Məhkəmə qərarları › İş №2(107)-497/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-497/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-497/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli 2(075)-190/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ilə 01 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olmuş 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaları, Cavabdeh 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 90 (doxsan) manat, olmaqla cəmi 180 (bir yüz səksən) manat miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə Cavabdeh 20 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pulməbləğində alimentin onun xeyrimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 01 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların nikahları Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd icra nümayəndəliyində 37 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət aralarında səmimi münasibətlər olsa da, sonradan ailə münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Bildirmişdir ki, ayrıldıqdan sonra aralarında bağlanmış nikahın pozulması, uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olmuş 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaları, Cavabdeh 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 90 (doxsan) manat, olmaqla cəmi 180 (bir yüz səksən) manat miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir. Göstərmişdir ki, həmin vaxtdan uzun müddət keçmiş, hazırda onun maddi vəziyyəti çox aşağıdır və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 90 manat sabit pulməbləğində aliment uşaqların saxlanması üçün yetərli deyildir. Hazırda o, uşaqların geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanması üçün ona aylıq aliment miqdarından əlavə heç bir maddi yardım göstərmir. O, uşaqların azyaşlı olmaları və daimi ana qayğısına ehtiyaclarının olması ilə əlaqədar işləməkdə çətinlik çəkir. Bildirmişdir ki, uşaqların saxlanması üçün 2022-ci ildə qanunvericilikdə nəzərdə tutulmuş minimum xərc 193 manat təşkil etdiyi halda, cavabdehdən hər uşaq üçün aylıq 90 manat aliment tutulur. Həmin aliment məbləği isə uşaqların ehtiyaclarının ödənilməsində həddindən artıq çətinliklər yaradır. O da uşaqlarının zəruri xərclərini ödəyə bilmir və uşaqların xərclərini çətinliklə qarşılayır. Uşaqların saxlanılması üçün xərclər çox olduğuna görə cavabdehdən hər uşaq üçün tutulan 90 manat sabit pul məbləğində aliment miqdarı həmin xərcləri ödəmir. Cavabdehlə aralarında bağlanmış nikah pozularkən birgə nikahlarından olan uşaqlar onun himayəsinə verilmiş, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin, yəni onun üzərinə düşmüşdür. Bildirmişdir ki, o, özü marketdə işləyir. Aldığı aylıq əmək haqqısı uşaqların zəruri ehtiyyaclarını qarşılamır. Balaca oğlu xərçəng xəstəliyindən əzab çəkir. Onun müalicəsi üçün xeyli miqdarda pul lazım olur. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılması və cavabdehdən hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 01 noyabr 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrımışlar. Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X6 İddiaçı himayəsində saxlanılmış, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay bir uşaq üçün 90 (doxsan) manat, olmaqla cəmi 180 (bir yüz səksən) manat alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, o, avto yuma məntəqəsində işləyir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini vaxtı-vaxtında ödəmişdir. 2022-ci ilin iyun ayına kimi alimentdən əlavə iddiaçıya uşaqların saxlanılması üçün əlavə olaraq maddi yardım etmiş, ayda 300 manat pul vermişdir. Lakin 2022-ci ilin iyun ayından sonra maddi imkanı aşağı olduğu üçün iddiaçıya ayda 200 manat pul vermişdir. Sonradan ailə qurmuşdur. Yeni evliliyindən iki azyaşlı uşağı vardır. Göstərmişdir ki, onun hal-hazırda maddi imkanı aşağıdır. Hər iki valideyni xəstədir. Ayda cəmi 250 manat məbləğdə aliment ödəyə bilər. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır.

6. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin ikinci dəfə ailə quraraq həmin nikahdan da 2 azyaşlı uşağının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir.

7. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir.

8. Şəki Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli 2(075)-190/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməsi və həmin aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 noyabr 2009-cu il tarixli, AZ-İİ 375391 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 26 sentyabr 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır.

11. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 yanvar 2012-ci il tarixli, AZ-İİ 798309 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 04 yanvar 2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır.

12. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətanaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 noyabr 2008-ci il tarixdə Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İcra nümayəndəliyində bağlanmış 37 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılmaları və 26 sentyabr 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

13. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 fevral 2018-ci il tarixli, AZ-İ 290281 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın ləğv edilməsi akt qeydləri kitabında 34 nömrə ilə qeyd olunmuşdur. Nikah pozulduqdan sonra arvada Qasımova soyadı verilmişdir.

14. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli, MŞŞ/1/01122 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 06 oktyabr 2022-ci il tarixdə, 11:00 - 13:00 saatlarında və 27 oktyabr 2022-ci il tarixdə, 12:00 - 13:00 saatlarında keçirilən ilkin mediasiya sessiyalarında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir.

15. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən Cavabdeh Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 nömrəli qətnaməsi ilə aliment tutulmasından uzun müddət keçməsi, hazırda onun maddi vəziyyətinin çox aşağı olması, uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 90 manat sabit pul məbləğində alimentin uşaqların saxlanması üçün azlıq təşkil etməsi, hazırda onun uşaqların geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkməyi, Cavabdeh uşaqların saxlanması üçün ona aylıq aliment miqdarından əlavə heç bir maddi yardım göstərməməsi, onun uşaqların azyaşlı olmaları və daimi ana qayğısına ehtiyaclarının olması ilə əlaqədar işləməkdə çətinlik çəkməyi, uşaqların saxlanması üçün 2022-ci ildə qanunvericilikdə nəzərdə tutulmuş minimum xərcin 193 manat təşkil etdiyi halda, cavabdehdən hər uşaq üçün aylıq 90 manat alimentin tutulmasının onların ehtiyaclarının ödənilməsində həddindən artıq çətinliklər yaratması, onun isə həmin xərcləri ödəyə bilməməyi və uşaqların xərclərini çətinliklə ödəməyi, uşaqların saxlanılması üçün xərclər çox olduğuna görə cavabdehdən hər uşaq üçün tutulan 90 manat sabit pul məbləğində alimentin miqdarının həmin xərcləri ödəməməsi, buna görə də hazırda cavabdehdən tutulan aliment miqdarının artırılmasının zəruri olduğu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının məzmunundan da göründüyü kimi nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verməsi, cavabdehlə aramızda olan nikah pozularkən birgə nikahımızdan doğulmuş uşaqların onun himayəsinə verilməsi, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin – onun üzərinə düşməsi, belə olan halda 2022-ci il üzrə uşaqların saxlanması üçün qanunvericiliklə müəyyən edilmiş 193 manat məbləğində minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən – Cavabdeh tutulmasına əsas verməsi nəzərə alınmamışdır.

17. 2022-ci il üzrə yaşayış minimumu haqqında qanunvericilikdə uşağın saxlanması xərci 193 manat nəzərdə tutulmuş, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verdiyi göstərilmiş, belə olan halda onun cavabdehin aylıq qazancının miqdarı barədə məhkəməyə sübut təqdim etmə öhdəliyi nəzərdə tutulmamışdır.

18. Həmçinin məhkəmə tərəfindən qətnamədə cavabdehin ikinci dəfə ailə quraraq həmin nikahdan da 2 azyaşlı uşağının olması və bu halın iddia tələbinin qismən təmin olunmasına əsas olduğu göstərilsə də, ümumiyyətlə iş materiallarına cavabdehin ikinci dəfə ailə quraraq həmin nikahdan da 2 azyaşlı uşağının olmasını təsdiq edən doğum haqqında şəhadətnamələr əlavə edilməmişdir.

19. Ona görə də, Şəki Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli 2(075)- 190/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kolelgiyasına elektron ərizə, cavabdeh isə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. İddiaçı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəblərini təsdiq edəcək heç bir dəlili məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir.

24. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

25. Qərarlar: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. İddiaçı Şəki Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli 2(075)-190/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 16-17-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənuin 22-ci bəndində göstərilmiş Ailə Məcəlləsinin normalarının mənasına əsasən uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan və hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 150 manatdan daha artıq aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsinin hər ay bir uşaq üçün sabit pul məbləğində 150 manat aliment ödənilməsi barədə gəldiyi nəticə ağlabatan hesab olunmalıdır və qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 17-ci bəndində göstərilmiş arqumentinə ayrılıqda münasibət bildirərək qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 18-ci bəndində göstərilmiş arqumentinə münasibət bildirərək qeyd edir ki, cavabdehin yenidən ailə qurması və iki uşağının olması halının sübut olunub-olunmaması, hazırki işin halları nəzərdən keçirildikdə, birinci instanisya məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi üçün yetərli əsas olmadığından, apellyasiya şiakyətinin həmin dəlilləri hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli 2(075)-190/2023 nömrəli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli 2(075)-190/2023 nömrəli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar