Məhkəmə qərarları › İş №2(107)-483/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-483/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-483/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin notariusu X3 və Maraqlı şəxs qarşı icra qeydinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- icra qeydinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin notariusu X3 və Maraqlı şəxs qarşı icra qeydinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X2 19 yanvar 2020-ci il 8İ-605 reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, onunla cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilə şərtlərinə əsasən cavabdeh ona 85000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra bir daha razılığa gəlmişdirlər ki, tərəfindən alınmış borc məbləği mərhələli şəkildə qaytarılacaq və bu borcun qaytarılması müqavilədə göstərilən müddətlə deyil, aralarında olan razılıqla tənzim ediləcəkdir. Tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə alınmış borc məbləğindən 15000 qaytarılmışdır. Bu məbləği qaytararkən onlar bir daha yuxarıda qeyd edilən razılıqlarını təsbit etmişdirlər. Lakin bu yaxınlarda o Zaqatala rayon İcra və Probasiya Şöbəsi vasitəsilə xəbər tutmuşdur ki, cavabdeh notariusun icra qeydi əsasında onun guya öhdəliyi icra etməməyini əsas gətirərək barəsində borcun tutulmasına dair hüquqi fəaliyyətin başlanmasını həyata keçirmişdir. Belə bir vəziyyətdə hesab edir ki, notariusun icra qeydi ləğv eilməlidir. Bunu nəzərə alaraq o icra qeydini vermiş notariusa müraciət edərək həmin qeydin ləğv edilməsini xahiş etmiş, lakin notarius onun xahişini həyata keçirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Lakin bildirmək istəyir ki, cavabdeh tərəfindən ona hər hansı bir bildiriş verilməmişdir. Belə bir bildiriş olmadan icra qeydinn verilməsi qanunun tələbinə ziddir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov), İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X3 və Maraqlı şəxs qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı dövlətə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlandıqda onlara hüquq və vəzifələri izah edilmiş, hər iki tərəf sərbəst olaraq hüquqi mövqeyini müəyyən etməklə müqaviləni imzalamış və həmin müqavilə notariat ofisində təsdiq edilmişdir. Həmin müqavilə ilə müqavilənin son icra tarixi xx.xx.2019-cu il kimi müəyyən edilmişdir. Müqavilə hazırda qüvvədədir və həmin müqavilənin uydurma əqd olması qənaətinə gəlmək də mümkün deyil. Müqavilənin son icra tarixi olan xx.xx.2019-cu il tarixədək müqavilə üzrə üzərinə götürülmüş öhdəlik İddiaçı tərəfindən icra edilmədiyindən, yəni 85000 manat borc pul Maraqlı şəxs qaytarılmadığından onun vəkili X10 Notariat Haqqında Azərbaycan Respublikası qanunun 76-cı maddəsinin şərtlərinə əməl etməklə, yəni icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən 24 gün əvvəl sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra, icra qeydinin qeyd edilməsi üçün müraciət etmiş və Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X5 haqlı olaraq xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 8İ-605 reyestr nömrəli icra qeydini qeydə almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Maraqlı şəxs arasında 25 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi imzalnmışdır. Kredit müqaviləsi Bakı şəhəri 14 saylı notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş və 3M-2311 nömrə ilə reyestrdə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Həmin kredit müqaviləsinə əsasən Aslanov X7 Muxtar Nadir oğluna 85000 manat məbləğində pul borc verməyi İddiaçı isə həmin borcu xx.xx.2019-cu il tarixədək Maraqlı şəxs ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişdirlər. İddiaçı 85000 manat pulu Bakı şəhəri 14 saylı notariat Ofisinin xüsusi notariusu X6 "xxxx" ASC-də olan bank hesabına xx.xx.2019-cu il tarixdə təhvil vermişdir. 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyi İddiaçı tərəfindən icra edilmədiyindən maraqlı şəxsin vəkili Zümrüd Səməd qızı tərəfindən iddiaçıya 24 dekabr 2019-cu il tarixli bildiriş ünvanlanaraq 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyini 20 gün müddətində ödəmədiyi halda Notariat Haqqında Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 85000 manat borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İddiaçının vəkili tərəfindən göndərilmiş poçt zərfi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı qeydi edilməklə və imzalanmaqla təhvil alınmışdır. Bundan sonra maraqlı şəxsin vəkili X1 notariat sistemi vasitəsi ilə icra qeydinin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş və 3M-2311 nömrə ilə reyestrdə qeyd edilmiş 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi əsasında Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2020-ci il tarixdə 8İ-605 reyestr nömrəli icra qeydi qeydə alınmışdır. İşdən görünür ki, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlandıqda onlara hüquq və vəzifələri izah edilmiş, hər iki tərəf sərbəst olaraq hüquqi mövqeyini müəyyən etməklə müqaviləni imzalamış və həmin müqavilə notariat ofisində təsdiq edilmişdir. Həmin müqavilə ilə müqavilənin son icra tarixi xx.xx.2019-cu il kimi müəyyən edilmişdir. Müqavilə hazırda qüvvədədir və həmin müqavilənin uydurma əqd olması qənaətinə gəlmək də mümkün deyil. Müqavilənin son icra tarixi olan xx.xx.2019-cu il tarixədək müqavilə üzrə üzərinə götürülmüş öhdəlik İddiaçı tərəfindən icra edilmədiyindən, yəni 85000 manat borc pul Maraqlı şəxs qaytarılmadığından onun vəkili X10 Notariat Haqqında Azərbaycan Respublikası qanunun 76-cı maddəsinin şərtlərinə əməl etməklə, yəni icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən 24 gün əvvəl sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra, icra qeydinin qeyd edilməsi üçün müraciət etmiş və Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X5 haqlı olaraq xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 8İ-605 reyestr nömrəli icra qeydini qeydə almışdır. O da qeyd olunmalıdır ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfin “Münasibət” adlandırdığı ərizəsində qeyd etdiyi arqumentlərin həqiqətə uyğun olmasına dair onun tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Yuxarıda istinad edilən normativ hüquqi aktların müvafiq maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, icra qeydinin aparılması üçün əsas olan tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğundan və xx.xx.2020-ci il tarixli 8İ-605 reyestr nömrəli icra qeydi Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alındığından iddia tələbi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən İddiaçı dövlətə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 385.1, 390.1-ci maddələr, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 76 və 79-cu maddələri, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 89.1, 107, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilə şərtlərinə əsasən cavabdeh ona 85000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra bir daha razılığa gəldik ki, tərəfindən alınmış borc məbləği mərhələli şəkildə qaytarılacaq və bu borcun qaytarılması müqavilədə göstərilən müddətlə deyil, aralarında olan razılığla tənzim ediləcəkdir. Tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə alınmış borc məbləğindən 15000 qaytarılmışdır. Bu məbləği qaytararkən o bir daha yuxarıda qeyd edilən razılığını təsbit etdik. O Zaqatala rayon İcra və Probasiya Şöbəsi vasitəsilə xəbər tutmuş ki, cavabdeh notariusun icra qeydi əsasında onun guya öhdəliyi icra etməməyəsi əsas gətirərək barəsində borcun tutulmasına dair hüquqi fəaliyyətin başlanmasını həyata keçirmidir. Belə bir vəziyyətdə hesab edir ki, notariusun icra qeydi ləğv eilməlidir. Bunu nəzərə alaraq o icra qeydini vermiş notariusa müraciət edərək həmin qeydin ləğv edilməsini xahiş etdi, lakin notarius onun xahişini həyata keçirməkdən imtina etdi. Belə ki, məhkəmə araşdırması əsasında cavabdeh tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə bir-neçə sənəd daxil olmuş və çox güman bu sənədlər qarşı tərəfdən sübut xarakterli qiymətləndirilir. İddia tələbinin əsasını təşkil edən hallardan biri də cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” nda qeyd olunan sənədlərin, konkret olaraq və o cümlədən notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildirişin təqdim olunmamasıdır. Cavabdeh tərəfindən sonuncu dəfə məhkəməyə təqdim edilmiş sənədlərdə "xxxx" MMC tərəfindən təqdim edilmiş 004800 saylı poçt qəbzi də vardır. Poçt qəbzində göndərici qismində “Vəkil Zümrüd Səməd Qızı”, alıcı qismində “İddiaçı” göstərilmişdir. Qəbzdə o cümlədən göndərilməsi nəzərdə tutulan məktubun göndərən şəxsdən xx.xx.2019-cu il tarixdə alınması, həmçinin həmin məktubun eyni gündə, yəni xx.xx.2019-cu il tarixdə alıcıya təqdim edilməsi qeyd edilir. Buna dair aşağıdakıları məhkəmənin diqqətinə çatdırır: Alıcı yerində məktubun alınması barədə qeyd, imza təmsil etdiyi şəxsə mənsub deyildir və həmin gün o ümumiyyətlə qeyd edilən ünvanda olmamışdır. Poçt qəbzinin üzərində məhz nəyin, hansı sənədin göndərilməsi əks etdirilməmişdir. Yəni belə bir halda istənilən sənədin, o cümlədən boş zərfin göndərilməsini istisna eytmək olmaz. Bakı şəhəri ilə Zaqatala arasında olan məsafəni, müddəti nəzərə alsaq poçt zərfinin eyni gündə Bakıdan Zaqatalaya çatdırılması mümkün görünmür. Bu bildiriş “Vəkil Zümrüd Səməd Qızı” tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə müəyyən edilmiş qaydada notarius vasitəsilə göndərilməli idi. Tələbkar tərəfindən icra qeydinin aparılması ilə bağlı ərizə notariusa təqdim edilməmişdir. Təqdim edilmiş poçt qəbzinin qəbul etsək belə, “Notariat haqqında” Qanunun 76cı maddəsində göstərilən 20 günlük müddətə əməl edilməmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Belə ki, qəbzə əsasən məktub guya xx.xx.2019-cu ildə borcluya təqdim edilmişdir. 01 yanvar 2020-ci il tarixində qanunda nəzərdə tutulan 5 günlük müddət bitir. Ən yaxşı halda notariat ofisinə müraciət 03 yanvar 2020ci il tarixdə gerçəkləşməli idi, belə ki, 01 və 02 yanvar 2020-ci il tarixli günlər rəsmi olaraq qeyriiş günləri sayılır. İcra qeydi 19 yanvar 2020-ci il tarixdə həyata keçirilmişdir. Yəni 20 gün müddət gözlənilmədən. Bundan əlavə, notarius tərəfindən icra qeydinin aparıldığı tarix, yəni 19 yanvar 2020-ci il bazar günüdür, yəni qeyri-iş günüdür. Bu halın özü də icra qeydinin aparılmasının əsaslığı və qanuniliyini şübhə altına alır. Yuxarıda qeyd edilənlər məhkəmənin əsassız və qanunsuz qətnamə çıxarmasını bir daha sübut edir. Qətnamə çıxarıldıqda birinci instansiya məhkəməsi sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin onunla cavabdehlər arasında olan münasibətlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı, cavabdeh Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişdir. Cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X5 da məktubla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbindən görünür ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci madddəsində müəyyən edilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Notariat Haqqında Azərbaycan Respublikası Qanunu: Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsinin əsaslığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Maraqlı şəxs arasında 25 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi imzalnmışdır. Kredit müqaviləsi Bakı şəhəri 14 saylı notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş və 3M-2311 nömrə ilə reyestrdə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Həmin kredit müqaviləsinə əsasən Aslanov X7 Muxtar Nadir oğluna 85000 manat məbləğində pul borc verməyi İddiaçı isə həmin borcu xx.xx.2019-cu il tarixədək Maraqlı şəxs ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişdirlər. İddiaçı 85000 manat pulu Bakı şəhəri 14 saylı notariat Ofisinin xüsusi notariusu X6 "xxxx" ASC-də olan bank hesabına xx.xx.2019-cu il tarixdə təhvil vermişdir. 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyi İddiaçı tərəfindən icra edilmədiyindən maraqlı şəxsin vəkili Zümrüd Səməd qızı tərəfindən iddiaçıya 24 dekabr 2019-cu il tarixli bildiriş ünvanlanaraq 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyini 20 gün müddətində ödəmədiyi halda Notariat Haqqında Qanunun 76cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 85000 manat borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İddiaçının vəkili tərəfindən göndərilmiş poçt zərfi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı qeydi edilməklə və imzalanmaqla təhvil alınmışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti bu hissədə əsassızı olduğundan təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, iddia tələbinin əsasını təşkil edən hallardan biri də cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” nda qeyd olunan sənədlərin, konkret olaraq və o cümlədən notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildirişin təqdim olunmamasıdır. Cavabdeh tərəfindən sonuncu dəfə məhkəməyə təqdim edilmiş sənədlərdə "xxxx" MMC tərəfindən təqdim edilmiş 004800 saylı poçt qəbzi də vardır. Poçt qəbzində göndərici qismində “Vəkil Zümrüd Səməd Qızı”, alıcı qismində “İddiaçı” göstərilmişdir. Qəbzdə o cümlədən göndərilməsi nəzərdə tutulan məktubun göndərən şəxsdən xx.xx.2019-cu il tarixdə alınması, həmçinin həmin məktubun eyni gündə, yəni xx.xx.2019-cu il tarixdə alıcıya təqdim edilməsi qeyd edilir. Poçt qəbzinin üzərində məhz nəyin, hansı sənədin göndərilməsi əks etdirilməmişdir. Yəni belə bir halda istənilən sənədin, o cümlədən boş zərfin göndərilməsini istisna eytmək olmaz. Bakı şəhəri ilə Zaqatala arasında olan məsafəni, müddəti nəzərə alsaq poçt zərfinin eyni gündə Bakıdan Zaqatalaya çatdırılması mümkün görünmür. Kollegiya hesb edir ki, şikayətin bu dəlili də əsassızıdır. İşdə olan Maraqlı şəxs vəkili Zümrüd Səməd qızı tərəfindən İddiaçı ünvanlanmış 24 dekabr 2019-cu il tarixli bildirişdən görünür ki, 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyini 20 gün müddətində ödəmədiyi halda Notariat Haqqında Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 85000 manat borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. “X15 Service” MMC–nin poçt göndərişinin çatdırılması haqqında 004800 nömrəli yol qaiməsindən görünür ki, vəkil Zümrüd Səməd qızı tərəfindən göndərilmiş poçt zərfi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı qeydi edilməklə və imzalanmaqla təhvil alınmışdır. Göründüyü kimi şikayətin bu dəlili də əsassızdır. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, xəbərnamədəki imza ona məxsus deyildir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, apelyator Zaqatala şəhəri H.Aslanov küçəsi ev 50-də qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs vəkili Zümrüd Səməd qızı tərəfindən İddiaçı ünvanlanmış 24 dekabr 2019-cu il tarixli icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, həmin bildiriş apelyatorun rəsmi qeydə alındığı ünvana göndərilmişdir. Bundan başqa apelyator verdiyi apellyasiya şikayətində yaşadığı ünvan kimi ünvan 1kü Prosessual Məcəlləsi: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik ünvan sahibi evdə olmadıqda rəsmi sənədləri onun ailə üzvlərindən birinə təqdim edilməsini qadağan etməmiş, əksinə ailə üzvlərindən birinə təqdim edilə bilməsi mümkünlüyünü qeyd etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)7326/2021 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin olunaraq, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddiaya aid olan hissədə ləğv edilmiş, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi barədə” ilk iddiası rədd olunmuş, qarşılıqlı iddiaya aid olan hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə ayrıca qərardad qəbul olunduğu qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən icra qeydinin ləğv edilməsinə dair iddianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri mümkündür. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə iddiaçının icra qeydinin ləğv edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə icra qeydini mövcud və etibarlı hesab etmişdir. Qeyd edilməlidir ki, eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə icra qeydinin ləğv edilməsinə dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin icra qeydinin hüquqi nəticə əmələ gətirən etibarlı bir sənəd olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də hazırkı iş üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin icra qeydinin etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan icra qeydinin etibarlı olub-olmaması baxımından heç bir əhəmiyyət kəsb etmir. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar