiya məhkəməsində yenidən baxılmış və Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadı ilə Cavabdeh “qətnaməyə izah verilməsi” barədə həmin ərizəsi təmin edilməmişdir. Lakin, Cavabdeh həmin qərardadla da razılaşmayaraq, qərardaddan şikayət verib, şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadının ləğv edilməsini və qətnaməyə izah verilməsi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadına əsasən Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)- 24/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-ci mаddəsinə əsаsən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü mаddəsinə əsаsən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 nоyаbr 2005-ci il tаrixli 4 sаylı Qərаrının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərаrın 5-ci bəndinə əsаsən, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Həmin Qərаrın 14-cü bəndinə əsаsən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Аzərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Qərarındа göstərilmişdir ki, məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Göründüyü kimi, işi həll etmiş hаkim (məhkəmə) qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lаkin bu zаmаn qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsi və yaxud, onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsi qаdаğаndır və qаnun pоzuntusudur. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadla Cavabdeh “Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(051)- 24/2023 nömrəli qətnaməsinə izah verilməsinə dair” ərizəsini təmin etməməkdə və eləcə də, həmin qərardaddan cavabdehin verdiyi hazırkı şikayəti 06 mart 2025-ci il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətin dəlilləri əsassızdır və Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "X1 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi “res judikata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar