Məhkəmə qərarları › İş №2(107)-49/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-49/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-49/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsənli Vüsal Mirəli oğlunun iştirakı ilə, İddiaçı «xxxx» QSC-nin cavabdehlər Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Feyruz Aşıralı oğlu, Əfəndiyev Rövşən Ənvər oğlu, Həşimov Ruslan Vaqif oğlu, Əliyev Hamlet Əfrasiyab oğlu, Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-23/2019 nömrəli qətnaməsindən cavabdeh Qənizadə Mehriban Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-23/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, Qənizadə Mehriban Ənvər qızı ilə «xxxx» QSC arasında bağlanan xx xxxxxx 2009-cu il tarixli 01L000001630 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Feyruz Aşıralı oğlu, Əfəndiyev Rövşən Ənvər oğlu, Həşimov Ruslan Vaqif oğlu, Əliyev Hamlet Əfrasiyab oğlu, Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlundan müştərək qaydada «xxxx» QSC-nin xeyrinə 01R000007857 saylı kredit razılaşması üzrə 7517,36 ABŞ dolları məbləğində əsas kredit borcu, 4238,35 ABŞ dolları məbləğində faiz borcu və 80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 01R000014332 saylı kredit razılşaması üzrə 11807,71 ABŞ dolları məbləğində əsas kredit borcu, 5520,92 ABŞ dolları məbləğində faiz borcu və 120 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 001KK**********01 saylı kredit müqaviləsi üzrə 4990,91 ABŞ dolları məbləğində əsas kredit borcu, 1148,33 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 35473,58 ABŞ dolları (otuz beş min dörd yüz yetmiş üç ABŞ dolları əlli səkkiz sent) ödəniş gününə məzənnə üzrə manatla borcun, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 60 (altmış) manatın tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Qənizadə Mehriban Ənvər qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi, 35,72 kv.m yaşayış, 21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi, 35,72 kv.m yaşayış, 21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilin ilkin satış qiymətinin 73000 (yetmiş üç min) manat olmaqla açıq hərrac yolu ilə satılması, satışdan əldə edilən pul vəsaitinin Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Feyruz Aşıralı oğlu, Əfəndiyev Rövşən Ənvər oğlu, Həşimov Ruslan Vaqif oğlu, Əliyev Hamlet Əfrasiyab oğlu, Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlunun «xxxx» QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdeh Qənizadə Mehriban Ənvər qızına qaytarılması, Qənizadə Mehriban Ənvər qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi, 35,72 kv.m yaşayış, 21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay Qənizadə Mehriban Ənvər qızı və Qənizadə Elvin Gündüz oğlu yaşayış sahəsini tərk etmədikləri təqdirdə həmin mənzildən çıxarılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın Qənizadə Mehriban Ənvər qızından tutularaq aşağıdakı hesaba köçürülməsi Xidmət göstərən: “xxxx” MMC, VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: “GÜNAYBANK ASC” VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD 505594, SWİFT: GUNAAZ22 İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 145 (bir yüz qırx beş) manat Qənizadə Mehriban Ənvər qızından tutularaq aşağıdakı hesaba köçürülməsi: Büdcə təsnifatının kodu, 142319.Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı «xxxx» QSC cavabdehlər Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Feyruz Aşıralı oğlu,Əfəndiyev Rövşən Ənvər oğlu,Həşimov Ruslan Vaqif oğlu,Əliyev Hamlet Əfrasiyab oğlu,Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qənizadə Mehriban Ənvər qızının «xxxx» QSC ilə bağladığı xx xxxxxx 2009-cu il tarixli 01L000001630 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Feyruz Aşıralı oğlu,Əfəndiyev Rövşən Ənvər oğlu,Həşimov Ruslan Vaqif oğlu,Əliyev Hamlet Əfrasiyab oğlu,Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlundan müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 01R000007857 saylı kredit razılaşması üzrə 7679,63 ABŞ dolları məbləğində əsas kredit borcu,4240,54 ABŞ dolları məbləğində faiz borcu və 8538,24 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 01R000014332 saylı kredit razılşaması üzrə 11807,71 ABŞ dolları məbləğində əsas kredit borcu, 5520,92 ABŞ dolları məbləğində faiz borcu və 13117,04 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 001KK**********01 saylı kredit müqaviləsi üzrə 4990,91 ABŞ dolları məbləğində əsas kredit borcu, 1148,33 ABŞ dolları məbləğində faiz borcu və 2455,11 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 59498,43 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirşin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Qənizadə Mehriban Ənvər qızınun xüsusi mülkiyyətdə olan Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və cəmi 59498,43 ABŞ dolları məbləğində borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Feyruz Aşıralı oğlu, Əfəndiyev Rövşən Ənvər oğlu, Həşimov Ruslan Vaqif oğlu, Əliyev Hamlet Əfrasiyab oğlu, Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlundan ümumi qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi, 35,72 kv.m yaşayış, 21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Elvin Gündüz oğlunun həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» QSC iddiasını onunla əsaslandırmışdır ki, Qənizadə Mehriban Ənvər qızına «xxxx» QSC ilə bağladığı xx xxxxxx 2009-cu il tarixli 01L000001360 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilir. Kredit xətti müqaviləsi üzrə Qənizadə Mehriban Ənvər qızına «xxxx» QSC ilə bağladığı xx xxxxxxxx 2012-ci il tarixli 01R000007857 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qənizadə Mehriban Ənvər qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri xx xxxx 2015-ci il tarixdən banka qaytarmamışdır.Qənizadə Mehriban Ənvər qızının xx xxxx 2017-cı il tarixinə 7679,63 ABŞ dolları məbləğində əsas kredit borcu, 4240,54 ABŞ dolları məbləğində faiz borcu və 8538,24 ABŞ dolları məbləğində cərimə borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Qənizadə Mehriban Ənvər qızına «xxxx» QSC ilə bağladığı xx xxxxxx 2014- cü il tarixli 01R000014332 saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qənizadə Mehriban Ənvər qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri xx xxxx 2015-ci il tarixdən banka qaytarmamışdır.Qənizadə Mehriban Ənvər qızının xx xxxx 2017-cı il tarixinə 11807,71 ABŞ dolları məbləğində əsas kredit borcu, 5520,92 ABŞ dolları məbləğində faiz borcu və 13117,04 ABŞ dolları məbləğində cərimə borcu qalmışdır. Qənizadə Mehriban Ənvər qızına «xxxx» QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2 % olmaqla, 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qənizadə Mehriban Ənvər qızının xx xxxx 2017-cı il tarixinə xx xxxxxx 2015-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 4990,91 ABŞ dolları məbləğində əsas kredit borcu, 1148,33 ABŞ dolları məbləğində faiz borcu və 2455,11 ABŞ dolları məbləğində cərimə borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Qənizadə Mehriban Ənvər qızının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan Qənizadə Mehriban Ənvər qızı iddiaçı ilə bağladığı xx xxxxxx 2011-ci il tarixli 01M000001228 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzili iddiaçının xeyrinə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən 1247 nömrəli reyestr kitabının 113487 nömrəli vərəqində qeydiyyata alınmış və MA ******* nömrəli çıxarışa əsasən Qənizadə Mehriban Ənvər qızınun mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzili «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.İpoteka saxlayan «xxxx» QSC cavabdeh ipoteka qoyan Qənizadə Mehriban Ənvər qızına xx xxxx 2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx xxxx 2017-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx xxxx 2017-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. Qənizadə Mehriban Ənvər qızınun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Qənizadə Feyruz Aşıralı oğlu,Əfəndiyev Rövşən Ənvər oğlu,Həşimov Ruslan Vaqif oğlu,Əliyev Hamlet Əfrasiyab oğlu,Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Qənizadə Feyruz Aşıralı oğlu,Əfəndiyev Rövşən Ənvər oğlu,Həşimov Ruslan Vaqif oğlu,Əliyev Hamlet Əfrasiyab oğlu,Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlu Qənizadə Mehriban Ənvər qızının «xxxx» QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Odur ki, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı «xxxx» QSC-nin nümayəndəsi M.Həsənov iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Qənizadə Mehriban Ənvər qızının mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilində qeydiyyatda olanlar iddiaçı banka ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər.Həmçinin qeyd etmək istəyir ki,ekspert rəyində ipoteka predmetinin dəyərləndirilməsi ilə razıdır.Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh G.Qənizadə iddianı qismən qəbul edərək bidirmişdir ki, bank tərəfindən tələb edilən borc məbləği ilə razı deyildir. Borc məbləği düzgün göstərilməmişdir. Əsas borcdan silinmələr düzgün aparılmamışdır. Faiz və cərimə borcu suni olaraq şişirdilmişdir. Həmçinin onlara dolların manata nisbətən qalxmasından sonra hər hansı bir güzəşt edilməmişdir. Ekspert rəyində ipoteka predmetinin dəyərləndirilməsi ilə razıdır. Qeyd etmək istəyir ki,dolların məzənnəsi artana qədər bank qarşısında götürdükləri öhdəlikləri lazımınca və vaxtıvaxtında yerinə yetirmişlər. Odur ki, bütün bunları nəzərə alaraq faiz və cərimə borcunun silinərək, əsas borcda isə müvafiq güzəştlər edilərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər M.Qənizadə, F.Qənizadə, F.Aşıralı oğlu, R.Əfəndiyev, R.Həşimov, H.Əliyev və E.Qənizadə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Qənizadə Mehriban Ənvər qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Qənizadə Mehriban Ənvər qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmalıdır. Belə ki, kredit götürüldükdən bir müddət sonra onlar borcluların maddi imkanı ağırlaşdığından, yəni Azərbaycan manatının 2 dəfə devolvasiyaya uğraması nəticəsində, ölkə daxilində yaşayış üçün tələb olunan bəzi gündəlik məhsulların qiymətlərinin bahalaşması nəticəsində, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından xarici dövlətlərdən gətirilən malların qiymətlərinin dolların qiymətinin qalxması ilə əlaqədar həmin malların da qiymətlərinin qalxdığından və alıcılıq qabiliyyətinin yox həddinə düşməsi nəticəsində sahibkar obyektinin bağlanması səbəbindən onlar borclular götürülmüş kreditləri qrafik üzrə ödəmək iqtidarında olmamışlar. Bütün bunlar barədə iddiaçı cəmiyyətə (banka) məlumat verilməsinə baxmayaraq onlar düşdükləri drumla əlaqədar iddiaçı tərəfindən heç bir güzəşt olunmamışdır. Borclular tərəfindən götürülmüş kreditin qaytarılması məqsədi ilə kredit müqaviləsi müddətinin faiz dərəcəsi tətbiq edilmədən uzadılması və aylıq ödənişin azaldılmasını təklif etsələr də, iddiaçı bütün bunlarla razılaşmamışdır. Düşdükləri ağır maddi vəziyyət işə baxan məhkəmə tərəfindən də nəzərə alınmamışdır. Hesab edir ki, işə baxan məhkəmə bütün işin qeyd edilən həqiqi hallarını nəzərə alınmamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə borclunun və zaminin ağır olan vəziyyətini olduqca ağırlaşdırmışdır. Bundan başqa ipoteka ilə yüklü edilmiş onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseynov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56.76 kv.metr ümumi, 35.72 kv.metr yaşayış, 21.04 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı 42 saylı mənzilin məhkəmənin işə baxaraq qətnamə qəbul etdiyi gündə və hazırda real bazar qiyməti minimum 110000-120000 manat olduğu halda işə baxan məhkəmə bunları nəzərə almamışdır. Hesab edir ki, işə baxan məhkəmə bütün işin qeyd edilən həqiqi hallarını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə borclunun və zaminin ağır olan vəziyyətini olduqca ağırlaşdırmışdır. Göründüyü kimi işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla onların vəziyyətini ağırlaşdırmış, bununla da yuxarıda qeyd edilən hüquq normalarının tələblərini və cavabdehlərin qanunla qorunan hüquqlarını pozmuşdur. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)- 23/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Həmçinin apelyasiya şikayətinə vəsatət əlavə edərək göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsində o, ipoteka predmeti olan mənzilin qiymətiylə razılaşmadığını bildirsə də, məhkəmə buna əhəmiyyət verməmişdir və qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsində evin qiymətini 73 000 manat məbləğində qiymətləndirmişdir. O, bununla razı deyildir Belə ki, götürülmüş kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş tam təmirli mənzilin hazırda bazar qiyməti təqribən 100000-120000 manat civarındadır. Göründüyü kimi mənzilin qətnamə qəbul edilərkən qətnamədə qeyd edilmiş qiymətlə hazırki real bazar qiyməti arasında fərq həddindən artıq böyükdür. Hesab edir ki, ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseynov döngəsi, ev 1, mənzil 42 ünvanında yerləşən tam təmirli 3 otaqlı mənzilimin hazırki real bazar qiymətini dəqiq müəyyən edilməsi üçün iş üzrə təkrar Məhkəmə-texniki mühəndis ekspertizası təyin edilməlidir. Ona görə də, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Qənizadə Mehriban Əvəz qızına və qeyrilərinə qarşı borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi tələbinə dair" iş üzrə əlavə məhkəmə-texniki mühəndis ekspertizası təyin edilməsini, ekspert qarşısında iddiaçı "xxxx" QSC ilə cavabdeh Qənizadə Mehriban Əvəz qızı arasında bağlanmış M000001228 saylı ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş xüsusi mülkiyyətində olub Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseynov döngəsi, ev 1, mənzil 42 ünvanında yerləşən tam təmirli 3 otaqlı mənzilin hazırki real bazar qiyməti neçə manat təşkil etdiyi sualının qoyulmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsında iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsənli Vüsal Mirəli oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-23/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Feyruz Aşıralı oğlu, Əfəndiyev Rövşən Ənvər oğlu, Həşimov Ruslan Vaqif oğlu, Əliyev Hamlet Əfrasiyab oğlu, Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Qənizadə Mehriban Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-23/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 385.1, 442, 445.1, 445.2.1, 445.3, 448, 449.4, 462, 467, 472.1, 472.2 və 477.0.1-ci maddələrinə, Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3, 34.1, 41.1, 59.1, 59.3 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Qənizadə Mehriban Ənvər qızına «xxxx» QSC ilə bağladığı xx xxxxxx 2009-cu il tarixli 01L000001360 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilir. Kredit xətti müqaviləsi üzrə Qənizadə Mehriban Ənvər qızına «xxxx» QSC ilə bağladığı xx xxxxxxxx 2012-ci il tarixli 01R000007857 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qənizadə Mehriban Ənvər qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri xx xxxx 2015-ci il tarixdən banka qaytarmamışdır.Qənizadə Mehriban Ənvər qızının xx xxxx 2017-cı il tarixinə 7679,63 ABŞ dolları məbləğində əsas kredit borcu, 4240,54 ABŞ dolları məbləğində faiz borcu və 8538,24 ABŞ dolları məbləğində cərimə borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Qənizadə Mehriban Ənvər qızına «xxxx» QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 01R000014332 saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qənizadə Mehriban Ənvər qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri xx xxxx 2015-ci il tarixdən banka qaytarmamışdır.Qənizadə Mehriban Ənvər qızının xx xxxx 2017-cı il tarixinə 11807,71 ABŞ dolları məbləğində əsas kredit borcu, 5520,92 ABŞ dolları məbləğində faiz borcu və 13117,04 ABŞ dolları məbləğində cərimə borcu qalmışdır. Qənizadə Mehriban Ənvər qızına «xxxx» QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2 % olmaqla, 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qənizadə Mehriban Ənvər qızının xx xxxx 2017-cı il tarixinə xx xxxxxx 2015-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 4990,91 ABŞ dolları məbləğində əsas kredit borcu, 1148,33 ABŞ dolları məbləğində faiz borcu və 2455,11 ABŞ dolları məbləğində cərimə borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Qənizadə Mehriban Ənvər qızının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan Qənizadə Mehriban Ənvər qızı iddiaçı ilə bağladığı xx xxxxxx 2011-ci il tarixli 01M000001228 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzili iddiaçının xeyrinə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən 1247 nömrəli reyestr kitabının 113487 nömrəli vərəqində qeydiyyata alınmış və MA ******* nömrəli çıxarışa əsasən Qənizadə Mehriban Ənvər qızınun mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzili «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.İpoteka saxlayan «xxxx» QSC cavabdeh ipoteka qoyan Qənizadə Mehriban Ənvər qızına xx xxxx 2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx xxxx 2017-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx xxxx 2017-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. Qənizadə Mehriban Ənvər qızınun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Qənizadə Feyruz Aşıralı oğlu,Əfəndiyev Rövşən Ənvər oğlu,Həşimov Ruslan Vaqif oğlu,Əliyev Hamlet Əfrasiyab oğlu,Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Qənizadə Feyruz Aşıralı oğlu,Əfəndiyev Rövşən Ənvər oğlu,Həşimov Ruslan Vaqif oğlu,Əliyev Hamlet Əfrasiyab oğlu,Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlu Qənizadə Mehriban Ənvər qızının «xxxx» QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Qənizadə Mehriban Ənvər qızının mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilində yaşayanlar iddiaçı banka ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notarit kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər.İddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə cavabdeh Qənizadə Mehriban Ənvər qızının vəsatəti əsasında keçirilmiş məhkəmə-muhasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 25540 №-li rəyindən görünür ki, Qənizadə Mehriban Ənvər qızının xx xxxx 2017-cı il tarixə «xxxx» QSC -yə xx xxxxxxxx 2012-ci il tarixli,01R000007857 saylı kredit müqaviləsi üzrə 7517,36 ABŞ dolları əsas borc, 4238,35 ABŞ dolları faiz borcu vardır, ekspertiza xərci 145 manatdır İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx xxxxxx 2019-cu il tarixli ƏEM/Y 60-060/19 saylı rəyindən görünür ki, Qənizadə Mehriban Ənvər qızının mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilinin 2011-ci ilin dekabr ayına bazar dəyəri 65000 manat olmuşdur, xx xxxxxx 2019-cu il tarixinə bazar dəyəri isə 73000 manatdır. Ekspertiza xərci 150 manatdır. Tələb edilən kredit razılaşmaları üzrə götürülən kredit məbləği 10000 ABŞ dollarından çox olduğu üçün Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmür, odur ki, cavabdeh Qənizadə Mehriban Ənvər qızı bank qarşısında götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün onunla «xxxx» QSC arasında bağlanan xx xxxxxx 2009-cu il tarixli 01L000001630 saylı kredit xətti müqaviləsinə xitam verilməlidir, cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ azaldılmalıdır.Belə ki,01R000007857 saylı kredit razılaşması üzrə tələb edilən 8538,24 ABŞ dolları cərimə borcu azaldılaraq 80 ABŞ dolları olaraq müəyyən edilməlidir, 01R000014332 saylı kredit razılaşması üzrə 13117,04 ABŞ dolları cərimə borcu azaldılaraq 120 ABŞ dolları olaraq müəyyən edilməlidir, 001KK**********01 saylı kredit müqaviləsi üzrə 2455,11 ABŞ dolları cərimə borcu azaldılaraq 50 ABŞ dolları müəyyən edilməlidir.Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi nəzərə alınaraq cavabdehlər Qənizadə Mehriban Ənvər qızı, Qənizadə Feyruz Aşıralı oğlu,Əfəndiyev Rövşən Ənvər oğlu,Həşimov Ruslan Vaqif oğlu,Əliyev Hamlet Əfrasiyab oğlu,Qənizadə Elvin Gündüz oğlu və Qənizadə Gündüz Aşıralı oğlundan müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 01R000007857 saylı kredit razılaşması üzrə 7517,36 ABŞ dolları məbləğində əsas kredit borcu,4238,35 ABŞ dolları məbləğində faiz borcu və 80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 01R000014332 saylı kredit razılşaması üzrə 11807,71 ABŞ dolları məbləğində əsas kredit borcu, 5520,92 ABŞ dolları məbləğində faiz borcu və 120 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 001KK**********01 saylı kredit müqaviləsi üzrə 4990,91 ABŞ dolları məbləğində əsas kredit borcu, 1148,33 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 35473,58 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınıb «xxxx» QSC-yə verilməli, tələb tam mülkiyyət hüququ ilə Qənizadə Mehriban Ənvər qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi,35,72 kv.m yaşayış,21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak hərrac qaydasında satılmalı, məhkəmə tikinti ekspertizasının rəyi nəzərə alınaraq ilkin satış qiyməti 73000 manat məbləğində müəyyən edilməlidir, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Qənizadə Mehriban Ənvər qızına qaytarılmalıdır, iddiaçı ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrini müəyyən edən sənəd məhkəməyə təqdim edildiyi üçün mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Qənizadə Mehriban Ənvər qızı və Qənizadə Elvin Gündüz oğlu həmin mənzili tərk etmədikləri təqdirdə mənzildən çıxarılmalıdırlar, istifadə hüquqlarının itirilməsinə dair tələb mülkiyyətçi hüquqlarına aid olduğu üçün iddia qalan hissədə rədd edilməlidir. İş üzrə cavabdeh Mehriban Qənizadənin vəsatəti əsasında keçirilmiş məhkəmə tikinti ekspertiza tədqiqatının dəyəri olan 150 manat Mehriban Qənizadədən tutularaq Azərbaycan Respublikası Əmlak Ekspert Mərkəzinin qeyd etdiyi hesaba köçürülməlidir.Həmçinin Cavabdeh Mehriban Qənizadənin vəsatəti əsasında keçirilmiş məhkəmə muhasibatlıq tədqiqatının dəyəri cəmi 145 manat cavabdeh Qənizadə Mehriban Ənvər qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd etdiyi hesaba köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Cavabdehin apellyasiya şikayətində göstərdiklərini nəzərə alan məhkəmə xx xxx 2020-ci il tаrixli, 2(107)-849/2020 nömrəli qərаrdаdı ilə hаzırkı iş üzrə ipotekа predmetlərinin qiymətləndirilməsi uçün müstəqil qiymətləndirici dəvət edilməsi, ipotekа predmetinin qiymətləndirilməsinin “xxxx” MMC-yə həvаlə edilməsi və hazırki iş üzrə müstəqil qiymətləndiricinin rəyi məhkəmə kollegiyasına daxil olanadək icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq x xxxxxx 2021-ci ildə “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 001/LBC nömrəli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseyinov döngəsində yerləşən 1 nömrəli evin 42 nömrəli mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 75000 (yetmiş beş min) AZN, likvid qiyməti isə 70000 (yetmiş min) AZN təşkil edir. Məhkəmə kollegiyası “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 001/LBC nömrəli ekspert rəyini sübut kimi qəbul etsə də, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yəhya Hüseyinov döngəsində 1 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 56,76 kv.m ümumi, 35,72 kv.m yaşayış, 21,04 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilin ilkin satış qiymətinin 73000 (yetmiş üç min) manat edildiyindən və həmin qiymət iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, cavabdeh isə həmin qiymətin az olmasından şikayət etdiyindən, hazırki rəydə isə mənzilin likvid qiyməti isə 70000 (yetmiş min) manat müəyyən edildiyindən (ipoteka predmetinin ilkin satış qiyməti kimi həmin qiymət təyin ediləcəyi təqdirdə cavabdehin ziyanına olacaqdır) həmin rəyi nəzərə almır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Yuxarıda göstərilən maddələrin tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Qənizadə Mehriban Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-23/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-23/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Qənizadə Mehriban Ənvər qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar