Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-506/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(046)-69/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-69/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddiа qismən təmin edilmiş, xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsi üzrə 10014 (on min on dörd) ABŞ dolları əsas, 5388 (beş min üç yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz, 286 (iki yüz səksən altı) ABŞ dolları cərimə olmaqla, cəmi 15688 (on beş min altı yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Göyçay şəhəri 50-ci ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 50.000 (əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Göyçay şəhəri 50-ci ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 15688 (on beş min altı yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının, məhkəməyə müraciət etmək üçün xərcin Cavabdeh1 aid hissəsi 25 (iyirmi beş) manatın, ödənilmiş 26 (iyirmi altı) manat notariat xidmət haqqının İddiaçı ASCyə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatının İddiaçı ASC-yə aid edilməsi, 25 (iyirmi beş) manatının Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, iş üzrə səndələrin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 26 (iyirmi altı) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatının İddiaçı ASC-dən, 120 (bir yüz iyirmi) manatının Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsi üzrə yaranmış 10014 ABŞ dolları əsas, 4346 ABŞ dolları faiz və 286 ABŞ dolları cərimə olmaqla, cəmi 14646 (on dörd min altı yüz qırx altı) ABŞ dolları borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göyçay şəhəri, 50-ci məhəllə ünvanındakı 0,05 ha topaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin həmin evin açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Göyçay şəhəri, 50-ci məhəllə ünvanındakı 0,05 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 40000 manat məbləgində müəyyənləşdirilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 14646 (on dörd min altı yüz qırx altı) ABŞ dolları məbləğində borcun ödənilməsi, 30 manat ödənilmiş dövlət rüsumunun, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 26 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx xxxxx 2014-cü il tarixli GYF9830 saylı kredit müqaviləsi üzrə yaranmış 10014 ABŞ dolları əsas, 5920 ABŞ dolları faiz və 286 ABŞ dolları cərimə olmaqla, cəmi 16220 (on altı min iki yüz iyirmi) ABŞdolları borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göyçay şəhəri 50-ci məhəllə ünvanındakı 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin evin açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göyçay şəhəri 50-ci məhəllə ünvanındakı 0,05 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyənləşdirilməsi, ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Göyçay şəhəri 50-ci məhəllə ünvanındakı 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan evin boşaldılması, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 16220 (on altı min iki yüz iyirmi) ABŞ dolları məbləğində borcun ödənilməsi, 30 manat ödənilmiş dövlət rüsumunun, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 26 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxxxx 2014-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış GYF-9830 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 20 faiz olmaqla 11500 (on bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxx 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə görə Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 10014 ABŞ dolları əsas, 5920 ABŞ dolları faiz və 286 ABŞ dolları cərimə olmaqla, cəmi 16220 ABŞ dolları borcu qalmışdır. Cavabdeh1 dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, 14 aprel2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 20 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təminatı kimi xx xxxxx 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ABŞ dollarının dəyəri qalxdığından kredit müqaviləsi üzrəborc ödənilməmişdir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Qaytarn qızı birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə bu şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. 2015-ci ilin məlum devalivasiya hadisələrindən sonra Cavabdeh1 qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra olunması üçün real faizlər və müddət daxilində yeni müqavilə bağlanması və həll edilməsi üçün rəsmi ərizə ilə müraciət etdi. Lakin bankın rəhbərliyi cavabdehin bu müraciətinə əhəmiyyət verməyib. Bundan başqa hakim qətnamə qəbul edərkən onun hansı səbəbdən cavabdeh qismində işə cəlb edilməyinə qiymət verməyib. Qətnamədən və iş materiallarında olan müqavilə və digər sənədlərdən də görünür ki, onun iddiaçı ilə hər hansı bir müqavilə öhdəliyi yoxdur ki, həmin öhdəliyi icra etmədiyi səbəbindən cavabdeh qismində cəlb edilmişdir. İş materiallarından da göründüyü kimi onun iddiaçı ilə öhdəlik yaradacaq hər hansı bir müqaviləsi yoxdur. Belə olan halda o, cavabdeh olaraq nə üçün tərəf kimi məhkəməyə cəlb edilməlidir sualı açıq qalır. Əgər o, cavabdeh kimi müqavilənin onun həyat yoldaşıyla bağlanması səbəbindən cəlb edilmişdirsə, (qanunda təbii ki. belə bir müddəa yoxdur) niyə o zaman müqavilə bağlanan zaman o, da həyat yoldaşı olaraq müqavilədə tərəf kimi göstərilib müqaviləyə imza etməmişdir. Qanunvericiliyin bu maddələrindən də görünür ki, hakim qətnamə qəbul edərkən bu hala qiymət verməmiş və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozub. Bu halda onun cavadeh kimi işə cəlb edilməmə xitam verilməli idi. Bundan başqa iddiaçı ilk iddiada faiz borcu kimi 4346 ABŞ dolları tələbi irəli sürsə də, məhkəmənin ekspertiza və qiymətləndirmə barədə qəradad qəbul edib icraatı dayandırdıqdan sonra iddianın həcminin artırılması barədə ərizə verərək faiz borcunu şişirdərək 5388 ABŞ dolları olaraq göstərib. Bu borcunda hardan əmələ gəldiyi barədə qətnamədə qeyd edilməyib. Hakim Ekspertiza Mərkəzinin rəyinə istinad etsə də, təəssüflər olsun ki, “cavabdeh” olaraq bu rəylər onlar təqdim edilməyib. Əgər faizlər məhkəmədə işin araşdırılıması müddətinə aid edilibsə, bu dayanma məhkəmənin təşəbbüsü və cənab prezidentin problemli kreditlərlə bağlı fərmanının icrası ilə əlaqədar məcburi dayanmalar olub ki, buna görədə cavabdeh məsuliyyət daşıya bilməz. Bu faiz borcları da, həddindən artıq şişirdilib. Ümumiyyətlə iş materiallarında olan sənədlərin heç biri onlara təqdim edilməyib ki, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 184.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulub. İş materiallarından da görünür ki, onlar bir dəfə də olsa məhkəmə prosesslərində iştirak etməmişlər. Ekspertiza keçirilməsi və ya digər səbəblərdən məhkəmənin təxirə alınması barədə qərardadlardan və s. ümumiyyətlə xəbərləri olmayıb. Yəni hakim iddiaçı ilə birgə iclas təyin edib, iclasda ekspertiza, qiymətləndirmə və s. hərəkətlərin edilməsi barədə qərar qəbul edib, rəylər alınıb onlara həmin rəylər barədə heç bir məlumat verilməyib və s. Göyçay Rayon Məhkəməsi prezident fərmanında qeyd edilən hallarını heç birini nəzərə almadan, azərbaycan vətəndaşı olan onun və ailəsinin dünyada gedən iqtisadi böhranın və mərkəzi bankın yalan vədləri səbəbindən düşdüyü çətin vəziyyətini nəzərə almadan qətnamə qəbul edib. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən sadaladığı bu halların heç birini nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etməməklə kobud şəkildə pozmuşdur. Nəticədə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 69/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-69/2019 nömrəliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-69/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin Göyçay filialı ilə cavabdeh X3 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 20 % hesablanmaqla 60 aylıq müddətə Cavabdeh1 11500 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (1.1, 3.1, 3.4, 4.1-ci bəndləri). İddiaçı ASC-nin Göyçay filialı ilə X3 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan X3 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti Göyçay şəhəri 50-ci məhəllədə mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evidir. (3.1-ci bənd). İpoteka predmetinin qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir (3.2-ci bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri 50-ci məhəllə ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi xx.xx.2013). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri 50-ci məhəllə ünvanında mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Göyçay filialının xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2014). İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli məktub ünvanlayaraq Göyçay şəhəri 50-si məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən xx.xx.2016-cı il tarixdə ipoteka qoyan Cavabdeh1 göndərilmiş və cavabdeh tərəfindən bildiriş alınmışdır. İpoteka predmeti olan Cavabdeh1 məxsus daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx xxxxx 2018-ci il tarixinə borcu 10014 ABŞ dolları əsas, 5920 ABŞ dolları faiz və 286 ABŞ dolları cərimə olmaqla, 16220 (on altı min iki yüz iyirmi) ABŞ dolları borcu yaranmışdır (xx.xx.2018-ci il tarixli maliyyə arayışı). Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli 19607 nömrəli rəyinə əsasən Cavabdeh1 xx xxxxx 2018-ci il tarixinə banka olan borcu əsas borc 10029 ABŞ dolları 71 sent, faiz borcu 5388 ABŞ dolları 78 sent təşkil edir. Aparılmış tədqiqtın dəyəri 145 manat təşkil edir. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən ipoteka predmetinin xx.xx.2018-ci il tarixinə bazar qiyməti 50000 manat təşkil edir. xx.xx.2016-cı il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin295, 296.1, 297, 317, 385.1, 442, 448.1, 462.1, 462.3 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Göyçay filialı ilə cavabdeh X3 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 20 % hesablanmaqla 60 aylıq müddətə Cavabdeh1 11500 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Göyçay filialı ilə X3 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan X3 mülkiyyət hüququ ilə ona məxsus olan Göyçay şəhəri 50-ci məhəllədə mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini həmin müqavilənin 2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 hərəkətləri nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bununla da onun hüququ Cavabdeh1 tərəfindən pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə iddiaçıya olan əsas, hesablanmış faiz və cərimə borclarını ödəməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini iddianın faiz borcu tələbinə dair hissədə mötəbər hesab etmişdir. İddiaçı borcun ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göyçay şəhəri, 50-ci məhəllədə ünvanındaki 0,05 ha torpaq sahəsində yönədilməsini tələb etsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışda sözü gedən əmlakın ayrıca yüklülüyü qeyd edilməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesabetmişdirki, Göyçay şəhəri 50-ci ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 50.000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASCyə olan borc və çəkilmiş xərclər ödənilməlidir. Həmin fərdi yaşayış evi satıldıqdan 1 ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşdəki sənədlərdən də göründüyü kimi Göyçay şəhəri 50-ci ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Buna görə məhkəmə hesab edir ki,iddia ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilməli, 25 (iyirmi beş) manatı və ödənilmiş 26 (iyirmi altı) manat notariat xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin olunmalı, Cavabdeh1iddiaçının xeyrinə xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsi üzrə 10014 (on min on dörd ) ABŞ dolları əsas, 5388 (beş min üç yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz, 286 (iki yüz səksən altı) ABŞ dolları cərimə olmaqla, cəmi 15688 (on beş min altı yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı ödənilməli, tələb ipoteka predmeti olan Göyçay şəhəri 50-ci ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinəyönəldilməli, həmin daşınmaz əmlakların ilkin satış qiyməti 50000 (əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satıldıqdan 1 ay ərzində Göyçay şəhəri 50-ci ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi boşaldılmalı, satışdan əldə edilən vəsaitdən 15688 (on beş min altı yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin Cavabdeh1 aid hissəsi 25 (iyirmi beş) manat, ödənilmiş 26 (iyirmi altı) manat notariat xidmət haqqı İddiaçı ASC-yə ödənilməlidir. 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı İddiaçı ASC-dən, 120 (bir yüz iyirmi) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də olsa, birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində onların bir dəfə də olsa məhkəmə prosesslərində iştirak etməmələri, ekspertiza keçirilməsi və ya digər səbəblərdən məhkəmənin təxirə alınması barədə qərardadlardan və s. ümumiyyətlə xəbərləri olmaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin hallar mülki işin materialları ilə təkzib edildiyindən qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində onun hansı səbəbdən cavabdeh qismində işə cəlb edilməsinə qiymət verilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarında cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 ər-arvad olduğu, ipoteka predmeti olan evin Cavabdeh1 mülkiyyətində olmaqla həmin evdə yalnız Cavabdeh1 qeydiyyatda olduğu, Cavabdeh2 həmin evin Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ipoteka qoyulmasına etiraz etməməsi barədə notariat qaydasında təsdiq edilmiş ərizə verməsi əksini tapmışdır. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-69/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-69/2019 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-506/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-506/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver