Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-511/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X14 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X16, X11, X15 və X12 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(051)-26/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tаrixli, 2(051)-26/2020 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh, X16, X11, X15 və X6 müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə 65320.91 manat məbləğində əsas kredit borcu, 25223.32 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 90644,23 manat borc, 015R********** saylı kredit razılaşması üzrə 23036.51 ABŞ Dolları məbləğində əsas kredit borcu, 963,41 ABŞ Dolları məbləğində faiz borcu və 100 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 24099,92 63 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə, 015KK**********01 saylı kredit razılaşması üzrə 4999.86 ABŞ dolları məbləğində kredit borcu, 434.1 ABŞ Dolları məbləğində faiz borcu və 100 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 5530,96 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı QSC-yə ödənilsin. Həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və X4 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 100000 manat, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilin ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, mənzillərin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının Cavabdeh, X16, X11, X15 və X6 alınıb «xxxx» QSC-nin hesabına ödənilməsi, iş üzrə ekspertiza xərci olan 245 manatın cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» QSC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdehlər Cavabdeh, X7, X1, X5 və X6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 65320.91 manat məbləğində kredit borcu, 24727.06 manat məbləğində faiz borcu və 47207.82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 137255 (yüz otuz yeddi min iki yüz əlli beş) manat 79 (yetmiş doqquz) qəpik məbləğində borcun; 015R********** saylı kredit razılaşması üzrə 26756.36 ABŞ Dolları məbləğində kredit borcu, 8912.71 ABŞ Dolları məbləğində faiz borcu və 17705.67 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 53374 (əlli üç min üç yüz yetmiş dörd) ABŞ Dolları 74 (yetmiş dörd) sent məbləğində borcun; 015KK**********01 saylı kredit razılaşması üzrə 4999.86 ABŞ Dolları məbləğində kredit borcu, 434.1 ABŞ Dolları məbləğində faiz borcu və 3330 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 8763.96 ABŞ Dolları məbləğində borcun, üç müqavilə üzrə 137255 (yüz otuz yeddi min iki yüz əlli beş) manat 79 qəpik və 62138 (altmış iki min yüz otuz səkkiz) ABŞ Dolları 70 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, Tələbin Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə; X4 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, 137255.79 manat və 62138.70 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X7, X1, X5 və X6 müştərək qaydada tutulması; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, onun əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi; Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X21 iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 30.07.2010-cu il tarixli 15L000001426 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 27.06.2013-cü il tarixli 1426 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 500000 (beş yüz min) ABŞ Dolları, kredit xəttinin müddəti isə artırılaraq 156 (yüz əlli altı) ay müəyyən olunmuşdur. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 03.12.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 27.03.2017-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 16.01.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 89700 (səksən doqquz min yeddi yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.05.2015-ci il tarixli 015R**********S saylı, 03.12.2015-ci il tarixli 015R**********SA saylı, 18.01.2016-cı il tarixli 015R**********SB saylı, 02.03.2016-cı il tarixli 015R**********SC saylı, 14.12.2016-cı il tarixli 015R**********SD saylı, 27.03.2017-ci il tarixli 015R**********SE saylı və 15.08.2017ci il tarixli 015R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.09.2017-ci il tarixdən banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 16.04.2015-ci il tarixli 015KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə 16.05.2015-cı il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X16, X11, X15 və X17 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin tərəflər arasında kredit xətti müqaviləsinə edilmiş dəyişikliklərlə əlaqədar X18 ilə zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında 27.06.2013-cü il tarixli 1971 saylı saziş bağlanmışdır. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC ilə bağladığı 30.10.2013-cü il tarixli 15M000000560 saylı ipoteka müqaviləsi (Mingəçevir şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında mülkiyyətindəki, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 87.71 m2 yaşayış sahəsindən, 54.51 m2 yardımçı sahədən və 143.22 m2 ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 5 №-li reyestr kitabının 71 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq 02.02.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 05.02.2018-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 07.02.2018-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Bununla yanaşı kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X11 İddiaçı QSC ilə bağladığı 03.07.2014-cü il tarixli 15M000000654 saylı ipoteka müqaviləsi (Mingəçevir şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 2-ci mərtəbəsində yerləşən 67.10 m2 ümumi sahədən, 47.08 m2 yaşayış sahəsindən, 20.02 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 29 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 34 №-li reyestr kitabının 5 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən X4 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzili Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən X4 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq 02.02.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 05.02.2018-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 07.02.2018-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh, X7, X1, X5 və X6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 65320.91 manat məbləğində kredit borcu, 25223.32 manat məbləğində faiz borcu və 47207.82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 137752 (yüz otuz yeddi min yeddi yüz əlli iki) manat 05 (yetmiş doqquz) qəpik məbləğində borcun; 015R********** saylı kredit razılaşması üzrə 23036.51 ABŞ Dolları məbləğində kredit borcu, 8912.71 ABŞ Dolları məbləğində faiz borcu və 17705.67 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 49654 (qırx doqquz min altı yüz əlli dörd) ABŞ Dolları 89 (səksən doqquz) sent məbləğində borcun; 015KK**********01 saylı kredit razılaşması üzrə 4999.86 ABŞ Dolları məbləğində kredit borcu, 434.1 ABŞ Dolları məbləğində faiz borcu və 3330 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 8763.96 ABŞ Dolları məbləğində borcun, üç müqavilə üzrə 137255 (yüz otuz yeddi min iki yüz əlli beş) manat 79 qəpik və 58418 (əlli səkkiz min dörd yüz on səkkiz) Dolları 85 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə; X4 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, 137852.05 manat və 58418.85 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X7, X1, X5 və X6 müştərək qaydada tutulması; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, onun əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi; Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, onlar tərəfindən kredit müqavilələri bağlanmaqla müxtəlif məbləğlərdə pul götürülmüşdür. Sözügedən kredit müqavilələrinin təminatı olaraq özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və X4 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. İlk vaxtlar krediti ödəniş cədvəlinə uyğun olaraq ödəmişdir. Lakin sonradan imkanı olmadığı üçün ödəmələri geçikdirməyə başlamışdır. Kredit müqaviləsi üzrə borc iddiaçı tərəfindən həddindən çox hesablanmışdır. Kredit müqaviləsi üzrə borcun daha humanis əsaslarla hesablanmasını, kredit müqaviləsi üzrə hesablanmış cərimələrin azaldılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, kredit müqavilələri bağlanmaqla müxtəlif məbləğlərdə pul götürülmüşdür. Sözügedən kredit müqavilələrinin təminatı olaraq özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və X4 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. İlk vaxtlar krediti ödəniş cədvəlinə uyğun olaraq ödəmiş, sonradan imkanı olmadığı üçün ödəmələri geçikdirməyə başlamışdır. Kredit müqaviləsi üzrə borc iddiaçı tərəfindən həddindən çox hesablanmışdır. Bundan əlavə isə, iş üzrə keçirilən ekspertizalarda da düzgün qiymətləndirmə aparılmamışdır. Belə ki, “xxxx” MMC-nin 20 iyul 2020-cu il tarixli 1060/20/AB saylı rəyinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 55000 manat təşkil edir. Halbuki, həmin mənzilin qiyməti 70-80 min təşkil edir. Eyni zamanda “xxxx” MMC-nin 20 iyul 2020-cu il tarixli 1061/20/AB saylı rəyindən görünür ki, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 saylı evin bazar dəyəri 100000 manat təşkil edir. Həmin evin qiyməti isə 200000 manat təşkil etməlidir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tаrixli, 2(051)-26/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X21 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(051)-26/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin hər ay ipoteka predmetlərinin qiyməti hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tаrixli, 2(051)-26/2020 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlavə edilmiş 09 iyul 2014-cü il tarixli, 15R000005672 №li kredit müqaviləsindən görünür ki, X22 “xxxx” QSC ilə müqavilə bağlayaraq 15000 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 1,8333 faiz əlavəsi ilə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin imzaladıqları 27.03.2017-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. N.Yahyayev ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq, X16, X11, X15 və X17 ilə zaminlik müqavilələri bağlayaraq, N.Yahyayev kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş tərəflərin imzaladıqları 18.05.2015-ci il tarixli 015R**********S saylı, 03.12.2015-ci il tarixli 015R**********SA saylı, 18.01.2016-cı il tarixli 015R**********SB saylı, 02.03.2016-cı il tarixli 015R**********SC saylı, 14.12.2016-cı il tarixli 015R**********SD saylı, 27.03.2017-ci il tarixli 015R**********SE saylı və 15.08.2017ci il tarixli 015R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsi 16.04.2015-ci il tarixli 015KK**********01 saylı kredit razılaşması əsasında, üzrə Cavabdeh İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 30.10.2013-cü il tarixli 15M000000560 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» QSC ilə X3 arasında bağlanmış 09 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə əmələ gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 87.71 m2 yaşayış sahəsindən, 54.51 m2 yardımçı sahədən və 143.22 m2 ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini iptekaya qoymuşdur. İş materiallarına əlavə edilmiş 03.07.2014-cü il tarixli 15M000000654 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X2 mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 2-ci mərtəbəsində yerləşən 67.10 m2 ümumi sahədən, 47.08 m2 yaşayış sahəsindən, 20.02 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 29 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 5 №-li reyestr kitabının 71 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 34 №-li reyestr kitabının 5 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən X4 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzili Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2019-cu il tarixli 5506 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə 015R********** saylı kredit razılaşması üzrə 67038,69 manat məbləğində əsas kredit borcu, 25223.32 manat məbləğində faiz borcu; 015R********** saylı kredit razılaşması üzrə 33270,62 ABŞ Dolları məbləğində kredit borcu, 963,41 ABŞ Dolları məbləğində faiz borcu; 015KK**********01 saylı kredit razılaşması üzrə 4999.86 ABŞ Dolları məbləğində kredit borcu, 434.1 ABŞ Dolları məbləğində faiz borcu məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 20 iyul 2020-cu il tarixli 1060/20/AB saylı rəyinindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 55000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 20 iyul 2020-cu il tarixli 1061/20/AB saylı rəyindən görünür ki, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 saylı evin bazar dəyəri 100000 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 30.07.2010-cu il tarixli 15L000001426 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 27.06.2013-cü il tarixli 1426 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 500000 (beş yüz min) ABŞ Dolları, kredit xəttinin müddəti isə artırılaraq 156 (yüz əlli altı) ay müəyyən olunmuşdur. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 03.12.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 27.03.2017-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 16.01.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 89700 (səksən doqquz min yeddi yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.05.2015-ci il tarixli 015R**********S saylı, 03.12.2015-ci il tarixli 015R**********SA saylı, 18.01.2016-cı il tarixli 015R**********SB saylı, 02.03.2016-cı il tarixli 015R**********SC saylı, 14.12.2016-cı il tarixli 015R**********SD saylı, 27.03.2017-ci il tarixli 015R**********SE saylı və 15.08.2017ci il tarixli 015R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 16.04.2015-ci il tarixli 015KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X16, X11, X15 və X17 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin tərəflər arasında kredit xətti müqaviləsinə edilmiş dəyişikliklərlə əlaqədar X18 ilə zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında 27.06.2013-cü il tarixli 1971 saylı saziş bağlanmışdır. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC ilə bağladığı 30.10.2013-cü il tarixli 15M000000560 saylı ipoteka müqaviləsi (Mingəçevir şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında mülkiyyətindəki, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 87.71 m2 yaşayış sahəsindən, 54.51 m2 yardımçı sahədən və 143.22 m2 ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla yanaşı kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X11 İddiaçı QSC ilə bağladığı 03.07.2014-cü il tarixli 15M000000654 saylı ipoteka müqaviləsi (Mingəçevir şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 2-ci mərtəbəsində yerləşən 67.10 m2 ümumi sahədən, 47.08 m2 yaşayış sahəsindən, 20.02 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 29 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, faiz borcunun hesablanması müqavilə müddəti qurtardığı andan dayandırılır. Bundan başqa Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Azərbaycan Respublikası Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsı Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.6-cı və «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 47.2-ci mаddələrinə əsаsən, ipotekа predmetinin sаtışındаn əldə olunаn vəsаitdən ipotekа sаxlаyаnın ipotekа ilə təmin olunmuş tələbi, o cümlədən əsаs borc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sonrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipotekа qoyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipotekа predmeti olаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə olunmuş vəsаit hesаbınа iddiаçının tələbləri ödənilməli, qаlаn məbləğ isə ipotekа qoyаnа qаytаrılmаlıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 4-cü mаddəsinə görə, ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən, ipotekaya qoyulmuş yaşayış evinə və mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3-cü mаddəsinə əsаsən məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə ipoteka predmetləri olan ünvan 3 ünvanda yerləşən mənzilin və ünvan 4 reallığa uyğun deyildir. İpoteka predmeti olan yaşayış evlərinin qiyməti qətnamədə göstərilən qiymətlərdən əhəmiyyətli dərəcədə yüksəkdir. Məhkəmənin müəyyən etdiyi qiymət nəticəsində onların əmlak hüquqları pozulmuşdur. İş üzrə qаnuni və obyektiv qərаr qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(107)-511/2021 saylı qərardadı ünvan 3 ünvanda yerləşən mənzil və ünvan 5rdi yaşayış evinin və mənzilin qiymətləndirilməsi Müstəqil Ekspertizа Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Müstəqil Ekspertizа Mərkəzinin 17 may 2021-ci il tarixli, 168 nömrəli rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri Nəsimi küçəsi 15 saylı evin bazar qiyməti 105000 manat, likvid qiyməti 94500 manat, X2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilin bazar qiyməti 68400 manat, likvid qiyməti 65000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmetlərinin Mingəçevir şəhəri Nəsimi küçəsi 15 saylı evin likvid qiymətinin 94500 manat, ünvan 3 ünvanda yerləşən mənzilin isə likvid qiymətinin 65000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkətinin rəyi ilə razılşır. Belə ki, həmin qiymətləndirmə rəyləri daha çox reallığı əks etdirir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “X8rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert və qiymətləndirmə rəylərini tədqiq edərək, araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert və qiymətləndirmə rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(051)-26/2020 saylı qətnaməsi ipoteka predmetlərinin qiyməti hissəsində dəyişdirilərək Cavabdeh mülkiyyətində olan ünvan 4 94500 manat və X2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan ipoteka perdmetlərinin qiymətləndirilməsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun 150 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 150 manatı isə cavabdehlər Cavabdeh, X16, X11, X15 və X6 tutulmalı və X10 MMC-nin (Kapital Bank ASC-nin Sahil filialı, Kod: 201218, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(051)-26/2020 saylı qətnaməsi ipoteka predmetlərinin qiyməti hissəsində dəyişdirilərək Cavabdeh mülkiyyətində olan ünvan 4 94500 manat və X2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan ipoteka perdmetlərinin qiymətləndirilməsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun 150 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 150 manatı isə cavabdehlər Cavabdeh, X16, X11, X15 və X6 tutulsun və X10 MMC-nin (Kapital Bank ASC-nin Sahil filialı, Kod: 201218, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-511/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-511/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver