Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-50/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Qəbələ Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-103/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-103/2020 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər (borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 2767,52 manat əsas, 282,79 manat faiz və 270,0 manat cərimə borcu olmaqla, cəmi 3.320,31 (üç min üç yüz iyirmi manat otuz bir qəpik) manat kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcu tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 2.767,52 manat əsas, 922,13 manat faiz və 2.196,40 manat cərimə olmaqla, cəmi 5.886,05 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq «xxxx» KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor «xxxx» KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 30000 manat məbləğində 60 ay müddətinə, xx.xx.2022ci il tarixinədək müddət ərzində X1 bağlanmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 30 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Belə ki, əsas kredit müqaviləsinin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan”ın bu müqavilə və onun çərçivəsində bağlanmış bütün X1 üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borcluların kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə 2767,52 manat əsas, 922,13 manat faiz və 2196,40 manat cərimə olmaqla, cəmi 5886,05 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor «xxxx» KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin iclasında «xxxx» X3 Səhmdar Cəmiyyətinin problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşunası Yavər Novruzov iddia tələbini müdafiə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, ödədiyi məbləğlər hamısı faiz və cərimə borcuna silinmiş, əsas borcdan isə silinmə olmamışdır. Məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcuna görə etdiyi ödənişlər çıxılarkən əsas borc hissəsindən deyil, faiz və cərimə borcundan çıxıldığı üçün sonda faiz borc düzgün hesablanmamışdır. xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 18 ay müddətinə illik 30 faiz ödəmək şerilə 10000 manat məbləğində götürdüyü kreditdən qətnamə üzrə qalıq borc kimi 2767.52 manat əsas, 282,79 manat faiz və 270 manat cərimə reallığı əks etdirmir və şişirdilmiş rəqəm olduğu sadə riyazi araşdırma əsasında görünür və borcun yenidən obyektiv araşdırılması zərurəti vardır. O, bu barədə şifahi olaraq birinci instansiya məhkəməsində bildirsə də, məhkəmə tərfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmamışdır. Sonda onun banka ödəməli olan kredit borcu məbləği birtərəfli, yalnız bank hesablaması üzrə müəyyənləşdirilmiş borc olaraq qalmışdır. Ona görə də, iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsini, Qəbələ Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-103/2020 saylı qətnaməsinin dəyişdirilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsi və apellyasiya şikayətinin şikayətin təmin edilməsini və Qəbələ Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-103/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi və Qəbələ Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-103/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər (zaminlər) məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)- 103/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, iddiaçı «xxxx» KB ASC ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun borcalan) və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (sonradan kredit müqaviləsinə uyğun zamin) arasında bağlanan xx.xx.2017-ci il tarixli, 285micİSML/17-EM saylı “Əsas kredit və Bank hesabı müqaviləsi”nə əsasən ona 60 ay müddətinə illik 37 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2017-ci il tarixli, 285micİSML/17 saylı “Əlavə kredit müqaviləsi”nə əsasən “borcverən” 18 (on səkkiz) ay müddətinə, xx.xx.2019-cu il tarixənədək illik 30 (otuz) faiz ödəmək şərtilə 10000 (on min) manat məbləğdə krediti “Borcalanın” mülkiyyətinə verir və “borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “borcverən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 30 faiz təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 285micİSML/17 saylı “Zaminlik müqaviləsi”nə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kreditor qarşısında borclunun xx.xx.2017-ci il tarixli, 285micİSML/17 saylı “Əlavə kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 285micİSML/17-EM saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 10.000 manat məbləği illik 30 %-lə, 18 ay müddətinə aylıq 697 manat, sonuncu ay isə 693,78 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixə Cavabdeh1 285micİSML/17 nömrəli kredit müqaviləsi üzrə 2767,52 manat əsas, 922,13 manat faiz, 2196 manat cərimə borcu olmaqla cəmi 5806,05 manat borcu vardır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh1 əsas borcu 2767,52 manat, faiz borcu 282,79 manat, cərimə borcu isə 360, 68 manat olmaqla cəmi borcu 3410,99 manat borcu olmuşdur. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə 9.990.00 manatı imza edərək qəbul etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 285micİSML/17 nömrəli “Əsas kredit və Bank hesabı müqaviləsi” üzrə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 100 manat məbləğində ödəniş etmişdir. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tаrixli, 2(107)-861/2020 saylı qərаrdаdı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/1834 nömrəli ekspert rəyindən görünür ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2017-ci il tarixli, 285micİSML/17 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 2785,67 manat və faiz borcu 255,87 manat olmaqla, cəmi borcu 3.041,54 manat məbləğində və xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 2785,67 manat və faiz borcu 924,42 manat olmaqla cəmi borcu 3.710,10 manat məbləğində müəyyən edilir. Hazırkı tədqiqat kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Həmin ekspert rəyinin nəticə hissəsində ekspert tərəfindən mexaniki səhv olaraq əsas və faiz borcunun yerləri dəyişik qeyd edilmişdir. Rəyin hesablama cədvəlində isə əsas və faiz borclarının məbləği dəqiq göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, «xxxx» KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 30000 manat məbləğində 60 ay müddətinə, xx.xx.2022ci il tarixinədək müddət ərzində X1 bağlanmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 30 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borcluların kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə xx xxxxxxx 2019-cu il tarixə 2767,52 manat əsas, 922,13 manat faiz və 2196,40 manat cərimə olmaqla, cəmi 5886,05 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) isə Cavabdeh1 əsas borcu 2767,52 manat, faiz borcu 282,79 manat, cərimə borcu isə 360, 68 manat olmaqla cəmi borcu 3410,99 manat borcu olmuşdur Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit sazişi (müqаviləsi) iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Sаdаlаnаn hüquq normаlаrınа əsаsən, iddiаçının borcаlаnа qаrşı əsаs borcun və fаiz borcunun ödənilməsi tələbi əsаslıdır. Cavabdeh1 ilə «xxxx» KB ASC arasında bağlanmış kredit sazişi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminliyi ilə təmin edildiyinə görə zaminlər bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiаnı qismən təmin edərək, 2767,52 manat əsas, 282,79 manat faiz borcunun cavabdehlərdən tutularaq «xxxx» KB ASC-nin hesabına ödənilməsi nəticəsinə gəlmişdir. Belə ki, cavabdehlər kredit müqavilə üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın dəbbə pulu hissəsində də düzgün nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin 463.1-ci mаddəsində yаzılmışdır ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsаsən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. İş mаteriаllаrındаn göründüyü kimi, kreditоrun bоcluyа hesаblаdığı cərimə tənаsübsüz surətdə yüksəkdir. Ona görə də, məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi 360,68 manat məbləğində dəbbə pulunu azaldaraq 270 manat məbləğində müəyyən etməklə cavabdehlərin mülkiyyət maraqları qorunmuş və onların həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmışdır. İş üzrə alınmış alınmış ekspert rəyində göstərilən əsas və faiz borcu məbləği iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən artıqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı ekspert rəyinə əsasən hesablanmış əsas və faiz borc məbləği (müvafiq olaraq 2785,67 manat və 924,42 manat) birinci instansiya məhkəməsinin qət etdiyi əsas və faiz borc məbləğindən (müvafiq olaraq 2767,52 manat və 282,79 manat) çoxdur. Ona görə də, məhkəmə kolegiyası qeyd edir ki, hazırkı iş üzrə alınmış ekspert rəyi sübut kimi qəbul ediməməli, birinci instansiya məhkəməsinin qət etdiyi məbləğ əsas götürülməlidir. Çünki iddiaçı həmin məbləğlə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-103/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-103/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-50/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-50/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver