Məhkəmə qərarları › İş №2(107)-491/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-491/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-491/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 Cinşa oğluna, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən əsas kredit borcu üzrə 4307,68 manat, faiz borcu üzrə 376,98 manat, 4424,35 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 829.20 manat faiz borcun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 121 manat dövlət rüsumunun Cavabdeh3 alınaraq LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə yönəldilməsi, yuxarıda göstərilən əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetndən əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, Qalan məbləğin Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 öz əşyaları ilə birlikdə 1 ay ərzində mənzildən çıxarılaraq mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 Saylı kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi ilə 9350 manat məbləğində kredit cavabdehə verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Mingəçevir şəhər A.Məmmədov küçəsndə istifadədə olan 0,162 ha torpaq sahəsində yerləşən 16 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində 5-ci mərtəbəsində yerləşən 57,85 kv.m ümumi, 36.31 kv.m yaşayış sahəsidən ibarət olan 3 otaqlı 10 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması ilə bağlı bankla cavabdeh arasında xx.xx.2015-ci tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Mingəçevir şəhər 2 saylı notariat kontoru tərfindən təsdiq edildikdən sonra xx.xx.2015-ci il tarixli RX sariyalı ******* nömrəli çıxarış verilmişdir. Mənzil İpotekaya qoyulan zaman digər cavabdehlər mənzildə məskunlaşan Cavabdeh1 Cinşa oğlu, Cavabdeh2 və Cavabdeh4 10 saylı mənzilin ipotekaya qoyulmasına və ödənişin ipotekaya yönələcəyi təqdirdə mənzildən çıxacaqları barədə öhdəlik götürmüşlər. Cavabdeh tərəfindən borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Odur ki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə kredit borcundan 110 manat ödəmiş, buna görə də iddia müddətinin keçməmiş və iddia müddətinin tətbiq edilməsi əsassızdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh3 birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı izahatında göstərdi ki, bankla arasındakı müqavilə 2015-ci il tarixdə bağlanmışdır. Müqavilə müddəti 3 illikdir. Ödədiyi 110 manat məbləğində pul isə digər kredit müqaviləsinə yəni maşınla bağlı kredit borcuna ödənilmişdir. İndiki vəziyyətdə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsi ilə (hakim E.Cəbrayılzadə), iddianın rədd edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun alınması və sair tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumuun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh3 isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və sair tarixlərdə xx.xx.2015-ci il tarixli MF-KL/069 Saylı kredit müqaviləsi üzrə ödənişlər olmuşdur. Çünki, cavabdehin avtomobillə bağlı bağladığı kredit müqaviləsi 2019-cu il tarixdə restruktruzasiya olunduğundan artıq xx.xx.2020-ci il, xx.xx.2020-ci il və sair tarixlərdə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Belə ki, həm ipoteka ilə, həm avtomobillə bağlı ödənişlər eyni hesaba ödənildiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən həmin məbləğlərin məhz xx.xx.2015-ci il tarixli MF-KL/069 Saylı kredit müqaviləsi üzrə ödənilməsi sübuta yetirilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Belə olan halda üç illik müddətin axımı xx.xx.2018-ci il tarixdə başlayaraq xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2022-ci il tarixdə verilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 372, 373.2, 375.1, 375.2, 380.1, 380.2, 381.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 77.1, 88, 119.1. 124.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2018-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(051)-235/2019 saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanmışdır. İddianın baxılmamış saxlanması üçün əsas ondan ibarət olmuşdur ki, Cavabdeh3 kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının” təsir dairəsinə düşmüşdür. Həmin qərardadın 3cü səhifəsinin axırıncı abzasında məhkəmə qeyd etmişdir ki, “Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. ” Qeyd olunan qərardad qanuni qüvvəsini almışdır və preyudisial əhəmiyyət kəsb edir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilməmişdir. Birinci instansiya məhkəməsi 20 avqust 2019-cu il tarixli, 2(051)- 235/2019 saylı qərardada hüquqi qiymət verməmişdir. İşi hərtərəfli, tam və obyektiv araşdırmamışdır, bununla da maddi hüquq pozuntusuna yol vermişdir.

14. Mingəçevir Şəhər Məhkəməsi hazırki iş üzrə Mülki Məcəllənin 380.1-ci maddəsini tətbiq etməməklə maddi hüquq normasının pozulmasına yol vermişdir. Belə ki, məhkəmənin iş materiallarına əlavə edilmiş 03 sentyabr 2020-ci il tarixli qəbzin əslindən və hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh3 banka olan borcundan 03 sentyabr 2020-ci il tarixdə 110 (bir yüz on) manat ödəniş etmişdir. İddiaçı ilə cavabdeh arasında 20 noyabr 2015-ci il tarixli, MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 20 noyabr 2018-ci il tarixdə bitmişdir, həmin vaxtdan etibarən 3 (üç) illik iddia müddətinin axımı başlamışdır və iddia müddətinin axımı 20 noyabr 2021-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən ödənilən 110 (bir yüz on) manat pul 3 (üç) illik iddia müddəti intervalında ödənildiyindən hazırki işdə MM-nin 380.1-ci maddəsi tətbiq olunmalıdır, çünki Cavabdeh3 borcu etiraf etməsini göstərən hərəkətləri iddia müddəti dövründə həyata keçirilmişdir, həmin ödəniş cavabdehin borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir. İddia ərizəsi 03 sentyabr 2020-ci il və 03 sentyabr 2023-cü il aralığında (xx.xx.2022-ci il tarixdə) verildiyi üçün iddia müddəti ötürülməmiş hesab olunmalıdır.Belə olan halda, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməli və yaranmış borc kreditora ödənilməlidir.

15. İş materiallarına əlavə edilmiş 18 iyul 2019-cu il tarixli, AB №MGF 08-00147 saylı bildirişdən görünür ki, kreditin restrukturizasiyası ilə əlaqədar Cavabdeh3 yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif olunub. Bildirişə əlavə olunmuş xəbərnamədən görünür ki, həmin bildiriş 23 iyul 2019-cu il tarixdə onun tərəfindən şəxsən alınıb, lakin buna baxmayaraq Cavabdeh3 kreditin retrukturizasiyasından yayınıb, yeni kredit müqaviləsinin bağlanmasından imtina edib. Cavabdeh3 01 mart 2011-ci il tarixdən 01 iyun 2018-ci il tarixədək ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialının hüquqşünası vəzifəsində çalışmışdır, vəkildir, onun məqsədi kredit borcunun ödənilməsindən yayınmaq olmuşdur. Məhkəmə kreditin restrukturizasiyası ilə əlaqədar 18 iyul 2019- cu il tarixli, AB №MGF 08-00147 saylı bildirişə hüquqi qiymət verməmişdir. Eyni zamanda Mingəçevir şəhər Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(051)-235/2019 saylı qərardadına da hüquqi qiymət verməməklə prosessual pozuntuya yol vermişdir. Həmin qərardadda açıq-aydın qeyd olunmuşdur ki, “fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz.”

16. Mingəçevir şəhər Məhkəməsinin 20 avqust 2019-cu iltarixli, 2(051)-235/2019 saylı qərardadı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır və həmin qərardada hüquqi qiymət verilməmişdir, kreditin restrukturizasiya edilməsinə dair 18 iyul 2019-cu iltarixli, AB№MGF 08-00147 saylı bildiriş məhkəmə tərəfindən araşdırılmamış və həmin bildirişə hüquqi qiymət verilməmişdir.

17. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh3 apellyasiya şikayətinə etirazında apellyasiya şikayətinin rədd edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsinin qüvvəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinin tələbinə görə də öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2, 445.2.1-civə 445.2.2-ci maddələrində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı.

25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun; 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1, 34.1.1-ci maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarındandır. 39.3-cü və 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar.

26. “X3rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə səhvə yol vermişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

34. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

35. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

36. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

37. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

38. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

39. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

40. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

41. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh3 isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(051)-235/2019 saylı qərardadı araşdırmamasına, həmin qərardada hüquqi qiymət verməməsinə, məhkəmənin hazırki iş üzrə Mülki Məcəllənin 380.1-ci maddəsini tətbiq etməməklə maddi hüquq normasının pozulmasına yol verməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlləri əsassızdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. Birincisi, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmununa əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məs, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunub ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. İkincisi, Mülki Məcəllənin 381.1 və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2-ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. Əgər 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilsəydi, qanunverici bunu da xüsusi qeyd edərdi. Lakin qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən banka olan borcundan 03 sentyabr 2020-ci il tarixdə ödənilən 110 (bir yüz on) manat pul 3 (üç) illik iddia müddəti intervalında ödənildiyindən hazırki işdə MM-nin 380.1-ci maddəsinin tətbiq edilməli olması, iddia müddətinin ötürülməmiş hesab olunmalı olmasına dair dəllərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından da göründüyü ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. Lakin buna baxmayaraq iddiaçı Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2022-ci il tarixdə verilmiş, yəni iddianın verilməsi üçün nəzərədə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür.

47. İşdə olan İddiaçı ASC-yə aid maliyyə arayışından da görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 4307,68 manat, faiz borcu 376,98 manat, cərimə borcu 4424,35 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün faiz borcu 829.20 manat olmaqla, cəmi borcu 9938.2 manat təşkil edir.

48. Mülki iş materiallarına əlavə eilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Vahid Məhkəmə Sisteminin elektron kabinetinə 10 oktyabr 2023-cü il tarixdə yerləşdirilmiş ərizədən məlum olmuşdur ki, Cavabdeh3 ilə AtaBank”ASC-nin “Mingəçevir”filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli (sub 11) kredit müqaviləsinə əsasən, ona 36 (otuz altı) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla 9350 (doqquz min üç yüz əlli) manat məbləğində və xx.xx.2013-cü il tarixli MF-AK/03 nömrəli Kredit müqaviləsinə əsasən, ona 36 (otuz altı) ay müddətinə, illik 16 (on altı) faiz hesablanmaqla 17250 (on yeddi min iki yüz əlli) manat məbləğində kredit verilmişdir. Eyni zamanda ərizədə hesabdan çıxarış məlumatlarında əks olunan xx.xx.2022-ci il tarixli “kredit borcu 11-ci sub” təyinatlı 100 (bir yüz) manat məbləğində ödəniş xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli (sub-11) kredit müqaviləsi üzrə borcun ödənilməsinə və xx.xx.2023-cü il tarixli “kredit borcu 18-ci sub” təyinatlı 100 (bir yüz) manat məbləğində ödənişin isə xx.xx.2019-cu il tarixli MF- FAK/01 nömrəli (sub-18) Kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönləndildiyi göstərilmişdir. Həmin ərizədən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli kredit müqaviləsi ilə yanaşı Cavabdeh3 xx.xx.2019-cu il tarixli MF-FAK/01 nömrəli kredit müqaviləsi üzrə də eyni banka 4199,06 manat borcu vardır.

49. İddiaçı təşkilatın apellyasiya şikayətində iddia müddətinin kəsilməsinə səbəb olduğunu göstərdiyi mülki iş materiallarına əlavə edilən 03 sentyabr 2020-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh3 tərəfindən həmin tarixdə İddiaçı ASC-nin hesabına 110 manat məbləğində ödəniş etdiyi, qəbzdə ödənişin təyinatının kredit borcu olması müəyyən edilsə də, həmin ödənişin hansı kredit müqaviləsi ilə bağlı olduğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 qeyd edilən məbləğin onun tərəfindən restrukturizasiya olunmuş avtomobil krediti ilə bağlı bankla aralarında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FAK/01 nömrəli kredit müqaviləsi üzrə ödənildiyini göstərmişdir. İddiaçının nümayəndəsi X6 isə həmin məbləğin cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli kredit müqaviləsi üzrə ödənildiyini göstərsə də Cavabdeh3 tərəfindən 03 sentyabr 2020-ci il tarixli ödənişin xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli kredit müqaviləsi üzrə ödənilməsinə dair iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı banka hansı məbləğdə kredit borcunun olmasının dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyasının 02 may 2023-cü il tarixli 2(107)- 491/2023 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə 30 may 2023-cü il tarixli, 9/3684 nömrəli rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 20 noyabr 2018-ci il tarixə Cavabdeh3 İddiaçı ASC-yə olan əsas kredit borcunun 3983,58 manat, faiz borcunun 338,6 manat, 20 noyabr 2018-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun isə 782,89 manat olması müəyyən edilir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Qeyd edilən rəyin məzmununa diqqət yetirildikdə rəyin məzmunundakı hesabdan çıxarış məlumatlarından cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödənişin 30 may 2018-ci il tarixdə edildiyi, ondan sonra 25 oktyabr 2022-ci il tarixədək heç bir ödənişin aparılmadığı müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mühasibatlıq ekspertizasının 30 may 2023-cü il tarixli, 9/3684 nömrəli rəyi nəzərə alınaraq, iddiaçı bankın iddia müddətinin kəsilməsinin əsası kimi istinad etdiyi 110 manat məbləğində kreditin ödənişinə dair 03 sentyabr 2020-ci il tarixli mədaxil qəbzinin xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli deyil, digər bir kredit münasibətinə aid olması müəyyən edilir.

52. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş mülki iş və kredit müqaviləsi üzrə hesabdan çıxarış materialları əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizaların rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

54. Qeyd edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında kredit öhdəliyinin olması müəyyən edilməsinə baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kreditin restrukturizasiyası ilə əlaqədar Cavabdeh3 yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmasının təklif olunması, Cavabdeh3 kreditin retrukturizasiyasından yayınması, yeni kredit müqaviləsinin bağlanmasından imtina etməsi, məhkəmənin kreditin restrukturizasiyası ilə əlaqədar 18 iyul 2019-cu il tarixli, AB №MGF 08-00147 saylı bildirişə hüquqi qiymət verməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, tərəflər müqavilə bağlamaqda azaddırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinin də tələbindən göründüyü kimi müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, şikayətin həmin dəlilləri tərəflər arasında mövcud müqavilə münasibəti üzrə iddia müddətinin tətbiqini istisna edən hallar deyildirlər.

56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, “.....Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi).

57. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

58. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

59. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).

60. Mülki iş materiallarına əlavə edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, Cavabdeh3 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş iddiaya iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

61. Qanunvericiliyin tələbindən göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə tələblərindən irəli gələn iddia müddəti üç il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.

62. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası rədd edilməlidir.

63. İddia rədd edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 121 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba), qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manat ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq «X7” MMC»-nin hesabına ("xxxx" ASC, kodu 201025, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, SWİFT kod AİİBAZ2XXXX, H/hesabı AZ48Aİİ400600C**********142) keçirilməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 121 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba), qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manat ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq «X7” MMC»-nin hesabına ("xxxx" ASC, kodu 201025, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, SWİFT kod AİİBAZ2XXXX, H/hesabı AZ48Aİİ400600C**********142) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar