Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-509/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli 2(024)-06/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus “Lada 21124” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili təpiklə vuraraq həmin əmlaka zərər vurmuşdur. Cavabdeh barəsində Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 510-cu madəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərar qanuni qüvvəyə minmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Firuddin oğlundan ona vurduğu 550 manat miqdarında maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Mülki işin məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmişdir.
4. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh qardaşı Nurəddinin onun arvadı Səidəyə 550 manat borcu vardır. Cavabdeh guya borcu qaytarmamaq üçün bəhanə edərək heç bir əsaslı səbəb olmadan xx.xx.2022-ci il tarixdə ona məxsus “Lada 112” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili təpiklə əzərək zərər vurmuşdur. Nəticədə avtomobilin sağ qabaq və arxa qapısını və digər hissələrini əzərək ümumilikdə 550 manat maddi ziyan vurmuşdur. Cavabdeh ona dəyən ziyanı könüllü olaraq ödəmir. Bu səbəbdən o məhkəməyə müraciət etməli olmuşdur. O məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Ödənilmiş rüsumu da cavabdehdən tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ona vurduğu 550 manat miqdarında maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2022-ci il tarixli 9/7759 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Lada 112” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 550 manat təşkil edir. Beləliklə məhkəmə iş materiallarına, işin faktiki hallarına və iddiaçının izahatına hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh hərəkətləri nəticəsində iddiaçıya 550 manat ziyan dəyməsi sübuta yetirlmişdir. Bundan başqa iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğ də cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia təmin ediləcəyi üçün iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat cavabdehdən alınıb müvafiq hesaba ödənilməlidir.
6. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 550 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 580 (beş yüz səksən) manat pul alınıb İddiaçı verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb müvafiq hesaba ödənilməlidir.
7. Qax Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli 2(024)-06/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Cavabdeh vurulmuş maddi ziyana görə 550 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 580 (beş yüz səksən) manat pulun alınıb İddiaçı verilməsi, iş üzrə 50(əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq aşağıdakı hesaba köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
9. İşə əlavə edilmiş avtomobilin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, “Lada 21124 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur.
10. İş materiallarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3- (024)-333/2022 nömrəli qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Qax rayonu Turaclı kəndi ərazisində X1 ünvanına söyüşlərlə söyərək qəsdən ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri etmiş, həmçinin Səidə Abdurahmanovanın əri Renat Abdurahanovun adına qeydə alınmış “Lada 21124” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili təpiklə vuraraq əmlakı qəsdən məhv etdiyi üçün onun haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
11. İş materiallarına əlavə edilmiş “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Lada 2124” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə 550 manat ziyan dəymişdir.
12. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7759 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Lada 21124” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 550 manat təşkil edir.
13. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir.
14. İş materiallarına əlavə edilmiş AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinə dair məlumatdan görünür ki, Cavabdeh Qax rayonu Turaclı kəndində qeydiyyatdadır.
15. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı iddia ərizəsinə sübut növü olaraq "Avtomotoservis və Ticarət" müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktını əlavə etmişdir. Həmin zərər aktında Lada 2124 markalı 34BH084 dövlət qeydiyyat nişanlı avtomobilə 550 manat ziyan dəydiyini qeyd edir. Həmin zərər aktına istinad olunaraq mülki iş üzrə keçirilmiş ekspertiza rəyində qeyd olunur ki, nəzəri hesablama yol ilə xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa xərci 550 manat təşkil edir.
18. Buradan belə anlaşılır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş zərər aktında 2000 manat məbləğ yazılsa idi ekspertiza ziyan aktında qeyd olunan məbləği öz rəyi ilə təsdiq edəsi idi. Əgər ekspertiza zərər aktındakı məbləği təsdiq edirdisə o zaman ekspertizanın keçirilməsinə nə zərurət var?
19. Ekspertizanın rəyindən görünür ki, ekspertiza hərtərəfli, obyektiv və tam aparılmadığı üçün sübut növü kimi qəbul oluna bilməz. Məhkəmədən xahiş edir ki, avtomobilə dəymiş zərər nəzəri hesablama yolu ilə deyil, ekspertin şəxsən iştirakı ilə yerində avtomobilə baxış keçirilməklə rəy verilməsi təmin olunsun.
20. Ona görə də, Qax Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli 2(024)-06/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddiaçıların iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli 2(024)-06/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh Qax Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli 2(024)-06/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 17-19-cu bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, "Avtomotoservis və Ticarət" müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktı ilə xx.xx.2022-ci il tarixli 9/7759 nömrəli ekspert rəyində eyni nəticəyə gəlinmiş olması ekspert rəyinin mötəbərliyinin şübhə altına alınması üçün əsas ola bilməz. Cavabdeh ekspert rəyini mübahisələndirsə də, göstərdiklərini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli 2(024)-06/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli 2(024)-06/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev