Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-509/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vururlmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1033/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vururlmuş ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 (beş min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1033/2019 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 2.477,5 (iki min dörd yüz yetmiş yeddi manat beş qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, aqrar islahat zamanı mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində inşa etdiyi 150 kv.m sahəsi olan, fərdi yaşayış evinin tikintisi üçün quraşdırdığı (inşa edilmiş) bünovrəni və həmin bünövrənin üzərindəki bir metr hündürlüyündə mişar daşından hörülmüş evin divarını xəbəri olmadan, cavabdeh traktor vasitəsi ilə tamamilə dağıtmış, kürümüş və yerini düzənləmişdir. Hərəkətlərini cavabdeh onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsini 2007-ci ildə bələdiyyə ona satmışdır. Torpaq barəsində aralarında olan məhkəmə çəkişmələrini isə cavabdeh udmuşdur. Tikinti 2002-2003-cü illərdə inşa edilmiş, sonradan torpağ barədə mübahisə olduğundan inşası dayandırılmışdır. Tikinitiyə 5000 (beş min) manat pul xərcləmişdir. Belə ki, Qəbələ rayon AİK xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsinə dair ona JN-2991F saylı, xx xxxxxx 2002-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənərək verilmişdir. Şəhadətnamədə torpağın plan-ölçüsü və koordinatları da göstərilmişdir. Bu sənədi əsas tutaraq o, ona verilmiş həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etməyə başlamışdır. Daha sonra Cavabdeh həmin torpaq sahəsinə iddia edərək bildirmişdir ki, Qəbələ bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi ona satılmışdır. Aralarında olan uzun sürən mübahisədən sonra hazırkı cavabdeh 2016-cı ildə məhkəmədə iddia qaldıraraq torpaq sahəsinin ona məxsus olmasını iddia etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsində işə baxılan zaman qəbul edilmiş xx xxxx 2016-ci il tarixli, 2- 1(84)-18/2016 saylı qərardadından və həmin işin materillarına əlavə edilmiş DƏDRX-nın 9 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli **********42 saylı məktubundan görünür ki, Cavabdeh məxsus torpaq sahəsi üzərində başqa vətəndaşa məxsus və yarımçıq tikilinin olduğu və torpaq sahəsi üzərində mübahisə olduğu məlum olmuşdur. O, tikilini qanuni qaydada, ona məxsus olan torpaq sahəsində inşa etdirmişdir. Üzərində tikinti ərsəyə gətirdiyi torpaq sahəsi əvvəl ona verilmiş, dövlət reyestrində qeydə alınmış və mülkiyyətində olmuşdur. O, həmin torpaq sahəsi üzərində qanuni surətdə tikinti işləri aparmışdır. Tikinti başa çatdırıldığı halda, şübhəsiz, heç bir maneə olmadan həmin tikiliyə mülkiyyət hüququ əldə etmək hüququ olmuşdur. Ona görə də, həmin yarımçıq tikili reyestrdə qeydiyyata alınmış olmasa da, onun mülkiyyəti hesab edilmişdir. Torpaq sahəsinin iki nəfərə əvvəl ona, sonra isə İsmayıla verilməsində qanunpozuntusu olmuşdursa, belə pozuntuda dövlət orqanlarının günahı olmuşdur. Cavabdehin isə sonradan “aldığı” torpaq sahəsinin əvvəlcədən ona məxsus olması barədə sənəddən və orada tərəfindən qanuni surətdə tikinti işlərinin aparılmasından xəbəri olmuşdur. Buna baxmayaraq aralarında olan mübahisədən təsirlənən cavabdeh, tikilinin taleyinin həll edilməsi barədə ona müraciət etmək əvəzinə, qərəzli şəkildə 5.000 manat xərc çəkərək inşa etdiyi yarımçıq tikilini tələm-tələsik tamamilə dağıtmış, daşlarından isə özü üçün istifadə etmişdir. Beləliklə bu əmlakın ona məxsus olduğunu şübhəsiz bildiyi halda, cavabdeh əmlakı qəsdən məhv etmiş və qəsdən ona 5.000 (beş min) manat məbləğində real maddi ziyan vurmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, guya o, Qəbələ rayon X2 xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ona ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsində 150 m2 sahəsi olan fərdi yaşayış evi üçün nəzərdə tutulan bünövrəni sökmüş və nəticədə ona 5.000 manat maddi ziyan vurmuşdur. Lakin iddiaçının iddia etdiyi ərazi uzun illər onun faktiki sahibliyində və istifadəsində olduğu üçün Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış, həmin sənədlər əsasında hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə DƏDRX-nın Qəbələ Ərazisinə müraciət edilmiş, qeydiyyat orqanı hüquqlarını qeydiyyata almaqdan imtina etdiyi üçün müvafiq iddia ərizəsi ilə tərəfindən Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət edilmiş, sözügedən məhkəmənin qərarı ilə iddia tələbi təmin edilmiş, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatını aparılması vəzifəsi DƏDRX-nın X5 üzərinə qoyulmuşdur. İşin faktiki halından, eləcə də qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi, iddiaçının iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsi kimi göstərdiyi ərazi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında onun xüsusi mülkiyyətində olmuş, bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsini qardaşı oğlu Şahid2 mülkiyyətinə keçirmişdir. Həmin torpaq sahəsi üzərində olan tikililər ona və qardaşı oğlu Şahid2 məxsusdur. İstər o, istərsə də Şahid2 iddiaçının 150 m2 sahəsi üçün nəzərdə tutulan fərdi yaşayış evinin inşası məqsədilə tikilmiş bünövrəni sökməmiş və sonuncuya heç bir maddi ziyan vurmamışdır. Eyni zamanda iddiaçı 5.000 manat dəyərində olan bünövrənin ona məxsus olması, eləcə də onun tərəfindən inşa edilməsi barədə qanunlamüəyyən edilmiş qaydada sübutu iddia ərizəsinə, eləcə də məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1033/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir, iddiaçı onun bacısı oğlu olmasına baxamayaraq hər dəfə müxtəlif bəhanələrlə onu məhkəməyə verir. Mübahisəli torpaq sahəsi əvvəllər ona məxsus olmuş, lakin sonradan qardaşı oğluna bağışlamışdır. İddiaçı həmin torpaq sahəsi onun olmadığı halda tikinti işləri aparmaq istəmiş, lakin sonradan torpağın onun olmadığını bildikdən sonra özünə məxsus olan bütün mişar və çay daşlarını aparmışdır. Bundan əlavə o bu iş üzrə cavabdeh qismində qoyula bilməz. Ona görə ki, o mübahisəli torpaq sahəsini qardaşı oğluna bağışlamışdır. Cavabdeh sonda Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o mübahisəli torpaq sahəsinin özünə məxsus olduğunu bilərək tikinti işləri aparmaq istəmişdir. Lakin sonradan cavabdehlə aralarında mübahisə olduğundan tikinti işini axıra kimi apara bilməmişdir. O, özünə məxsus olan mişar daşını aparsa da, bəzi cay daşlarını apara bilməmişdir. Bunun da nəticəsində ona maddi ziyan dəymişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər : Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1033/2019 nömrəli qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasının təfsirində səhvə yol vermişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-2991F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»dən görünür ki, Qəbələ rayon X2 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Qəbələ şəhərində həyətyanı olaraq 0,06 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Şahid2 xüsusi mülkiyyətinə verilmiş Qəbələ şəhəri, F.Rəhimov küçəsi, 24 A nömrəli ünvanda 0,078 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 163 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsinə dair A 370538 nömərəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2-1(84)-18/2016 nömrəli qərardadından görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli **********42 nömrəli məktubuna münasibət bildirərək göstərilmişdir ki, “Cavabdeh məxsus torpaq sahəsi üzərində başqa vətəndaşa məxsus JN-2991F nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”nin və yarımçıq tikilinin olduğu və torpaq sahəsi üzərində mübahisə olduğu məlum olmuşdur”. Cavabdeh ilə Şahid2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz bağışlanması müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” - Cavabdeh Qəbələ şəhəri, F.Rəhimov küçəsi, 24A nömrəli ünvanında yerləşən ümumi sahəsi 0,078 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə “hədiyyə alana” – Şahid2 bağışlamışdır. “X1” MMC-nin xx.xx.2019-cu il tarixli, № 019-17 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsində 10 X 12 m ölçüdə fərdi yaşayış evinin inşası məqsədilə tikilmiş bünövrəyə (dərinliyi 60 sm, eni 50 sm) çəkilmiş xərc ( çay daşları, sment) ekspert qarşısında qoyulmuş birinci sual üzrə-1991-ci il üçün 1350 rubl, ikinci sual üzrə 2002-ci il üçün ******* manat, üçüncü sual üzrə hazırki dövr üzrə 1345 (bir min üç yüz qırx beş) manat müəyyən edilmişdir. “X1” MMC-nin xx.xx.2019-cu iltarixli, № 019-18 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin inşası məqsədilə tikilmiş yerdən 1 metr hündürlüyü olan evin hissəsini təşkil edən barıya (mişar daşı ilə tikilmiş) çəkilmiş xərc birinci sual üzrə 1991-ci il üçün 1320 (bir min üç yüz iyirmi) rubl, ikinci sual üzrə 2002-ci il üçün 975000 (doqquz yüz yetmiş beş min) manat, üçüncü sual üzrə hal-hazırki dövr üçün 1.132,5 (bir min üç yüz iyirmi manat beş qəpik) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası sonda belə qənaətə gəlir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayəti əsaslı oluğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Buna görə də, hazırki iş üzrə iddia tələbinin faktiki əsası ilə qanuni əsasının dizpozisiya şərtləri uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün hesab edilə bilməz. Əvvala ona görə ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanın hissəsini qismən təmin edilməsi qənaətinə gələrkən, iş üzrə müstəqil qiymətləndiricilərin rəylərinə istinad etmişdir. Lakin hazırki iş üzrə Cavabdeh iddiaya cavab verməli subyekt olub-olmamasına diqqət yetirməmişdir. Belə ki, tərəflərin özünün izahatından, həmçinin iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında uzun müddət məhkəmə çəkişmələri olmuş, sonda cavabdeh həmin torpağa mülkiyyət hüququnu qazandıqdan sonra torpağı qardaşı oğlu Şahid2 bağışlamışdır. Məhkəmə kollegiyası, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil olan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş hazırki iş üzrə şahidlərdən Şahid1 iddiaçı ilə qohumluq və tanışlıq münasibətində olmuş, digər şahidlər isə tikinti işlərinin aparmasını bildirsələr də, həmin tikintinin məhz cavabdeh tərəfindən sökülməsini və tikinti materiallarının sonuncu tərəfindən mənimsənilməsi izah edə bilməmişlər. Mübahisənin bu hissəsi digər hər hansı mötəbər sübut növləri ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 isə mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsində olan 1700 ədəd mişar daşının iddiaçı tərəfindən götürülməsini tələb etmişdir. Beləliklə də göründüyü kimi birinci instansiya məhkəməsi şahid ifadələrinə istinad etməklə və bu ifadələri mötəbər sübut kimi işin hallarına uyğun hesab edərək iddianı qismən təmin etməkdə haqlı olmamışdır. İkincisi, iddiaçı özü məhkəmə iclasında mübahisəli torpaq sahəsində olan mişar daşlarını apardığını etiraf etmişdir. Üçüncüsü, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdehə məxsus olduğu halda iddiaçı orada tikinti işləri aparmağa cəhd etmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 180.2-ci maddəsəinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.. Kollegiya qeyd edir ki, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırki, iş üzrə cavabdehin hər hansı bir təqsirli hərəkəti yaxud hərəkətsizliyi müəyyən edilməmişdir. İddiaçı cavabdehin ona maddi ziyan vurmasını iddia etsə də, bu barədə onun izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1033/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “5.000 (beş min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə” iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-509/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-509/2020
10.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver