Məhkəmə qərarları › İş №2(107)-50/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-50/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-50/2020 24.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh4 Eyyub oğlunun iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 Eyyub oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-2159/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 Eyyub oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10883,37 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22557,17 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-2159/2018 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10883,87 ABŞ dolları əsаs bоrc, 4772,1 ABŞ dolları fаiz bоrcu, 6000 ABŞ dolları cərimə bоrcu, cəmi 21655,97 ABŞ dolları (iyirmi bir min altı yüz əlli beş ABŞ dolları doxsan yeddi sent) ödəniş gününə məzənnə üzrə manatla borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi ,iddiа qаlаn hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx xxxxxxxx 2014-cu il tаrixdə İddiaçı QSC ilə Cavabdeh1 аrаsındа 26L000003904 nömrəli kredit xətti müqаviləsi bаğlаnılmışdır, həmin kredit xətti müqaviləsinə görə Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə xx xxxxxxxx 2014-cü il tarixli 26R000006132 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dollarıməbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx xxxx 2015-cı il tarixli 26R000006132S saylı, xx xxxxxx 2016-cı il tarixli 26R000006132SA saylı, xx xxx 2016-cı il tarixli 26R000006132SB saylı, xx xxxxxx 2016-cı il tarixli 26R000006132SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu, faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2017-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 öhdəliyinin icrаsının təmin edilməsi məqsədi ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ilə zаminlik müqаviləsi bаğlаnmışdır. Zаminlik müqаviləsinin şərtlərinə görə zаminlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC qаrşısındа öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət dаşımаğı öhdələrinə götürmüşdür. Müqаvilə üzrə öhdəliklərini icrа etməyən borcluların xx xxxx 2018-cı il tаrixə 10883,87 ABŞ dolları əsas borc, 4772,1 ABŞ dolları faiz borcu və 6900,95 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22557,17 ABŞ dolları bоrcu vаrdır, xəbərdаrlıq edilməsinə bаxmаyаrаq bоrc ödənilməmişdir. Bunа görə də Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC -nin xeyrinə 10883,87 ABŞ dolları əsas borc, 4772,1 ABŞ dolları faiz borcu və 6900,95 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22557,17 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmаsı xаhiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh X5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit götürüldükdən bir müddət sonra mənim imkanım ağırlaşdığından, yəni Azərbaycan manatının 2 dəfə devolvasiyaya uğraması nəticəsində, ölkə daxili yaşayış üçün tələb olunan gündəlik məhsulların qiymətlərinin bahalanmısı nəticəsində, eləcə də gəlirim az olduğundan götürdüyüm krediti qrafik üzrə ödəmək iqtidarında olmamışdım. Bütün bunlar barədə iddiaçı banka məlumat verilməsinə baxmayaraq, mənə düşdüyüm durumla əlaqədar iddiaçı tərəfindən heç bir güzəşt olunmamışdır. Qeyd edilən məhkəmə qətnaməsinin çıxarılmasından xəbəri olmayıb. Belə ki, o yıxılaraq ayağından xəsarət almağı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Çıxarılmış məkəmə qətnməsi onun ünvanına göndərilməyib. Ancaq İcra Şöbəsi ona bildirş göndərəndən sonra barədə qətnamə çıxarılmasını bilmişdir. Elə hesab edir ki, işə baxan məhkəmə bütün bu işin həqiqi hallarını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə onun vəziyyəti olduqca ağırlaşdırılmışdır. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyim iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla onun vəziyyətini ağırlaşdırmış və onun qorunan hüquqlarını pozmuşdur. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 Eyyub oğlu izahat verərək bildirmişdir ki, Cavabdeh1 onun oğludur və müəyyən səbəblərdən məhkəmə iclasında iştirak edə bilmir. Cavabdeh1 Bankdan kredit götürərkən o və digər cavabdehlər zamin durmuşdur. Onlar ilk vaxtlar vaxtı-vaxtında ödənişlər etsə də, sonradan dolların kursunun qalxması ilə əlaqədar ödənişlər edə bilməmişlər. Ona görə də müvafiq köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X4 bildirmişdir ki, cavabdehlər xeyli vaxtdır ki, banka heç bir ödəniş etmir. Bununla belə ekspertizanın rəyinə uyğun yeni qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq, əsas, faiz və cərimə borcuna münasibətdə dəyişdirilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: Məhkəməyə təqdim edilmiş xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə X5 arasında 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə X5 arasında aylıq 1.8333 faiz olmaqla 18 ay müddətinə 3000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə X5 arasında aylıq 2.1667 faiz olmaqla 24 ay müddətinə 3000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2008-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə X2 və X6 arasında zaminlik müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 448, 470, 472 və 467-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya icraatı zamanı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 29898 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdab çıxarış məlumatları, xx xxxxxxxx 2014-cü il tarixli 26R000006132 saylı razılaşma şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 14.087.63 ABŞ dollar məbləğində\ müəyyən olunur : o cümlədən; əsas borc üzrə- 10.660.72 ABŞ dollar, faiz borcu üzrə 3426.91 ABŞ dollar qeyd edilir. Cərimə pulu üzrə tədqiqat aparılmadı. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 448, 470, 472 və 467-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 26L000003904 nömrəli kredit xətt müqaviləsinə və xx xxxxxxxx 2014-cü il tarixli 26L0000032 nömrəli kredit razılaşmasının yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının cavabdehlər (zaminlər) Cavabdeh5, Cavabdeh4 Eyyub oğlu, Cavabdeh3 və Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh5, Cavabdeh4 Eyyub oğlu, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri ilə müəyyən olunmuşdur ki, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, zaminlər kredit raşılaşma müqaviləsi üzrə tərtib olunmuş ödəniş planı (ödəniş qrafiki) ilə tanış edilmiş və sonuncular ayrı-ayrılıqda imza etməklə ödəniş planı ilə tanış olduqlarını və etiraz etmədiklərini bildirmişlər Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 Eyyub oğlu, Cavabdeh3 və Cavabdeh2 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini lazımınca yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Bununla yanaşı cavabdeh apelyasiya şikayətində məhkəmə iclasından xəbərsiz olduğunu bildirmişdir. Lakin mülki iş materiallarından (səh. 55-58, 45-46) görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə məhkəmə bildirişi göndərilmiş və sonuncular xəbərnaməyə imza etməklə məhkəmə prosesinin yeri və vaxtı barədə məlumatlı olmuşçlar. Bundan əvvəldə qeyd olunduğu kimi Cavabdeh1 apelyasiya şikayətində iddia tələbində qeyd olunmuş əsas, faiz və cərimə məbləğinin çox olmasını mübahisələndirmişdir. Düzdür, cavabdeh apelyasiya şikayətində ekspertizanın keçirilməsinə əsas olan olan heç bir sənədi məhkəməyə təqdim etməsə də, apelyasiya icraatı zamanı borcun düzgün hesablanıb-hesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 29898 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdab çıxarış məlumatları, xx xxxxxxxx 2014-cü il tarixli 26R000006132 saylı razılaşma şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 14.087.63 ABŞ dollar məbləğində\ müəyyən olunur : o cümlədən; əsas borc üzrə-10.660.72 ABŞ dollar, faiz borcu üzrə 3426.91 ABŞ dollar qeyd edilmiş, cərimə pulu üzrə tədqiqat aparılmamışdır. Goründüyü kimi iddia qaldırılarkən cavabdehlərdən tələb olunan əsas və faiz borcu artıq hesablanmışdır. Cərimə borcuna gəldikdə isə məbləğindən asılı olmayaraq işə baxan məhkəmələr həmin cəriməni ağlabatan məbləğdə azaltmaq hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas, faiz və cərimə borcuna münasibətdə hissədə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyərinin 200 manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin əsas borca münasibətdə dəyişdirilməsinə səbəb olsa da, ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyinə uyğun olaraq əsas borca münasibətdə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanımalıdır. Çünki əsas borc istisna olmaqla məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmə üçün əsaslı olsa da ləğv olunması üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-2159/2018 nömrəli qətnaməsi əsas, faiz və cərimə faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 10.660.72 (on min altı yüz altmış dollar 72 sent) ABŞ dollar, faiz borcunun məbləği 3426.91 (üç min dprd yüz iyirmi altı dollar 91 sent) ABŞ dollar, cərimə borcunun məbləğin 1000 (bir min) ABŞ dollar, əsas, faiz və cərimə borcun cəmi isə 15.087.63 (on beş min səksən yeddi dollar 63 sent) ABŞ dollar manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyərinin 200 manat cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 Eyyub oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar