Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-483/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-984/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-984/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 25000 manat məbləğində borc pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının isə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25000 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və iddiaçı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışında iştirak etməmiş, iştirak etməməsinin üzlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) X2 iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh 25000 manat məbləğində borca pul vermiş, bu barədə xx.xx.2020-ci il tarixdə cavabdehlə aralarında notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə 25000 manat məbləğində borc pulu xx.xx.2020-ci il tarixədək iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borclu olduğu 25000 manatı İddiaçı qaytarmamışdır. Hesab edir ki, Cavabdeh İddiaçı qarşı qaldırdığı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası tam əsassızdır. Ona görə ki, Cavabdeh iddiaçıdan 25000 manat almadığını qeyd etməsinə baxmayaraq bu barədə notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmış, qeyd edilən məbləğdə pulu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ilk iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ona borc pul və ya hər hansı formada pul verməmişdir. Aralarında bağlanmış kredit müqaviləsi onun iradə ifadəsini əks etdirmir. Azərbaycan Respublikası Mülki Məcəllənin XİV fəslində əqdlərin etibarsızlığına dair normalar öz əksini tapıb. Həmin müddəalara əsasən etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin fəsildə etibarsız əqdlərin növləri göstərilib. Qanunvericilik buraya hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); on dörd yaşı tamam olmamış yetkinlik yaşma çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşma çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350) kimi növləri daxil edib. Qanunvericilik bu əqdlərdən yalnız uydurma və yalan əqdlərin əhəmiyyətsiz olduğu müddəasını 340-cı maddədə göstərib. Belə ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçı müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə şikayət ərizəsi yazmaqla onu şantaj etmiş, hədə təsiri altında, onu ağır vəziyyətə salması nəticəsində həmin əqdi bağlamağa məcbur olmuşdur. Buna görə də ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-984/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iclasında adlarını qeyd etdiyi şahidlər məhkəmə iclasına çağırılmamışdır. Apellyasiya məhkəməsində həmin şahidlərin çağırılması işin obyektiv araşdırılması üçün əhəmiyyətlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi başğlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Cavabdeh 25.000 (iyirmi beş min) manat borc pul verməyi, Cavabdeh isə həmin məbləği bir ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsi bağlandıqdan sonra xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı Cavabdeh 25.000 (iyirmi beş min) manat borc pul verməmişdir. İddiaçı kredit müqaviləsində Cavabdeh borc verilməsi göstərilən 25.000 (iyirmi beş min) manat pul məbləğini Göyçay rayon Dövlət Notariat Ofisinin depozit hesabına ödəməmiş və Cavabdeh tərəfindən həmin məbləğ Bank hesabından məxaric olaraq götürülməmişdir. Həmçinin iş materiallarında İddiaçı kredit müqaviləsində Cavabdeh borc verilməsi göstərilən 25.000 (iyirmi beş min) manat pul məbləğinin Cavabdeh verilməsi barədə hər hansı bir sübut (pulun təhvil verilməsi barədə akt) yoxdur. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı cavabdehlə arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh 25.000 (iyirmi beş min) manat borc pul verdiyini iddia edir, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, nə də ki, məhkəmə iclasında belə hal müəyyən edilməmişdir. Belə olan halda hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsiz əqddir, yalnız görünüş üçün bağlanmış əqddir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim edilən sənədləri ilkin iddia tələbinin əsaslı, qarşılıqlı iddianın isə əsassız olmasına yönələn xüsusatlar kimi qiymətləndirmiş, cavabdeh tərəfindən ilkin iddia tələbinin əsassız olmasına yönələn xüsusatları isə ilkin iddia tələbinin rədd edilməsinə yönələn xüsusatlar kimi qiymətləndirməmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-984/2020 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh 25.000 (iyirmi beş min) manat pul tələbinin əsassız olduğu üçün rədd edilməsini və Cavabdeh iddiaçı ilə aralarında başğlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının isə təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı, Cavabdeh, eləcə də iddiaçının nümayəndəsi X2 təkrarən məhkəmə iclasına gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iddiaçı və cavabdeh oxşar məzmunlu teleqramlarla məhkəməyə müraciət edərək səhhətləri ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəkləri bildirmiş və bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişlər. İddiaçı və cavabdeh yenidən teleqramlarla məhkəməyə müraciət edərək hazırkı məhkəmə iclasında yenə də iştirak edə bilməyəcəklərini bildirmiş və bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişlər. Cavabdeh hər dəfə səhhətində yaranmış xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, lakin xəstəliyini təsdiq edən hər hansı sübut (tibbi sənəd) məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası əvvəlki məhkəmə iclasının iddiaçının və cavabdehin iştirak etməməsi ilə əlaqədar təxirə salınmasını, onların növbəti dəfə də, yəni hazırkı məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxmağa haqlıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə işə iddiaçı və vəkilinin, habelə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-984/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, İddiaçı Cavabdeh 25000 manat borc pul vermiş, Cavabdeh həmin pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 25000 manat alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal (əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması) istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1 və 445.2.1-ci maddələrinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 25000 manat borc pul almış, həmin pulu xx.xx.2020 qaytaracağını öhdəsinə götürmüş, lakin həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesаb etmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiasında haqlıdır və həmin iddia təmin edilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi ilk iddianı təmin edərək Cavabdeh 25000 manat məbləğində borc pulun alınıb İddiaçı verilməsini (qaytarılmasını) qət etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Belə ki, İddiaçı Cavabdeh 25000 manat məbləğində borc pul verməsi onlar arasında xx xxxxxx 2020-ci il tarixdə notarial qaydada bağlanmış kredit (borc) müqaviləsi ilə təsdiqini tapır. Müqavilənin şərtlərinə görə Cavabdeh həmin borcunu İddiaçı xx xxxx 2020ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçının məhkəmədə iddia qaldırdığı xx.xx.2020-ci il tarixədək cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmiş, bununla müqavilə öhdəliyini pozmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ona 25000 manat pulun verilmədiyini, borc müqaviləsini İddiaçı müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə şikayət ərizəsi yazmaqla onu şantaj etməsi, hədə təsiri altında, onu ağır vəziyyətə salması nəticəsində bağlamağa məcbur olmasını iddia etsə də, lakin bu barədə vaxtında aidiyyəti orqanlara müraciət etməmiş, eləcə də iddiaçı məhkəmədə ona qarşı pul tələbi barədə iddia qaldırana qədər məhkəməyə müraciət edərək həmin müqavilənin etibarsızlığını qabaqcadan mübahisələndirməyə təşəbbüs göstərməmişdir. Halbuki, cavabdeh birinci olaraq iddia qaldırmağa daha çox maraqlı olmalı idi. İddiaçının pul tələbinə qarşı cavabdehin əqdin etibarsızlığı barədə iddia qaldırması isə sonuncunun bu iddiasının formal xarakter daşımasına və öhdəliyin icrasından yayınmaq məqsədi güdməsinə dəlalət edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri də ona qarşı ilk iddianın əsassız və ya onun qarşılıqlı iddiasının əsaslı olması nəticəsinə gəlmək üçün yetərli deyildir. Həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməyə və ya dəyişdirməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməklə, qarşılıqlı iddianı isə təmin etməməklə düzgün qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməyə və ya dəyişdirməyə əsas verən hallar müəyyən edilməmişdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-984/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-984/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-483/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-483/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver