Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-512/2022 05.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(035)-457/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi . İşin halları
1. Cavabdeh tərəfindən "xxxx" ASC-nin Ağcəbədi filialına ünvanlanmış 30.06.2015-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" ASC-nin Ağcəbədi filialından ona 1967 ABŞ dolları məbləğində kredit verməyi xahiş etmişdir.
2. "xxxx" ASC-nin Ağcəbədi filialı ilə Cavabdeh arasında bağlanmış 06.05.2015-ci il tarixli, № 59-15-11-020347 saylı kredit müqaviləsindən və müqaviləyə 01 saylı əlavədən görünür ki, iddiaçı sonuncuya illik faiz dərəcəsi 29 faiz olmaqla, 48 ay müddətinə 1967 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin krediti və faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 3."xxxx" ASC-nin 27.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 30.06.2015ci il tarixli, № 48-15-11-028821 saylı kredit müqaviləsi üzrə 30.06.2019-cu i l tarixinə "xxxx" ASC-nin Ağcəbədi filialına əsas borca görə 1111.63 ABŞ dollar, faiz borcuna görə 841.88 ABŞ dollar, cəmi 1953.51 ABŞ dolları borcu vardır.
4. "xxxx" ASC tərəfindən cavabdehə göndərilən xəbərdarlıq məktublarından görünür ki, borcun könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. 5.Məhkəmə-mühasibatlıq ekspertizasının 25.10.2021-ci il tarixli 9/6338 saylı rəyindən görünür ki, 30.06.2015-ci il tarixli, № 48-15-11-028821 saylı kredit müqaviləsi üzrə Cavabdeh 30.06.2019-ci il tarixə banka əsas borc üzrə 1147.68 ABŞ dolları, faiz borcu üzrə 169.42ABŞ dolları, ümumilikdə 1317.10ABŞ dolları borcunun olması müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 1111.63 ABŞ dolları, faiz borcuna görə 841.88 ABŞ dolları, cəmi 1953.51 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 30.06.2015-ci il tarixli, № 48-15-11-028821 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik faiz dərəcəsi 29 % tətbiq edilməklə 1967 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, borcu tam olaraq ödəməmişdir. Nəticədə iddiaçıya əsas borca görə 1111.63 ABŞ dollar, faiz borcuna görə 841.88 ABŞ dollar, cəmi 1953.51 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır.
8. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 24 dekabr 2021-ci il tarixli, 2(035)-457/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh əsas borca görə 1111.63 ABŞ dolları, faiz borcuna görə 169.42 ABŞ dolları, ümumilikdə 1317.10 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesaba- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. 9.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 06.05.2015-ci il tarixli, № 59-15-11- 020347 saylı kredit müqaviləsindən və müqaviləyə 01 saylı əlavənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. 10..Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 443.1, 448.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Azərbaycan Respublikası Qanunuun 1-ci maddəsinin 2-ci hissəsin imperativ qaydada olmaqla mülkiyyətçini digər şəxslərin özbaşnalığından qorumaq məqsədi daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadliqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəımə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırrmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Barəsində şikayət verilən məhkəmə aktı bu tələblərə cavab vermir. məhkəməyə çağırılmamış və iştirakı təmin edilməmişdir. İddiaya etirazının verilməsi üçün məhkəmə ona imkan yaratmayıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanının Preabulasından göründüyü kimi cənab Prezident qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçrniş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə bağlı həmin Fərmanı imzalamışdır. Lakin iddiaçı Fərmanən tələblərinə məhəl qoymamış, ölkədə üzürlü səbəbdən olmadığını nəzərə almamış, hazırkı ağır durumunda ondan nəinki əsas borcu, üstəlik 841,88 ABŞ dolları məbləğində faiz borcunu, 30 manat dövlət rüsumunu da tələb etmiş, mübahisənin məhkəmədənkənar qaydada həllinə dair məktubunu cavablandırmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..
Apellyasiya baxışının hədləri
17.Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(035)-457/2021 qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(035)-457/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış X3 ilə 19.08.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu və əlavə olan 0054075AZN06694 saylı 19.08.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdeh X3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə də iddiaçının cavabdeh X1 münasibətdə tələbi qanuni və əsaslı olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
21. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 06.05.2015-ci il tarixli, № 59-15-11-020347 saylı kredit müqaviləsindən və müqaviləyə 01 saylı əlavənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.
22. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikası MMin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Cavabdeh (apellyator) borcunun düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Çünki "xxxx" ASC-nin Ağcəbədi filialı ilə Cavabdeh arasında bağlanmış 06.05.2015-ci il tarixli, № 59-15-11-020347 saylı kredit müqaviləsindən və müqaviləyə 01 saylı əlavədən görünür ki, iddiaçı sonuncuya illik faiz dərəcəsi 29 faiz olmaqla, 48 ay müddətinə 1967 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin krediti və faizləri vaxtında ödəməyi öhdəsinə götürmüş, lakin sonuncu tərəfindən ödənişlər aparılmamışdır.
24. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür
25. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.
26. Dördüncü, apellyasiya şikayətinin digər dəlillərinə nəzər yetirdikdə görünür ki, cavabdeh kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü mübahisələndirmişdir.
27. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, iddiaçı məlum Fərmanın təsir dairəsinə düşüb-düşməməsi barədə də hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. 28.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
29. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(035)-457/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Ayaz Mahmudov