Məhkəmə qərarları › İş №2(107)-51/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-51/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-51/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-6/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 08 yanvar 2020-ci il tаrixli, 2(025)-6/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 18.11.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə 15117 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixə olan 2404 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1932 ABŞ dolları faiz borcu olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 19453 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0,3876 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 38.6 m2 ümumi, 21,1 m2 yaşayış sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borc ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.11.2013-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15 117 (on beş min yüz on yeddi) ABŞ dolları əsas borcun, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixinə borcu 2404 (iki min dörd yüz dörd) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1932 (bir min doqquz yüz otuz iki) ABŞ dolları faiz borcunun, cəmi 19 453 (on doqquz min dörd yüz əlli üç) ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin ödənilməsi üçün tutmanın Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 27 saylı evin 5 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Qəbələ” filialı ilə X10 oğlu ilə bağlanmış 18.11.2013-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən ona 24 (iyirmi dörd ay müddətinə, illik 24 (iyirmi dörd) faiz ödəmək şərtilə 21 300 (iyirmi bir min üç yüz) ABŞ dollaı məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 27 saylı evin 5 sayl mənzili 18.11.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə bani qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliyi lazımi qaydada və vaxtlı-vaxtında icra etməmiş, belə ki, qrafik üzrə ödənilməli olan məbləğdən az miqdarda gecikmələrlə ödənişlər etmişdir. 26.08.2015-ci il tarixli, 765288 saylı şəhadətnamədən görünür ki, X10 oğlu 38 2015-ci il tarixdə vəfat etmişdir. Hazırda göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləği 15 117 (on beş min yüz on yeddi; ABŞ dolları əsas, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixinə faiz borcu 2404 (iki min dörd yüz dörd) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 1932 (bir min doqquz yüz otuz iki) ABŞ dolları, cəmi 19 453 (on doqquz min dörd yüz əlli üç) ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbini müdafiə etmişdir, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ASC ilə X10 oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verilmişdir. 2015-ci ildə həmin şəxs vəfat etmişdir. Onunla isə bu müqavilənin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış və tam mülkiyyətində olan mənzil ipotekaya qoyulmuşdur. Onun və ailəsinin evdən çıarılmasına razı deyil. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 birinci instansiya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, birinci instansiya məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə ilə razı deyildir. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsi mübahisəni həll edarkən prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. 18.11.2013-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən pul vəsaitini götürən şəxs kredit müqaviləsinin ödəniş üzrə qrafiki bitmədən vəfat etmişdir. Bu hala birinci instansiya məhkəməsi hüquqi qiymət verməmişdir. Kredit müqaviləsinə əsasən ASC-dən pul vəsaiti götürən şəxs vəfat etdikdən sonra onun vərəsələri müəyyən edilməli idi və yaranmış borc həmin şəxsin vərəsələrinə də yönəldilməli idi. Bir daha bildirir ki, Qəbələ Rayon Məhkəməsi vərəsələrin müəyyən edilməsi barədə heç bir hərəkət etməmişdir. Hər bir halda birinci instansiya məhkəməsi mülki işə baxarkən məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Belə ki, məhkəmə iclasında o, göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borclu tərəfindən xeyli borcundan ödənilmişdir, ödəniş çekləri hal-hazırda da vəfat etmiş kredit götürənin arvadındadır. Məhkəmə bu hala da qiymət verməmişdir. Hesab edir ki, bu hallar sözü gedan mülki iş üzrə araşdırmanın tam, obyektiv aparılmasını mümkünsüz etmiş və bu ədalət mühakiməsinin bir cox prinsiplərinə zidd olmuşdur. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-6/2020 nömrəli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə ilə razı deyildir. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsi mübahisəni həll edarkən prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsinin sözü gedən qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Halbuki, məhkəmənin iclasları barədə rəsmi qaydada məhkəmə bildirişləri ona çatdırılmamış, hətta həmin mülki iş üzrə məhkəmənin yekun qərarı ona rəsmi qaydada təqdim edilməmişdir. Məhkəmə qətnaməsi barədə o, sonradan məlumat tutaraq onun sürətini əldə edə bilmişdir. Yuxarıda göstərilən səbəblərə göra məhkəmə iclaslarında iştirakı mümkün olmamışdır. Hesab edir ki, bu hal sözü gedən mülki iş üzrə araşdımanın tam obyektiv aparılmasını mümkünsüz edir və bu ədalət mühakiməsinin bir cox prinsiplərinə ziddir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-6/2020 nömrəli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsında Cavabdeh1 özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin və digər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış İddiaçı ASC-nin nümayəndəsi, Cavabdeh2 X10 oğlunun hüquqi varisləri-X1 (Kazımova) Lamiyə Elşad qızı və Xəlilbəyli (Güləliyeva) Səbinə Elşad qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki- Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Cavabdeh1 izahatının dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-6/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməlidir. İşdə olan 18.11.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X10 oğluna 21300 manat məbləğində illik 24 faiz hesablanmaqla 24 ay müddətinə kredit verilmişdir. İşdə olan 25.05.2018-ci il tarixli maliyyə arayışından görünür ki, X10 oğlunun 18.11.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən 23.05.2018-ci il tarixə 15.117 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixə 2404 ABŞ dolları faiz, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1932 ABŞ dolları olmaqla, cəmi 19453 ABŞ dolları borcunun olması göstərilmişdir. İşdə olan Qəbəl rayon Qeydiyyat şöbəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş AZ-İ №765288 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 oğlu 21 avqust 2015-ci il tarixdə Qəbələ şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.08.2015-ci il tarixdə 74 № ilə qeyd edilmişdir. İşdə olan 18.11.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, X10 oğlu 18.11.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0,3876 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 38.6 m2 ümumi, 21,1 m2 yaşayış sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzil banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 30.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan «Buta» Qiymətləndirmə Mərkəzinin 11.10.2019-cu il tarixli 15 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0,3876 ha torpaq sahəsində yerləşən 27 saylı binanın 5 saylı mənzilinin bazar dəyəri 50.000 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30.10.2009-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0,3876 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 38.6 m2 ümumi, 21,1 m2 yaşayış sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20.11.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0,3876 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 38.6 m2 ümumi, 21,1 m2 yaşayış sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İşdə olan bildiriş məktublarından görünür ki, İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ipoteka qoyana xəbərdarlıq etmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445 və 448.1-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, 18.11.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə 15117 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixə olan 2404 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1932 ABŞ dolları faiz borcu olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 19453 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0,3876 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 38.6 m2 ümumi, 21,1 m2 yaşayış sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzilə yönəldilməli; həmin mənzil açıq hərracda satılmalı; mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməli; satışdan əldə olunan vəsait hesabına borc ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli; borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.11.2013-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15 117 (on beş min yüz on yeddi) ABŞ dolları əsas borcun, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixinə borcu 2404 (iki min dörd yüz dörd) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1932 (bir min doqquz yüz otuz iki) ABŞ dolları faiz borcunun, cəmi 19 453 (on doqquz min dörd yüz əlli üç) ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin ödənilməsi üçün tutmanın Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 27 saylı evin 5 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-6/2020 nömrəli qətnaməsi ilə isə iddia ərizəsində tələb edilmədiyi halda 18.11.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə 15117 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixə olan 2404 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1932 ABŞ dolları faiz borcu olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 19453 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASCnin “Qəbələ” filialı ilə X10 oğlu ilə bağlanmış 18.11.2013-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən ona 24 (iyirmi dörd ay müddətinə, illik 24 (iyirmi dörd) faiz ödəmək şərtilə 21 300 (iyirmi bir min üç yüz) ABŞ dollaı məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 27 saylı evin 5 sayl mənzili 18.11.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə bani qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliyi lazımi qaydada və vaxtlı-vaxtında icra etməmiş, belə ki, qrafik üzrə ödənilməli olan məbləğdən az miqdarda gecikmələrlə ödənişlər etmişdir. 26.08.2015-ci il tarixli, 765288 saylı şəhadətnamədən görünür ki, X10 oğlu 38 2015-ci il tarixdə vəfat etmişdir. Hazırda göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləği 15 117 (on beş min yüz on yeddi; ABŞ dolları əsas, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixinə faiz borcu 2404 (iki min dörd yüz dörd) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 1932 (bir min doqquz yüz otuz iki) ABŞ dolları, cəmi 19 453 (on doqquz min dörd yüz əlli üç) ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyətlərində göstərdiklərini əsas tutaraq 11 iyun 2020-ci ildə hazırki iş üzrə məhkəməmühasibatlıq ekspertizаsı təyin etmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2(107)-892/2020 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9 sentyabr 2020-ci il tarixli, 9/2286 nömrəli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X10 oğlunun krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 18 noyabr 2013-cü il tarixli, 01 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, X10 oğlunun 23.05.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 17.987,25 ABŞ dolları məbləğində, 31.07.2018-ci il tarixə (iddia ərizəsi birinci instansiya məhkəməsinə təqdim edilən tarix) banka olan əsas və faiz borcu 18.130,02 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 23.05.2018-ci il tarixə: - əsas borc üzrə---------------------15.116,38 ABŞ dolları, - faiz borcu üzrə---------------------2.870,87 ABŞ dolları. 31.07.2018-ci il tarixə: - əsas borc üzrə---------------------15.116,38 ABŞ dolları, - faiz borcu üzrə---------------------3.013,64 ABŞ dolları. (Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manatdır) Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir, həmçinin ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləğinin tələb olunan əsas borcun məbləğindən 62 qəpik az olmasını, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmiş faiz borcunun məbləğinin tələb olunan faiz borcunun məbləğindən 466.87 manat artıq olmasını nəzərə alıb hesab edir ki, hazırki iş üzrə tələb olunan borc daha inandırıcı və işin hallarına uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilənləri rəhbər tutan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tаrixli, 2(107)-892/2020 nömrəli qərаrdаdına əsasən “X6” MMC tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli 042/LBC nömrəli rəydə göstərilmişdir ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 27 saylı evin 2-ci mərtəbəsində olan 2 otaqlı, 5 nömrəli mənzilin hazırki dövrə olan orta bazar qiyməti 55 000 (əlli beş min) AZN, likvid qiyməti isə 50000 (əlli min) AZN təşkil edir. (Aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat) Məhkəmə kollegiyası “X6” MMC tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli 042/LBC nömrəli rəyi sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətlərinin qismən təmin edilməsinə əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsin qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-6/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməli, 18.11.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə 15.117 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixə olan 2404 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1932 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19453 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutma və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutma Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0,3876 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 38.6 m2 ümumi, 21,1 m2 yaşayış sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzilə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə mənzil açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, aparılmış ekspertiza tədqiqatnın dəyəri olan 200 (iki yüz) manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə, qiymətləndirmənin xidmət haqqı kimi 300 (dörd yüz) manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq “X6” MMC-yə ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyətləri qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-6/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilsin. 18.11.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə 15.117 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi 19.11.2015-ci il tarixə olan 2404 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1932 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19453 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutma və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutma Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0,3876 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 38.6 m2 ümumi, 21,1 m2 yaşayış sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzilə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə mənzil açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına borc ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatnın dəyəri olan 200 (iki yüz) manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Qiymətləndirmənin xidmət haqqı kimi 300 (dörd yüz) manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq “X6” MMC-yə verilsin. (icraçının VÖENi, İcraçının hesablaşma hesabı H/Hesab.....AZ69NİCB**********0001A40090, “xxxx” ASC M/H: AZ98NABZ********************, Kod 510277, Bankın VÖENi **********, SWİFT NİCBAZ22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rəfiyev Rövşən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar