Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-504/2024 02.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X4 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının iştirakları ilə, İddiaçı cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı «pul» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsindən cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından ona borclu olduğu cəmi 10000 manat borc məbləğinin və 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, cavabdehdən 6000 manat pulun və dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki tanıyır. Cavabdeh ondan 10000 manat borc almışdır. Pulu alarkən ona yazılı qəbzlər də vermişdir. Lakin hazırda cavabdehin vəziyyətini nəzərə alaraq hazırda ondan 6000 manat pulun tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 11 oktyabr 2023-cü il tarixli 2(039)- 761/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 6000 manat pulun və 80 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 220 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdehə borc pul lazım olduğundan, iddiaçı ona 10000 manat borc vermişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. İddiaçı 10000 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini azaldaraq hazırda cavabdehdən 6000 manat pulun tutulmasını tələb edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı 6000 manat borcu olduğunu və onu da imkanı olanda ödəyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, iş materiallarından məlum olur ki, cavabdehə borc pul lazım olduğundan, iddiaçı ona 10000 manat borc vermişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. İddiaçı 10000 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini azaldaraq hazırda cavabdehdən 6000 manat pulun tutulmasını tələb edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı 6000 manat borcu olduğunu və onu da imkanı olanda ödəyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf pulun faizə verilməsini və pulun məbləğinin 10000 manat olmamasını bildirsə də, buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 6000 manat pul və 80 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Dövlət rüsumunun 45 manat hissəsi iddiaçıya aid edilməlidir. Cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 220 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE********************hesaba ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 739.2, 740.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 124, 191.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-761/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. O, iddiaçıdan onun tələb etdiyi qədər pul almamışdır. İddiaçı ondan faizə almış olduğu pulu şişirdilmiş olaraq ağ bir kağıza yazmış və saxta olaraq onun imzasını yazmış olduğu kağıza qeyd etmişdir. O, iddiaçıdan faizə pul aldığı zaman pul nə 10000 olmuş, nə də ki, 6000 manat. İddiaçının qanunsuz olaraq ondan tələb etdiyi pula görə hazırda, o, həmin pulu ödəyə bilmir və buna maddi imkanı yol vermir. İddiaçı onun maddi durumunu və ailə vəziyyətini düşünmədən qanunsuz iddia vermiş, birinci instansiya məhkəməsi isə qanunsuz iddiaya baxaraq qanunsuz qərar qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsi cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdehə borc pul lazım olduğundan, iddiaçı ona 10000 manat borc vermişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. İddiaçı 10000 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini azaldaraq hazırda cavabdehdən 6000 manat pulun tutulmasını tələb edir. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, İddiaçı 6000 manat borcu olduğunu və onu da imkanı olanda ödəyəcəyini bildirmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, qətnamə qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. O, iddiaçıdan onun tələb etdiyi qədər pul almamışdır. İddiaçı ondan faizə almış olduğu pulu şişirdilmiş olaraq ağ bir kağıza yazmış və saxta olaraq onun imzasını yazmış olduğu kağıza qeyd etmişdir. O, iddiaçıdan faizə pul aldığı zaman pul nə 10000 olmuş, nədəki, 6000 manat. İddiaçının qanunsuz olaraq ondan tələb etdiyi pula görə hazırda o, həmin pulu ödəyə bilmir və buna maddi imkanı yol vermir. İddiaçı onun maddi durumunu və ailə vəziyyətini düşünmədən qanunsuz iddia vermiş, birinci instansiya məhkəməsi isə qanunsuz iddiaya baxaraq qanunsuz qərar qəbul etmişdir. Kollegiya hesb edir ki, şikayətin dəlili əsassızıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbini sübut etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən görünür ki, Məhyəddinova (Bayramova) X2 Şəlalə Hüseyn qızından borc pul almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 08 iyun 2023-cü il tarixli 4/842 saylı rəyindən məlum olur ki, X1 adına olan 03 iyun 2021-ci il tarixli 2000 manata dair borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “xx.xx.2021.” rəqəmləri önündəki imza, mülki işin 8-ci vərəqəsində X1 adında olan xx.xx.2021-ci il tarixli 2000 manata dair borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” yazısının qarşısındakı imza Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən icra olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 05 sentyabr 2023-cü il tarixli 3-1616/2-4/1312 saylı rəyindən məlum olur ki, X1 adına olan 03 iyun 2021-ci il tarixli 2000 manata dair borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “xx.xx.2021.” rəqəmləri önündəki imza, mülki işin 8-ci vərəqəsində X1 adında olan xx.xx.2021-ci il tarixli 2000 manata dair borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” yazısının qarşısındakı imza - Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən icra olunmuşdur. Rəylər nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, İddiaçı 6000 manat borcu olduğunu və onu da imkanı olanda ödəyəcəyini bildirmişdir. Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Mülki Məcəllənin 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinin hazırki mübahisəyə tətbiqi onu deməyə əsas verir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 6000 manat pulu qaytarmamışdır. Əks hal (yəni, öhdəliyin icrası) ən azı aşağıdakılar müəyyən olunduğu halda sübuta yetirilmiş sayıla bilər. - əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənəd qaytarılmalı, qaytarmaq mümkün olmadıqda isə bu hal icranı təsdiq etmək üçün verilmiş sənəddə göstərilməli, - əgər kreditor borc sənədini qaytıla bilmirsə, öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış alınmalıdır. Göründüyü kimi, işdə olan sübutlarla (sadə yazılı formada tərtib edilmiş qəbz, izahatlar və s.), işin müəyyən olunmuş halları araşdırılmaqla, cavabdehin iddiaçıya 6000 manat pul ödəməli olması müəyyən olunur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsi cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsi cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-504/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-504/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver