Məhkəmə qərarları › İş №2(107)-484/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-484/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-484/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-674/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli 2(046)-674/2020 nömrəli qətnaməsi ilə İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və Cavabdeh İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin iddia təmin edilərək Cavabdeh 25000 manat məbləğində borc pulun alınaraq İddiaçı2 verilməsi qət edilmiş, Cavabdeh İddiaçı2 qarşı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. İşin halları İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı2) iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) 25000 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və iddiaçı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 ilk iddianı müdafiə, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı2 Cavabdeh 25000 manat məbləğində borc pul vermiş, bu barədə xx.xx.2020-ci il tarixdə cavabdehlə aralarında notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə 25000 manat məbləğində borc pulu xx.xx.2020-ci il tarixədək iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh borclu olduğu 25000 manatı İddiaçı2 qaytarmamışdır. Hesab edir ki, cavabdehin İddiaçı2 qarşı qaldırdığı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası tam əsassızdır. Ona görə ki, Cavabdeh iddiaçıdan 25000 manat almadığını qeyd etməsinə baxmayaraq bu barədə notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmış, qeyd edilən məbləğdə pulu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı2 ona borc pul və ya hər hansı formada pul verməmişdir. İddia ərizəsində həmin kredit müqaviləsinin iradə ifadəsini əks etdirmir. Azərbaycan Respublikası Mülki Məcəllənin XİV fəslində əqdlərin etibarsızlığına dair normalar öz əksini tapıb. Həmin müddəalara əsasən etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin fəsildə etibarsız əqdlərin növlərini göstərib. Qanunvericilik buraya hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (Maddə 339); uydurma və yalan əqdlərin etibarsızlığı (Maddə 340); qeyri-ciddi əqdin etibarsızlığı (Maddə 341); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (Maddə 342); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (Maddə 343); on dörd yaşı tamam olmamış yetkinlik yaşma çatmayanın bağladığı əqdin etibarsızlığı (Maddə 344); on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşma çatmayanın bağladığı əqdin etibarsızlığı (Maddə 345); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (Maddə 346); vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (Maddə 347); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (Maddə 349); əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasmın nəticələri (Maddə 350) kimi növləri daxil edib. Qanunvericilik bu əqdlərdən yalnız uydurma və yalan əqdlərin əhəmiyyətsiz olduğu müddəasını 340-cı maddədə göstərib. Belə ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçı2 müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə şikayət ərizəsi yazmaqla onu şantaj etmiş, hədə təsiri altında, onu ağır vəziyyətə salması nəticəsində həmin əqdləri bağlamağa məcbur olmuşdur. Buna görə də ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-674/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti birinci instansiya məhkəməsində verdiyi izahatın dəlillərinə uyğun əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-674/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhətində yaranmış xəstəliklə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası İddiaçı2 və Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Gəncə şəhər 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı2 Cavabdeh 25000 manat borc pul vermiş, Cavabdeh həmin pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə, qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. İşin gerçək halları ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı2 25000 manat borc pul almış, həmin pulu xx.xx.2020-ci ildə qaytaracağını öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2020-ci il tarixli notariat qaydada kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin pulu iddiaçıya qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulu məhkəmədən kənar qaydada qaytarması tələb edilsə də, cavabdeh pulu verməkdən imtina etdiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2 məxsus 25000 manat pul vəsaiti Cavabdehnun qanunsuz sahibliyindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 448.1-ci maddəsinə görə, əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu digər iştirakçıya (borc alana) verməyi, digər iştirakçı borc alan isə aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, iddiaçıya məxsus 25000 manat pul vəsaiti cavabdehin qanunsuz sahibliyindədir və o həmin pulu qaytarmaqdan imtina edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi iddiaçı cavabdehin borclu olduğu 25000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “pulun verilməsi barədə akt yoxdur” dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Gəncə şəhər 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 25000 manat borc pul vermiş və həmin müqavilə iş materiallarında mövcuddur. Bununla da, cavabdehin apellyasiya şikayətinin həmin dəlilinin əsassız olması təsdiq olunur. Məhkəmə kollegiyasına görə iddiaçının tələbi iş materiallarında olan sübutlarla təsdiq olunduğuna görə, birinci instansiya məhkəməsi ilk iddianı təmin edərək qarşılıqlı iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X2 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, o cümlədən təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X2 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı2 öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-674/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-674/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar