Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-482/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun məcburi qaydada alınması tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-529/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxx 2020-ci il tarixli, 2(014)- 529/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 8000 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8000 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ondan 2017-ci ilin mart ayında 16000 manatlıq qoyun almış və 8000 manatını ödəsə də, yerdə qalan 8000 manatını 2017-ci ilin iyun ayında verəcəyini öhdəsinə götürmüşdür. O, cavabdehi qabaqcadan tanıdığı üçün ona etibar etmiş, buna baxmayaraq cavabdehə borc barədə qəbz yazdırmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, cavabdeh ona borclu olduğu 8000 manat pulu indiyədək ödəməmişdir. O, dəfələrlə cavabdehdən pulu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-529/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir. İddiaçı onun bugünədək etdiyi ödənişləri və gördüyü işləri nəzərə almadan və düzgün hesablamadan artıq hesablanmış borc tələbini irəli sürmüş, məhkəmə isə araşdırma aparmadan, işə düzgün baxmadan iddia tələbini tam təmin etmişdir... Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(014)-529/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, İddiaçı izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-529/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialına əlavə olunmuş xx xxxx 2017-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh (cavabdeh) İddiaçı (iddiaçıya) 8000 manat borclu olduğunu təsdiq etmiş, borcunu iyun ayında verəcəyini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya 8000 manat borclu olması və borcunu iyun ayında verəcəyi barədə xx.xx.2017-ci il tarixli qəbz yazmasına baxmayaraq, borcunu ödəməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, həmçinin məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Cavabdehin iddiaçıya 8000 manat borclu olması və hələ də borcunu ödəməməsi iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 882.1-ci mаddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırkı işdə iddia tələbinin əsaslılığı cavabdehin borcun etirafı barədə verdiyi yazılı qəbzlə (iltizamla) sübut olunur. Cavabdeh həmin qəbzin onun tərəfindən verilməsini mübahisələndirməmişdir. İstinad edilən mülki hüquq normaları cavabdehin yazılı qəbz əsasında etiraf etdiyi borcu ödəmək vəzifəsini müəyyən edir. Cavabdeh isə etiraf etdiyi borc üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının onun etdiyi ödənişləri və gördüyü işləri nəzərə almamasını, borcu düzgün hesablamamasını, artıq hesablanmış borc tələbi irəli sürməsini göstərmiş, lakin öz dəlillərini (ödənişlər etməsini, borcun ödənilməsinə hesablanmalı olan işlər görməsini və s.) təsdiq edən sübutlar təqdim etməmişdir. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdeh sonralar ödənişlər etdiyini iddia etsə də, lakin apellyasiya şikayətinə bunu təsdiq edən sənədlər (qəbzlər) əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsi əsaslıdır, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-529/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-529/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikаyəti verilmədiyi hаldа onun surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) аy keçdikdən sonrа qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-482/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-482/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver