Məhkəmə qərarları › İş №2(107)-496/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-496/2025

10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-496/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “vurulmuş maddi ziyan” tələbinə dair ilk, “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” qarşılıqlı iddia tələbi, qismən ləğv) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsindən İddiaçı2 və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,9113 ha torpaq sahəsində salınmış bağın dəyəri olan 23.000 manat, 5 il müddətində əldən çıxmış fayda olaraq 17.500 manat və banka ödənilmiş dövlət rüsumunu, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 13 il ərzində onlara məxsus həmin ünvanda yerləşən 0.9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində yerləşən fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum etməklə 3500 x 13 = 45500 manat maddi ziyanı, əldən çıxmış faydanı tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,9113 ha torpaq sahəsində salınmış bağın dəyəri olan 23.000 manat, 5 il müddətində əldən çıxmış fayda olaraq 17.500 manat və banka ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İşə mahiyyəti üzrə baxılarkən Cavabdeh2, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərin Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı hüquqi şəxsinin Zaqatala ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən onlara məxsus olan 0.9113 ha torpaq sahəsində salınmış bağın dəyəri olan 23 000 manat 5 il müddətində əldən çıxmış fayda olaraq 17500 manat və banka ödənilmiş dövlət rüsumunun rədd edilməsi ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərdən 13 il ərzində onlara məxsus həmin ünvanda yerləşən 0.9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində yerləşən fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum etməklə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Rəfail oğlundan 3500 x 13 = 45500 manat maddi ziyanı, əldən çıxmış faydanı ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Yenidən mübahisələndirilməsi və sübut edilməsi (araşdırılması və təkzib edilməsi) mümkünsüz olan hallar ondan ibarətdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi birgə mülkiyyət hüququ üzrə X8, Cavabdeh2 və Cavabdeh1 məxsus olan 0,9113 ha torpaq sahəsi AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-167/2022 saylı qətnaməsi ilə AN-İ ******* nömrəli xx.xx.2017ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatının Cavabdeh2, 500 manatının isə üçüncü şəxs X3 alınaraq İddiaçı1 ödənilməsi, 0,9113 ha torpaq sahəsinin İddiaçı1 alınaraq iddiaçılar Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs X6 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 1616/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri halların təsdiqi üçün təqdim etdikləri sübutlardan olan və digər sübutlarla yanaşı yoxlanılmış şahid X31 ifadəsindən görünür ki, o, 6-7 il əvvəl İddiaçı2 Çüdülübinə kəndindən birinin dəyəri 23 manat olmaqla 8-9 illik 110-115 topa fındıq tingi satmış, Rəhmanın həmin tingləri hansı sahəyə apardığını bilmir. X31 ərizəsində isə göstərmişdir ki, birini 23 manata olmaqla 110 fındıq tingini 2017-ci ildə Rəhman adlı şəxsə cəmi 2530 manata satmışdır. Məhkəmə, X15 yanaşı yoxlanılmış sübutlarla, o cümlədən iddia ərizəsində göstərilənlərlə tamamlanmayan əksinə təkzib edilən şahid ifadəsini və ərizəsini inandırıcı saymır. Belə ki, onun ifadəsində və ərizəsində bildirdiklərinin əksinə olaraq, ilk iddiaçılar 110 fındıq topalarını yalnız ondan deyil, müxtəlif şəxslərdən aldıqlarını, fındıq topalarının isə 5 illik olduğunu iddia etmişlər. X18 xx.xx.2022-ci il tarixli 24 saylı rəyində 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 110 fındıq ağacının olduğu, ağacların 100 ədədinin 10-15 illik, 10 ədədinin isə 1-2 illik olduğu müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, X38 və X26 şahid ifadələri, eləcə də sonuncunun ərizəsi ilə İddiaçı2 0.9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda bağ saldığı, bağda kanal qazdırdığı təsdiq edilsə də, ilk iddiaçıların fındıq topalarından iddia etdikləri məbləğdə gəlir əldə etmələri ağlabatan deyil. Belə ki, yanaşı yoxlanılmış X40 X12 sektorunun müdiri Mübariz Şabanovun 0.9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq ağacının köçürülməsi və bu zaman olacaq işlərə dair xx.xx.2023-cü il tarixli rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 7/1677, 9/9386, 10/9097 saylı ekspert rəyi ilə tam iri, məhsuldar fındıq kollarının bir sahədən digər sahəyə bütöv halda köçürülməsinin ağaclarda 50-70 sm hündürlükdə dərin budama aparılmaqla mümkün olduğu, bu halda da, fındıq ağaclarında məhsul itkisinin ilk 5 il ərzində 100 %, köçürmənin 6-7-ci ilində isə 70 % olması müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxslərin bitkiçilik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşır və ilk iddiaçıların digər meyvə ağacları istisna olmaqla, köçürdükləri fındıq topalarından 2017-ci ildən sonrakı 5 il ərzində gəlir əldə etməkdiklərini işin hallarına uyğun sayır. Məhkəmə onu qeyd etməyi zəruri hesab etmişdir ki, "xxxx" MMC-nin fəaliyyətinin əsas vəzifəsinin əmlakların dəyərinin müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair sübut təqdim edilmədiyindən, onun xx.xx.2022-ci il tarixli məktubu mübahisənin həllində mötəbər sübut sayıla bilməz. Məhkəmə, yanaşı yoxlanılmış sübutlarla, o cümlədən iddia ərizəsində göstərilənlərlə tamamlanmayan, əksinə təkzib edilən xx.xx.2024-cü il tarixli aktı və Zaqatala rayonu X9 əsasında verilmiş xx.xx.2024-cü il tarixli arayışını da inandırıcı saymır. Belə ki, həmin sənədlərdə göstərilənlərin əksinə olaraq ilk iddiaçılar mübahisəli torpaq sahəsinin daşlı və qeyri-münbit halda olduğunu qeyd etməmiş, kol-kos basmış boş torpaq sahəsi olduğunu iddia etmişlər. X17 isə həmin sahənin fermanın zibilxanası olduğunu bildirməklə qeyd edilən sahənin təyinatı barədə akt və arayışda, eləcə də iddia ərizəsində qeyd edilənlərlə ziddiyyətli fikir bildirmişdir. Müəyyən sübutetmə vasitəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il tarixli çıxarışla isə ümumiyyətlə 0,9113 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu təsdiq edilmişdir. Məhkəmə, X1nun rəyini və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/668-9/3152 saylı ekspert rəyini ağacların məhsuldarlığı hissəsində, onların köçürülməsi halını nəzərə alınmadan verildiklərindən mübahisənin həllində mötəbər sübut saymır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X28” X42 xx.xx.2024-cü il tarixli 3-22-21/2-105/2024 saylı rəyində hər hektarda müvafiq olaraq 150 ədəd fındıq kolu, 650 ədəd alma tingi, 650 ədəd armud tingi, 250 ədəd zoğal tingi, 360 ədəd xurma tingi və 100 ədəd şabalıd tinginin ola biləcəyi, bağın salınma və bar verən yaşadək illik qulluq xərclərinin ağacın fiziki vəziyyəti nəzərə alınmaqla 1 ədəd 15 illik fındıq kolunun dəyərinin təqribən 56- 84 manat, 3 illik olarsa, 26- 38 manat, 1 ədəd alma ağacının 24-36 manat, 1 ədəd armud ağacının 24-36 manat, 1 ədəd zoğal ağacının 17-25 manat, 1 ədəd xurma ağacının 16-24 manat və 1 ədəd şabalıd ağacının dəyərinin 72-108 manat aralığında dəyişə biləcəyi, ağacların yaşına uyğun olaraq amortizasiya xərcləri çıxıldıqdan sonra ağacların qalıq dəyəri isə orta hesabla 15 illik fındıq kolu üçün 9-14 manat, 3 illik fındıq kolu üçün 21-32 manat, alma ağacı üçün 17- 26 manat, armud ağacı üçün 17-26 manat, zoğal ağacı üçün 9-14 manat, xurma ağacı üçün 7-10 manat və şabalıd ağacı üçün 62-93 manat aralığında dəyişə biləcəyi göstərilir. Məhkəmə pul ödənişləri barədə müəyyən sübut etmə vasitəsi sayılmadığından X15 fındıq tinglərinə görə Rəhmandan cəmi 2530 manat almasına dair ərizəsində, eləcə də gördüyü işlərin əvəzinə Rəhmandan 1200 manat pul aldığına dair X26 ərizəsində göstərilənləri işin hallarına uyğun saymır. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 117 ədəd fındıq ağacı, 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı və 4 ədəd şabalıd ağacının əkilib becərilməsi, 3 metr dərinliyində və 145 metr uzunluğunda kanal çəkilməsi, 2,5 metr hündürlüyündə və 30 metr uzunluğunda taxta hasar çəkilməsi, 1 ədəd 4 metr enində və 2,5 metr hündürlüyündə dəmir qapı qoyulması təsdiq edilmişdir. Eyni zamanda fındıq topaları istisna olmaqla, 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı, 4 ədəd şabalıd ağacının ilk iddiaçılar tərəfindən əkilməsi də işin mübahisəsiz halıdır. Məhkəmə yanaşı yoxlanılmış sübutlarla, ilk iddiaçıların 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində digər ağaclarla yanaşı fındıq ağacları da əkilməsi halının təsdiq edildiyini Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatında isə torpaq sahəsində 117 ədəd fındıq ağacının əkilməsinin qeyd edildiyini nəzərə alaraq, ilk iddiaçıların həmin ağaclardan yalnız iddia ərizələrində qeyd edilən sayda 110 ədədini əkdiklərini işin hallarına uyğun sayır. Məhkəmə ilk iddia üzrə iddiaçıların çəkilmiş xərclər barədə müəyyən sübutetmə vasitələrini təqdim etmədiklərini, mübahisə predmeti olan torpaq sahəsində görülmüş işlərin (hasar tikilisi, dəmir darvaza və drenaj xətti) dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1937 manat olduğuna dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1677, 9/9386, 10/9097 saylı və 1 ədəd 15 illik fındıq kolunun dəyərinin təqribən 56- 84 manat, 3 illik olarsa, 26-38 manat, 1 ədəd alma ağacının 24-36 manat, 1 ədəd armud ağacının 24- 36 manat, 1 ədəd zoğal ağacının 17-25 manat, 1 ədəd xurma ağacının 16-24 manat və 1 ədəd şabalıd ağacının dəyərinin 72-108 manat aralığında dəyişə biləcəyi, ağacların yaşına uyğun olaraq amortizasiya xərcləri çıxıldıqdan sonra ağacların qalıq dəyəri isə orta hesabla 15 illik fındıq kolu üçün 9-14 manat, 3 illik fındıq kolu üçün 21-32 manat, alma ağacı üçün 17-26 manat, armud ağacı üçün 17-26 manat, zoğal ağacı üçün 9-14 manat, xurma ağacı üçün 7-10 manat və şabalıd ağacı üçün 62-93 manat aralığında dəyişə biləcəyinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X28” X42 xx.xx.2024cü il tarixli 3-22-21/2-105/2024 saylı rəylərlə müəyən edilənləri, onları verənlərin bu sahədə xüsusi biliklərinin olduğunu nəzərə alaraq, işin hallarına uyğun sayır və ilk iddia üzrə iddiaçıların ümumi birgə mülkiyyət hüququ üzrə ilk iddia üzrə cavabdehlərə məxsus torpaq sahəsində yaxşılaşdırmalar üçün çəkdikləri məsrəflərin məbləğini həmin sübutlar əsasında müəyyən edilməli olduğu nəticəsinə gəlir. Beləliklə hər birinin dəyəri 9 manat olmaqla 65 ədəd 15 illik fındıq ağacına görə 585 manat, hər birinin dəyəri 21 manat olmaqla 20 ədəd 3 illik fındıq ağacına görə 420 manat, hər birinin dəyəri 17 manat olmaqla 13 ədəd alma ağacına görə 221 manat, 9 manat olmaqla 3 ədəd zoğal ağacına görə 27 manat, hər birinin dəyəri 17 manat olan 8 ədəd armud ağacına görə 136 manat, hər birinin dəyəri 7 manat olmaqla 5 ədəd xurma ağacına görə 35 manat və hər birinin dəyəri 62 manat olmaqla 2 ədəd şabalıd ağacına görə 124 manat xərc olmaqla ilk iddiaçıların ağac əkiminə cəmi 1548 manat, torpaq sahəsində aparılmış hasar tikintisi, dəmir darvaza qoyulması və drenaj xətti çəkilməsi işlərinə cəmi 1937 manat olmaqla, ilk iddia üzrə cavabdehlərə məxsus torpaq sahəsində yaxşılaşdırmalar üçün ümumilikdə 3485 manat xərc çəkdikləri təsdiq edilir. Müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, torpaq sahəsi hələ AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli etibarsız alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl ilk iddia üzrə üzrə cavabdehlərin könüllü iradə ifadəsi ilə ilk iddiaçıların sahibliyinə verilmişdir. Mübahisə barədə məhkəmənin yekun aktının qüvvəyə mindiyi tarixdən sonrakı illərin, 2023-2024-cü illərin məhsulu qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən yığılır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, ilk iddia üzrə iddiaçıların torpaq sahəsinə sahiblənmələri mülkiyyətçilərin iradəsinə uyğun olmuş, onlar torpaq sahəsinə hələ etibarsız əqd bağlanmamışdan əvvəl vicdanlı sahiblik etməyə başlamışlar və onların yalnız yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Əmlakdan gələcəkdə götürülməli olan bütün gəlirlər isə torpaq sahəsinin mülkiyyətçilərinə aid olduğundan, ilk iddiaçılar salınmış bağa görə 5 il müddətində əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyillər. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ilk iddiaçıların yalnız yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduqlarından, torpaq sahəsinin ağaclarla birlikdə dəyərinin 25000 manat, yalnız torpaq sahəsinin dəyərinin 3500 manat təşkil etməsinə dair hissədə Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilk iddianın tam təmin edilməsinə əsas ola bilməz. Məhkəmə ilk iddia üzrə belə hesab edir ki, ilk iddiaçıların apardıqları və ayrılması mümkün olmayan yaxşılaşdırmalar üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları olduğundan, yaxşılaşdırma xərclərinin əvəzi hesabına 3485 manat ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə iddiaçılara verilməlidir. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, ilk iddiaçıların əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüquqları əmələ gəlmədiyindən ilk iddia, 5 il müddətində əldən çıxmış faydanın əvəzi üzrə 17.500 manatın ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə iddiaçılara verilməsinə dair hissədə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə belə nəticəyə gəlir ki, vicdanlı sahib olan qarşılıqlı iddia üzrə cavabdehlər əmlakdan gəlir götürdüklərinə görə zərərin əvəzini (əldən çıxmış fayda) ödəməyə borclu olmadıqlarından qarşılıqlı iddia təmin edilə bilməz.

5. Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 3485 (üç min dörd yüz səksən beş) manat alınaraq qarşılılqı iddia üzrə iddiaçılar, ilk iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 verilməsi, ilk iddia üzrə İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş 211 (iki yüz on bir) manatın 54,85 (əlli dörd manat səksən beş qəpik) manatı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 alınaraq ilk iddia üzrə İddiaçı2 verilməsi, qalıq 156,15 (bir yüz əlli altı manat on beş qəpik) manatı isə ilk iddia üzrə İddiaçı2 özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil aid edilməsi, ekspertiza xərclərinə görə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada 60 manat, ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 bərabər qaydada 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X13 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.5, 157.7 və 163.1-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/3 hissə olmaqla X4, payı 1/3 hissə olmaqla Cavabdeh2 və payı 1/3 hissə olmaqla Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası "xxxx" MMC-in X16 və digərlərinin paylı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyərinin müəyyən edilməsi barədə 20 oktyabr 2022-ci il tarixdə verilmiş hesabatdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 117 ədəd fındıq ağacı, 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı və 4 ədəd şabalıd ağacı əkilib becərilmişdir. Torpaq sahəsi həddindən artıq nəmli olduğundan 3 metr dərinliyində və 145 metr uzunluğunda kanal çəkilmişdir. Torpaq sahəsinə kanal suyu çəkilərək suvarılır. Torpaq sahəsinə 2,5 metr hündürlüyündə və 30 metr uzunluğunda taxta hasar çəkilmişdir. 1 ədəd 4 metr enində və 2,5 metr hündürlüyündə dəmir qapı qoyulmuşdur. Həmin torpaq sahəsinin ağaclarla birlikdə dəyəri 25 000 manat, yalnız torpaq sahəsinin dəyəri 3500 manat təşkil edir. X18 27 oktyabr 2022-ci il tarixli 24 saylı rəyindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən X6 məxsus RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış zamanı həmin sahədə 110 fındıq ağacı olduğu müəyyən edilmişdir. Fındıq ağaclarının 100 ədədinin 10-15 illik, 10 ədədinin isə 1-2 illik olduğu müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(033)-765/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, İddiaçı1 və X20 qarşı AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiaları təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2(107)-167/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoruna, İddiaçı1 və X20 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilərək AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatı Cavabdeh2, 500 manatı isə üçüncü şəxs X3 alınaraq İddiaçı1 ödənilməsi, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi birgə mülkiyyət hüququ üzrə X8, Cavabdeh2 və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış 0,9113 ha torpaq sahəsinin İddiaçı1 alınaraq iddiaçılar Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs X6 qaytarılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2(102)-1616/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. X34 tərəfindən verilmiş ərizədən görünür ki, o, özünə məxsus konla 2017-ci ildə Rəhman adlı şəxsin əmlak torpağında 120 ağac fındıq əkmişlər. Sayını bilmədiyi qədər meyvə ağacları əkmişlər. 145 metr uzunu, dərinliyi təqribən 3 metr olan kanal qazdırmışdır. Əlavə olaraq da Faldar kəndindən 110 topa fındığı həddindən artıq iri olduğuna görə konla çıxarıb şəxsi kamazında daşımışdır. Gördüyü işlərin əvəzinə Rəhmandan 1200 manat pul almışdır. X31 tərəfindən verilmiş ərizədən görünür ki, ona məxsus fərdi yaşayış evinin həyətində fındıq tingləri yetişdirməklə məşğuldur. 2017-ci ildə Rəhman adlı şəxsə yetişdirdiyi 110 fındıq tingini satmışdır. Hər tingin birini 23 manata, cəmi 2530 manata satmışdır. "xxxx" MMC-in direktoru İlham İsayev tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, 01-31 avqust tarixlərində 1 kq qabıqlı fındığın bazar dəyəri 2,8-3,10 manat, 01-30 sentyabr 2022-ci il tarixlərində isə 2,8-2,9 manat aralığında olmuşdur. X40 X12 sektorunun müdiri X25 rayonu Aşağı Tala kəndinə yerləşən X6 məxsus PX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Çıxarışında qeyd olunan 0.9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq ağacının köçürülməsi və bu zaman olacaq işlərə dair 31 may 2023-cü il tarixli rəyindən görünür ki, Torpaq sahəsinə baxış zamanı sahədə 100 ədəd 10-16 illik, 10 ədəd 2-3 illik fındıq kollan olduğu müəyyən edilmişdir. 100 ədəd fındıq kolu tam iri məhsuldar kollar olduğundan onların bir sahədən digər sahəyə bütöv halda köçürülməsi uçun rayonumuzda müasir texnika yoxdur istisna hal olaraq, ekskavator və ya konla köçürülməsi mümkündür. Odur ki, ağaclarda 50-70 sm hündürlükdə dərin budama aparılmalıdır. Fındıq ağaclarının bır sahədən digər sahəyə köçürülməsi nəticəsində 5 il ərzində 100% məhsul itkisi gözlənilir ki, orta məhsuldarlıq hər kol üzrə 6 kq götürüldükdə 100 kol üzrə ildə 600 kq məhsul itkisi olur. Köçürmənin 6-7-ci ilində isə 70% məhsul itkisi ola bilər ki, bu da fiziki çəkidə 3700 kq olması ehtimal edilir Fındıq kollarına qulluq, mühafizə kompleks aqrotexniki tədbirlər o cümlədən, suvarma, gübrələmə, alaq otlarına qarşı mübarizə tədbirləri mütəmadi olaraq aparılmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/1677, 9/9386, 10/9097 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zaqatala rayon məhkəməsinin e-2(033)- 141/2023 №-li mülki iş materialında olan (səhifə 153-154) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X40 X12 sektorunun müdiri Mübariz Şabanovun tərtib etdiyi rəyə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən X6 məxsus PX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Çıxarışında qeyd olunan 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq kollarına baxış keçirmiş və aşağıdakılar müəyyən olunmuşdur: Sözügedən sahədə 100 ədəd 10-16 illik, 10 ədəd 2-3 illik fındıq kolları olduğu müəyyən edilmişdir. 100 ədəd fındıq kolu tam iri məhsuldar kollar olduğundan onların bir sahədən digər sahədən digər sahəyə bütöv halda köçürülməsi üçün müasir texnika olmaması, istisna hal olaraq, ekskavator və ya konla köçürülməsi mümkündür. Kollarda 50-70 sm hündürlükdə dərin budama aparılmalıdır. İnternet məlmatlarından əldə edilmiş Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin qiymətləri:

1. Mənbə: Tap. az 0.95ha (95sot) torpaq sahəsinin ümumi qiyməti - 25000 manat 0.01 ha (İsot)-nın qiyməti - 263 manat (25000 manat: 95 sot)

2. Mənbə: Tap. az 1ha (100sot) torpaq sahəsinin ümumi qiyməti - 30000 manat 0.01 ha (İsot)-nın qiyməti - 300 manat (30000 manat: 100 sot)

3. Mənbə: Tap. az 0.25ha (25sot) torpaq sahəsinin ümumi qiyməti - 15000 manat 0.01 ha (İsot)-nın qiyməti - 600 manat (15000 manat: 25 sot)

4. Mənbə: Tap. az 0.47ha (47sot) torpaq sahəsinin ümumi qiyməti - 15500 manat 0.01 ha (İsot)-nın qiyməti - 330 manat (15500 manat: 47sot)

5. Mənbə: Tap. az 0.65ha (65sot) torpaq sahəsinin ümumi qiyməti - 13000 manat 0.01 ha (İsot)-nın qiyməti - 200 manat (30000 manat: 100sot)

6. Mənbə: Tap. az 0.116ha (11.6sot) torpaq sahəsinin ümumi qiyməti - 4000 manat 0.01 ha (İsot)-nın qiyməti - 345 manat (4000 manat: 11.6sot)

7. Mənbə: Tap. az 1.59ha (159sot) torpaq sahəsinin ümumi qiyməti - 60000 manat 0.01 ha (İsot)-nın qiyməti - 377 manat (60000 manat: 159sot)

8. Mənbə: Tap. az 1.30ha (130sot) torpaq sahəsinin ümumi qiyməti - 41400 manat 0.01 ha (İsot)-nın qiyməti - 318 manat (41400 manat: 130sot)

9. Mənbə: Emlak.az 1.50ha (150sot) torpaq sahəsinin ümumi qiyməti - 40000 manat 0.01 ha (İsot)-nın qiyməti - 267 manat (40000 manat: 150sot) Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.01 ha (1sot)-nın hazırki orta bazar qiyməti təqribən 333 manat məbləğində (263+300+600+330++200+345+377+318+267) müəyyən edilir (internet saytlarından götürülmüş elan rəyə əlavə edilir).Belə olan halda mübahisə predmeti olan torpaq sahəsinin 0.9113 ha (91.13sot) təşkil etdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 30.000,00 manat (91.13sot x 333) məbləğində müəyyən edilir. Qərardadın 4-cü sualının cavablandırılması ekspertlərin səlahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. Qərardadın 5-ci sualı üzrə Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsində görülmüş işlərin (hasar tikilisi, dəmir darvaza və drenaj xətti) dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1937 manat məbləğində müəyyən olunur. Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 30 000,00 manat (91,13sot x 333) məbləğində müəyyən edilir. 26 fevral 2024-cü il tarixli aktdan görünür ki, 1996-cı ildə islahat zamanı X6 Aşağı Tala kəndində “Dəlvəli” ferma ərazisindən senaj quyularının yerləşdiyi ərazidə verilmiş torpaq sahəsi daşlı və qeyri-münbit halda olmuşdur. 2017-ci ildə həmin torpaq sahəsini İddiaçı2 Rafael oğlu aldıqdan sonra həmin torpaq sahəsini daş kəsəkdən təmizləyərək münbit hala gətirmiş və fındıq bağı salmışdır. X22, X21, X10, X11 və İddiaçı2 tərəfindən imza edilməklə təsdiqlənmişdir. Zaqatala rayonu X27 26 fevral 2024-cü il tarixli arayışından görünür ki, arayışa əlavə olunmuş 26 fevral 2024-cü il tarixli aktdan göründüyü kimi sözügedən mübahisəli torpaq sahəsi əvvəllər qeyri-münbit halda olmuş, lakin İddiaçı1 X3 aldıdan sonra həmin torpaq sahəsində yaxşılaşdsırma işləri apararaq fındıq ağacları əkmişdir. X1 tərəfindən verilmiş rəydən görünür ki, fındıq topalarının (kollarının) məhsul vermə qabiliyyəti yerindən, torpağın münbitliyindən və qulluq şəraitindən asılı olaraq dəyişir. Ortalamada 10-12 illik fındıq topalarından (kollarından) il ərzində 9-12 kq aralığında fındıq məhsulu əldə oluna bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli 3-16-16/2-7/668-9/3152 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan 0,66 ha hissəsində torpaq sahəsində olan kol və ağaclara baxış keçirildi. Baxış zamanı 0,66 ha bağ hissəsində 65 ədəd fındıq kolu-15 illik, 20 ədəd- 3 illik fındıq kolu, 13 ədəd alma, 8 ədəd armud, 3 ədəd zoğal, 5 ədəd xurma, 2 ədəd şabalıd ağacının olması müəyyən edildi. Həmin 65 ədəd (15 illik) fındıq kolunun bir illik məhsuldarlığı 9-12 kq, alma ağacının bir illik məhsuldarlığının 30-40 kq, armud ağacının bir illik məhsuldarlığı 15-20 kq, zoğal ağacının bir illik məhsuldarlığı 19-20 kq, şabalıd ağacının bir illik məhsuldarlığı 5-15 kq, xurma ağacının bir illik məhsuldarlığı 50-60 kq olması və bağda bu il suvarılmadan başqa heç bir aqrotexniki qulluq edilməmişdir. Qərardadda qeyd edilən ağacların yetişdirilməsinə çəkilmiş xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Qeyd edilən sual həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən cavablandırıla bilər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "X28" X42 10 oktyabr 2024-cü il tarixli 3-22-21/2-105/2024 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsi və X40 İnkişaf Mərkəzinin mütəxəssislərindən əldə etdiyimiz məlumatlara əsasən ənənəvi əkin sxemi ilə salınan bağlarda orta hesabla hər hektarda müvafiq olaraq fındıq kolu 150 ədəd, alma tingi 650 ədəd, armud tingi 650 ədəd, zoğal tingi 250 ədəd, xurma tingi 360 ədəd və şabalıd tingi 100 ədəd olur. Aparılan hesablamalara görə bağın salınma və bar verən yaşadək illik qulluq xərcləri ağacın fiziki vəziyyəti nəzərə alınmaqla 1 ədəd 15 illik fındıq kolunun dəyəri təqribən 56- 84 manat, 3 illik olarsa, 26-38 manat, 1 ədəd alma ağacı 24-36 manat, 1 ədəd armud ağacı 24-36 manat, 1 ədəd zoğal ağacı 17-25 manat, 1 ədəd xurma ağacı 16-24 manat və 1 ədəd şabalıd ağacının dəyəri isə 72-108 manat aralığında dəyişə bilir. Ağacların yaşına uyğun olaraq amortizasiya xərcləri çıxıldıqdan sonra ağacların qalıq dəyəri isə orta hesabla 15 illik fındıq kolu üçün 9-14 manat, 3 illik fındıq kolu üçün 21-32 manat, alma ağacı üçün 17- 26 manat, armud ağacı üçün 17-26 manat, zoğal ağacı üçün 9-14 manat, xurma ağacı üçün 7-10 manat və şabalıd ağacı üçün 62-93 manat aralığında dəyişə bilir.

8. Qətnamədən narazı olan İddiaçı2 apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsini ləğv edilməsini, ilk iddianın tam təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

9. Qətnamədən narazı olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsini ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işin hallarını tam, düzgün araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin qətnaməsində məhkəmənin mövqeyi və nəticə hissəsi ümumiyyətlə məhkəmənin apardığı araşdırma işin hallarına ümumiyyətlə aid deyildir. İddia tələbi mübahisəli torpaq sahəsində salınmış bağın bugünki gün bazarda satış dəyəri olan 23000 manat və 5 il müddətində əldən çıxmış fayda olaraq 17500 manat və ödənilmiş dövlət rüsumu olmuşdur. İşin mübahisə edilməyən halları aşağıdakılardır: 1).Mübahisəli torpaq sahəsi 7 il bundan əvvəl 2017-ci ildə qarşı tərəfə 2000 manat pul ödənilməklə qarşı tərəfdən onlara satılmışdır. 2)2017-ci ildə həmin torpaq sahəsində hər hansı bir bağ mövcud olmamışdır. Onun və həyat yoldaşı İddiaçı1 tərəfindən həmin torpaq sahəsində 2017-ci ildən başlayaraq müxtəlif meyvə ağaclarından ibarət (fındıq, qoz, şabalıd, zoğal, xurma, armud) bağ salınmışdır. Bağ xüsusən də fındıq bağından ibarət olmaqla ən çox fındıq ağaclarından ibarətdir. Hamıya bəlli olan haldır ki, fındıq ağacları ən azı 5 ildən sonra bar verməyə başlayır. Bu səbəbdən əkdikləri bağdan tezliklə məhsul götürmək məqsədi ilə həmin torpağa 5 illik fındıq topalarını müxtəlif şəxslərdən alaraq 110 topa fındıq ağacı əkmişdir. Həmin ağaclar 2017-ci ildə əkilmişdir və artıq bir neçə ildir ki, onlar həmin bağdan 1000- 1500 kq fındıq məhsulu toplayırdılar. 3).Həmin fındıq bağının hər il ortalama 1000-1500 kq məhsul verdiyini qarşı tərəf özünün qarşılıqlı iddiasında da qeyd etmişdir. Bu da o deməkdir ki, onların iddia tələbini qarşı tərəf etiraf edirsə artıq mübahisənin həmin hissəsini sübut etmək üçün hər hansı bir araşdırmalar aparmağa ehtiyac yoxdur. İşin mübahisə edilən tərəfi, yəni məhkəmə tərəfindən araşdırma tələb edən hissə aşağıdakılardan ibarətdir. 1)Mübahisəli torpaq sahəsinə onlar tərəfindən aparılmış yaxşılaşdırmaların dəyərini müəyyən etmək. 2)Tələb etdikləri əldən çıxmış faydanın məbləğini müəyyən etmək. Tərəflərindən iddiada göstərdikləri tələbin sübutu kimi məhkəməyə mübahisəli torpaq sahəsinin bağla birlikdə bazarda satış qiymətinin 25000 manat olan, boş torpağın isə (ağaclarsız) bazarda satış qiymətinin 3500 manat olan mütəxəssis rəyi təqdim etmişlər. Məhkəmə onların təqdim etdiyi mütəxəssis rəyi ilə razılaşmayaraq mübahisəli torpaq sahəsinin (ağaclarla birlikdə) hazırda satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. Aparılmış ekspertiza zamanı müəyyən olunmuşdur ki, həmin bağın dəyəri hal-hazırda bazarda satış qiyməti 30.000 manatdır. Lakin məhkəmə həmin mübahisəli torpağın üzərində ağaclarsız, yəni ağaclar olmadan boş torpağın bazarda satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar ekspert qarşısında sual qoymamışdır. Bununla əlaqədar məhkəməyə vəsatət və Ali Məhkəmənin oxşar mübahisə üzrə qərarını təqdim etsə də məhkəmə vəsatətini təmin etməmiş, nəinki təmin etməmiş, hətda ona əlavə edən Ali Məhkəmənin qərarını belə oxumamışdır. Hesab edir ki, məhkəmə Ali Məhkəmənin qərarını oxumuş olsaydı mütləq mənada mübahisəli torpaq sahəsinin, yəni boş torpaq sahəsinin qiymətini müəyyən etmək üçün ekspertiza təyin edəcəkdi. Məhkəmənin apardığı araşdırmanın səhv olduğunu hesab edir. Ona görə səhv hesab edir ki, məhkəmə torpaq üzərində salınmış bağın, yəni edilmiş yaxşılaşdırmaların dəyərini müəyyən etmək məqsədi ilə torpaq üzərində olan ağacların bir-bir dəyərini araşdırmış, bundan başqa ağacların amartizasiya xərclərinin nədən ibarət olubolmamasını araşdırmış, lakin ağacların amartizasiya xərcləri deyə sözün mənası məlum olmamışdır ki, nədən ibarətdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, torpaga baglı olaraq uzun illərdə ərsəyə gələn agaclar bazarda satılmır və onları zədələmədən torpaq ayırmaq mümkün deyil. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsində olan bağın, ağacların köçürülməsi, zədələnmədən, korlanmadan, məhv olmadan mümkün deyildir. Köçürüldüyü halda ağaclar 5 il müddətinə 100% məhsul vermir. Bu da o deməkdir ki, torpağa edilmiş yaxşılaşdırmaları ona zərər vurmadan ayırmaq mümkün deyildir. İddianın ikinci tələbi olan əldən çıxmış faydanın təmin edilməməsi ilə əlaqədar məhkəmə öz qətnaməsində bir sözlə qiymət vermişdir. Belə ki, iddianın həmin hissəsinə qiymət verərkən məhkəmə qeyd etmişdir ki, əmlakdan gələcəkdə götürülməli olan bütün gəlirlər torpaq sahəsinin mülkiyyətçilərinə aid olduğundan ilk iddiaçılar salınmış bağa görə 5 il müddətində əldən çıxmış faydanın əvəzini ödənilməsini tələb etmək hüququna malik deyillər. Hesab edir ki, bu cümlədə hər hansı bir məntiq yoxdur. Belə ki, məhkəmənin qətnaməsi ilə və məhkəmənin araşdırması ilə müəyyən olundu ki, eyni zamanda məhkəmə öz qətnaməsində qeyd edir ki, mübahisəli ərazidəki bağ İddiaçı2 tərəfindən salınmışdır. Eyni zamanda hazırki və əvəllki məhkəmənin qərarlarından müəyyən olunur ki, həmin torpaq sahəsi qarşı tərəfdən onlara satılmışdır, yəni onlar həmin torpaq sahəsinin mülkiyyətçilərə pul verərək almışlar və hesab etmişlər ki, bu torpaq sahəsi onların xüsusi mülkiyyətindədir və ona görə də həmin torpaq sahəsində bağ salmışdıq ona görə ki, həmin bağdan ömrümüzün sonunadək gəlir və fayda əldə etsinlər. Lakin qarşı tərəfin şikayəti əsasında sırf prosessual hərəkətlərin səhv olduğu nəticəsinə gəlinərək torpaq sahəsinin alqı-satqısı üçün bağlanmış müqavilə etibarsız sayılaraq torpaq onlara qaytarıldı. Alqı-satqı üçün ödənilmiş pulu isə onlara qaytardılar. Buradan da görünür ki, qarşı tərəfin bu hərəkəti olmasaydı onlar həmin bağdan indi də gəlir və fayda götürərdilər. Lakin hazırki iddialarındakı tələb, yəni əldən çıxmış fayda dedikdə onlar həmin torpaqdan tələb irəli sürmürlər. Onlar tələblərini ona görə irəli sürürlər ki, qarşı tərəf gəlir və fayda götürdükləri fındıq bağını onların əlindən aldıqlarına görə onlar həmin torpağa etdikləri yaxşılaşdırmaları onlara ödəməlidirlər. Əldən çıxmış faydanın dəyəri isə aşağıdakı qaydada müəyyən olunur: Mübahisəli torpaq sahəsində saldığımız fındıq bağının illik məhsuldarlığının dəyəri 3000-4000 manat, yəni 1000-1500 kq fındıq məhsulundan ibarətdir. Həmin bağda illik 1000 kq fındıq məhsulunun əldə edilməsini qarşı tərəf özünün qarşılıqlı iddiasında da qeyd edərək fındıq məhsulunun 1000 kq dəyərini 3000 manat müəyyən etmişdir. Həmin 3000 manat onların hər il ərzində əldən çıxmış minimum faydanın dəyəridir. Bunu da 5 ilə vurduqda 15000 manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsi qarşı tərəfin onlara torpaq sahəsinə edilmiş yaxşılaşdırmaları ödəməli olduqları barədə gəldiyi nəticəsi düzgün olmuş, lakin yaxşılaşdırmanın dəyərini düzgün istiqamətdə araşdırmamışdır. Ona görə də yaxşılaşdırmanın dəyərində düzgün nəticəyə gəlməmişdir. Əldən çıxmış faydanın tələbi hissəsində isə iddiaya düzgün hüquqi qiymət verməmişdir.

11. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e- 2(033)-11/2024 nömrəli qətnaməsini ləğv edilməsini, ilk iddianın tam təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birincisi, 0.9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində fındıq ağacları ilk iddiaçı üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən əkilmişdir. Həmin fındıq ağacları 7 il ərzində böyüyüb, hal-hazırki vəziyyətdə ola bilməzdi. Belə bir bağın ərsəyə gəlməsi üçün 15-20 il vaxt tələb olunur. İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər 2015-ci ildə hazır fındıq bağını onlardan icarəyə götürmüş, həmin bağı icarəyə götürərkən 2 il müddətinə 1.500 (bir min beş yüz) manat pul vermişlər. Bundan əlavə, bir kisə fındıq hər il onlara verəcəklərini vəd etmişlər. Lakin, onlar öz dediklərinə əməl etmədilər. İkincisi, 2(033)-11/2024 №-li mülki iş üzrə 02 iyul 2024-cü il tarixli 9/3152-7/668 №-li ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdimedilmiş Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan 0,66 ha hissəsində torpaq sahəsində olan kol və ağaclara baxış keçirildi. Baxış zamanı 0,66 ha bağhissəsində 65 ədəd fındıq kolu-15 illik, 20 ədəd- 3 illik fındıq kolu, 13 ədəd alma, 8 ədəd armud, 3 ədəd zoğal, 5 ədəd xurma, 2 ədəd şabalıd ağacının olmasımüəyyən edildi, Həmin 65 ədəd (15 illik) fındıq kolunun bir illik məhsuldarlığı 9-12 kq, alma ağacının bir illik nəhsuldalığının 30-40 kq,armud ağacının bir illik məhsuldarlığı 15-20 kq, zoğal ağacının bir ilik məhsuldarlığı 19-20 kq, şabalıd ağacının bir illik məhsuldarlığı 5-15 kq, xurma ağacının bir illik məhsuldalığı 50-60 kq olması və bağda bu il suvarmadan başqa heç bir aqrotexniki qulluq edilməmişdir. İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər iddia ərizəsində göstərmişlər ki, onlar hər il orta hesabla 1000-1500 kq fındıq məhsulu toplayırdılar. Bu da təxminən bazar qiyməti ilə 3000- 4000 manat təşkil edir. Beləliklə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərin hərəkətləri nəticəsində ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar, fındıq bağından istifadə, sahiblik və sərəncam hüququndan məhrum olmuşlar. Bununla da ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar özlərinə məxsus torpaq sahəsində əgər onların həmin torpaq sahəsindən istifadə, sahiblik hüquqlarıilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindənməhdudlaşdırılmasa idilər 2009-cu ildən başlayaraq 2022-ci ilədək hər il təxminən 3.500 manat bundan da 2015-2017-ci illər üzrə ödənişləri çıxıldıqda 3.500 x11 = 38.500 manat gəlir əldə edə bilərdilər. Göründüyü kimi məhkəmə tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. Üçüncüsü, qarşılıqlı iddia üzrə iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, 0.9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində fındıq ağacları ilk iddiaçı üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən əkilməsi sübut olmuşdur.

13. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(033)- 11/2024 nömrəli qətnaməsini ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə verdikləri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin isə təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İddiaçı2 və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Muradov X23 Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(033)-11/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

24. İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin dəlilləri qismən əsaslıdır.

25. Belə ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.

26. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2025-ci il tarixli, 2(107)-496/2025 saylı qərardadı ilə hаzırkı iş üzrə torpaq sahəsinin üzərində olan bitkilərlə (ağaclarla) və bitkilərsiz (ağaclarsız) qiymətləndirilməsi üçün müstəqil qiymətləndiriciekspert dəvət edilməsi, torpaq sahəsinin üzərində olan bitkilərlə (ağaclarla) və bitkilərsiz (ağaclarsız) qiymətləndirilməsi "xxxx" MMC-nə həvаlə edilməsi qərara alınmışdır.

27. "xxxx" MMC-nin rəyi 17 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, aparılmış qiymətləndirmənin nəticəsi olaraq ağaclarla birlikdə torpaq sahəsinin bazar dəyəri 28000 (iyirmi səkkiz min) manat, ağaclarsız olan torpaq sahəsinin bazar dəyərinin isə 5000 (beş min) manat olduğu müəyyən edilmişdir.

28. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab edir.

29. "xxxx" MMC-nin müşayiət məktubundan görünür ki, iddiaçı qiymətləndirmə xərcinin öz üzərinə düşən hissəsini ödəmiş və qalan hissə 300 manat təşkil edir.

30. MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

31. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(033)-11/2024 saylı qətnaməsi qismən, yəni ilk iddiaya münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia üzrə İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 23000 manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan qalan 300 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Hesab nömrəsi: AZ85ACAB********************, Vöen:**********1, Müxbir hesab: AZ10NABZ**********000005644, Bankın kodu: 505000) köçürülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsi qismən, yəni ilk iddiaya münasibətdə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23000 manat manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan qalan 300 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Hesab nömrəsi: AZ85ACAB********************, Vöen:**********1, Müxbir hesab: AZ10NABZ**********000005644, Bankın kodu: 505000) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar