Məhkəmə qərarları › İş №2(107)-489/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-489/2022

16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-489/2022 16.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair Balakən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(019)-122/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(019)-122/2022 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)-726/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manatın alınıb İddiaçı və 58,40 manat dövlət rüsumu xərcinin alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 saylı 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 22.01.2006cı ildə doğulmuş X4 və 24.06.2008-ci ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 28 dekabr 2004-cü ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 15 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 135 sayla rəsmiləşdirmişlər. Cavabdehlə evliliklərindən 22.01.2006-cı ildə X7 və 24.06.2008-ci ildə X8 adında iki uşaqları olmuşdur. Onunla evləndikdən sonra bir müddət mehriban yaşamış,sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Aralarında baş vermiş narazılıqla əlaqədar o, uşaqları da götürüb valideynlərinin evinə getmişdir. Birgə nikahlarından olan iki uşağı hazırda özünün himayəsində yaşayırlar.Balakən Rayon Məhkəməsinin 2(019)- 726/2020 saylı 09 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 15 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 135 sayla rəsmiləşdirdikləri nikahın pozulması, Cavabdeh ilə birgə nikahlarından 22.01.2006-cı ildə doğulmuş X4 və 24.06.2008-ci ildə doğulmuş X5 baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Uşaqları ildən ilə böyüdüyünə, onların təhsil, sosial, maddi təminatı artdığına görə hazırda həmin məbləğdə alimentlə uşaqlara baxmaq onun üçün çox çətindir. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur.Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır.Özü heç yerdə işləmir.Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş,onun qazancı və digər gəlirləri artmışdır.Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını göndərmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(019)-726/2020 saylı qətnaməsinə əsasən, 31 avqust 2020-ci il tarixdən başlayaraq 22 yanvar 2006-cı il tarixdə anadan olmuş X4 və 24 iyun 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat alimentin İddiaçı verilməsi qət edilmiş,sözügedən qətnamədən sonuncu tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş yeri və gəliri mövcud olmadığından aliment öhdəliyinin icra olunmasında çətinliklər yaranmış, ödənilməmiş 1320 manat aliment borcuna görə Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən barəsində inzibati protokol tərtib edilmiş, Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbsdə olduqdan sonra valideyninin köməkliyi ilə ödənilməmiş aliment məbləğini hissə-hissə ödəmişdir. Hazırda ödənilməmiş 780 manat aliment borcu mövcuddur ki, həmin vəsaitin ödənilməsində çətinlik çəkir.Göründüyü kimi, hazırki vəziyyətdə məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılması üçün heç bir qanuni əsas mövcud deyildir.İddiaçı alimentin miqdarının artırılması üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, iddia tələbi formal mülahizələrə əsaslanmışdır. İddiaçı iddia tələbinin əsaslı olmasını sübut etməkdə borclu olduğu halda bunu sübut edə bilməmiş, uşaqların maddi tələbatının artmasını, cavabdehin maddi vəziyyətində yaxşılaşma olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmadığı halda, maddi vəziyyətinin daha da pisləşdiyini, onun əvvəllər aliment öhdəliyinə görə 1.320 manat, hal-hazırda isə 700 (yeddi yüz) manat aliment borcu olduğunu nəzərə almamışdır . Həmçinin İddiaçı X9 Bazarında satıcı işlədiyini, hər ay 150 (yüz əlli) manat məvacib aldığını nəzərə almamışdır. Balakən Rayon Məhkəməsi qətnamə qəbul edərkən, biz tərəflərin qarşılığlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, onun hər ay 130 (yüz otuz) manat alimenti ödəmək iqtidarında olmadığını nəzərə almayaraq aliment borcunun olduğu halda alimenti daha da artıraraq onu çətin duruma salmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(019)- 122/2022 nömrəli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(019)-122/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(019)-122/2022 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 saylı 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 22.01.2006-cı ildə doğulmuş X4 və 24.06.2008-ci ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat alimentin alınıb onun xeyrinə ödənilməsi barədə iddia tələbi həmin hissədə də rədd edilməlidir. İşdə olan X3 sonra prosesin davam etdirilə bilməməsi barədə 04.10.2021-ci il tarixli Nİ0023 nömrəli arayışdan görünür ki, X2 ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 iyul 2009-cu tarixdə verilmiş AZ-İİ seriyalı 301296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 yanvar 2006-cı il tarixdə anadan olmuş, atası Cavabdeh , anası İddiaçı göstərilmişdir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 iyul 2009-cu tarixdə verilmiş AZ-İİ seriyalı 301250 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 iyun 2008-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli 2(019)- 726/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edlilməsi , İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2009-cu il tarixdə Balakən rayonu Qeydiyyat Şöbəsində 135 nömrə ilə qeydə alınmış nikahın pozulması,onların birgə nikahından olan uşaqları-22.01.2006-cı ildə anadan olmuş X7 və 24.06.2008-ci ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanmaları,31 avqust 2020-ci il tarixdən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi,iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2 və 112.1-ci maddələrinə və “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 28 dekabr 2004-cü ildə rəsmi nikah bağlamadan Cavabdeh ilə evlənmiş,nikahlarını 15 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 22.01.2006-cı ildə X7, 24.06.2008-ci ildə isə X8 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)-726/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2009-cu il tarixdə Balakən rayonu Qeydiyyat Şöbəsində 135 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları - 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanmaları, 31 avqust 2020-ci il tarixdən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)- 726/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 58,40 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X10” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda 50 manat mediasiya xərcini İddiaçı ödədiyindən Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb İddiaçı ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi barədə Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)-726/2020 nömrəli qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsinin qəbul edilməsindən o qədər də çox vaxt keçməmiş, qətnamənin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı qanuna əsasən onun iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(019)-122/2022 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 saylı 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 22.01.2006-cı ildə doğulmuş X4 və 24.06.2008-ci ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat alimentin alınıb onun xeyrinə ödənilməsi barədə iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Balakən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(019)-122/2022 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X4 və 24.06.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 saylı 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 22.01.2006-cı ildə doğulmuş X4 və 24.06.2008-ci ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat alimentin alınıb onun xeyrinə ödənilməsi barədə iddia tələbi həmin hissədə də rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar